İran parlamentinin komitə sədri Naxçıvanda səfərdədirİran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Trend-in məlumatına görə, səfər çərçivəsində İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqda müzakirələr aparılacaq.

Gürcüstanın baş naziri istefa verdiGürcüstan baş naziri Georgi Qaxariya istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“Mən tutduğum vəzifədən getmək qərarı qəbul etmişəm. Əlbəttə, mən inanıram ki, bu addımım siyasi məkanda qütbləşmənin azalmasına kömək edəcək”, – deyə o bildirib.

Məlumata görə, o, komandasında yaranan fikir ayrılığına görə istefaya gedib.

Dubay əmirinin qızı atası tərəfindən girov kimi saxlandığını açıqlayıbDubay əmiri, Baş nazir Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun qızı Lətifə atası tərəfindən girov kimi saxlandığını bəyan edib. 2018-ci ildə ölkədən qaçmağa cəhd göstərən gənc xanım saxlanıldığı evin hamam otağında video çəkərək başına gələnlər haqqında danışıb.

Avrasiya.net-in oxu.az-a istinadən məlumatına görə, qeyd olunan video çərşənbə axşamı BBC telekanalında yayımlanıb. Videoda 35 yaşlı Lətifə villada 30 polis tərəfindən qorunduğunu bildirib. Evin xaricində onu kişi, daxilində isə qadın polislər izləyir. Lətifənin sözlərinə görə, ona pəncərəni açmağa belə icazə verilmir. Xanım bütün ətraf aləmdən təcrid olunub. Hətta videonu çəkdiyi telefonu da ona gizlincə ötürüblər. Görüntülər hamam otağında çəkilib, belə ki, Lətifənin sözlərinə görə, bu, villada qapısı arxadan bağlanan yeganə otaqdır.

39 dəqiqəlik videoda Dubay əmirinin qızı özünü həbsxanadakı kimi hiss etdiyini bildirib.

Xatırladaq ki, Lətifə iki dəfə 2002 və 2018-ci illərdə Dubaydan qaçmağa cəhd göstərib. Onun böyük bacısı Şəmsə də vaxtilə Londona qaçıb, lakin oradan oğurlanaraq yenidən BƏƏ-yə gətirilib.

Qeyd edək ki, bir müddət öncə Baş nazirin altıncı həyat yoldaşı Hayya bint əl-Hüsseyn də ölkədən qaçaraq Avropaya pənah aparıb.
Pandemiya qurbanlarının sayı 2 milyon 441 min nəfərdirDünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 110 milyon 432 min 857 nəfərə çatıb.

Avrasiya.net bildirir ki, məlumatı “Worldometers” saytı yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı 2 milyon 441 min nəfərdir. İndiyədək 85 milyon 327 min 843 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 453 526 nəfər virusa yoluxub, 502 544 pasiyent dünyasını dəyişib.
Tatlısəs məhkəməyə verildi - 21 min tələb edilirİbrahim Tatlısəs məhkəməyə verilib.

Publika.az mətbuatına istinadən xəbər verir ki, Tatlısəsi şair və yazıçı Necdet Rüştü Efenin qızı Şirin Nisan Dengiz məhkəməyə verib.

Dengizin iddiasına görə, atasına aid “Batan gün kana benziyor” adlı əsər Tatlısəsin “Yağmurla gelen kadın” albomunda icazəsiz istifadə edilib.

Yazıçının qızı "imperator"dan 21 min lirə (5 min 100 manat) tələb edib.

Dengizin vəkili bildirib ki, tərəflər arasında danışıqlar olsa da, onlar razılığa gəlməyib
Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıbBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Amil Əhmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 3-ə təyin edilir.

Qeyd edək ki, A.Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.

Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

A.Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılmış, Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Report
Pakistan sərhədində atışma: İran ordusu itki verdiİranın Sistan-Bəlucistan əyalətində naməlum silahlılarla atışmada SEPAH-ın 3 hərbçisi ölüb, 1-i yaralanıb.

İranlı hərbçilər bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb.

Atışma zamanı silahlılardan da ikisi öldürülüb.

Qeyd edək ki, fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurma zamanı öldürülmüşdü.


axar.az
Türkiyə ABŞ TIR-larını vura bilərTürkiyə ABŞ tərəfindən PKK/PYD-yə yardım üçün göndərilən TIR-ları vura bilər.

Avrasiya.net xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəisi, general İsmayıl Hakkı Pekin çıxış edib.

İsrailin İran, İraq, Livana hücum etdiyini, həmçinin bu ölkənin İranın yük daşıyan maşınlarını, anbarlarını vurduğunu qeyd edən general terrorla mübarizə aparan Türkiyənin də eyni şəkildə hərəkət edə biləcəyini qeyd edib:

"PKK/YPG-dən Türkiyəyə hücumların edildiyini bütün dünya bilir. İsrail terror təhdidi haradan gəlirsə, vurur. Terror TIR-ları da vurula bilər".
Türk ordusunun hədəfi: İranla anlaşma lazımdır - GeneralQara - Türkiyə-İraq sərhədinin 32 km cənubunda bir bölgədir. Mən Qarada xidmət etdim. Səddamın Qara dağında bir sarayı var idi. Onun 1991-ci ildə başlatdığı əməliyyat zamanı 650 min insan Türkiyəyə qaçdı. İçərisində bəzi terrorçu qruplar da var idi. 4 min terrorçu ABŞ-a aparıldı, təlim keçirildi. Onlar daha sonra Türkiyənin dağlarında yerləşib güc əldə etdilər. 2016-cı ildə təhlükəsizlik qüvvələrimizin Diyarbəkirin Sur rayonunda apardığı əməliyyat zamanı PKK-ya böyük zərbə vuruldu və Şimali İraqa qaçdılar. Qarada PKK-nın güc mərkəzinə çevrilməsi də o dövrə təsadüf edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan generalı Ərdoğan Qaraquş bildirib.

"Baxın, bölgəni tanıyan biri kimi deyirəm. 9 otaqdan ibarət mağaranın görüntülərini izlədim. O mağaraların əksəriyyəti təbii şəkildə yaranıb və orada çoxlu elə mağara var. PKK bu mağaraların içərisində çalışaraq otaqlar yaradır və yaşamaq üçün şərait qurur. 5 min il öncə yeraltı şəhərlər inşa edilib. Kapadokyada neçə mərtəbəli evlər ovularaq düzəldilib. Günümüzdə də təbii mağaralar tənzimlənə bilər.

Əslində, PKK-nın Şimali İraq bölgəsində gizlənəcəyi, əsirləri saxlaya biləcəyi çox yer yoxdur. Bu səbəbdən əksəriyyəti kəndlərdə gizlənməyi üstün tutur. Bəlkə də ən uyğun yer Qara dağıdır. Qarada da 50 hədəf vuruldu, ancaq həmin mövqelərdə nə qədər terrorçu var idi, bilmirik. Sadəcə, həmin əməliyyatda 53 terrorçu məhv edildi", - Qaraquş vurğulayıb.

Qaranın terrorçulardan təmizlənməsindən sonra Qəndil və Sincarda olan terrorçular arasında koordinasiyanın qırılacağını deyən general bölgədə onların tükənmə mərhələsində olduğunu bildirib:

"Sincar əməliyyatı çox vacibdir. Burda belə bir detal var. Bu bölgədə İranın dəstəklədiyi Haşdi Şabi təşkilatı yerləşib. Sincarda yalnız PKK deyil, İranın dəstəklədiyi təşkilatlar da var. PKK bu təşkilatlarla o qədər də üz-üzə gəlmir. Sincarda əməliyyat olarsa, İranla razılaşmaq lazımdır. Artıq İraq hökuməti ilə bir razılaşma əldə etmişik. Yalnız PKK-nı vurmaq üçün bir əməliyyat olacaq"
“Yuventus” “Porto” ilə bacarmadı, “Sevilya” evdə uduzdu - ÇLUEFA Çempionlar Liqası (ÇL) 1/8 final mərhələsində keçirilən “Porto” - "Yuventus" və "Sevilya" - “Borussiya Dortmund" qarşılaşması başa çatdı.

“Porto” - “Yuventus” - 2:1

Qol: Mehdi Taremi, 2, M.Mareqa, 46, Federiko, 82

“Sevilya” - “Borussiya” - 2:3

Qol: Suso, 7, Mahmud Dahud, 19, Erlinq Haland, 27,43, Luuk de Yonq, 84

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 10-da keçiriləcək.

01:45

UEFA Çempionlar Liqası 1/8 finalın hazırda keçirilən hər iki matçında əlavə qollar vurulub.

“Porto” - “Yuventus” - 2:1

Qol: Mehdi Taremi, 2, M.Mareqa, 46, Federiko, 82

“Sevilya” - “Borussiya” - 2:3

Qol: Suso, 7, Mahmud Dahud, 19, Erlinq Haland, 27,43, Luuk de Yonq, 84

01:11

“Porto” - “Yuventus” matçında ev sahibləri daha bir qol vurub.

“Porto” - “Yuventus” - 2:0

Qol: Mehdi Taremi, 2, M.Mareqa, 46

00:53

“Sevilya” - “Borussiya” matçında almanlar daha bir qol vurub.

“Sevilya” - “Borussiya” - 1:3

Qol: Suso, 7, Mahmud Dahud, 19, Erlinq Haland, 27,43

00:30

UEFA Çempionlar Liqası 1/8 finalın hazırda keçirilən “Sevilya” - “Borussiya” matçında ikincilər hesabda irəli çıxıblar.

“Sevilya” - “Borussiya” - 1:2

Qol: Suso, 7, Mahmud Dahud, 19, Erlinq Haland, 27

00:12

UEFA Çempionlar Liqası 1/8 finalın hazırda keçirilən hər iki matçında hesab açılıb.

“Porto” - “Yuventus” - 1:0

Qol: Mehdi Taremi, 2

“Sevilya” - “Borussiya” - 1:0

Qol: Suso, 7

00:01

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyununa start verilib.

Bakı vaxtı ilə saat 00:00-da “Porto” - "Yuventus" və "Sevilya" - “Borussiya Dortmund" qarşılaşması başlayıb.