Yalçın Rzazadə vəfat etdiXalq artisti Yalçın Rzazadə vəfat edib.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bu barədə mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.
Daha bir qadın özünü binadan atdı - FOTOBu gün Bakı şəhərində daha bir qadın özünü binadan ataraq intihar edib.

Avrasiya.net xəbər verir ki, hadisə saat 16:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində əlillər binası adlanan binada baş verib. Orta yaşlı qadın özünü binadan atıb və yerindəcə keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb, əraziyə polis və prokurorluq əməkdaşları gəlib.
Polis tanınmış meyxanaçıları CƏRİMƏLƏDİTanınmış meyxanaçılar Rüfət Nasosnu, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.

Avrasiya.net-in məlumatına görə, Sumqayıt şəhət Polis İdarəsi əməkdaşlarının keçiridyi əməliyyat zamanı həmin şəxslər karantin qaydalarını pozduğu aşakar olunub.

Qeyd olunan şəxslər hüquq-mühafizə orqanaları tərəfindən inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə əsasən hər bir 400 azn məbləğində cərimə ediliblər.
Prezident Administrasiyası işğaldan azad edilmiş ərazilərlə bağlı İCLAS keçiribİşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin müvafiq işçi qrup rəhbərlərinin iştirakı ilə növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğu vurğulanıb.

Qeyd edilib ki, görülən işlər öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparılır.

İşğaldan azad edilmiş ərazilərdə hərbi-siyasi, hüquqi, sosial-iqtisadi, minalardan təmizləmə, şəhərsalma, enerji, humanitar, beynəlxalq əməkdaşlıq, təşkilati və digər məsələlər üzrə işlərə cavabdeh olan müvafiq dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən görülmüş işlərlə bağlı ətraflı məlumat verilib.

Həyata keçirilmiş və icraatda olan işlərin ilkin nəticələri, təxirəsalınmaz və uzunmüddətli planlaşdırma, bu proseslərdə mövcud olan qabaqcıl üsul və metodologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti dövlət qurumlarının təklifləri əsasında qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Prokurorluq Sevilin ölümü ilə bağlı məlumat yaydıBakıda 20 yaşlı qızın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb:

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir".
Ordumuz Şuşaya qayalıqlarla belə daxil olub – Şok görüntülərErmənistan mətbuatı Azərbaycan Ordusunun Şuşaya daxil olma görüntülərini yayıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, ermənilər tərəfindən termal kameralar vasitəsilə qeydə alınan görüntülərdə Azərbaycan döyüşçülərinin qayalıqlarla, dağlıq ərazilərlər Şuşaya doğru irəlilədiyi görülür.

Həmin görüntüləri təqdim edirik:
Dövlət Xidmətinə yeni rəis təyin edildiPrezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyinatına dair sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edirdi.

Jurnalistlər barədə məlumatlar sistemləşdiriləcəkAzərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək:

“Hazırda bu məsələ müzakirə edilməkdədir”.
Əlibaba Məmmədovun qızı vəfat etdiXalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin qızı vəfat edib.

Əlibaba Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

“Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronavirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu.

Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizləri, əzizlərinizi qorusun”.