İrəvandan Xankəndinə gizli yolla əsgər göndərilir.. - VİDEOErmənistan Müdafiə Nazirliyinin önündə övladlarının Qarabağa göndərilməməsi üçün aksiya keçirən valideynlər deyir:

- Bu yaxınlarda bir qrup erməni hərbçi tikinti materiallarının daşınması üçün nəzərdə tutulan yük maşınında Laçın dəhlizindən keçərək, Xankəndinə göndərilib;

- Bizə dedilər ki, övladlarımız Qarabağa qayıtmayacaq, amma indi əsgər qaçaqmalçılığı edirlər;

- Uşaqlarımızın hərbi xidmət keçməsinə razıyıq, amma Qarabağda yox, orada onlar əsir götürülə bilər;

- Müharibədən qayıdanların yenidən Qarabağa göndərilməsindən qorxuruq, səlahiyyətli orqanlar heç bir problemi həll etmir;

- Qarabağda qalan erməni hərbçilərə geri qayıtmağına icazə verilmir, Xankəndidə qalmaları əmri verilib;

(Amerikalı jurnalist Patrik Lancesterin videoreportajından)...

Erməni validenylərin dediklərindən məlum olur ki:

1. Xankəndidə qalan erməni hərbçilər evlərin qayıtmaq istəsələr də, onlara icazə verilmir;

2. Ermənistandan Qarabağa hələ də müxtəlif yollarla əsgər göndərilir: sülhməramlılar aldatmaq üçün əsgərlər mülki geyimdə, mülki maşınlarla gətirilir (sülhməramlıların da bir çox hallarda göz yumduğu da istisna deyil);

Bu, Ermənisyan tərəfindən üçtərəfli razılaşmanın pozulduğunun növbəti faktıdır və buna görə İrəvanla yanaşı, sülhməramlılar da cavab verməlidir.


Asif Nərimanlı
Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH“Hələ ki nə Ermənistanın baş naziri Nikol Paşinyan istəyinə nail olub, nə də ki, ona qarşı qiyam qaldıran baş qərargah rəisi Onik Qasparyan. Hər biri dünən qarşı tərəfə istefa çağırışı ilə müraciət etmişdi. Hər ikisinin tələbi havada qaldı. Paşinyan da yerindədir, Onik Qasparyan da. Zaman hər ikisinin və ümumiyyətlə Ermənistanın əleyhinə işləyir”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyanın öz xoşu ilə istefa verməyəcəyi bir daha bəlli oldu.

“Onun dünən meydana çağırdığı tərəfdarların sayı müxalifətin parlament binası qarşısında topladığı insanlardan ən azı iki dəfə çox idi. Belə vəziyyətdə Paşinyanı devirmək üçün Qasparyan ordunu və tankları meydanlara çıxarmalı və klassik hərbi çevriliş həyata keçirməli idi. Qasparyanın buna ya cəsarəti çatmadı, ya ağalarından müvafiq əmr almamışdı. Buna baxmayaraq, onun istefa vermək fikri də yoxdur. Onu otağından çıxarmaq üçün Baş Qərargahın binasına polis qüvvəsi göndərilməlidir. Buna da Paşinyanın hələ ki, cəsarəti çatmır”.

E.Şahinoğlu deyir ki, Paşinyanın baş üzərindən hərbi çevriliş təhlükəsi götürülsə də, ona ölkəni idarəetmək çətin olacaq.

“Kiçik Ermənistan silkələnməkdə davam edəcək, itaətsizlik artacaq. Ermənistanın iqtisadi eksperlərtlərinin sözlərinə görə koronavirus, müharibənin ağır nəticələri və davamlı hakimiyyət-müxalifət qovğası ölkədə bahalaşmanı sürətləndirib, dollar qalxır, maaşların verilməsi gecikir”.


Baş nazir Nikol Paşinyanı istefaya səsləyən Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan kimdir?

General Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Rusiya hərbisi isə heç zaman xarici ölkələrdəki müdavimləriylə əlaqəni kəsmir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın adamını 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyib edib.

“Görünür, Paşinyanın başqa alternativi yox idi. Başqa maraqlı fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycana məğlub olduğunu Paşinyana məhz Qasparyan inandırıb və 10 noyabrda məlum bəyanat qəbul edilib. İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyana yükləməyə çalışır”,-E.Şahinoğlu deyib.
Hazırda Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı diskusiyalar aparılır.

Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Münasibətlər Komitəsinin aparat rəhbəri Kris Soça deyib.

“Mümkün sanksiyalar Senat və Nümayəndələr Palatasında müzakirə edilir. Bu halda iki məsələyə baxmaq olar. Dövlət Departamentinin imkanı var ki, əgər İvanişvilinin ABŞ-da hesabları varsa, onu bloklasın.

İkinci imkan səfər qadağasıyla bağlıdır. Əgər İvanişvilinin özü ABŞ-a getmirsə, onun səyahət edən uşaqları var”, – deyə o bildirib.
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.

Mehr xəbər agentliyinin hazırladığı xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə İranın Mehr xəbər agentliyinin sualını cavablandırıb.

Tehran-Bakı əlaqələrinin perspektivləri və İranın Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı və regionun stabilləşməsində, regionda yaşayan insanların rifahının təmin edilməsində iki ölkənin əməkdaşlığının əhəmiyyəti ilə bağlı suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir:

“Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olub. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb”.

Prezident İlham Əliyev vurğulayıb ki, yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var:

“Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”
ABŞ rəhbərliyi İranı hədələdi: "Ehtiyatlı olun"“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.

ABŞ prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib:

“Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.
İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, on altı nəfər isə vəfat edib.

“Report”un məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti Pfizer, Comirnaty və Moderna peyvəndi ilə əlaqədardır.

Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.
UEFA "Qarabağ"a pul köçürübUEFA növbəti dəfə "Qarabağ"ın hesabına pul köçürüb.

Avrasiya.net xəbər verir ki, buna Ağdam təmsilçisinin oyunçularının 2018-2020-ci illərdə Avropa çempionatının seçmə mərhələsinin play-off oyunlarında iştirak etmələri səbəb olub.

UEFA-nın 2 473.70 avro vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.
Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki "aqressiv hərəkətlərə" görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.

Avrasiya.net xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

"Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik", - deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.

O qeyd edib ki, ABŞ yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq:

"Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub".
İrəvan kulislərində müharibə davam edir: son məlumata görə, baş qərargah rəisi Onik Qasparyan Prezident Armen Sərkisyana Paşinyanın müharibədə məntiqsiz və xain göstərişləri ilə bağlı yüzlərlə fakt təqdim edib.

Bundan “şoka düşən” Armen qərargahın binasını tərk edib.

Hazırda Nikol Paşinyanın Armen Sərkisyanla gizli görüş keçirdiyi, onu Qasparyanın vəzifədən azad edilməsi əmrini imzalamağa inandırmağa çalışdığı deyilir.

Paşinyan və Qasparyan üçün bu, “ölüm-qalım” məsələsidir:

- Nikolu devirsələr, yolu həbsxanadır;

- Qasparyan məğlub olarsa, o da eyni ünvana gedəcək və istefa tələbinə qoşulan generalların da boynu “qılıncdan keçiriləcək”: bu, Rusiyanın Ermənistan ordusu içindəki təsir gücünə də risklər yaradır;

Hər iki tərəf sona qədər dirənəcək, çünki bütün kartlar açılıb və geriyə yol görünmür.

Paşinyan hələki güclü tərəf kimi görünür: Qərb baş verənləri hərbi çevriliş hesab edir və bu, çevrilişi alqışlayan müxalifətə də dəstək vermədiyi deməkdir; Hakimiyyət müxalifətin aksiyasını güc və repressiya yolu ilə yatırsa, Qərb səssiz qalacaq; müxalifət parçalanmış vəziyyətdədir; son aksiyalar Nikolun elektoratının daha çox olduğunu göstərdi;

1. Paşinyan ən çətin vaxtda yenidən “xalq yürüşü”nə başlayacaq;

2. Armen Sərkisyana Qasparyanın qələmini qırmaq üçün təzyiq edəcək;

2. Ən çətin məqamda B planını işə sala bilər: hakimiyyəti öz komandasından birinə ötürmək;

Qasparyan – generallar dirənsə də, çevrilişin ilk cəhdinin baş tutmaması onları çətin vəziyyətə saldı: Rusiya Paşinyana yetərincə təzyiq etmir, yaxud edə bilmir; xalqın dəstəyini görmədilər, yaxud yetərincə olmadı;

Və onlar anlayır ki, indi “ortaq nöqtə” tapılsa belə, Nikol bağışlamayacaq və tezliklə “təmizlənmə” prosesi başlanacaq. Bu baxımdan, Qasparyan “ya indi, ya heç vaxt” prinsipi üzrə hərəkət edir və məğlub olduğunu anlasa, İrəvan küçələrində silahlıları görəcəyimiz istisna deyil.