Ötən gün Suriyanın Əl-Bukemal şəhərində təşkil edilən hücum zamanı İranın dəstəklədiyi milislərə aid 9 bina tamamilə məhv edildi, 2 bina isə yararsız hala gətirildi.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi bildirib.

Pentaqon sözçüsü hücum zamanı iki "F-15E Strike Eagle" hərbi təyyarəsindən və 7 idarəolunan raketdən istifadə olunduğunu qeyd edib.
Tanınmış bəstəkar medalla təltif edilibAzərbaycan - Ukrayna aliyansının qərarı ilə
Azərbaycan İncəsənəti sahəsində öz dəsti-xətti olmaqla eyni zamanda vətənpərvərlik və digər mövzularda bəstələnmiş çoxsaylı mahnılar müəllifi, Türk dünyasının tanınmış bəstəkar Sevinc Tofiqqızı
Azərbaycan --Ukrayna alyansının "Qızıl Medalı" ilə təltif edilib.

Azərbaycan --Ukrayna alyansının sədri Elmar Məmmədov bəstəkar Sevinc Tofiqqızına çoxşaxəli yaradıcılıq yollarında uğurlar arzulayıb.

Göstərilən etimada görə bəstəkar Sevin Tofiqqızı
alyansın sədri hörmətli Elmar Məmmədova və alyansın İdarə heyətinə öz təşəkkürünü bildirib.
Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdüErmənistan Prezidenti Armen Sarkisyan müxalifət nümayəndələri ilə görüşüb.

“RİA Novosti” xəbər verir ki, Sarkisyan bütün tərəfləri dinlədikdən sonra obyektiv qərar verəcəyinə söz verib. Bunu Sarkisyanla görüşdən sonra müxalif "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan söyləyib. Vanetsyanın sözlərinə görə, Sarkisyan onların fikirlərini dinlədikdən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi Baş Qərargah rəisi Onik Qasparyanla da görüşəcəyini deyib:

“Vəziyyətin son dərəcə çətin olduğu və dövlətçiliyin itirilməsi təhlükəsi olduğuna dair bir fikir birliyi var və mövcud vəziyyətdən çıxmaq üçün konkret və operativ qərarlar qəbul edilməlidir. Buna görə də bütün qüvvələr bu vəziyyətdən çıxmaq üçün səylərini birləşdirməlidirlər”.

Müxalifət prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefaya göndərmək üçün baş nazirin fərmanını hökumətə qaytarmağı və baş nazir yenidən bənzər bir müraciət edərsə, sənədi Konstitusiya məhkəməsinə göndərməyi təklif edib.

Qeyd edək ki, Ermənistan prezidenti daha əvvəl parlamentin “Mənum addımım” fraksiyasından Lilit Makuntsla, “Çiçəklənən Ermənistan”dan Edmon Marukyanla, partiyanın katibi Arman Abovyanla, prlamentin spikeri Ararat Mirzoyanla görüşmüşdü.


Modern.az
“Bakı” kafesində atışma: azərbaycanlı öldürüldü - VideoRusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən “Bakı” kafesində atışma baş verib.

Axar.az xəbər verir ki, atışma nəticəsində 39 yaşlı azərbaycanlı Qabil Rəşidov öldürülüb.

Onun Lənkəran şəhərinin Hirkan qəsəbəsindən olduğu bildirilir. Q.Rəşidov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rusiya polisinin verdiyi məlumata görə, tərəflər arasında mübahisəyə ərazidə qar təmizlənərkən kafenin reklam lövhəsinin bağlanması səbəb olub.
AMEA Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımı qurbanları anılıbAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı- XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Direktor xatırladıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Hər il dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlər, sərgilər keçirilir, filmlər nümayiş olunur. Direktor bildirib ki, aparılan sistemli işin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, eləcə də bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanında Xocalıda törədilmiş kütləvi qırğının soyqırımı aktı olduğu təsdiq edilib.

Həmin dövrü tarixi aspektlərdən təhlil edən direktor bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

“Xocalı faciəsi bizim dərdimizdir, qan yaddaşımızdır. Eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yoludur! Bu gün Azərbaycan xalqı möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi rəhbərliyi altında daha qətiyyətli, mübariz və yumruq kimi birdir. İkinci Qarabağ müharibəsi zamanı qısa müddətdə qazandığımız qələbə, ölkəmizin ərazi bütövlüyünün bərpası bunun bariz sübutudur”- deyə direktor Məmməd Əliyev bildirib.

Tədbirdə iştirak edən Xocalı sakini, hazırda Qobustan rayonunda məskunlaşmış, həmin soyqırımı zamanı ailə üzvlərindən atasını, qardaşını itirmiş, o gün ailəlikcə əsir düşmüş və sonradan erməni əsir və meyitləri ilə dəyişdirilmiş Mürvət Məmmədov yaşadığı dəhşətdən danışıb. Yaddaşından heç vaxt silinməyəcək o hadisələri xatırlayan Mürvət Məmmədov hələ 14 yaşında ikən ikinci dəfə köçkün həyatı yaşamasını, 8 nəfərlik ailəsinin parçalanmasını, əsir düşdüyü zaman, düşmənlərin çörək əvəzinə, onlara torpaq yedizdirdiyini, iki qardaşının və atasının nə olüsündən, nə dirisindən 15 il xəbər tutmamasını danışdı.

28 ildən sonra Xocalı şəhidlərinin nigaran ruhlarının dinclik tapdığını vurğalayan Mürvət Məmmədov dedi: “Mən həmişə Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlətin apardığı siyasətə, həmçinin Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyasına görə minnətdarlıq hiss etmişəm. Ali Baş Komandanımız İlham Əliyevə o qədər minnətdaram ki, bizim arzumuzu gözümüzdə qoymadı, Qarabağın azad edilməsi günlərini də yaşatdı bizlərə!”

Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanın rəhbərliyi tərəfindən qonağa kitabxanadan istifadə üçün abunəlik kartı və qiymətli kitab təqdim olunub.

Tədbirdə həmin dəhşətli soyqırıma həsr olunmuş sənədli film nümayiş olunub, faciəni əks etdirən foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Ölkəmizdə koronaya yoluxanların sayı yenidən artdıAzərbaycanda koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.
İlham Əliyev Ərdoğana zəng etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Şirvanda kişi qonşu qadını boğaraq öldürdüXəbər verildiyi kimi, fevralın 5-də səhər saatlarında şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan bildirilib ki, hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub.

İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilmiş, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
İranlı jurnalist verdiyi "sualına" görə peşman olduAzərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib.

Prezident əvvəlcə “sualı” aydınlaşıdırmaq istəyib: "Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?"

Daha sonra Prezident mikrofonun həmin jurnalistə ötürülməsini istəyib.

Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki "bəzi hesabatlar" sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Jurnalist heç bir mənbə vermədikdə isə Prezident İlham Əliyev dost ölkə jurnalistinin düşmənin istifadə etdiyi bu cür böhtan dolu, heç bir sübutu və faktı olmayan məsələni həm də sual kimi deyil, ittiham kimi səsləndirməsinin normal olmadığını xatırladıb.

Sonda isə jurnalist bir daha söz alaraq, sualının düzgün anlaşılmadığını və guya İŞİD-i nəzərdə tutduğunu deməyə çalışıb.
Azərbaycanda başqa dilin rəsmi statusu ola bilməz!Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var", - dövlət başçısı bildirib.