Ucarda ağır qəza: 3 ölü, 2 yaralıUcarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində “Mersedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Müğənni Xatirədən Oqtay Əliyevə SƏRT TƏNQİD: Siz kişisiniz, bəs harada idiniz?Müğənni Xatirə İslam “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə münasibət bildirib.

Xatirə efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edən Oqtay Əliyevə belə cavab verib:

“Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm mənə pul ver.

Sizi çox istəyirəm. Deyirsiz, müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində “Əsgər marşı”m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndinə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.

Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin ona görə gördüyüm işlər haqda bilməmisiniz”. (sosium.az)


"Troll" nə deməkdir və “bizim troll”arın fərqi…Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində “troll” sözünün ən müxtəlif interpretasiyalarda təqdim olunduğunu nəzərə alıb, dünya internet şəbəkəsində kifayət qədər geniş yayılmış bu təzahürlə bağlı bəzi mətləblərə aydınlıq gətirməyi qərara aldım.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Politoloq qeyd edib ki, Troll - Skandinaviya xalqları arasında yayılmış çoxsaylı əfsanələrin personajlarından biridir. Təxminən bizim Təpəgöz kimi:

“Əfsanələrə görə, trollar da vampirlər kimi qaranlıq qəsrlərdə yaşayır, gün işığına çıxmırlar. Onların bəziləri nəhəng, bəziləri isə həddindən artıq alçaq boylu olur və insan əti ilə qidalanırlar. Skandinaviya əfsanələrində bir də körpü altında yaşayan, yaxud körpülərə keşik çəkən trollar var. Bu trollar bəzən özlərinin, bəzən isə başqalarının inşa etdiyi körpülərin altında yaşayır, körpüdən keçənlərdən haqq alırlar. Körpü altında yaşayan trolların digər trollardan fərqi onların gün işığına çıxa bilmələri və pulu çox sevmələridir. Çox güman ki, trollinqin internetdəki təzahürünün terminləşməsində sonuncu “keyfiyyət” əsas rol oynayıb. Müasir anlamda isə troll ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir. “O” ən müxtəlif adlar altında sosial şəbəkələrdə aparılan müzakirələrə qatılaraq, mövzunu dəyişməyə çalışır, əlindən gələni edir ki, onu söysünlər, aşağılasınlar və son nəticədə diqqət mərkəzində cəmiyyət üçün faydalı olan məsələlər deyil, onun üyütdüyü yalan və böhtanlar dayansın”.

Politoloq vurğulayıb ki, son illər bu mövzuda çoxsaylı elmi işlər yazılıb:

“Azərbaycanda isə troll fərqli mövqeyi olan, konkret internet istifadəçisinə, yazara, siyasətçiyə və yaxud bu və ya digər peşənin, siyasi qütbün təmsilçisinə əks qütbdə dayanan şəxslərə qarşı istifadə edilən aşağılayıcı ifadə kimi qəbul olunur. Məsələn, dünənə qədər premodern və modern anlamda şantajla, reketlə məşğul olanlar, çağdaş dövrün qeyri-müəyyən informasiya mühitindən faydalanaraq, postmodern cinayət taktikasıyla bir üzü, bir imzası və bir sifəti olan peşəkarlara “troll” damğası vurmaqdan xoşlanır və dünənə qədər törətdikləri qanunsuz əməlləri unutdurmağa çalışırlar. Təbii ki, bu kontekstdə bir sıra çirkli oyunların iştirakçısı olanlara qalibi qazandırmaq niyyətində deyiləm. Belələri trolldan daha dəhşətli varlıqlardır. Məqsədim diqqəti əslində trollinqə heç bir aidiyyəti olmayan iki təzahürə çəkməkdən ibarətdir. Bunlardan birincisi qeyri-müəyyənlik çərçivəsində, hansısa mübhəm məqsədlərlə, yaxud elə gündəmi “çevir tatı, vur tatı” elementləri ilə daşanadək doldurmaq üçün ictimai rəyə ötürülən qeyri-müəyyən mesajlar, ikincisi isə örkənda anlaşa bilməyənlərin doğanaqdakı “vur çatlasın, çal oynasın” elementləridir. Əslində isə meydan bomboşdur və heç kim heç kimin qolunu bağlamayıb. Bu qəbildən olan problemlərin aradan qaldırılmasının yolu isə qanunvericilikdəki boşluqları aradan qaldırmaqdan və onların icrasına nəzarəti gücləndirməkdən, həmçinin yalnız və yalnız hüquqi sərhədlər çərçivəsində, heç bir kənar təsir və yaxud stimullaşdırma olmadan, tam ədalətli rəqabət mühiti formalaşdırmaqdan ibarətdir. Belə olduğu halda, körpülərin altında kimsənin dayanmağına da ehtiyac qalmayacaq".
Quş qripi sürətlə yayılırÜmumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi xəstəliyinin yayılma arealı sürətlə genişlənməkdədir.

Hazırda dünyanın 45 ölkəsində, o cümlədən ölkəmizlə qonşu olan Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir.

Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Bəs bununla bağlı vətəndaşlar hansı qaydalara əməl etməlidir:

- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və sair.);

- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;

- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.

Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyə olunur.

Axar.az
DİN-dən baş redaktorun döyülməsi ilə bağlı AÇIQLAMAÖtən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

Avrasiya.net xəbər verir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb. Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.
İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini XTQ giziri Babək Səhman oğlu Namazovdan gedir.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!
Bakıda fəhlə 12-ci mərtəbədən yıxılıb öldüFevralın 19-da saat 16 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov rayonu ərazisində inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar podrat müqaviləsi əsasında “Colosium” MMC tərəfindən aparılan işlər zamanı qəlibçi 1992-ci il təvəllüdlü Qamət Ağayev həmin binanın 12-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılmış və nəticədə aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İkinci kurs tələbəsi özünü asıbTovuz rayonunda 2-ci kurs tələbəsi özünü asaraq intihar edib.

Hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Xəqani Ocaqverdiyevin cansız bədəni həyətdən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə Tovuz rayon Prokurorluğu və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. İntiharın səbəbi dəqiqləşdirilir.

İntihar edən şəxs "Turan" Peşəkar Futbol Kulubunun keçmiş üzvü, hazırda klubda məşqçi köməkçisi işləyən Nizami Ocaqverdiyevin oğludur. (baku.vs)
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamıVəzifə səlahiyyətindən, tutduğu postdan dövlət malını talamaq, mənimsəmək üçün istifadə edən məmurların cəzalandırılması prosesi davam edir. Təqdirəlayiq haldır ki, bu proses yalnız vəzifədə olan deyil, sabiq məmurları da əhatə etməyə başlayıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sonra daha hansı məmurların həbs olunacağı hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən birinə çevrilib. Məlumata görə, bir müddət əvvəl daha bir sabiq məmurla bağlı istintaq başladılıb. Söhbət Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Baş nazirin sabiq müavini Əli Həsənovdan gedir. Onun bir müddət öncə dövlətin müvafiq orqanlarına çağırılaraq saatlarla dindirildiyi bildirilir.

Məlumata görə, qaçqın və məcburi köçkünlərin mənzillə təminatı, kommunal xidmətlərə görə ödənişləri və sair istiqamətlərdə yol verilən korrupsiya hallarının araşdırılması üçün aylar öncə təhqiqat başlanıb. Təhqiqat və araşdırmalar nəticəsində 2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımların mənimsənilməsinə dair dəlillər aşkarlanıb. Mənbə bildirir ki, Ə.Həsənov bu dəlillərlə bağlı dindirilməyə cəlb olunub. Onun qısa müddətdə 15 milyon manata yaxın vəsaiti geri qaytardığı, lakin istintaqın dayandırılmadığı qeyd olunur.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərə ev paylanması, onların kommunal xərclərinin qarşılanması sahəsində ciddi problemlərin olduğuna dair ölkə mətbuatı uzun illər dayanmadan faktlar və materiallar dərc edib. Bu məsələ hətta ölkə Prezidenti səviyyəsində qaldırılıb. Belə ki, ötən ilin mayında Kəlbəcər rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunmuş Azər Qocayevi qəbul edərkən Prezident İlham Əliyev məcburi köçkünlərin təminatları ilə bağlı ciddi problemlərin aşkarlandığını deyib: “Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”, - dövlət başçısı vurğulayıb.

Göründüyü kimi, mənbəmizin haqqında bəs etdiyi araşdırmanın aparılmasını Prezident ötən ilin mayında anons etmişdi. Maraqlıdır ki, məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahəsinə daxil olan məsələlərlə bağlı araşdırmaların aparıldığını da cəmiyyətə ilk olaraq Prezident açıqlamışdı. O, 2020-ci ildə əlilliyin və pensiyaların təyinatı, sosial dəstəyin göstərilməsi sahəsində ciddi problemlərin, qanunsuzluqların aşkarlandığını, bu istiqamətdə araşdırmaların aparıldığını bir neçə dəfə bəyan etmişdi. Bunun ardınca isə S.Müslümov həbs olundu. Görünür, ötən ilin mayında məcburi köçkünlərin uçotu, mənzil təminatı ilə bağlı açıq korrupsiya hallarının olduğun deyərək, araşdırmalar aparıldığını qeyd edən Prezident konkret fəaliyyətlərə əsaslanırmış.

Ə.Həsənovun hansı həcmdə vəsaitin mənimsənilməsində ittiham edilməsinin mümkünlüyü məsələsinə gəlincə, burada söhbət çox böyük həcmdə vəsaitlərdən gedə bilər. Belə ki, Ə.Həsənovun “Qaçqınkom”a rəhbərlik etdiyi dövrdə köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Daha dəqiqini desək, 1993-2018-ci illər ərzində ümumilikdə 7,1 milyard manat vəsait sərf edilib. Bunun 3,4 milyard manatı dövlət büdcəsinin, 2,3 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaiti olub.

Bu illər ərzində qaçqınlara verilən yardımların, kommunal xidmətlərə görə güzəştlərin çatdırılmasında, yaxud hesablanmasında böyük problemlərin olduğu dəfələrlə qeyd edilib. Bu və digər problemlər Hesablama Palatasının apardığı araşdırma zamanı da üzə çıxmışdı. Araşdırmanın nəticələri 2019-cu ilin yanvarında açıqlanıb.

Palatanın 01.04.2016-01.04.2018-ci il dövründə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair apardığı audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, Komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıqödəmələrin təkrarlandığı müəyyən edilib.

Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515 030,8 min manat vəsaiti əhatə edib.

Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.

Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.

Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilmiş, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol veriib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.

Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.

Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməmiş, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.

Hesablama Palatasının Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılması və lüzumsuz xərclərə yol verilməsinin qarşısının alınması, dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədyönlü və qənaətli istifadə edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Göründüyü kimi, Ə.Həsənovun istintaqa cəlb olunması, hətta həbs edilməsi üçün kifayət qədər hüquqi əsaslar var...

Yazı ilə bağlı qarşı tərəfi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Putinlə Jirinovski arasında ŞOK DİALOQ: Xristian dünyasında yetimikRusiya Prezidenti Putinlə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski arasında maraqlı dialoq yaşanıb.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, Duma üzvü olan müxalifət liderlərilə telekonfrans formatında görüş keçirən Putin Jirinovskinin xarici müdaxilə məsələsi ilə bağlı söylədiklərinə kəskin cavab verib. Belə ki, Jirinovski 988-ci ildə Rusiyanın Bizans xristian yolunu qəbul etdiyini deyib:

"Əvvəl kilsələr birləşmişdi, sonra parçalanacağını bilmirdik. Sonra Şərqdən "barbarlar" (türklər nəzərdə tutulur - red.) gəldi, 1453-cü ildə Konstantinopolda (Konstantinopolun fəthi - red.) hər şey dağıldı. Biz katolik və ya protestant deyilik. Xristian dünyasında yetimik. Onların dünyasında tək qaldıq".

Putin isə öz növbəsində Jirinovskinin sözlərinə düzəliş edib:

"Əlbəttə, Türkiyə də daxil olmaqla, Şərq məsələsində yüksək bilikli bir mütəxəssisiniz. "Barbarlar" Şərqdən gəldi, ortodoksal imperiyanı məhv etdi" dediniz. Ancaq yaxşı bilirsiniz ki, "barbarlar" gəlməmişdən öncə Qərbdən səlibçilər gəldi, pravoslav imperatorluğunu zəiflətdi. Daha sonra son zərbə endirildi və ələ keçirildi. Bu tarixi hadisələri heç vaxt unutmamalıyıq".

Qeyd edək ki, Putin-Jirinovski dialoqunda vurğulanan "barbarlar" sözü həqiqət deyil, daha çox, nifrətin ifadəsidir. Bizans imperiyasında yaşanan səfalətli durum osmanlıların gəlişi ilə aradan qalxdı və sabit bir düzən formalaşdı. Müsəlmanlar daxil olmaqla, digər dinin nümayəndələri də uzun əsrlər boyunca sülh və rifah içərisində yaşadılar.