Moskvada tanınmış vəkil, ictimai xadim Nizami Bəşirovun anım gecəsi keçirilib16 fevral 2021-ci il tarixində Moskvada, QİD Ocaqovo- Matveyevsk rayonu üzrə AYMMM- nin təşkilatçılığı ilə tanınmış vəkil, ictimai xadim Nizami Bəşirovun anım gecəsi keçirilmişdir.

Gecəni giriş sözü ilə Moskva ş QİD Ocaqovo Matveyevsk rayonu üzrə AYMMM-nin sədri Əli Kazımov açmışdır. O, tədbir iştirakçılarına Nizami Bəşirovun həyat yolundan məlumat vermişdir.

Daha sonra Risalət müsəlman məktəbinin direktoru Ənəs Həzrət və məktəbin şagirdi Əsədbəy Əbdüləhədov mərhumun ruhuna quran ayəsi oxumuşlar.

Gecədə tanınmış hüquqşünaslar, diaspora fəalları və Moskva ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Risalət məktəbinin 4 -cü sinifinin"Göy Qurşağı " qrupunun şagirdləri" Müharibəyə yox deyək "Bizə göyləri qaytarın" kompozisiyası adı altında gecədə çıxış etmişlər.

Gecədə Nizami Bəşirovun həmkar dostları Ələkbər Qarayev, Elman Paşayev Kamandar Qarayev, Ayden Qurbanov , Rostov ş. Xəzər Azərbaycan cəmiyyətinin sədri Leyla Əhmədova , Aleksandrov şəhəri AYMMM- nin sədri Azad Baxşəliyev, Əlişan Zakirov , Ənəs Həzrət Məmmədov , Ceyhun Əliyev , Hikmət Cavadov, Afət Kərimova, Abbas Alıyev ,Ilqar Məmmədov mərhumla baglı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Patriot tvaz kanalının baş redaktoru
Ceyhun Əliyev




13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti açıqlandı - FOTOTürkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə təşkil olunan iclasda Qarada 13 Türkiyə vətəndaşını qətlə yetirən PKK terrorçusunun kimliyini açıqlayıb.

“Haber Global” məlumat verir ki, nazir bildirib ki, bu, “Sorej” kod adlı Kamuran Atamandır.

H.Akar qeyd edib ki, K.Ataman “narıncı siyahı” ilə axtarışdadır:

“Terrorçu 2017-ci ildən Beytüşşəbap bölgəsində bir çox qətliama qatılıb. Oradan müxtəlif yollarla qaçaraq, Qamışlıda, Derikdə 2017-2018-ci illərdə “cəbhə cavabdehi” olaraq çalışıb”.

Muctaba Zonnur Milli Məclisdə olduFevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Avrasiya.net-ə bildirilib ki, nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətlərimiz arasında qurulan və indi də davam edən dost münasibətləri bundan sonra da inkişaf edəcək.

İki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərdə dövlət rəhbərlərinin böyük xidmətlərini vurğulayan Milli Məclisin komitə sədri dövlət başçılarının qarşılıqlı səfərlərində imzalanan hüquqi sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb.

İki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctaba Zonnur ilk növbədə Azərbaycan xalqını Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə təbrik edərək müharibədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərini yüksək qiymətləndirən qonaq əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin və potensialın mövcud olduğunu vurğulayıb, bu işdə parlamentlərin mühüm töhfə verə biləcəyini ifadə edib.

Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsində birgə səylərin əhəmiyyətinə toxunan qonaq İranın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərin bərpasında və yenidən qurulmasında maraqlı olan İran şirkətlərinin təcrübəsindən də söz açan Muctaba Zonnur bir sıra İran şirkətinin bu layihələrdə iştirak arzusunu dilə gətirib.

Cənab Ziyafət Əsgərov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında erməni tərəfinin işğal dövründə törətdiyi dağıntıların inanılmaz dərəcədə böyük olduğunu diqqətə çatdırıb və həmin ərazilərin yenidən bərpasının və inkişaf etdirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet elan edildiyini bildirib.

Ərazilərin bərpasında digər dost ölkələr kimi İrana da üstünlük verildiyini vurğulayan Ziyafət Əsgərov İran xalqına və rəhbərlərinə bu məsələdə haqqı və ədaləti müdafiə etməklə Azərbaycana dəstək olduqlarına görə bir daha təşəkkür edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvləri – Arzu Nağıyev və Kamal Cəfərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Əbülfəs Qarayevin ölkədən çıxışı yasaqlandıRəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır.

Avrasiya.net Gününsəsi.info-ya istinadən xəbər verir ki, müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

Ekspertdən sensasion xəbərdarlıq: Böyük böhran gəlirDünya iqtisadiyyatı çox təhlükəli dövrə qədəm qoyub, artıq texniki analizlərin və iqtisadi məntiqin qətl olunduğu zamandayıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ölkələrin iqtisadiyyata səpdikləri 15 trilyon dollar, ucuz pullar, az qala faizsiz kreditlər real iqtisadiyyata getməyib:

“Bu gün birjalarda “nə qədər pisdirsə, o qədər yaxşıdır” prinsipi işə düşüb. Problemlər azalmır, virusin yeni ştammları yayılır, dünya daha sərt qapanır, iqtisadi münasibətlər və zəncirlər qırılır. Sərhədlər daha sərt bağlanır, amma sanki bütün dünya birjalarında güllük-gülüstanlıqdır. Bütün indekslər tarixi maksimumlardadır. Bu məntiqli və real deyil. Düşünürəm ki, bu və digər faktorlar yeni böhran dalğalarını yaradacaq.

Hazırda bütün xammal qiymətləri şişir, amma dünyada ÜDM azalıb. Aktivlik minimum səviyyədədir. Bu məsələ neft qiymətlərinə də aiddir. Sadəcə, bu sahə spesifikdir. Əsl süni qiymət artımıdır, kartel sövdələşməsidir, əslində cinayətdir.

OPEC+ ölkələri süni şəkildə hasilatı azaldıb qiyməti şişirdirlər. Bu zaman belə bir sual yaranır: Neftə tələbat artıbmı ki, qiymətlər şişsin?”

N.Cəfərlinin sözlərinə görə, bu il dünyada neftə tələbat 2019-cu ildən 7-8 mln. barrel az olacaq:

“OPEK+ hasilatı azaldır, qiymət qalxır, slans neft hasilatı daha rentabelli olur, “slans klapanı” açılır və qiymətlər yenidən düşməyə başlayır.

İndi də eyni şey olacaq, bu gün 63 dollar olan neft cəmi 2-3 aya yenidən 50-55 koridoruna qayıdacaq.

Başqa bütün əmtəələrdə də eyni vəziyyətdir. Bu gün mis qiymətləri tarixi maksimuma qalxıb, araşdırırsan ki, səbəbi nədir? Ehtimallar və şayiələrdən başqa heç nə yoxdur. Guya Çində istehsal yüksələcək, ona görə də xammallar bahalaşır. Dünya hələ qapalı, tələb hələ çox aşağıdır, axı bunu izah edən varmı? Yoxdur, deməli, süni balonlar yaranır, səhm bazarı ancaq “havayı pullara” görə şişir, şayiələrdən və primitiv manipulyasiyalardan qidalanır. Sabah o havayı pullar bazarlardan çəkilməyə başlayan kimi bütün balonlar bir-bir partlayacaq və dünya 2008-2009-cu illərdə baş verən böhranın daha böyüyünü yaşayacaq”.
Azərbaycanda daha 140 nəfər yoluxdu - 2 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226951 nəfər müalicə olunaraq sağalıb, 3185 nəfər vəfat edib, aktiv xəstə sayı 2201 nəfərdir.

Ölkədə son sutka ərzində 7631 hazırkı dövrədək isə 2513636 test aparılıb.


YAP Qarabağ Dirçəliş Fonduna 500 min köçürdüYeni Azərbaycan Partiyası (YAP) işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüb.

Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, bu vəsait partiyanın fəal üzvlərinin təşəbbüsü ilə fərdi ianəçilik hesabına formalaşıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası “Qarabağ Azərbaycandır” devizi ilə davam edən kampaniya çərçivəsində, eləcə də Vətən müharibəsi dövründə Silahlı Qüvvələrə Yardım Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış YAŞAT Fonduna ianə etmiş, cəbhə bölgəsində erməni vandalizminin qurbanına çevrilmiş 500-dən artıq ailəyə humanitar yardım göstərib.

YAP tərəfindən, həmçinin, ermənilərin raket zərbələri nəticəsində Gəncə şəhərində evləri dağılmış 13 ailəyə birdəfəlik maddi yardım göstərib, bu terror nəticəsində valideynlərini itirmiş uşaqlara 18 yaşına çatana qədər aylıq 300 manat məbləğində təqaüd ödənilməsi barədə qərar qəbul edib. Yeni Azərbaycan Partiyası Vətən müharibəsi dövründə döyüşən əsgər və zabitlərimizin maddi təminatının daha da gücləndirilməsi, eləcə də yaralılara göstərilən tibbi xidmətə dəstək istiqamətində də tədqirəlayiq humanitar tədbirlər həyata keçirib. Bütövlükdə, Yeni Azərbaycan Partiyası tərəfindən bu aksiyalara 455 min manat vəsait sərf edilib.

Müdriklik karvanıMüdriklik Oğuz-türk düşüncəsinin arxaik yaddaşından gələn davranış modelidir. Həyatda bəzi şəxslər var ki, onlar bu düşüncənin daşıyıcısına çevrilir və beləliklə müdriklik karvanı öz yolunu davam etdirir. Haqqında söhbət açacağımız işıqlı şəxsiyyət İsa Əhmıd bəy oğlu Vəkilov bu karvanın daşıyan sərbanlardan biri idi. O, bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdi və əbədiyyətə qovuşdu. Ömrünün böyük bir hissəsini maarifçiliyə həsr etmiş İsa Vəkilov intellektual bir insan idi. O, geniş dünyagörüşə, dərin müşahidə qabilliyyətinə malik bir insan idi. Ölümündən bir neçə gün əvvəl Şərq fəlsəfəsinə aid jurnal oxuyurdu. İsa Vəkilovun məşəqqətli, keşməkeşli və iztirab dolu maraqlı həyat hekayəsinin əsas cizgilərindən biri də məhz insanlara elm, təhsil vermək idi.

Taleyin hökmü ilə ailəsi ilə birlikdə köçdüyü Bərdə rayonunun İmirli kəndinin ilk ibtidai orta məktəbinin yaradıcısı və ilk müəllimi də məhz İsa Vəkilov olmuşdur. Yeni salınmış kənd üçün ibtidai məktəbin yaradılması sovet bürokratik aparatının ən güclü vaxtında nə demək olduğunu anlamaq o qədər də çətin deyil. Əllinci illərdə İmirli kəndində ilk ibtidai təhsil müəssisəsi uşaq bağcası (uşaq bağcasına həyata yoldaşı Əminə xanım rəhbərlik etmişdir) və ilk dükanın açılması məhz İsa Vəkilovun adı ilə bağlıdır. Sonrakı fəaliyyəti dövründə bir müddət İsa Vəkilov Bərdə rayon mərkəzində mağaza müdiri, Bakı şəhərində müxtəlif vəzifələrdə çalışsa da, insanlar ona İsa müəllim deyə müraciət edirdilər.

Nəslimizə məxsus emosianal və çılğın davranış çalarları İsa müəllimin xarakterində sezmək mükün deyildi. Həyat onu tamam başqa cür formalaşdırmışdır. O, daimi qayğı çəkən fədakar bir obrazda idi. Tanrı onu müdrik ağsaqqal obrazında yaratmışdı. Heç bir halda təmkini pozmayan İsa müəllim həqəiqətən müdirk bir şəxsiyyət idi. Təvəzökarlıq nümunəsi idi, heç vaxt mən bunu etdim, onu etdim deyə qürrələnməyi sevməzdi. Etdiyi hörməti, verdiyi payı dilinə gətirməzdi. Artıq İsa Vəkilovun gözlərini əbədiyyətə yumduğu vaxtdan on ilə yaxın vaxt keçir. Ruhun şad olsun, işıqlı insan!

Səməd Vəkilov
Nikolun düşmənləri görüşdü: Böyük mitinq gözlənilirVətənin Xilası Hərəkatının liderləri arasında növbəti görüş baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistanın Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan yayıb. O, Vazgen Manukyan, Serj Sərkisyan, Robert Köçəryan, Artur Vanetsyan və digərlərinin mütəmadi olaraq görüşdüklərini bildirib.

Saqatelyan 20 fevralda hərəkatın böyük mitinq təşkil etməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, Serj Sərkisyan və Robert Köçəryan mitinqdə çıxış etməyəcək.
Tanınmış iş adamı vəfat etdiTanınmış iş adamı və xeyriyyəçi, uzun illərdir Rusiyanın Nijni Novqorod şəhərində yaşayan Tərlan Əliyev vəfat edib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan diaspor hərəkatının fəal üzvü olan iş adamı 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Əliyev əslən Lənkəran rayonundan idi.

Allah rəhmət eləsin!