Şabran idmançısı İsraildə qızıl medal qazanıbBu gün İsrailin Təl-Əviv şəhərində keçirilən Cüdo üzrə QRAND SLAM turnirində mübarizə aparan Şabran idmançısı Davud Məmmədsoy 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatı - qızıl medala layiq görülüb.

Xatırladaq ki, D.Məmmədsoy finalda gürcüstanlı idmançı Temur Nozadzeni məğlub edib.

Onu da bildirək ki, Yeniyetmə və gənclərdən ibarət Milli komandaların üzvü olan D. Məmmədsoy 2013-cü ilin sentyabr ayında Sarayevo şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 55 kq çəki dərəcəsində Milli komandaya qızıl medal qazandırıb. 2015-ci ilin noyabr ayında isə Bratislava şəhərində 23 yaşa qədər idmançılar arasında Avropa bilirinciliyində 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. 2016-cı ilin iyul ayında isə Monqolustanın Ulan Bator şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında 60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Davud Məmmədsoyun ilk müəllimi əməkdar məşqçi Asif Abdulayev olub.
Bakıda 82 saylı məktəb koronavirusa görə bağlandıPaytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırlıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Nərimanon rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
Xarici diplomatlar Buğdama səfər ediblərHindistan, Cammu və Kəşmir, Srinagar, 17 fevral (ANI): Çərşənbə günü Srinagara gələn xarici nümayəndəliklərdən 24 nəfər diplomat Budgam bölgəsində ənənəvi formada qarşılandı.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Budgam rayonunda yerləşən Maqam məhəlləsini ziyarət edən diplomatlar burada Rayon İnkişaf Şurasının sədri Nazir Əhməd Xan və kənd şurasının digər nümayəndələri tərəfindən qarşılandılar. Bundan sonra Nazir Xan diplomatik nümayəndələrə müraciət etdi.

Xarici nümayəndələrə şuranın qanunları, həmçinin kəndlərə və məhəllələrə geri dönüş yolu ilə şikayətlərin aradan qaldırılması və beləliklə rəhbərliyin insanların necə çatdığına dair qısa məlumat verildi. Nümayəndə heyəti həmçinin yerli sakinlərlə söhbət etdi.
Fransalı nümayəndə Emmanuel Lenain və İtalyalı nümayəndə Vincenzo de Luca Budgam rayonunun Magam məhəlləsində yerli sakinlərlə qarşılıqlı ünsiyyət qurdu.

Şili, Braziliya, Kuba, Boliviya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Hollandiya, Portuqaliya, Belçika, İspaniya, İsveç, İtaliya, Banqladeş, Malavi, Eritreya, Kotdivuar Qana, Seneqal, Malayziya, Tacikistan, Qırğızıstan və Avropa Birliyindən xarici nümayəndələr səfər etdilər. Xarici nümayəndələrin son səfəri 18 aydan sonra bütün bölgədə 4G mobil internetin kütləvi formada təşkilinin və bərpasının şahidi olan Regional İnkişaf Şurasının sorğularının fonunda baş verdi və bir çoxları bunu İttifaq Ərazisində normal həyatın tamamilə bərpa olunması kimi qəbul etdi.

Bu, COVID-19 pandemiyasının baş verməsindən sonra xarici diplomatların Cammu və Kəşmirə ilk səfəri olacaq.

Xarici diplomatların iki qrupu bundan əvvəl keçən ilin yanvar və fevral aylarında 2019-cu ilin avqust ayında 370-ci maddənin ləğvindən sonra Cammu və Kəşmirə ziyarət etmişdilər.

Mənbələrdən ANI-a verilən məlumata əsasən, Cammu və Kəşmirin inkişafına və normal vəziyyətinin bərpasına qarşı çalışan bəzi ünsürlərin nümayəndələrin səfəri zamanı dayandırılma çağırışları etdiyini söylədi.
Keçən ilin yanvar ayında ABŞ-ın Hindistandakı səfiri Kennet Custer və Vyetnam, Cənubi Koreya, Braziliya, Niger, Nigeriya, Mərakeş, Qayana, Argentina, Filippin, Norveç, Maldivler, Fici, Toqo, Banqladeş və Peru nümayəndələri hökumətin bölgədəki ilk səylərini görmək üçün Cammu və Kəşmirə səfər etdi.
Keçən ilin fevral ayında Almaniya, Kanada, Fransa və Əfqanıstandan da daxil olmaqla 25 xarici diplomat bölgədəki vəziyyətə şahid olmaq üçün Cammu və Kəşmirə səfər etdi. (Qəfil)
“Azərbaycan hər zaman öz dahi şəxsiyyətləri ilə seçilib"İran Azərbaycanı İranı xarici hücumlardan qoruyan qala olub.

Avrasiya.net axar.az-a istinadən xəbər verir ki, bunu İran Ali lideri Əli Xamanei deyib.

“Biz Rusiya çarlığı, Osmanlı imperiyası və SSRİ ilə üz-üzə olmuşuq. Əgər Təbriz, müqavimət və şəhidlər olmasaydı, bu aqressiya digər vilayətlərə də yayılardı”, – deyə o bildirib.

Xamenei Azərbaycanın tarixinə doğru yanaşma olmadan İran tarixinin yarımçıq olacağını deyib:

“Azərbaycan hər zaman öz dahi şəxsiyyətləri ilə seçilib. Bu vilayətin özəlliklərindən biri də elitizmdir. Əgər son 200 ildəki tarixə baxsaq, biz çox aktiv vilayət görərik”.

Ermənistanın hərbi itkiləri 4005-ə çatdıErmənistan İkinci Qarabağ müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.

Axar.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçirdiyini, daha 428 meyitin qalıqlarının DNT testindən keçiriləcəyini açıqlayıb.

Beləliklə, rəsmi İrəvanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb.

Bununla belə, hakimiyyət ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamayıb.

Bu şirkətlərdən ev almayın! - PA məlumat yaydı2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun dərc olunmuş məqaləsində qeyd olunub.

Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, TFM Smart Project, “Fədək”, NV Construction, “Dönüş-1”, MVVL Verus Praedium, “Azadlıq Residence”, “Pilot-1", FVS İnşaat, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, "İnşaat Konstruksiyaları", “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, SKY Residence, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, "Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub. Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park”, AAAF yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

“İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”, - S.İsmayılov vurğulayıb.
Böyük Qələbəmizin NİDASIMEHDİ BALABƏYOV
YAP Şabran rayon təşkilatının sədri


Möhtəşəm qələbənin zəfər gününün 100-cü gününə həsr olunmuş mətbuat yazısı - SƏS qəzeti, sia.az

30 il gözlədiyimiz Qarabağımızın QƏLƏBƏ NİDASI! Xalqımızın 30 illik həsrətinə Şanlı, Güclü Ordumuzun apardığı 45 günlük müharibə son qoydu. Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş nazirinin imzaladığı müqavilə Böyük Qələbəmizin NİDASI oldu və Azərbaycan meydanda və masada Qələbə tarixini yazdı. İşğalçı Ermənistan Qarabağda təslim oldu.

Yaşa Ali Baş Komandanımız, 30 illik həsrətimizə son qoydun! Gözün aydın, Azərbaycanımız, şəhidlərimizin qanı yerdə qalmadı! Fədakar və qəhrəman əsgərləri olan bir Ordunun torpaqları əbədi olaraq işğal altında qala bilməzdi, qalmadı da.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik!".

Ali Baş Komandanımız onu da bildirdi ki, bütün bu qələbələrimiz şücaətli əsgərlərimizin qəhrəmanlığı nəticəsində əldə olunub: "Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bəli, bu gün işğaldan azad edilən torpaqlarımız, məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu.

Torpağımızın hər qarışı uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun. Onların ruhları qarşısında baş əyirik! Bu gün işğaldan azad olunan torpqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı onu da deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Artıq bu gün Qarabağımız Azərbaycandır! Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olundu.

Çünki güclü Ordu ilə güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və ən sevincli tariximiz noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsi oldu. Torpaqlarımızın hər qarışı işğaldan azad olduqca sevincimiz birə on qat artır.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olar: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Dövlətimizin başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Bu zaman çox keçmədi. 10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu. Qəhrəmanlıq salnaməsi yazan Azərbaycanım, bütün türk xalqım Qələbən mübarək! Haqlı qələbəmiz mübarək! Bu zəfərin təminatçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

İsrail mediasından Ermənistandakı Holokost abidəsinin təhqir edilməsinə REAKSİYAErmənistanın paytaxtı Yerevanda “Yaşamaq və unutmamaq” Holokost memorialının ermənilər tərəfindən vandalizmə və təhqirə məruz qalması barədə bu yaxınlarda xəbər yayıldı. Erməni antisemitlər abidə üzərində ivrit dilində olan yazıları pozmuşdular.

Avrasiya.net xəbər verir ki, bu barədə nüfuzlu “Jewish Press” informasiya agentliyində israilli siyasi analitik Rahel Avraam yazır.

Ümumdünya Yəhudi Konqresi antisemit vandalizmi pisləyərək bəyan edib: “Yerevanda (Ermənistan) Holokost memorialının mənfur antisemit qraffiti ilə təhqir edilməsini görmək dəhşətdir”.

Ravvin Zamir İsayev də özünün “Twitter” səhifəsində bu sözləri yazıb: “Biabırçılıq! Yerevanda Holokost qurbanlarına qoyulan abidə növbəti dəfə təhqir edilib. Ermənilər Holokost memorialının təhqir edilməsinə İsrailin Azərbaycana silah satması faktı ilə necə bəraət qazandıra bilərlər? Bu, kiməsə abidəni təhqir etmək hüququ verirmi?”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin rəhbəri Arye Qut vurğulayıb ki, faşizm və neonasizm uzun müddət Ermənistanda dövlət ideologiyası olub. O əlavə edib ki, Yerevanda Holokost memorialının vandalizmə məruz qalması birinci dəfə deyil: “Antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Daha hiddətləndirici fakt odur ki, faşist ideologiyası “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edilib və yeni nəsillər bu “dəyərlər” ruhunda tərbiyə edilir”.

Arye Qut qeyd edib ki, beş il bundan əvvəl Ermənistanda nasistlərin əlaltısı Qaregin Njdenin şərəfinə abidə də ucaldılıb. İsrailli ekspert deyib: “Suveren xalq, əlbəttə ki, öz milli qəhrəmanı kimi ürəyi istədiyi, arzuladığı hər kəsin xatirəsini əbədiləşdirmək hüququna malikdir. Lakin Holokost zamanı cinayətlər törədən nasistin bəzi xalqların hörmət və etimad bəslədiyi qəhrəmana çevrilməsini görəndə biz susmamalıyıq. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə 20 min erməni legioneri tərəfindən yəhudilərə qarşı törədilən qəddarlıq aktını heç vaxt unutmayacaq. Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi evlərə soxularaq yəhudiləri və eləcə də nasist orduya “yararsız” olan digər insanları məhv etmək idi”.

Faşist erməni legionunun “fəaliyyəti” nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları tamamilə yəhudilərdən təmizlənib. İsraildə Azərbaycan Evinin icraçı direktoru deyib: “Buna görə də biz müasir Ermənistanın açıq-aydın faşist və antisemit “xadim”lərin milli qəhrəman dərəcəsinə çatdırmasına laqeyd və etinasız yanaşmamalıyıq”.

Arye Qut əlavə edib: “Erməni faşisti və antisemitinin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost xatirəsinə təhqirdir. Mənim babam nasistlər üzündən Ukraynada bütün ailə üzvlərini itirib. Onun sağ qalmasının yeganə səbəbi Sovet Ordusu sıralarında vəhşi nasistlərə qarşı döyüşə getməsi idi. Ailəsini müdafiə etmək lazım gələndə onların yanında deyildi. Erməni vandalizmi şəxsən məndə dözülməz ürək ağrıları əmələ gətirir”.

İsrailin Diaspor Nazirliyinin 2020-ci il üzrə yenicə dərc olunmuş illik hesabatında İkinci Qarabağ müharibəsindən sonra antisemitizmin təhlükəli dərəcədə artması qeyd edilib. Hesabatda deyilir: “Rəsmi hücumlar genişlənərək dini zəmində hücumlara çevrilib, iddia edirlər ki, yəhudi xalqı guya tarixən erməni xalqına qarşı cinayətlər törədib. Qarabağda müharibə ekstremist insidentlərə, antisemitizmin yeni ciddi təzahürlərinə və İsrail Dövləti üzərinə şiddətli hücumlara gətirib çıxarıb”.

Arye Qut vurğulayır: “Erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 150 uşaq bir valideynini itirib. Bundan başqa, 1275 günahsız insan əsir götürülüb, 150 nəfərin sonrakı taleyindən indiyədək xəbər yoxdur. Dinc sakinləri yaxın məsafədən güllələyib, başlarının dərisini soyub və diri-diri yandırıblar. Qadınlar, uşaqlar və qocalar ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətə məruz qalıblar. Xocalının dinc sakinlərinin məhv edilməsinin yalnız bir “səbəbi” vardı – onlar hamısı azərbaycanlılar idi. Bu, bəşəriyyətə qarşı əsl cinayətdir.

Ermənistanın sabiq prezidenti – 29 il bundan əvvəl Xocalıda törədilən soyqırımı aktının təşkilatçılarından biri olan Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz buna son qoymalı idik. Biz bu stereotipi qırdıq və nəticəsi belə oldu”.

“Nasist hərbi canilərin, xüsusən də öz cinayətləri ilə öyünənlərin beynəlxalq birlik tərəfindən qəbul edilməsini təsəvvür etmək mümkün deyil. Məgər Xocalı hadisələrinin günahkarları beynəlxalq məhkəməyə cəlb edilməli və faşistlər kimi cəza çəkməli deyilmi?

Azərbaycanda isə əksinə, dini dözümlülük, plüralizm və multikulturalizm rəsmi dövlət siyasətidir. İsrailin Diaspor Nazirliyinin antisemitizm barədə 2020-ci il üçün məruzəsində pandemiyanın dünyanın hər yerində antisemitizmi gücləndirməsinə baxmayaraq, Azərbaycanda son il ərzində heç bir antisemit insidenti baş vermədiyi qeyd olunur. Əksinə, İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən sonra azərbaycanlılar İsrail bayraqlarını əllərində fəxrlə yelləyirdilər”, - deyə ekspert vurğulayır.

Sonda Arye Qut yazır: “Müasir Ermənistanın siyasəti – gec işə düşən bombaya oxşayır: belə ideologiya ilə böyüyən gənclər faşizm və neonasizm şüarlarına müvafiq olaraq yaşamağa davam edəcəklər. Ermənistanın dövlət siyasəti İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olan milyonlarla insana ifrat dərəcədə hörmətsizlik nümayiş etdirir. Bu gün bu faktdır ki, İsrail Dövlətinə Ermənistan Respublikası kimi tərəfdaş və ya müttəfiq qətiyyən lazım deyil”.
Rektorun milyonluq villası və avtomobili üzə çıxıbAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.

Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model "Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı "Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.