Erməni deputat: Bu ərazi Azərbaycana verildiBu gün Ermənistan ərazisinin nə qədər olduğunu bilmirik. Qeyd edim ki, Zod qızıl yatağının yeraltı marşurutu ilə Azərbaycan ərazilərinə daxil olma məsələsi sovet illərində dəfələrlə müzakirə edilib və sovet dövründə Ermənistanın istismarına icazə üçün böyük kirayə pulu verilib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənmistanın “Çiçəklənən Ermənistan” Partiyasının parlament deputatı Mikael Melkumyan deyib.

Deputat Ermənistanda son zamanlar ciddi müzakirə olunan Şurnux kəndinin məsələsinə toxunub:

"O deyib ki, kəndin poçt şöbəsi Azərbaycan ərazisində necə yerləşə bilər? Poçt şöbəsi indeksə sahibdir. Məktub Azərbaycana göndərilə bilməz və təbii olaraq geri qaytarılar. Şurnuxda xüsusi statusa malik meşə təsərrüfatı olub, əksəriyyəti 1984-1986-cı illərdə erməni tərəfinə verilib".

Deputat iddia edib ki, bunun müqabilində erməni tərəfi Mazriduza ərazisini Azərbaycana verib:

“İndi hər ikisi Azərbaycan ərazisidir. Bu o deməkdir ki, düzgün danışıqlar aparmaq üçün güc, şərəf, ləyaqət yoxdur və bu sənədlərə, hərbi, inzibati kartlara görə edilməlidir”.

Rus həmkarları ilə təmasda olub-olmadıqları və tərəflər arasında üçüncü razılaşma sənədinin imzalanıb-imzalanmadığı haqda suala gəlincə, Melkumyan bu sənədin noyabrın 10-da imzalanan təslimçilik sənədinin davamı olduğunu düşünür. O, xatırladır ki, Mehri, Qafan, Gorus, Sisian icmalarının rəhbərləri ilə görüş zamanı 10 noyabr sazişinə əsasən birliklərin olduqları yerdə qalmalı olduqlarını bildiriblər:

“Qafan hissəsindən 21, Mehri hissəsindən 7-8, Gorus hissəsindən isə 9 kilometr geri çəkildik. Yəni mühəndis konstruksiyaları ilə təchiz edilmiş və müəyyən olunan sərhədlərdən geri çəkildik. Necə çəkilə bilərdilər, şifahi əmrlə geri çəkilmirlər. Geri çəkildilər və bundan sonra GPS-lərdən istifadə edərək Ermənistanın inzibati sərhədlərini qoparmağa başladılar”.
Dünyada model kimi çalışan ilk azərbaycanlı olub kim olub?-VİDEOAnonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanıb.

Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.

Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb.

Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub. Yaradıcı heyət Baninin şəxsi arxivini qoruyan şəxsləri Parisin 400 km cənubunda - Herbernak qəsəbəsində tapıb. Verilişdə onun arxivi, heç vaxt görünməyən foto və videoları yayımlanıb.

Bundan başqa, “Yüz ilin adamları”nda Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən sonra Əsədullayevlər ailəsi milyonlarını itirib, onlar Avropaya köçmək məcburiyyətində qalıblar. Bununla da Baninin mühacirət həyatı başlayıb. Parisdə yaşayan Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub.

Verilişdə Baninin şəxsi həyatı, evlilikləri, yaradıcı fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq cəhdlərindən, ermənilərlə mübarizəsindən danışılıb, maraqlı faktlar təqdim olunub.

Məşhur yazıçı Ernst Yüngerlə Banin haqqında çəkilən filmin kadrarxası görüntüləri də ilk dəfə “Yüz ilin adamları”nda geniş auditoriyaya təqdim olunub.
Misir və Azərbaycan kitabxanaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilibMisir ilə Azərbaycan arasında mədəni əlaqələrin, xüsusilə kitabxana sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi ilə görüşü olub. Tərəflər zəngin kitab və əlyazmalar fonduna malik olan Misir və Azərbaycan kitabxanalarının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında ölkəmizlə bağlı kitabların sərgisinin təşkili müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın tarixi, mədəni irsi, dahi şəxsiyyətləri və təbiəti haqqında səfirliyimiz tərəfindən çap olunan, həmçinin diplomatik nümayəndəliyimizdə saxlanılan kitab nüsxələri Misirin Mərkəzi Kitabxanasına hədiyə edilib. Kitabxananın foyesində misirli oxucuların böyük marağına səbəb olan Azərbaycan haqqında 30-a yaxın kitabın sərgisi də təşkil olunub.

Kitab sərgisi Misirin nüfuzlu KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
Yoluxma və ölüm sayı minimuma endiAzərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
500 mini mənimsəyən bankir həbsdən buraxıldı"Əmrah Bank"ın Müşahidə Şurasının və "Amrah Sığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir. o, 2020-ci ildə həbs edilmişdi.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmrah Bank ASC-nin lisenziyası ləğv edilib.

Xatırladaq ki, Ü.İldırımzadə "Əmrah Bank"ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.
Vüqar Səfərli YAP-dan qovuldu - RəsmiAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Bunu Axar.az-a açıqlamasında YAP-ın mətbuat katibi Hüseyn Paşayev deyib. O bildirib ki, V.Səfərli Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Şurasının üzvlüyündən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl V.Səfərli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Laçını satanlar, Şuşanı satanlar eyni adamlardır - PrezidentLaçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi.

Avrasiya.net xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra bildirib.

"Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - dövlət başçısı deyib.
Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir - PrezidentBiz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən deyib.

"Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var", - dövlət başçısı bildirib.
“Monte Ferro” şirkəti açqılama yaydı - FOTOLAR“Fəaliyyətimizə qiyməti qeyri-obyektiv mövqeyi olan fərdlər yox, hökumətimiz, cəmiyyətimiz və ictimaiyyətimiz verir və verəcək”.

Kanal32.az xəbər verir ki, özlərini “Ecofront”çular adlandıran bir qrup aktivist “AGA Group”a daxil olan “Monte Ferro” MMC-nin qanuni fəaliyyətinə kölgə salan məlumatlar paylaşıblar. Sözügedən şirkət isə fəaliyyətləri ilə bağlı ictimaiyyəti real vəziyyətlə bağlı məlumatlandırmaq üçün ətraflı açıqlama yayıb.

“Monte Ferro” şirkətinin mətbuat xidmətinin yaydığı açıqlmanı təqdim edirik:

Son günlər ölkəmizdə yeni-yeni “bloggerlər” və “aktivistlər” peyda olublar.Onlar öz aləmlərində guya qloballaşan dünyada gedən bəzi proseslərə biganə qala bilmirlər. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bloggerlik və aktivistlik bir ictimai insititut kimi hələ formaşa bilməyib. Onların əksəriyyəti daha çox primitiv və hüquqi prosedurlardan kənar fəaliyyətləri ilə diqqət çəkirlər və hesab edirlər ki, hay-küy qaldırmaq, şüvən salmaq ictimai aktivlik deməkdir. Əslində isə bu sferada toplaşan şəxslər özləri də bilmədən bəzi hallarda başqalarının hüquqlarını pozmuş olur, qarşı tərəfin qanuni fəaliyyətinə mane yaradırlar. Belə aktivistlərdən biri də son günlər ekologiya sahəsində çıxışlar edən “Ecofront”çulardı.Onlar özlərinə məxsus feyzbuk səhifəsi üzərindən bir sıra paylaşımlar etməklə insanları ekoloji baxımdan maarifləndirməyə çalışırlar. Bu yaxşı haldır. Amma yeri gəldi-gəlmədi hər şeyə qara eynəklə baxmaq qəbul edilməzdir. Sözügedən “Ecofront” səhifəsinin idarəçiləri 10 fevarl 2021-ci il tarixdə ölkəmizdə kifayət qədər tanınmış və şəffaf fəaliyyəti ilə diqqət çəkən “AGA Group”a daxil olan “Monte Ferro” MMC-nin işgüzar nüfuzuna zərbə vuran məlumatlar yayması bu qəbildən olan addımlardandır.

Onlar qeyd ediblər ki, “Monte Ferro” şirkəti Şəki rayonunun Bideyiz kəndi yaxınlığında meşələrin kürünməsi işini həyata keçirirlər. Bəs əsl reallıq nədən ibarətdir? Həqiqətənmi, sözügedən ərazidə aparılan işlər qanunsuzdur? Azərbaycan ictimaiyyətinin və “Ecofront”çuların diqqətinə çatdıraq ki, birincisi, “meşələrin kürünməsi” ifadəsinin özü qüsurludur. Ərazidə aparılan işləri olduğu kimi ifadə etmək lazımdır. İkincisi, “AGA Group”a daxil olan və hazırda Şimal-Qərb bölgəsinin sosial-iqtisadi inkişafına öz töhfəsini verən “Monte Ferro” şirkəti əkin üçün təmizlənmə işləri apardığı ərazini qanunvericiliyə uyğun olaraq istifadə edir. Belə ki, “Monte Ferro” şirkəti 24 yanvar 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Meşələrin İnkişafı Departamenti ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” rəsmi müqavilə bağlayıb (qeydiyyat № 06). Müqavilədə göstərilib ki, “Monte Ferro” MMC-yə Şəki Regional MeşəTəsərrüfatı Mərkəzinin xidmət hüdudlarına daxil olan 500 (beş yüz) hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarında sahə ayrılsın. Müqavilənin şərtlərinə görə, icarəçi “Monte Ferro” MMC meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkməyi və onlara xidmət etməyi öhdəsinə götürüb. Həmçinin, meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyin korlanmasına imkan verməməlidir. İcarədar isə müqavilədə nəzərdə tutulan öhdəlikləri tam şəkildə yerinə yetirir, ərazidə aqrotexniki tələblərə uyğun bağçılıq təsərrüfatının qurulması istiqamətində işlər görür. Konkret desək, məhz ağacların əkilməsi işlərini həyata keçirməyi qarşısına məqsəd qoyub.

“Monte Ferro” MMC-nin faəliyyətinə mane olmaq istəyənlərin nəzərinə!

Məlumat üçün bildirək ki, respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən“Monte Ferro” bölgənin iqtisadi inkişafına, bağçılıq təsərrüfatının müasir tələblər çərçivəsində genişlənməsinə öz töhfəsini verməklə yanaşı, bir-neçə infrastruktur layihələrinin icrasını da təmin edib. İnsanlara maddi və mənəvi dəstək olub. Adı çəkilən şirkət Qax və Şəki rayonları ərazisində fındıqçılıq təsərrüfatının genişləndrilməsi və inkişaf etdirilməsi üçün ən müasir aqrotexniki tələblərə cavab verən istehsal sahələri, bağıçılıq təsərrüfatı yaratmaqdadır. Bu addım ilk növbədə bölgədəki işsiz insanların məşğulluğunu təmin etməyə geniş imkanlar açır. Hazırda şirkətin yaratdığı fındıq sahələrində xeyli sayda kənd əhalisi daimi, günəmuzd və mövsümü işlərə cəlb olunub. Onların əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib. Bu da öz növbəsində həmin insanların sosial rifahının yaxşılaşdırılması üçün olduqca önəmli addımdır.

Çox şaxəli fəaliyyəti ilə diqqət çəkən “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər zaman dövlətimizin apardığı iqtisadi və sosial siyasətə öz töhfəsini verməkdədir. Təkcə Bideyiz kəndində onlarla işçi sözügedən şirkətdən aylıq maaş alır.
Rəqəmlərə nəzər salaq: 2018-ci ildə Bideyiz kəndində işləyən işçilərə şirkət tərəfindən 90751 manat, 2019-cu ildə 83527, 2020-ci ildə 247889, 2021-ci ildə isə 68909 manat vəsait ödənilib. Ümumi məbləğ isə 491076 manat olub. Hesabladıqda orta aylıq əmək haqqı, yəni Bideyiz kəndinə hər ay daxil olan vəsait 13272 manat təşkil edir. Şirkət Bideyiz kəndində bir çox layihələr və xeyriyyə işləri də həyata keçirib. Kəndin Şəhidlər xiyabanının təmiri üçün 2529 manat, kənddə məişət tullantılarının atılması üçün quyuların qazılmasına 1000 manat, kəndin mərkəzində tramplinlərin qoyulmasına 1400 manat vəsait xərclənib. “Monte Ferro” şirkətinin Bideyiz kəndi üçün gördüyü işlər bununla da bitməyib. Kənd sakinlərinin müalicəsi üçün 1350 manat şirkət tərəfindən xəstə insanlara ödənilib. Ümumilikdə isə yarım milyona yaxın-497355 manat vəsait Bideyiz kəndinə xərclənib. Bundan başqa torpaqlardan istifadəyə görə Bideyiz bələdiyyəsinə 17220 manat icarə haqqı ödənilib. Belə bir deyim var: ”Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğur”. Bəli, “Monte Ferro”şirkətinin də fəaliyyətinin əsas qayəsində insan amili dayanır…

Bütün bu sadalananlar Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinə, regionların inkişafına dəstək verən bir şirkətin fəaliyyətinin real mənzərəsini əks etdirir. Ona görə də, ictimaiyyəti məlumatlandırmağı özümüzə borc bildik. Fəaliyyətimizə qiyməti isə qeyri-obyektiv mövqeyi olan fərdlər yox, hökumətimiz, cəmiyyətimiz və ictimaiyyətimiz verir və verəcək.




“Monte Ferro” şirkətinin mətbuat xidməti
Bill Qeyts bu mübarizəyə 2 milyard ayırdı“Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts yaxın beş ildə qlobal iqlim dəyişikliyi ilə mübarizə layihələrinə 2 milyard dollar yatırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Bill Qeyts Almaniyanın “Handelsblat” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, dünya dövlətləri də iqlimin müdafiəsi ilə bağlı tədqiqatlar üçün xərcləri minimum 5 dəfə artıraraq 110 milyard dollara çatdırmalıdırlar.

Bill Qeyts, həmçinin dünya sənayesinin atom enerjisindən imtina etməməsi gərəkdiyini bildirib. Milyarderin fikrincə, günəş və külək enerjisi elektrikə olan qlobal tələbatı qarşılamaq gücündə deyil.