Azərbaycanlı nazir qızının Fransa həyatı - Nadir kadrlarMilli Televiziya Günündə AzTV-də yeni layihə təqdimatı olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanacaq.

Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.
Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb.

Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub.Yaradıcı heyət Baninin şəxsi arxivini qoruyan şəxsləri Parisin 400 km cənubunda - Herbernak qəsəbəsində tapıb. Verilişdə onun arxivi, heç vaxt görünməyən foto və videoları yayımlanacaq.
Bundan başqa, “Yüz ilin adamları”nda Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən sonra Əsədullayevlər ailəsi milyonlarını itirib, onlar Avropaya köçmək məcburiyyətində qalıblar. Bununla da Baninin mühacirət həyatı başlayıb. Parisdə yaşayan Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub.
Daha sonra fransızca ilk kitabını çap edərək məşhurlaşıb. Vətəndən uzaqda yaşamasına baxmayaraq Baninin yaradıcılığında Azərbaycan adət-ənənələri, tarixi həqiqətlər əks olunub.

Verilişdə Baninin şəxsi həyatı, evlilikləri, yaradıcı fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq cəhdlərindən, ermənilərlə mübarizəsindən danışılacaq, maraqlı faktlar təqdim olunacaq.
Məşhur yazıçı Ernst Yüngerlə Banin haqqında çəkilən filmin kadrarxası görüntüləri də ilk dəfə “Yüz ilin adamları”nda geniş auditoriyaya təqdim olunacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Brand media”nın istehsal etdiyi veriliş fevralın 14-ü saat 22:00-da Hüseyn Cavadzadənin təqdimatında AzTV-də yayımlanacaq.
Əli Həsənovun daha bir qohumu işdən qovulduPrezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində bölük komandiri vəzifəsində çalışan bacısı oğlu Siyamək Dilavər oğlu Məmmədov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, bundan öncə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı.
Rüşvət alan direktor həbs edildi“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Leyla Məmmədova : " Körpə fidanlarımız sağlam və vətənpərvər ruhda böyüməlidir"Bütün uşaqlara qayğı ölkəmizin dövlət siyasətinin əsas prioritet məsələlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.

Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşıb. Ulu Öndər hər zaman uşaqların iştirakı ilə keçirilən bayram tədbirlərində iştirak edir, çıxışlarına maraqla tamaşa edir, alqışlayır, onlarla şirin-şirin söhbət edirdi. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar müstəsna əhəmiyyət daşıyır.
Respublikamızda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şərait həmişə diqqət mərkəzində saxlanılır. Bunu ölkəmizdə yeni uşaq bağçalarının tikilməsindən, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasından, müasir inventar və avadanlıqlarla təmin edilməsindən aydın şəkildə görmək olar.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin mütəmadi olaraq rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir..
Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsilin bərpası ilə bağlı Təhsil Nazirliyindən verilən məlumata görə, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini qismən bərpa edəcək.

Bu xəbəri Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının kollektivi də böyük sevinclə qarşıladı. Kollektivin müəllim tərbiyəçi heyəti pandemiya dövründə yaxın təmasda ola bilmədikləri körpə fidanlarla yenidən görüşəcəklərinə sözün əsl mənasında şad oldular.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan bizim bağçamızda da müvafiq hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar bağçamızda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görüblər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Rayonda fəaliyyət göstərən bütün məktəbəqədər müəssisələr Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiyaedici məhsullarla təmin edilib.

Hətta, Bərdə Rayonunun ən ucqar kəndlərində belə bağçalar Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətə başlamaq üçün çox gözəl, abad vəziyyətə gətirilib.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri görülüb. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Mətbəx və sanitariya qovşaqlarına diqqət bundan sonra da artırılacaq, mütəmadi olaraq dezinfeksiya işləri aparılacaqdır.

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektiv adından öz dərin minnətdarlıqlarını bildirirlər.

Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə sonsuz təşəkkürlərini bildirirlər.

Abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Bərdə rayonunda böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün daim əsaslı işlər görülür.

Biz də gələcəyimiz olan körpə fidanların sağlam və vətənpərvərlik ruhunda böyüməsi üçün əlimizdən gələni edəcəyik.

Leyla Məmmədova
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri



Bu bələdiyyələrin vəzifəli şəxslərinə cinayət işi açılıb - SİYAHIAzərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Avrasiya.net-in məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonu Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb. Həmçinin Bakı şəhəri Suraxanı rayonu Bülbülə, Qusar rayonu Samur, İmişli rayonu Hacırüstəmli, Ağsatafa rayonu Dağ Kəsəmən, İsmayıllı rayonu Topçu, Daşkəsən rayonu Qabaqtəpə, Sabirabad rayonu Quruzma, Cəlilabad rayonu Muğan, Beyləqan rayonu Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Ermənistan QORXU İÇİNDƏ: İrana əsas çıxışı Azərbaycanın nəzarətinə keçdi - XƏRİTƏSərhədin demarkasiyası nəticəsində Ermənistanın Gorus-Qafan yolunun 21 kilometr hissəsi Azərbaycan ordusunun nəzarətinə keçib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda hakim “Mənim addımım” fraksiyasının deputatı Ayk Qevorkyan deyib.

Son günlər Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri də Sünik (Zəngəzur) bölgəsində strateji əhəmiyyəti ərazilərin Azərbaycanın nəzarətinə keçməsidir. Ermənistan işğal dövründə dövlət sərhədini Qubadlı və Zəngilan istiqamətdə irəli çəkərək, Gorus-Qafan-Mehri bölgəsini sərhəd bölgə statusundan çıxarmışdı. 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyan Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədini də bərpa etdi. Hazırda işğal dövründə pozulan dövlət sərhəd xəttinin bərpası işləri davam edir.

Ermənistanı narahat edən məsələ İrana çıxış üçün strateji əhəmiyyətli yolun da Azərbaycanın nəzarətinə keçməsidir.

İranşünas Vardan Voskanyan deyir ki, Azərbaycan Ermənistan-İran arasında bütün quru yollara nəzarət etmək imkanı əldə edib.

“Gorusdan Qafana iki yol uzanır. Bunlardan biri M2 dövlətlərarası magistral yoludur: İrəvan-Yeraks-Gorus-Mehri-İran sərhədi. Azərbaycan magistral yolun Voratan (Şahverdilər), Şurnuxu kəndləri və Qafan yaxınlığından keçən hissəsinə nəzarət əldə edir. Digər dövlət əhəmiyətli yol H46 yolu (Tatev-Aqani-Qafan) cənubda yenidən M2 magistralına bağlanır və Qafan bölgəsində təhlükə altına düşür”, - Voskanyan bildirib.

Onun sözlərinə görə, yeganə təhlükəsiz yol Qafan-Tatev yoludur: “Laki bu yol qışda keçilməz olur. Başqa sözlə, yollarla bağlı yaranan problem təkcə Ermənistanın daxili kommunikasiya yollarının yox, həm də cənuba çıxışın təhlükə altına düşməsi deməkdir”.

Voskanyan bununla bağlı xəritə də tərkib edib.

Azadlıq radiosunun erməni xidməti isə yazır ki, Gorus-Qafan yolunun 21 kilometrlik sektorundan başqa, Qafan-Aqarak (Əkərək) yolu, Qafandan Çakaten, Şikahoğ (Şıxovuz), Tsav kəndlərinə gedən yolun 4 kilometri də Azərbaycanın nəzarətinə keçib.

Ermənistan Azərbaycanın nəzarətinə keçən yollara alternativ yollar tikməyi planlaşdırır.
Türk professor xərçəngi məhv edən maye tapdıABŞ-da dünyaca məşhur səhiyyə təşkilatı "Mayo" klinikasında çalışan Klinik Damar və Müdaxilə Radiologiyası Bölməsinin türkiyəli professoru Rahmi Öklünün rəhbərlik etdiyi qrup xərçəng toxumasını məhv edən yeni bir ionik maye (maye duz) formulu hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə professor Rahmi Öklü "Hürriyet" qəzetinə açıqlamasında deyib.

O, xərçəngin müalicəsində ən böyük problemin dərmanı şişə çatdırmaq olduğunu deyib.

Türk professor bu yanaşmanın xərçəngin təkrarlanma ehtimalını da azalda biləcəyini deyib.
Əli Həsənovun qayını nöqsanlara görə vəzifədən qovulduDaxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qayınıdır.
İcra hakimiyyətləri ləğv edilsin – MM-də müzakirəSSRİ zamanı yerli hakimiyyət xalq deputatları sovetləri idi. Onları xalq seçir və bu qurumda müəyyən icra orqanlarını formalaşdırırdı. Sözsüz ki, bu proses Kommunist Partiyasının nəzarəti altında baş verirdi. Amma əsasən yerli hakimiyyətləri xalq seçkiləri yolu ilə formalaşdırırdı. Bizdə icra orqanlarının formalaşdırılmasında parlament iştirak etmir. Yalnız baş nazirin seçilməsində iştirak edirik.

Avrasiya.net xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Dövlət qulluğu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyb.

Qüdrət Həsənquliyev qeyd edib ki, SSRİ-dən sonra yerli qurumların əvəzinə müvafiq icra hakimiyyəti orqanları formalaşdırılıb:

“Ancaq 1999-cu ildə bələdiyyələr yarandı. Bu qurum yerli özünüidarəetmə forması kimi nəzərdə tutulurdu. Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər. Buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.