İlham Əliyev sərəncam imzaladıAzərbaycan Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

“Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin”.
Spiker İranın Azərbaycanın haqq işini dəstəkləməsini yüksək dəyərləndiribFevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır. İnanıram ki, gələcəkdə əlaqələrimiz bu möhkəm təməl üzərində daha da genişlənəcək. İranla hərtərəfli əməkdaşlığın dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

Spiker qeyd edib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin bugünkü səviyyəyə çatmasında əsaslı rol oynayıb. Siyasi dialoqun ardıcıl xarakter alması iqtisadi, humanitar, mədəni sahələrə də müsbət təsirini göstərir. Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyəti, keçirilən biznes forumlar və ikitərəfli görüşlər ticarət dövriyyəsinin artmasına şərait yaradır.

Ölkələrimizin ali qanunvericilik orqanları arasında mövcud olan xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Sədr hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, bu qruplar arasındakı təmasların intensivləşdirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində çoxtərəfli əsasda görüşlər ümumi hədəflərə çatmaq baxımından önəmlidir.

Spiker İranın Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirib, bu ölkənin daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün şəxsən öz adından və Milli Məclis adından İran xalqına və dövlətinə təşəkkürünü ifadə edib. Bildirilib ki, erməni işğalçılarının Azərbaycanın azad olunmuş ərazilərində törətdikləri vəhşiliklər, dini abidələrə münasibətdə etdikləri hərəkətlər insanlığa yaraşmayan vandallıqdır. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəlmiş mənəvi terrordur.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnuri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır.

“Azərbaycanın Qarabağda apardığı Vətən müharibəsi zamanı İran vətəndaşlarının ürəyi Azərbaycanla birlikdə döyünüb. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun haqq işini həmişə dəstəkləmişik. 44 günlük hərbi əməliyyatlar zamanı ən müxtəlif səviyyələrdə verilən bəyanatlar bunu bir daha təsdiqləyir”, - deyən qonaq Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, bərpa işlərində, dini abidələrin yenidən qurulmasında İran tərəfinin yaxından iştirak etmək arzusunu bildirib. Qeyd edilib ki, Qarabağın yenidən dirçəlməsinə onun ölkəsi də layiqli töhfəsini vermək niyyətindədir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Madər Musayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Ali Məhkəmə də Lider TV-nin əleyhinə qərar verdiAli Məhkəmədə Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.

Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Lider TV və Radio-Azərbaycan MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində Lider TV (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.
Məşhur Fərman Salmanov hansı haqsızlıqlarla üzləşib?-VİDEOSibir neftinin “kral”ı kasıb azərbaycanlı – Evini belə nazir təmir etdirib

AzTV-də yayımlanan “Yüz ilin adamları” verilişinin növbəti buraxılışı görkəmli geoloq Fərman Salmanova həsr olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə komandası heç vaxt Rusiya kanallarına müsahibə verməyən geoloqun həyat yoldaşı Tamara Salmanova ilə söhbətləşib.

T.Salmanova ölümündən sonra həyat yoldaşının bir çox mükafata layiq görüldüyünü, lakin sağ ikən bu qiyməti almadığını deyib. Bildirib ki, onların Azərbaycandakı evlərini təmir etməyə belə maddi imkanları olmayıb. Bu işdə isə Salmanovlar ailəsinə Azərbaycanda nazir vəzifəsində olan bir şəxs kömək edib.

O nazirin kimliyi və Fərman Salmanovla bağlı digər eksklüziv məqamlar fevralın 28-i saat 22:00-da “Yüz ilin adamları”nda açıqlanacaq.

Şəmkirdə doğulan, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan F.Salmanov fəaliyyətini Rusiyada, Sibirdə davam etdirib.
Bu gün də Rusiya iqtisadiyyatında 70% payı olan Sibir nefti məhz sözügedən azərbaycanlının adı ilə bağlıdır. Dünya üzrə 150-dən çox neft yatağı aşkarlamış biri kimi tarixə düşən həmyerlimizin rekordunu hələ ki heç kim yeniləyə bilməyib.

ABŞ (Texas ştatı) və Çin Xalq Respublikasının fəxri vətəndaşı Fərman Salmanov ölümündən sonra dəfələrlə yüksək mükafatlara layiq görülsə də, özü həyatda ikən daha çox haqsızlıqla üzləşib.
Bu gün Rusiyada adına onlarla prospekt, küçə, təyyarə, gəmi, habelə hava limanı var.


Türkanda daş karxanasında gecəyarısı atışmaÖtən gecə Xəzər rayonu, Türkan qəsəbəsinin ərazisində yerləşən daş karxanalarından birində atışma olub.

Qəsəbə sakini Samir Seyidi oğlu Quliyev daş karxanasına gələrək oradakı fəhlələrə odlu silahla hücum edib. 2 fəhlə qaçıb canını qurtara bilsə də, digər 2 fəhlə odlu silahla təhdid olunaraq vəhşicəsinə döyülüb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Samir Quliyev daş karxanasının mərhum əmisi Rəşid İslam oğlu Quliyevə məxsus olduğunu iddia edib. Deyib ki, onun həyat yoldaşı Nəzakət Quliyeva karxananı ona verməlidir. Əks halda Nəzakət Quliyevanı öldürəcək.

Döyülən fəhlələrdən biri Ələkbər Qardaş oğlu Qurbanovun sözlərinə görə, Samir gecə 4-də karxanaya Az 90 TT 915 nömrə nişanlı “Niva” markalı maşınla gəlib. Sükan arxasından düşən Samirin yanında bir nəfər də olub. Samir Quliyev maşından düşəndən sonra onlara tərəf bir neçə dəfə atəş açıb. Onları öldürəcəyi ilə hədələyib.

Samirin yanında fəhlələrin tanımadığı 1 nəfər də olub. 2 fəhlə qaçıb canını qurtarsa da, Ələkbər Qurbanovla Əfsər Tahirov ərazidən uzaqlaşmağa imkan tapmayıblar. Samir Ələkbər Qurbanovun üz nahiyəsinə tüfəngin qundağı ilə zərbə endirib. Əfsər Tahirovun üz nahiyəsinə vurulan zərbədən dişləri tökülüb.

Əvvəllər dəfələrlə məhkum olunmuş Samir Quliyev karxanadakı otaqdan 850 manat pul və telefonları götürərək fəhlələrə Nəzakət Quliyevanı öldürəcəyini bildirməklə ərazini tərk edib.

Xəzər Rayon Prokurorluğundan bildiriblər ki, hazırda hər iki şəxsin tutulması üçün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Keçmiş deputatın daha bir borcu üzə çıxdı: Mənzil fırıldağıKeçmiş deputat Rafael Cəbrayılovun daha bir borcu üzə çıxıb.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, keçmiş deputat Məmmədova Sülhiyyə Abid qızı adlı vətəndaşa 150 000 AZN borcludur. Məlumatda qeyd edilir ki, Sülhiyyə Məmmədova bu pulu Rafael Cəbrayılova məxsus “Gənclər şəhərciyi”də mənzil almaq üçün verib. Lakin keçmiş deputatın borclu olduğu digər vətəndaşlar kimi adıçəkilən xanım da nə mənzil ala bilib, nə də verdiyi pulu. Rafael Cəbrayılov verdiyi vədlərə baxmayaraq Sülhiyyə Məmmədovanın da pulunu qaytarmaqdan yayınır.

Xəbərə görə, artıq Sülhiyyə Məmmədova da pulunu geri almaq üçün hüquqi mübarizəyə başlayıb. O həm Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, həm də məhkəməyə müraciət edib.

Beləliklə, Rafael Cəbrayılovdan şikayətçi olanların sayı artıq 9 nəfərə çatıb. Keçmiş deputatın borclu olduğu digər şəxslər isə aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar

Məlahət Qurbanova - 580 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova - 100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar,

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar.
Bərbərxanada qadına zor tətbiq edən polis işdən QOVULDUDaxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı yayılan videogörüntülər araşdırılıb.

Avrasiya.net xəbər verir ki. DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-a bildirib ki, araşdıma nəticəsində fakt təsdiqini tapıb:

“Bərbərxanada xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib”.

Xatırladaq ki, fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib, sonra isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
ABŞ-da azərbaycanlı gənc itkin düşdüABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynləri də ondan xəbəri yoxdur.

Polis R. Aslanovla bağlı axtarış aparır.

Dostları onun bir müddət əvvəl bir qara dərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.
Hizbullah İsraili hədələdiİsrail bilməlidir ki, müharibə olsa, İsrail yarandığı gündən bu yana görmədiyini görəcək.

Avrasiya.net xəbər verir ki, bunu Hizbullahın rəhbəri Həsən Nəsrullah deyib.

“İsraillə savaşa cəhd etmirik, amma əgər o, müharibəni başlatsa, savaşacağıq. İsrail Livandakı şəhərləri və kəndləri bombardman etsə, biz də İsraili vuracağıq. İsrail ordusu bizim hərbi hədəflərimizə hücum etsə, biz də İsrailin hərbi hədəflərinə hücum edəcəyik.

Heç kim zəmanət verə bilməz ki, aramızdakı bir neçə günlük döyüş daha genişmiqyaslı savaşa gətirib çıxarmayacaq. Hadisələri izləyirik. Ölkəmizi təhlükəyə atan heç nə etməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İsrail Hərbi Hava Qüvvələri Livanla sərhəddə üçgünlük genişmiqyaslı təlimlərə start verib.
Ağdamda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandıVətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb