Rafael Cəbrayılovun ölkədən çıxışı yasaqlandıKeçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyulur.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fevralın 17-də Abşeron Rayon Məhkəməsində proses keçiriləcək.

Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi şübhəsizdir. Çünki bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyinə görə 1000 manat cərimə olunub. Keçmiş deputat bu cəriməni də ödəməyib.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb. Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.

Borclular eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Bildirilir ki, keçmiş deputatın barəsində cinayət işi başlanıb.
"Avropada 5 milyondan çox türk yaşayır"“Bizim Avropa ölkələri ilə bilinəndən daha çox ortaq cəhətlərimiz var”

Semra Eren-Nijhar: “Avropada yaşayan türklərdən bəhs edərkən, müasir köç tarixindən başqa türklərin Avropada bir tarixinin mövcudluğu göz önünə gətirilərək dəyərləndirilməlidir”

Böyük Britaniyada yaşayan türklərin Avropaya köçü ilə bağlı araşdırmalar aparan, sosioloq-araşdırmaçı Semra Eren-Nijharla türklərin Avropaya köç tarixi ilə bağlı söhbət etdik. Semra Eren apardığı araşdırmaları kitab şəklində çap etdirib. O, bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Müsahibəni oxucularımıza təqdim etməmişdən öncə, onun həyat və fəaliyyəti təqdim etmək istərdik.

Yazıçı, sosioloq, sənədli film istehsalçısı, miqrasiya mütəxəssisi, sosial və mədəni şərhçi Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetini tərk edərək, SUNCUT Məsləhətçi və İstehsalat Şirkətini qurmuş və 2001-ci ildən o şirkətə rəhbərlik edir. Lordlar Kamerasında məsləhətçi kimi fəaliyyət göstərən Eren-Nijhar otuz üç ildən çox miqrasiya, qadınlar, Avropadakı Türk miqrasiyası, kimlik, mənsubiyyət, yaddaş, irqçilik və sənət sahələrində çalışmışdır. Eren-Nijhar sosioloji araşdırmalarını sənət ilə eyniləşdiririb, müxtəlif üsullarla təqdim edərək, tədqiqat nəticələrinin daha geniş bir kütləyə çatmasını təmin etmişdir. Əsasən də şəxsi portretlər və tərcümeyi-hallar ilə bağlı şəkillər çəkən Semra Eren-Nijhar, İngiltərə, Belçika və Türkiyədə foto sərgilər təşkil edib və bir çox sərginin kuratorluğunu həyata keçirib.

Semra Eren-Nijhar “İngiltərədəki Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi” ilə əlaqəli “London Türk Günü” və Turkish Heritage in Europe – Avropada yaşayan Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi ilə bağlı çalışmalarını həyata keçirmiş və ilk dəfə bu sahədə tədqiqatların aparılmasına vəsilə olmuşdur.

Fəaliyyəti dövründə bir çox mükafat qazanmış Eren-Nijhar bunlardan əlavə, 2004-cü ildə Millennium Awards Fellowship tərəfindən toplum içindəki şəxsi uğurlarına görə “Yetenek ve Başarı Ödülü” mükafatını, 2015-ci ildə etdiyi çalışmaların öz sahəsində maarifləndirməni, eləcə də keyfiyyəti və yeniliyi təmsil etdiyi üçün “Uluslararası Avrupa Kalite Zirvesi” mükafatını və 2018-ci ildə isə İngiltərə Türk Dərnəkləri Federasiyası tərəfindən “Başarı Mükafatı”nı almışdır.

Kainatın Şairi Osman Türkay, Kipr Türk Cəmiyyəti, Kipr Türk Cəmiyyəti Nəşrləri, 2011, Avropanın İlk Türk Dərnəyi-Kipr Türk Cəmiyyəti, Kipr Türk Cəmiyyəti Yayınları, 2012, Kıpırtı Yazıları-Uşaqlar üçün Yazılar, Yar Nəşrləri, 2013, Turkish Heritage in the UK, SUNCUT Nəşrləri, 2014, Artıq qürbət yox! mu? I, Ozan Nəşrləri, 2014, Londonda Multikulturalizm, Ozan Nəşrləri, 2016, Artıq qürbət yox! mu? II, Ozan Nəşrləri, 2014, Kıpırtı Yazıları- Uşaqlar üçün Yazılar, Yeni Nəşr, Ozan Nəşrləri, 2017, Turks in London – The Unheard Voices, Ozan Nəşrləri, 2017, Qadınlardan dünyanı dəyişdirən sözlər, Ozan Nəşrləri, 2018, London mu dediniz? Buyurun…, Ozan Nəşrləri, 2019 kitablarının müəllifidir.

Uzun illərdir Avropada yaşayan türklər haqqında araşdırma aparırsınız və bu mövzuda çox kitabınız var. Avropada yaşayan Türklərlə bağlı son dövrlərdə etdiyiniz araşdırmalar haqqında qısa məlumat verərdiniz…

– Qeyd etdiyiniz kimi, otuz ildən çoxdur ki, Avropada, xüsusən də İngiltərə və Almaniyada yaşayan türklərin köç tarixi ilə əlaqəli araşdırmalar, tədqiqatlar edirəm. Bu tədqiqatlar çərçivəsində gəldiyim nöqtə budur ki, artıq Avropada yaşayan türklərdən bəhs edərkən müasir köç tarixindən başqa türklərin Avropada bir tarixinin mövcudluğu və bunun da göz önünə gətirilərək dəyərləndirilməsi.

Zəhmət olmasa, bunu bir az geniş izah edə bilərsinizmi?

– Bildiyimiz kimi, Avropada yaşayan türklərin müasir köç tarixi 1961-ci ildə hökumətlərarası imza ilə başlamışdır. Bu tarix Kiprdən gələn türklər üçün daha gerilərdə, yəni 1950-ci illərdən başlayır.

Almaniya başda olmaqla, Avropa ölkələri qapılarını türk iş köçünə açaraq bu tarixdən etibarən gələnləri “Türk işciləri” adlandırmış, Almaniyaya gedənləri də “Qonaq işçi” kimi görmüş və onların qalıcı olmayacaqlarını düşünmüşlər.

Köç tarixinin necə inkişaf etdiyini bildiyimiz üçün düşünürəm ki, bunu burada geniş izah etməyə ehtiyac yoxdur. Ancaq vacib olan şey, o gündən bəri aparılan bütün köç araşdırmalarında Avropada yaşayan türklərin varlığının sadəcə bu tarixlə məhdudlaşdırılmasıdır.

Başqa bir tarixdən danışmaq lazımdır?

– Başqa bir tarix deyil, sadəcə edilən araşdırmaların bilinən tarixdən daha kənara çıxılması lazım olduğunu söyləyirəm.

“Turkish Heritage in Europe”, yəni “Avropada Yaşayan Türklərin Mədəni, Tarixi və İqtisadi Mirası” mövzusu daxilində artıq araşdırmalara başlayaraq, köç araşdırmaları çərçivəsində aparılan araşdırmalarda keçmiş tariximizi də göz önündə tutaraq dəyərləndirmək lazımdır.

Hazırda Avropada 5 milyondan çox türk yaşayır. İngiltərədəki beşinci nəsil Kiprli Türk immiqrantların və Almaniyadakı üçüncü və dördüncü nəsil Türk immiqrantların uşaqları bu ölkədə doğulub, böyüyüb və bu ölkələrdə təhsil alıblar.

Yəni Türkiyədən illər öncə gələn köçmənlər Avropanın sosial-iqtisadi, siyasi və mədəni həyatına müxtəlif yollarla töhfə verirlər.

Avropada yaşayan türkləri bütöv bir şəkildə araşdırarkən yalnız 1950-ci ildən sonrasına deyil, 1950- ci ildən əvvələ də baxmaq lazımdır. Bunu etdikdə Avropadakı Türk köçü çərçivəsində araşdırılmaqda olan mövzuların fərqli dəyərləndirilərək başqa bir nöqtəyə gələcəyini görəcəyik. Əslində, bizim Avropa ölkələri ilə bilinəndən daha çox ortaq cəhətlərimiz var.

-Bunun necə olacağını düşünürsünüz?

– İşə türklərin Avropada yaşadıqları ölkələrin hökumətlərinə “Turkish Heritage in Europe”, yəni “Avropada yaşayan Türklərin Mədəni, Tarixi və İqtisadi Mirası” mövzusunu gündəmə gətirməli olduqlarını söyləməyərək başlamalıyıq. Təbii ki, ilk növbədə hökumət səlahiyyətliləri bu məsələni qəbul etməli və siyasətlərinə daxil etmələri lazım olduğuna inanmalıdırlar.

Digər tərəfdən, konfrans, seminar və maarifləndirmə işləri apararaq şəbəkəni genişləndirmək və mövzunu müxtəlif auditoriyaya izah etmək lazımdır.

Bu söylədiklərinizin, araşdırmaların müsbət bir təsiri olacağına inanırsınız?

– Bəli, Avropada doğulub böyüyən nəslin şəxsiyyətinin formalaşmasında müsbət bir amil olacağını düşünürəm. Uşaqlara və gənclərə valideynlərinin, nənə və babalarının dünyaya gəldikləri ölkələrin gerçək tarixini vermək onların şəxsiyyət formalaşmasında müsbət rol oynamalarını təmin edəcək. Məsələn, uşaqlara və gənclərə əsrlər əvvəl, Avropada ağsaqqallarından miras qalan mədəniyyət və biliklər izah edilərsə, zaman-zaman ortaya çıxan “başqalaşma”nı yaşamayaraq özlərini yaşadıqları ölkələrə daha çox aid hiss edərlər. Bu o deməkdir ki, keçmişimizə hörmət etməklə gələcəyə daha müsbət baxa bilərik.

Deyəsən, “London Turkish Heritage in the UK”, yəni “İngiltərədə Türklərin Mədəni, Siyasi və İqtisadi” adlı bir nəşriniz var.

Bəli. 2014-cü ildə bir ilki gerçəkləşdirdik və “London Tarixi Türk Mirası Tədbir Günü” nü başlatdıq. Həmin tanıtım işləri çərçivəsində bu kitabçanı da hazırladım. Bu nəşr daha sonra bu mövzuda apardığım tədqiqatların bilik bazasını yaratmaqla mənə bələdçi oldu. Yayınladığım kitaba o dövrdə London bələdiyyə başçısı olan və hazırda İngiltərənin Baş naziri olan Boris Conson tərəfindən bu sahədəki işlərim üçün göndərdiyi dəstək məktubunu da daxil etdim.

2015-ci ildə “Turkish Heritage in the UK” və 2019-cu ildə İstanbulda Türkiyə Prezident himayələrində gerçəkləşən Boğaziçi Zirvəsində “Turkish Heritage in Europe – Avropadakı Türklərin Siyasi, İqtisadi və Tarixi İrsi” araşdırmalarının tanıtımlarını edərək mövzunu daha geniş kütlələrə çatdırıb, onun əhəmiyyətini beynəlxalq miqyasda vurğulama çalışdım.


Elnur ELTÜRK
Gürcüstan Prezidentindən 14 yaşlı qızın intiharı ilə bağlı AÇIQLAMA"14 yaşlı bir qızın faciəli ölümü dəhşətdir. Zorakılığın qarşısını almaq üçün cinayətkar cəzalandırılmalıdır".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu açıqlamanı ölkə Prezdenti Salome Zurabişvili iki gün öncə 14 yaşlı qızın özünü inthar edərək öldürməsinə münasibət bildirərkən deyib.

Prezidentin sözlərinə görə, bu kimi məsələlərə münasibət sərt və birmənalı olmalıdır: “14 yaşlı qızın intiharı faciədir! Mənim üçün bir prezident olaraq və xüsusən də bir qadın üçün baş verənlər ciddi və qətiliklə qəbuledilməz bir şiddətdir! Şiddəti təşviq etməmək üçün cinayətkar cəzalandırılmalıdır. Bu kimi məsələlərə münasibətimiz sərt və birmənalı olmalıdır!".

Məlumat üçün bildirək ki, Kobuleti bələdiyyəsində on altı yaşına çatmamış oğlan, 14 yaşında qızı aldadaraq cinsi əlaqədə olub və sonradan qız intihar edib.

Hazırda həmin şəxs saxlanılıb, istintaq davam etdirilir.
Sabiq deputatın evində oğurluqGürcüstan parlamentinin keçmiş deputatı Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evində oğurluq olub.

Avrasiya.net xəbər verir ki, 24News.ge-yə danışan Azər Süleymanov bildirib ki, oğurluq sistemli şəkildə baş verib və oğrular ayrı-ayrı günlərdə evə daxil olublar.

Onun sözlərinə görə, oğruların evə girməsi təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

Oğrular evin həyətində olan antikvar əşyaları oğurlayıb və avtomobili qarət ediblər, lakin mənzilə daxil ola bilməyiblər.

Azər Süleymanov hələlik oğurlanan əşyaların dəyərinin bilinmədiyini qeyd edib: "Hal hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb".
İtkin düşmüş 7 şəxsin meyitinin qalıqları Azərbaycana qaytarıldıAzərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.

Daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Dövlət Təhlükəsizliyi Xidmətinin DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib:

“Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür”.
Daha bir əsgərimizin nəşi tapıldıAzərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, əsgər Cavidan Valeh oğlu Məmmədlinin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!
Rövşən Əkbərovun yerinə bu general təyin olunduXəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun birlik komandiri general-leytenant Rövşən Əkbərov vəzifəsindən azad edilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbə verir ki, onun yerinə general-mayor İlqar Lətifov təyin olunub.

Qeyd edək ki, İlqar Lətifov bu təyinata qədər sözügedən hərbi birləşmənin qərargah rəisi vəzifəsində xidmət aparıb.
Havalar isindikcə yoluxma artacaq – Alimlərin koronavirus PROQNOZUAvropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi koronavirusla bağlı yeni açıqlama yayıb.

Mərkəz virusun hələ uzun illər bəşəriyyəti narahat edəcəyini düşünür.

“Yeni koronavirus növü bəşəriyyətlə hələ uzun illər qalacaq. Yoluxmanın zəifləməsi və vaksinasiyanın başlamasına baxmayaraq virus unsan orqanizminə çox yaxşı adaptasiya ola bilib. Ona gör də zamanla vaksinin tərkibi dəyişdirilməli olacaq”.

Corc Meyson Unbiversitetinin professoru Ança Baranova isə hesab edir ki, yoluxmanın yeni dalğası yazda başlayacaq.

“Temperatur sıfırıdan yuxarı qalxan kimi yoluxma artacaq. Peyvəndləmə isə virusun yoxluğunu təmin etmir. O sadəcə COVID-19-un yüngül və simptomsuz axınını təmin edir”-deyə Baranova söyləyib.

Bundan başqa, alimlər koronavirusun psixoloji problemlər, xüsusən, depressiya hallarını artırdığını düşünür.



Modern.az
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VideoAvrasiya.net “Yeni Müsavat” Media Qrupunun Xocavənd rayonun Edilli kəndindən reportajını təqdim edir:

Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb.

Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizlik xidmətinin rəhbəri olan Ağacanyan haqda yerli sakinlər deyir ki, əslən yarıazərbaycanlı olan Ağacanyan Edilli kəndində doğulub, bu kənddə boya-başa çatıb. Onun atası Əkbər vaxtilə Füzuli şəhərində yaşayıb, bu şəhərdə erməni qızla ailə qurub, sonra nə baş veribsə, o arvadını da götürərək Edilli kəndinə köçüb və bu kənddə təsərrüfatla məşğul olub, azərbaycanlılarla birlikdə çalışıb.

Yerli sakinlərin sözlərinə görə, Əkbər Kərimov həmişə öz soydaşları ilə ünsiyyətdən qaçırmış, hətta onların salamına belə cavab vermir, özünü eşitməzliyə vururmuş. Onun atasının adı İbad, anasının adı isə Münəvvər olub. Kamo özü isə həmişə erməni tay-tuşları ilə oturub-durur, dava-filan olanda həmişə ermənilərə qahmar çıxırmış.

Məlumata görə, Kərimovlar ailəsində doğulan Ağacanyan Ermənistanda müxtəlif vəzifələrdə çalışdığı müddətdə əslən Azərbaycandan olmasını gizlətməyə çalışıb.

O, həm soy adını dəyişərək Ağacanyan edib, həm də ata adını Ağberoviç kimi göstərib. Doğulduğu Edilli kəndinin adını isə Uxtadzor kimi qeyd edib. Çünki ermənilər bu kəndi işğal etdikdən sonra adını dəyişdirərək Uxtadzor qoyub.

Ermənilər Qarabağda separatçı hərəkata başlayanda Kamo Ağacanyan əsl erməni simasını ortaya qoyaraq həmkəndlilərinə qarşı kinini, nifrətini göstərməyə başlayıb. Atası ilə birlikdə azərbaycanlıların Edillidən məcburi çıxarılmasının fəal iştirakçılarından biri olub.

52 yaşlı Ağacanyan separatçı rejimdə müxtəlif yüksək vəzifələr tutub. Həmçinin illərlə doğulduğu Edilli kəndindən ayrı düşməyib. Burada özünə böyük bir obyekt də tikdirib.

Səfərimiz zamanı bu obyektə də baş çəkdik. Ağacanyan kəndin ən mənzərəli guşəsində tikilən bu restorana özü də tez-tez istirahətə gəlirmiş.

İki mərtəbəli bu restoranın birinci mərtəbəsində məclislərin təşkil olunması üçün böyük bir zal var. Giriş hissədə geniş mətbəx, həyətində isə böyük bir manqalı var.

Ağacanyana məxsus bu məkanın ikinci mərtəbəsi həm də ofis kimi istifadə olunub. Buradakı otaqlarda əsasən yerli sakinlərə və döyüşçülərə məxsus rəsmi sənədlər var.

Bu sənədlərin və bütün erməni izlərinin bu torpaqlardan silinməsinə az qalıb. Gözəl təbiəti olan Edilli böyük qaydışı, öz camaatını gözləyir...