Bakıda 9 dərəcə ŞAXTA OLACAQ, QAR YAĞACAQ - BU GÜNÜN HAVASIBakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

Paşinyan “İsgəndər”ə görə generalı vəzifədən qovduErmənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sərkisyan sərəncam imzalayıb.

Ermənistan prezidentinin rəsmi saytında dərc olunan fərmana əsasən, qərar Baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul olunub.

Qeyd edilir ki, Paşinyanın bu təqdimatının səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması olub. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istəyib. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırmışdı.

Onun bu açıqlaması Nikol Paşinyanın qəzəbinə səbəb olub.