Səfirimizin Xocalı soyqırımıyla bağlı məqaləsi Moldova mediasındaAzərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanovun Xocalı soyqırımına dair məqaləsi
Moldovanın nüfuzlu “Tribuna.md” və “ava.md” xəbər saytlarında rus və rumın dillərində dərc edilib.

Məqaləni Azərbaycan dilində diqqətinizə təqdim edirik.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan: Xocalıda baş verənlərə görə təəssüflənmirəm!

Bu il 26 fevral tarixində Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümüdür. Bu, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən elə soyqırım idi ki, tarixdə belə qətliamlara az rast gəlinər. Xocalı soyqırımı iyirminci əsrin ən dəhşətli faciələri - Xatın və Hirosima ilə müqayisə edilə bilər.

Hər şey belə başladı. Ermənilər qədim Azərbaycan şəhəri olan Xocalını blokadaya aldılar. Şəhərdə bölgədəki yeganə hava limanı olduğu üçün strateji əhəmiyyətə malik idi. Bir ay davam edən hücumlar 25 fevral 1992-ci ildə daha da şiddətləndi. 1992-ci ilin 26 fevral gecəsində o dövrdə Xankəndində yerləşmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə erməni cinayətkar silahlı birləşmələri yeddi minədək insanın yaşadığı Xocalıya üç istiqamətdən hücum etdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşilikləri nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst edildi, 1275 mülki şəxs - qocalar, uşaqlar, qadınlar əsir götürüldü, dözülməz işgəncələrə məruz qaldı, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi. Xocalı faciəsində 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Bir neçə gün sonra faciə yerinə gələn beynəlxalq jurnalistlərin, şahidlərin hekayələrini oxuduqda, necə deyərlər, “insanın tükləri biz-biz olur.” Onlar gördüklərini belə təsvir edirlər: qalaqlanmış cəsədlər, o cümlədən xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilən körpələr. Görünür ki, bir çoxu diri-diri yandırılmış, başları kəsilmiş, dəriləri soyulmuş, körpələrin gözlərinin çıxarılmış, hamilə qadınların qarınları yarılmışdı.

Rusiyalı televiziya müxbiri Yuri Romanov mülki şəxslərin öldürüldüyü yerə gəlişini belə xatırlamışdı: "Dəyirmi pəncərədən (vertolyotdan) baxıram və sözün əsl mənasında dəhşətli mənzərədən inanılmaz dərəcədə diksinirəm. Gün düşməyən yerlərində hələ də bozarmış qarın olduğu dağın ətəyində, saralmış otların üstündə cansız insalar uzanıb. Və yaxın üfüqə qədər uzanan bu nəhəng ərazi qadınların, qocaların, südəmər körpələrdən tutmuş yeniyetmələrə qədər bütün yaşlardan olan oğlan və qızların meyitləri ilə doludur…Gözləri çıxarılmış iki cəsəd - nənə və balaca bir qız. Mavi gödəkçəli kiçik bir qızın yanında boz saçlı başıyalın nənəsi üzü aşağı uzanıb. Nədənsə hər ikisinin ayaqları tikanlı məftillərlə bağlıdır və nənəsinin isə əlləri də bağlıdır. Hər ikisi də başından vurulub. Təxminən dörd yaşında olan kiçik qız son hərəkətində əllərini öldürülən nənəsinə uzadıb."

Londonun “The Times” qəzetinin jurnalisti Anatol Lieven qırğın yerində gördüklərini belə izah edib: "İki qrup – görünür, iki ailə yan-yana uzanmışdı - qadınların əlləri uşaqları gizlətməyə çalışırdı. Bəziləri, həmçinin balaca bir qız, başlarından dəhşətli yaralanmışdı: əslində yalnız üzləri qalmışdı. Sağ qalanlar ermənilərin yerdə uzananları belə atəşə tutduqlarını deyirdi".

“The New York Times” qəzetinin yazdığına görə, “Reuters”-in fotoqrafı Frederika Langen Ağdam yaxınlığında azərbaycanlıların cəsədləri ilə dolu iki yük maşını görüb. Bu maşınlardan birində 35 cəsəd sayıb. İkincisi də eyni idi. Onun sözlərinə görə, hamısı kişilər idi, bəzilərinin başları kəsilmiş ya da yandırılmışdılar.

“Известия” qəzetinin müxbiri Vadim Belıx bunları deyib: “Vaxtaşırı, əsirlikdə olanlarla dəyişdirilən qurbanların cəsədləri Ağdama gətirilirdi. Ancaq kabusda belə görünməyəcək dəhşət idi: gözlər oyulmuş, qulaqlar kəsilmiş, baş dəriləri soyulmuş, başlar kəsilmiş... Vəhşiliyin həddi yox idi."

Vertolyot pilotu mayor Leonid Kravts deyirdi: “26 fevralda yaralıları Xankəndidən çıxarıb Əsgəran qapılarından keçməklə geri qayıdırdım. Yerdəki bəzi parlaq ləkələr diqqətimi çəkdi. Enməyə başladım, sonra uçuş mexanikim qışqırdı: "Bax, orada qadınlar və uşaqlar var." Bəli, mən özüm də yamac boyunca səpələnmiş iki yüzə yaxın şəhid gördüm. Sonra cəsədləri götürmək üçün uçduq. Yerli polis kapitanı da yanımızda idi. Orada dörd yaşlı oğlunun kəllə sümüyünü görüb dəli oldu. Qadınların, uşaqların və yaşlı insanların hər yerdə kəsilmiş cəsədlərini görürdüm."

Şahidlər var ki, ermənilər hətta ölüləri də alçaldırdılar. Buna görə jurnalist Çingiz Mustafayev “Известия” qəzetinə bildirirdi ki, 28 fevralda ilk səfərində qətliam yerində çox sayda öldürülmüş insanlar var idi və 2 martda çoxlu sayda cəsəd xarab olmuşdu. Bundan əlavə, qırğından xilas olmağı bacaran 2213 nəfər rəsmi ifadələr verərək, erməni quldurlarının hamını: qadınları, uşaqları və qocaları yaxın məsafədən vurduqlarını deyirdilər.

Bu dəhşətli faciənin baş verməsi və birinci Qarabağ müharibəsində ən şiddətli faciə olmasını soyqırımı törədənlərin Xocalı hadisəsindən sonra müxtəlif illərdə mətbuatda verdikləri açıqlamalar da sübut edir.

Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan mətbuata verdiyi açıqlamada Xocalıdan əvvəl azərbaycanlıların ermənilərin mülki şəxslərə hücum etməyəcəyini düşündüklərini söylədi: “Bu stereotipi qıra bildik. Xocalıda baş verənlərə görə təəssüflənmirəm. Minlərlə insan ölsə belə, belə bir qırğın lazım idi". Xatırladaq ki, Serj Sarkisyan həmin dövrdə Xocalıya hücum edən Dağlıq Qarabağın separatçı erməni özünümüdafiə qüvvələri Komitəsinin rəhbəri idi və azərbaycanlılara qarşı soyqırımı həyata keçirən cinayətkarlardan biri idi.

Erməni yazıçı-jurnalist David Xerdiyanın “Xaç uğrunda” kitabında da yazır ki, 2 martda “Qaflan” adlı erməni qruplaşması cəsədləri yandırdı: “Qruplaşma azərbaycanlıların cəsədlərini yığıb Xocalıdan bir kilometr aralıda ayrı-ayrı hissələrdə yandırdı. Son yük maşınında baş və qol zədəsi olan 10 yaşlı bir qız gördüm. Yavaş-yavaş nəfəs alırdı. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, hələ də sağ idi. Ancaq Tiqranyan adlı əsgər onun qulaqlarından tutaraq mazut tökülmüş meyitlərin içinə atdı. Sonra onları yandırdılar. Alovdan kömək istəyənlərin ah-nalə və fəryad səsləri eşidilirdi".

David Herdiyan daha sonralar bildirib: “Soyuq bir səhər Daşbulaq yaxınlığındakı bataqlığı keçmək üçün ölülərdən bir körpü tikməli idik. 9-11 yaşlı bir qızın sinəsinə ayağımı qoyub getdim. Ayaqlarım və şalvarım qan içində idi”. Qondarma “dağlıq qarabağ respublikasının” qondarma təhlükəsizlik şurasının keçmiş rəhbəri Vitali Balasanyan da müsahibəsində azərbaycanlıları etnik zəmində qətlə yetirdiyini dəfələrlə etiraf edib. Qeyd etmək lazımdır ki, ermənilər onu milli qəhrəman hesab edirlər. Digər bir “milli qəhrəman” Zori Balayan 1996-cı ildə nəşr etdirdiyi kitabında Xocalıda azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığını etiraf edib. "Xaçaturla mən ələ keçirilmiş evlərdən birinə girəndə əsgərlərimiz 13 yaşlı bir türkü pəncərəyə mismarladı. Uşağın qışqırmasının qarşısını almaq üçün Xaçatur anasının kəsilmiş döşünü ağzına saldı. Sonra atasının uşaqlarımıza etdiyini bu 13 yaşlı türkə etdim. Qarnının, başının və sinəsinin dərisini soydum. Saata baxdım, 7 dəqiqədən sonra uşaq qan itirərək öldü. İlk peşəm üzrə həkim olduğum üçün humanist idim. Bu uşaqla etdiyimə görə özümü xoşbəxt hesab etmirdim. Ancaq xalqımın ən azı 1% qisasını aldığım üçün ruhumu sevinc bürüdü. Sonra Xaçatur öldürülən uşağın cəsədini parçaladı və onunla eyni kökdən olan köpəklərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağı ilə etdik."

Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryan ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğu olduğunu deyib ki, bu da öz-özlüyündə Nasizmin təzahürüdür. Baxın, bütün bu şəxslər Ermənistanda hörmətli insanlar sayılırlar. Yalançı vətənpərvərlikləri ilə beyinləri dolduraraq öz rəhbərlikləri altında fəaliyyət göstərən sadə erməniləri cinayətkar, qatil etdilər.

Ermənilərin Xocalıda soyqırım törətdikləri barədə daha bir fakt var. Qondarma dqr-in səlahiyyətliləri şəhər sakinlərini səsgücləndirici vasitə ilə hücumla əlaqədar xəbərdar etdiklərini və evakuasiya dəhlizinin hazırlandığını bildiriblər. Lakin sağ qalanların heç biri bunu təsdiqləməyib. Eyni məlumatların əks olunduğu broşürlərin bir neçə gün ərzində şəhərdəki vertolyotdan atıldığını da deyiblər, amma heç kim onları da görməyib. Üstəlik, faciədən sonra beynəlxalq mütəxəssislər tərəfindən aparılan araşdırmalar vərəqələrlə bağlı heç bir izə rast gəlməyib.

Bütün bunlar, həm də hücumun qəsdən gizlədilərək əhali üçün birdən-birə törədilməsi məqsədi daşıdığını göstərir.

Rəsmi Bakı bəyan edib ki, Xocalıdakı hadisələr 1949-cu il Cenevrə Konvensiyasının, BMT-nin Soyqırımı Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası və Uşaq Hüquqları Konvensiyasının ciddi şəkildə pozulmasıdır.

Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının dünyada tanınmasında 2008-ci ildən bəri həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının da rolunu vurğulamaq lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı bu beynəlxalq kampaniyanın uğurlu icrası nəticəsində dünyanın bir çox ölkəsi qısa müddətdə Xocalıdakı hadisələri soyqırımı kimi tanıdı, digərləri bu hadisələri pislədi və Azərbaycanla həmrəy olduqlarını bildirdilər, bu mövzuda müxtəlif qərarlar qəbul edildi.

Beləliklə, Pakistan və Sudan Xocalıdakı hadisələri birmənalı olaraq pislədi, Meksika, Kolumbiya, Çex Respublikası, İordaniya, Peru, İtaliya və digər ölkələrin parlamentləri qətliamı pisləyən qərarlar qəbul etdi. Buraya ABŞ-ın 20-dən çox ştatı da daxildir.

Hazırda, kampaniya uğurla davam etdirilir və hər il soyqırımın daha geniş kütləyə tanıdılması istiqamətində müsbət nəticələr əldə edilir. Bu illər ərzində Azərbaycan xalqı beynəlxalq təşkilatlardan və məhkəmələrdən 29 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş bütün erməni cinayətkarlarının müəyyənləşdirilməsini və insanlıq əleyhinə törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalarını istəyir və eyni zamanda tələb edir.


“Prezident İlham Əliyev Xocalı soyqrımının 29-cu ildönümündə 24 televiziya kanalı tərəfindən canlı yayımlanan, ABŞ, Böyük Britaniya, İran, İspaniya, Türkiyə, Rusiya və başqa ölkələrdən gələn 100-ə yaxın xarici jurnalistin, o cümlədən yerli medianın iştirakı ilə geniş mətbuat konfransı keçirdi. Ölkə başçısı ən müxtəlif mövzularla bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırdı. Xüsusən, Vətən müharibəsindən sonra Azərbaycanın milli strategiyasını açıqladı, Qarabağdakı cinayətkar separatçı qalıqların, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı cəmiyyətdəki müəyyən narahatlıqları aradan qaldırdı. Bu, Prezident tərəfindən atılan olduqca mühüm və təqdirəlayiq addım idi."

Bu sözləri “İki sahil"ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

S.Qurbanov Prezidentin Xocalı mövzusunda dediklərindən sitat gətirərək, bu fikirlərin günün anlam və önəminə uyğun olduğunu vurğulayıb: “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Xocalıya qayıdacağıq, başqa yolu yoxdur. Bunu Ermənistan da anlamalıdır, süni əngəllər yaratmağa çalışsa, ancaq özünə əngəl ola bilər."

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin 4 saatdan artıq dünya mediasının suallarını cavablandırması 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Ali Baş Komandanın dünya informasiya məkanında qazandığı möhtəşəm uğurudur: “Prezident 4 dildə - ingilis, rus, Türkiyə türkcəsində, fransız dilində verilən sualları cavablandıraraq, güclü məntiqi və səmimi cavabları ilə beynəlxalq medianın rəğbətini qazandı. Bunu mətbuat konfransının gedişində yaranan ab-havadan da hiss etmək olurdu. Ölkə başçısı Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini səmimi, sadə, eyni zamanda əhatəli təhlil aparmaqla dünya ictimaiyyətinə çatdırdı.

Milli Məclisin komitə sədrinin sözlərinə görə, dövlət başçısı xüsusilə ağır keçən pandemiya ilində dünyada insan amilinə müxtəlif yanaşmaları ortaya qoydu və Azərbaycanın apardığı siyasətin əsaslarını izah etdi.
S.Qurbanov Prezidentin çıxışdan sitat gətirərək, orada gələcəyə baxışların aydın təsvir olunduğunu qeyd edib: “Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik? Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır."

Deputat əmin olduğunu bildirib ki, mətbuat konfransında iştirak edən media təmsilçiləri, eyni zamanda cənab İlham Əliyevin çıxışını izləyən insanlar “xalqın lideri necə olmalıdır” sualına özlərində cavab tapdılar: "Mən fəxr edirəm ki, cənab İlham Əliyev kimi prezidentimiz var! Azərbaycan xalqı çox şanslıdır ki, onun Prezident İlham Əliyev kimi lideri var."
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldiİtkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

Avrasiya.net xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlunun nəşi tapılaraq, Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!
Ölkədə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, bu günə qədər isə ümumilikdə 2 591 235 test icra olunub.
"Azərlotereya" türk şirkətinə verildiBu gün İqtisadiyyat Nazirliyinə məxsus Azərlotereya ASC-nin Türkiyənin “Demirören Holdinq”inə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.

Avrasiya.net xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

"Yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq", - deyə o, qeyd edib.
25.02.2021-ci tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Psixologiya Elmi - Tədqiqat İnstitutunun sədri, tanınmış psixoloq Elnur Rüstəmov sosial şəbəkəsində məlumatı ictimailəşdirib.

Onun sözlərinə görə, memorandumun məqsədi hər iki ölkədə psixoloji xidmət səviyyəsinin yüksəldilməsini rəhbər tutaraq birgə əməkdaşlıq çərçivəsində akademik psixologiya sahəsində konfransların, superviziya və təlimlərin keçirilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmətin inkişafı, bu sahədə peşəkar kadr hazırlığının həyata keçirilməsidir.

Hər iki ölkədə psixologiyanın inkişafı adına atılan imzalar psixologiyanın inkişafı istiqamətində atılan uğurlu addımlardan biridir:

"Hər iki qardaş ölkə üçün uğurlu olmasını arzu edirik!
Memorandumun imzalanmasında xüsusi əməyi olan Əziz Dostum və Qardaşım prof. Mehmet Engin Denize @prof.dr.m.engindeniz və Türk PDR Der. Genel Bşk. Oğuz Özata dərin təşəkkürümü bildirirəm".
Azərbaycan və Türkiyə arasında psixologiyanın inkişafına dair memorandum imzalanıb
#psixologiyaelmitədqiqatinstitutu
#TürkPDRderneği
@oguz_ozat
@ehamarta
@psixoloqnarminguliyeva
@psixoloq_metanet_eliyeva
@nazrin_mammamdzada
Şəhid ailələrinə və qazilərə diqqət prioritet məsələdirMüharibə vəziyyətində olan və ya müharibədən yenicə çıxmış hər bir ölkədə şəhid ailələrinə və qazilərə qarşı dövlət tərəfindən maksimum diqqət və qayğı göstərilməsi hökumət üçün prioritet təşkil edilməlidir. Bu bir aksiomadır və bu barədə heç mübahisə etməyə belə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha bu həqiqəti, bu aksiomanı əyani şəkildə təsdiq etdi.

Mən Prezidentimizin çıxışında bir məqama xüsusilə diqqət yetirilməsini istərdim. İlham Əliyev Birinci və İkinci Qarabağ müharibəsi arasındakı dövrdə dövlət və xalq olaraq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işləri apararkən, eyni zamanda Vətəni hər şeydən çox sevən gənc nəslin yetişdiyini vurğuladı, vətənpərvərlik amilinə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, “bir çox illər ərzində ardıcıl siyasət aparılıb, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görülüb. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır”. Prezidentimizin gənc nəslin vətənpərvərliyinə bu qədər yüksək qiymət verməsi gerçəkdən də qürurvericidir.

Ölkə rəhbəri bildirdi ki, belə bir parlaq qələbəyə imza atan şəhidlərimizin ailələrinə, qazilərimizə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilməsi bunun bariz ifadəsidir.

Bu baxımdan, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsi də böyük əhəmiyyət daşıyır. Belə ki, həmin mərkəzdə hər il minlərlə qazi müalicə olunacaq, reabilitasiyadan keçəcək, öz sağlamlıqlarını bərpa edəcəklər. Eyni zamanda, müharibədə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər də məhz burada sifariş olunacaq. Vətən müharibəsində ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi burada təqdim edilən dünyanın aparıcı şirkətlərinin istehsalı olan ən müasir protezlərlə təmin olunub. Onlar artıq normal həyata qayıda biliblər. Bu da sevindirici haldır. Yaralı qazilərimizin hər birinin sağalması, reabilitasiyadan müvəffəqiyyətlə keçməsi, normal həyata dönməsi hamımızın arzumuzdur.

Ümumiyyətlə, əlaqədar dövlət qurumları şəhid ailələri və müharibə əlillərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində daim fəallıq göstərməli, bu kateqoriyadan olan insanlar dövlətin daim öz üzərlərində qayğısını hiss etməlidirlər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə əlillərinə qarşı diqqətinə, qayğısına, narahatlığına söz ola bilməz. Mənim həmsöhbət olduğum şəhid ailələri, qazilər, müharibə əlilləri həmişə cənab Prezidentdən və Mehriban xanımdan razılıq edirlər. Məhz onların müvafiq göstərişlərinə əsasən dövlət qurumları şəhid ailələri və müharibə əlillərinin problemləri ilə yaxından maraqlanır və bu problemlərin həlli üçün gərəkən tədbirləri həyata keçirirlər.

Bunun nəticəsidir ki, son 17 il ərzində müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2020-ci ildə 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrinə Bakıda, Sumqayıtda, Abşeronda bu ilin sonuna qədər mənzillərin verilməsi davam etdiriləcək. Eləcə də digər şəhər və rayonlarımızda da şəhid ailələri üçün binaların tikintisi davam etdirilir.

Dövlətimizin bu insanlara müharibədən sonra da diqqət və qayğı göstərməsi, onlara sahib çıxması təkcə sosial siyasət deyil. Bu həm də mənəvi məsələdir. Cənab Prezidentimiz də sözügedən görüşdə məhz bu məqama xüsusi həssaslıqla toxundu və qeyd etdi ki, “bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Dövlətin, dövlət başçısının Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin yanında olması, onlara qayğı göstərməsi təqdirəlayiq haldır. Biz MHP olaraq cənab Prezidentin bu siyasətini birmənalı olaraq dəstəkləyirik və hesab edirik ki, əlaqədar qurumların rəhbərləri, yerlərdəki məmurlar, xüsusən də icra başçıları da Prezidentimizdən nümunə götürməli, şəhid ailələri və müharibə əlillərinin problemlərinin vaxtında aradan qaldırılması üçün səy göstərməlidirlər. Əslində bu hər birimizin vicdan borcumuzdur.

Bu həm də 44 günlük müharibə zamanı formalaşmış cəmiyyətdəki ruh yüksəkliyini, milli həmrəyliyi qoruyub saxlamaq baxımından da olduqca əhəmiyyətli məsələdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Yaqub Məmmədovun ömür salnaməsiHəzrəti Mövlanə deyib ki, “Ey insan oğlu, ya olduğun kimi görün, ya da göründüyün kimi ol!” Dünyada ən kamil insanlar olduğu kimi görünən insanlardır desək yanılmarıq. Belə insanların bir amalı, bir məsləki və bir qayəsi olur: bacardıqca hamıya yaxşılıq etmək, bacarmayanda isə, heç olmazsa pislik etməmək. Bizim tanıdığımız Yaqub müəllim məhz belə insandır, belə bir yolun yolçusudur. Bu yol, bu amal onu seçilən ağsaqqal edib, sözün əsl mənasında “sanballı kişi” edib. Bizim tanıdığımız Yaqub müəllim həm də ziyalılıq mücəssiməsidir, onun hərəkətlərindən, davranışından, ictimai həyatımızdakı mövqeyindən ziyalılıq, kamillik və mükəmməllik “tökülür” desək, yanılmarıq. O, öz hərəkətləriylə, davranışı, oturuşu-duruşu ilə, insanlara münasibətilə seçilir.

Yaqub müəllim öz yetkin şəxsiyyət xarakteri ilə qibtə edilən insanlardandır. O, həyatda həm gözəl övlad olmağı, həm mükəmməl ailə baçısı olmağı, həm xeyirxah müəllim olmağı , həm də vətən üçün ürəyi yanan insan olmağı bacarmışdır. Onun necə nümunəvi müəllim olduğunuı elə tələbələrindən biri Qalib Əsədov da vurğulayır: ”Yaqub Cavad oğlu Məmmədov - Tibb İnstitutunun rektoru (1983- 1992). Milyonların ürəyində adını əbədi həkk etmiş, şərəfli ömür yaşamış, keçmiş rektorumuz Yaqub Məmmədovdan yazmaq istəyirəm...

Uşaqlıqdan həkim olmaq istəyirdim. Orta məktəbdə əlaçı oxusam da, bunu eşidən yaxın qohumlarım, müəllimlərim arzumdan vaz keçməyimi tövsiyyə edirdilər. “Ora qəbul olmaq üçün nə qədər savadlı olsan belə azdır, mütləq ya çoxlu pulun, ya da vəzifəli dayağın olmalıdır. Tibb Universiteti kasıblar üçün deyil, bala” deyirdilər. Onuncu sinifdə oxuyanda Tibb Universitetinin rektorunun dəyişdirilməsi xəbərini aldıq. Və az bir müddət ərzində bütün respublika yeni rektor Yaqub Məmmədovdan danışırdı. Ədaləti bərpa edir, rüşvətin yığışdırılması üçün əlindən gələni edir, yaxşı oxuyan tələbənin dostudur və s.

Vaxt gəldi çatdı və mən Tibb Universitetinə qəbul oldum. Ömrümdə heç vaxt, “ATU tələbəsi” adını aldığım gün qədər sevinməmişəm. Bu sevinci isə mənə və mənim kimi minlərlə imkansız gənclərə məhz Yaqub Məmmədov yaşatdı.

Tələbə olduğum dövrdə kimsə haqsızlığa məruz qalırdısa, tutaq ki, imtahanda qiymətindən narazı qalibsa, yataqxana və ya digər sosial məsələlərlə bağlı problemi yaranırdısa, bir cümlə işlətməsi kifayət idi ki, məsələ dərhal həll olunsun. “Yaqub müəllimin yanına gedəcəm!” Bəli, Yaqub müəllim bizim arxamız, dayağımız olub, hər zaman. Güvəndiyimiz, çətinə düşəndə üz tutduğumuz insan olub Yaqub müəllim. Onun kabineti həmişə tələbələrin üzünə açıq idi.

Etiraf edim, zəhmli idi, çəkinirdik, hətta bir az qorxurduq da, amma eyni zamanda SEVİRDİK!!! Onunla həm də fəxr edirdik. Yadımdadır, ölkəmiz üçün ən çətin dövrdə, o zamankı Ali Sovetin sədri seçilmişdi. O dövrdə söylədiyi aforizmlər indi, xalq arasında atalar sözünə çevrilib”.

Bəli, bu gün 3 mart 2021-ci il tarixində ictimai-siyasi xadim, dəyərli insan, böyük alim,alimliklə kamilliyin vəhdəti Yaqub Cavad oğlu Məmmədovun 80 illik yubileyidir. 80 yaş, insanın, özü və yaşadığı cəmiyyət qarşısında verəcəyi hesabat anıdır. Yəni bu yaşa qədər necə yaşayıb, hansı yolu tutub, hansı əməllər sahibi olub, vətəninə, xalqına nə kimi xeyir verib və sair və ilaxır. Düşünürük ki, bu sarıdan Yaqub müəllimin deməyə, hesabat və əməl dəftərçəsini qürur və alınaçıqlığı ilə doldurmağa kifayət qədər sözü var.

Yaqub Məmmədov 3 mart 1941-ci ildə Gədəbəy rayonunun Əli –İsmayıllı kəndində kasıb ailədə doğulub. O, elə məktəb illərindən öz alicənablığı, istedadı ilə seçilmişdir. Orta məktəbi bitirdikdən sonra iki ildə kolxozda işlədi, əmək təcrübəsi qazandı. 1960-cı ildə isə təhsilini davam etdirmək üçün Bakıya üz tutdu.

Uşaqlıqdan ən böyük arzusu həkim olmaq idi. Buna görə də sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə verdi. Onun ömür tarixçəsində və çiyinləri üzərində həkim olmaqla bərabər ehtiyac duyulan politoloq yükü də varmış. O, öz zəhməti hesabına Gəncə-Basar mahalından müstəqil Azərbaycanın dövlət başçısı vəzifəsinə qədər ucalmışdır. Yaqub müəllim bu illərdə də alicənablığı, sadəliyi, sözünün bütövlüyü, mərdliyi ilə cəmiyyətdə nüfuz qazanmışdır. Hər zaman öz mərdliyi ilə seçilən Yaqub müəllim yaltaqlığa,məddahlığa nifrətini heç vaxt gizlətməmişdir. Belə ki, may 1992- cil tarixində parlamentə son çıxışında deyir:” Çox üzlü,məddah, yaltaq siyasi xadimlər ölkəni uçuruma aparır”.

1990-cı illər müstəqil Azərbaycan üçün çox ağır illər olub. Azərbaycan SSRİ-dən ayırılıb özünə gəlməyə çalışarkən Qarabağda ermənilər baş qaldırmağa başladılar. Bir tərəfdən də içimizdəki hakimiyyət hərisləri daxildə çəkişmə yaratmaqla ermənilərin xəmirinə su tökdülər. Beləliklə 26 fevral 1992- ci ildə Azərbaycanda XX əsrin ən ağır faciəsi baş verdi. Erməni vandalları “Xocalı soyqırımı”nı həyata keçirdilər. Bu da ölkədə siyasi böhranı daha da dərinləşdirdi. 5 Mart 1992- ci ildə Respublika Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və ölkənn siyasi böhrandan xilas edilməsi müzakirə edildi. Çox çəkən müzakirələrdən sonra Ali Sovetin sədri Elmira Qafarova itefaya göndərildi. Ali Sovet sədri vəzifəsinə yekdilliklə Yaqub Məmmədov seçildi. Buna baxmayaraq böhrandan çıxmaq mümkün olmadı. Ali Sovetin inzibati binasını əhatəyə alan AXC tərəfdarlarının təkidi nəticəsində republika przidenti Ayaz Mütəllibov istefaya məcbur edildi. Parlamentin qərarı ilə prezident səlahiyyətləri Yaqub Məmmədova həvalə edildi.

Ölkə çox ağır və ən acınacaqlı durumda idi. İctimai-siyasi böhran, iqtisadiyyat tənəzzüldə, ordu yox səviyyəsində idi. Bu baxımdan ölkəni idarə etmək mümkünsüz idi. Ölkədə siyasi böhrana görə xalq çaşbaş qalmışdı. Kim düzdür?, kim səhvdir? bilinmirdi . Ölkədə böyük qruplaşmalar var idi,bunlar arasında ən nüfuzlusu AXC idi. Belə çətin vəziyyətdə Y.Məmmədovun çiyininə böyük məsuliyyət düşmüşdü. Çıxış yolu olaraq Y.Məmmədov xalqa ilk müraciətində qeyd edir ki, “Etdiyimiz səhvlər bizə bəsdir. İndi o dövlət, o xalq inkişaf edib qabağa gedə bilər ki, onun sabit daxili siyasəti , sağlam iqtisadiyyatı və müdrük xarici siyasət xətti, çevik diplomatiyası olsun “ (“Həyat” 10 mart 1992).

Bu dövrdə Y.Məmmədov vəziyyətdən çıxış yolları istiqamətində fəaliyyətini davam etdirir, Türkiyə, Rusiya, İran, MDB ölkələri və qərb ölkələrinin başçıları ilə danışıqlar aparıb. Azərbaycanın haqq səsini dünyaya çatdirmağa çalışırdı. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda çirkin maraqları olan böyük dövlətlər Y. Məmmədovun haqq səsinə haray vermədilər. Buna görə Y.Məmmədov məşhur bəyanatında deyirdi ki, “Biz böyük oyunların kiçik peşkalarıyıq”.

Y. Məmmədov belə bir çətin durumda cəmiyyəti birləşdirmək üçün siyasi partiyaların və ictimai hərəkatların rəhbərlərini əməkdaşlığa çağıraraq kolision hökmətin qurulmasına dəvət edirdi . Buna görə siyasi təşkilatlarla danışıqlar aparmaq üçün hökmətin başçısı H.Həsənova tapşırıq verir. Lakin H.Həsənovun səyi nəticəsində bu iş pozulur. Buna baxmayaraq, Y.Məmmədov AXC-də böyük nüfuzu olan Rəhim Qaziyevi müdafiə naziri, Tahir Əliyevi daxili işlər naziri təyin etdi. Bu da ölkədəki böhranın
qarşısını almadı, hətta deyərdik ki, daha da dərinləşdirdi.

9 Mart 1992- ci ildə Aztv-yə müsahibəsində Yaqub bəy qeyd edirdi ki, “İstərdim ki, biz xalqımıza hər şeyi olduğu kimi çatdıraq. Respublikamızda bu gün parçalanma təhlükəsi var, ayrı-ayrı rayonlara, ayrı-ayrı şəhərlərə və s. Ancaq belə bir vəziyyətdə respublikada elə qüvvələr var ki, onları heç nə maraqlandırmır. Onları nə yaralı, nə vətən torpağı, nə xalqın birliyi, nə körpələrin ərşə qalxan naləsi, nə də namusumuza edilən təcavüz. Çox təssüf ki, bu gün belə qüvvələr ölkədə aparıcı qüvvədir. Ən dəhşətlisi də budur ki, həmin gözə görünməyən qüvvələr çox güclüdür. Sonra qeyd edir ki, “Mən bir həftədir ki, işə başlamışam .Həmin qüvvələr nəzərdə tutulmuş planla mənə hər tərəfdən təzyiq göstərir. Görünür mən bu vəzifəyə həmin qüvvələrin nəzərdə tutmadığı planlardan kənar təsadüfən gəlmişəm”.

Müstəqillik dövründə “Xocalı soyqırımı”na ilk dəfə dövlət başçısı səviyyəsində Y. Məmmədov qiymət vermişdir.

Y.Məmmədov Rusiyanın “İMA-Press” agentliyinə və İtaliyanın “RAİ” şirkətinə müsahibəsində bildirmişdir: “Əvvəllər biz Rusiyanı heç vaxt günahlandırmırdıq. Ümid edirdik ki, o obyektiv, bir tərəfli mövqe tutacaq. Lakin zaman göstərdi ki, Moskvanın bu məsələyə münasibəti bir tərəflidir. Rusiya Federasiyasının rəsmi rəhbərləri erməni seperatçılarını açıq müdafiə edir, onlara hərbi sahədə köməklik göstərirlər. Xocalıdakı qırğında 366-cı rusiya alayının iştirakı olmuşdur” (İzvestiya, 26 mart 1992-ci il).

Hələ o zamandan Y. Məmmədov bir dövlət başçısı kimi Qarabağ münaqişəsnin həll olunmasının Rusiyadan asılığı olduğunu dönə-dönə vurğulamışdır. Jurnalistin sualına cavab olaraq bildirmişdir ki, “Qarabağ münaqişəsinin həllinin açarı Moskovada Rusiya prezidentinin kabinetində yerləşir. Yalnız Yelsin bu müharibəni dayandırmağa qadirdir. Nə Buş, nə Mitteran, nə də başqa kim isə, yalnız Rusiya” (“Beynəlxalq” qəzet 24, 31 mart 1992-ci il) .

Füzuli Kərimov
Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə
İctimai Birliyininin sıdri
Ruslar bu kimi satışlardan gəlir, təminat və nüfuz əldə edir.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik Tomas Kampbel deyib.

O, Rusiya istehsalı olan S-400-lərin NATO və ABŞ üçün S-300-lərdən daha böyük təhlükə olduğunu bildirib.

"S-400 NATO və ABŞ-a qarşı yaratdığı risk baxımından köhnə sistemlərdən daha böyük təhdiddir. Türkiyəni bu sistemi əlində saxlamamağa çağırırıq. Türkiyə dəyərli bir NATO müttəfiqidir, ancaq bu məsələ Türkiyənin ABŞ və NATO müttəfiqi olaraq öhdəlikləri ilə uyğun gəlmir".

Qeyd edək ki, Yunanıstanda S-300 sistemləri olsa da, NATO və ABŞ buna etiraz etməyib.
Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm vəzifələr dayanırdı. Bu sırada ən öndə olan vəzifə müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Təbii ki, bunun üçün də düzgün və ölkənin maraqlarına xidmət edəcək xarici siyasət kursu həyata keçirmək zəruri sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr, hakimiyyətlər həqiqətən də bu siyasəti düzgün həyata keçirə, müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını müəyyənləşdirə bilmədilər.

Həm siyasi hakimiyyətlərin səriştəsizliyi, həm də yaxın və uzaq ölkələrlə normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu mənfi tendensiya Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsinə qədər davam etdi. Qeyd edilən tarixdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi xarici siyasət sahəsində də yeni dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa, siyasət həyata keçirməyə başladı. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.

İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Heydər Əliyev bunu yaxşı dərk edirdi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini münaqişədir və Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri orada sıxışdırmaqla məşğuldur. Buna qarşı isə guya Qarabağda yaşayan ermənilər öz haqqlarını tələb edirlər. Ona görə də Dağlıq Qarabağ probleminin dini bir münaqişə olmadığını sübut etdirmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaçqın və məcburi köçkünləri zəruri ehtiyaclarını tamamilə ödəmək yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı İslam fondları, yardım cəmiyyətlərini də bu prosesə cəlb etmək, onların azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ərəb ölkələrinə ilk rəsmi səfər edən Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri ilə danışıqlar aparmaqla bərabər, müqəddəs Kəbəni də ziyarət edib.

Həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilir və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapır.
Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır.

Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılmış, burada Misir məktəbi istifadəyə verilmişdir.

Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir. Misir Ərəb Respublikasının Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə göstərdiyi dəstəyinə cavab olaraq Azərbaycan Respublikası da Misirin bu Şuranın qeyri-daimi üzvlüyünə seçilməsinə dəstək vermişdir.
Azərbaycanın və İordaniyanın ali rəhbərləri iki dəfə - 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 1994-cu ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında təkbətək görüşmüşlər. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentı Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə etmişlər.

Sonrakı illərdə digər müsəlman ölkələrinə baş tutan səfərlər, Heydər Əliyevin İslam dünyası ilə qurduğu sıx əlaqələr, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsi idi ki, 1997-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) Zirvə görüşündə təşkilat tərəfindən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair qətnamə qəbul edilib. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilib, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması tələb olunub, bir daha qeyd edilib ki, zor gücünə ərazi ələ keçirilməsi yolverilməzdir.

Azərbaycanın müsəlman aləmi, İslam dünyası ilə əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi ölkəmizdə mövcud olan dini tolerantlığın, eyni zamanda İslami dəyərlərə yüksək səviyyədə diqqət və qayğının bu coğrafiyaya çatdırılması baxımından da əhəmiyyətli idi.

Azərbaycan müsəlman aləminin bir üzvü, müsəlman ölkəsi olduğu üçün günümüzdə də bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələr yüksək səviyyədə inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Dövlət başçısının hakimiyyətdə olduğu ötən 18 ilə yaxın müddətdə müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar fonunda bütün bunları aydın görmək mümkündür. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O, həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəlmişlər.

Azərbaycan və İraq aarasında diplomatik əlaqələr 90-cı illərdə qurulmuşdur. İki ölkə arasında müxtəlif sahələrdə təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.

Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. İki ölkə arasında əlaqələr müxtəlif sahələri özündə əhatə edir. bura iqtisadi, siyasi, mədəni və təhsil sahələrini əlavə etmək olar.

Günümüzdə Azərbaycanla İslam dünyası arasında yüksək səviyyəli əlaqələrin qurulmasında və daha da inkişaf etdirilməsində rəsmi Bakının atmış olduğu bir sıra mühüm addımlar da önəmli rol oynayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, dünya dini liderlərinin Bakıda bir neçə toplantısının keçirilməsi və s. bu sıraya aid etmək olar.

Günümüzdə də Azərbaycan İslam dünyasının bir parçası, müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır. Bu müsbət tendensiya Azərbaycanın İslam coğrafiyasında mövqelərini daha da möhkəmləndirir, onun nüfuzunu artırır.

Haşim Məmmədov
Şərqşünas-Araşdırmaçı