İrəvanda polis binası mühasirəyə alındıİrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, İrəvanın mərkəzindəki polis idarəsinin binasını mühasirəyə alan "Vətənin xilası naminə" müxalifət hərəkatının tərəfdarları polis rəisi Vaqe Kazaryanla görüş tələb edirlər.

"Biz indi polisin binasını mühasirəyə alırıq və polis rəisinin yanımıza gəlməsini tələb edirik. O, tabeçiliyində olanların etdiyi bütün vəhşiliklərinə görə cavab verməlidir", - deyə aksiyanın təşəbbüskarlarından biri, "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
Tiflisdə inqilab gözlənilirGürcüstandakı situasiya 2003-cü il hadisələrini xatırladır.

Avrasiya.net xəbər verir ki, bunu “Qruzinform” saytının baş redaktoru Arno Xidirbeqişvili deyib.

Onun sözlərinə görə, Qaxariyanın istefası və parlament böhranı ciddi silkələnmə sayılmalıdır:

“Hazırkı situasiya 2003-cü ilin təkrarıdır. O zaman baş nazir Jvaniya istefaya getmiş, Qızılgül inqilabı olmuş, yeni hökumət gəlmişdi. O vaxt hakimiyyəti əlinə Şevarnadzenin Mülki İttifaq Partiyası almışdı (inqilabdan əvvəlki dönəmi xatırladır – red.). Eynilə bu gün seçkilər, nəticələrə etiraz edilməsi, baş nazirin istefası təkrarlanır. Bunu təbii ki, hökumətin istefası izləməlidir. İnqilab ssenarisi artıq işləyir, o, 50% artıq gerçəkləşib”.
“Azərsu”dan vətəndaşlara XƏBƏRDARLIQHidrometeroloji proqnozlara əsasən qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Avrasiya.net xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

Qurum istehlakçıların diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Bu günlərdə “Azərsu”yun xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Abunəçilər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu”yun 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə Qaydaları"nın 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.
Dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət etdiAzərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

Avrasiya.net həmin müraciəti təqdim edir:

"Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib. Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərinin kulminasiya nöqtəsi idi. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, fiziki və mənəvi terror, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi gedişində Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirdi. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan atəşə tutdu. 11 nəfəri uşaq olmaqla 94 mülki şəxsin qətlə yetirilməsi, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırım siyasətinin davamı oldu. Ermənistanın atəşkəs imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətini səciyyələndirən daha bir nümunədir. Ermənistan tərəfinin 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbana çevrilir - həyatını itirir, ömürlük əlil olur.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırımı ilə yanaşı, mənəvi təcavüz və mədəni irsə qarşı genosid həyata keçirib. Xarici müşahidəçilərin qeyd etdikləri kimi, vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərləri işğal dövründə ruhlar məkanına çevrilmiş, yandırılmış torpaq siyasətinə məruz qalmış ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələr yerlə yeksan edilib. Qəsbkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 tarixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılmış və talan edilmiş, əsarətdə qalan xristian kilsələri qriqoryanlaşdırılmış, məscidlər tövləyə çevrilərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərinə məruz qalıb. Qəsbkarlar işğal etdikləri ərazilərdə erməni izi yaratmaq məqsədilə Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib, qriqoryanlaşdırıblar. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Təəssüflər olsun ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələri yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərinə dəstək verməklə öz xalqını yeni savaşlara təhrik edirlər.

Otuz ilə yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaranır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmamış, layiqli cəzalarını almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!

Azərbaycan dindarları və din xadimləri ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirlər. Biz bütün dünya xalqlarına sülh, əmin-amanlıq və rifah arzulayırıq. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, BMT və digər beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi təcavüzü və vəhşiliklərə hüquqi-siyasi qiymət verməyə, Holokost, Ruanda, Srebrenitsa kimi, Xocalı faciəsini də bəşəri cinayət - soyqırımı aktı kimi tanımağa çağırırıq.

Eyni zamanda, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.

Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.
Bakıda bir evdə tapılan 5 gəncin ölüm səbəbi - RəsmiFevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vilayət Eyvazov polkovnikə vəzifə verdiDaxili işlər orqanlarında yeni təyinat olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qiyam saatı yaxınlaşırErmənistanın Respublikaçılar Partiyasının onlarla üzvü saxlanılıb.

Bunu Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan deyib.

“Səhər tezdən Respublikaçılar Partiyasının ofisi polis kordonu ilə mühasirəyə alınıb. “Respublika” metrostansiyası yaxınlığında “qırmızı beretli”lər dolaşır. Satqın hakimiyyəti güclə tuta bilməyəcək, kreslosunda polisin köməyi ilə qala bilməyəcək. Qiyam saatı yaxınlaşır”, – deyə o bildirib.
Ölkəmizdə koronaya yoluxanların sayı artdıAzərbaycanda bu gün koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub.
Eks-prezidentin məhkəməsi başladıErmənistanın eks-prezidenti Robert Koçaryan və digər dövlət xadimlərinin məhkəməsi başlayıb.

Avrasiya.net xəbər verir ki, baş nazirin eks-müavini Arman Qevorqyanın vəkili prosesə gecikdiyi üçün hakim Anna Danibekyan 20 dəqiqəlik fasilə elan edib.

Robert Koçaryan 2008-ci il martın 1-də konstitusion quruluşun devrilməsində ittiham olunur.
Ermənilər ölülərdən də intiqam almaq istəyib - HacıyevErmənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, - o bildirib.