Səfir: Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq"Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək sürətlə inkişaf edir. Hər iki ölkənin xalqları arasında möhkəm dostluq əlaqələri mövcuddur" - Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə səfəri barədə deyib.

"Qaqauziya Moldovanın ayrılmaz bir hissəsidir. Moldova ilə əməkdaşlığımızın inkişafı çərçivəsində Qaqauziya ilə də münasibətlərimiz uğurla genişləndirilir. Qaqauziyanın başçısı İrina Vlax ilə görüşdüm. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa şəhərində yerləşən mədəniyyət və təhsil mərkəzinin inşası başa çatmaqdadır və qarşı tərəf buraya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını verməyi təklif edir, əlavə olaraq Azərbaycanın Qəbələ rayonu ilə Qaqauziya Muxtar Ərazisi arasında əməkdaşlıq və qardaşlaşmaya dair müqavilə imzalanması nəzərdə tutulur. Ötən il sənəd layihəsinin imzalanmasına hər iki tərəfin hazır olmasına baxmayaraq, koronavirus (COVID-19) pandemiyası səbəbindən mümkün olmayıb. Ümid edirəm ki, bu il bunu həyata keçirəcəyik " – deyə səfir bildirib.

Mədəniyyət və təhsil mərkəzinin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır.

Görüşdə İ.Vlax tərəfindən Çadır-Lunqa şəhərində inşa edilən mərkəzin iki qardaş xalq arasında dostluq rəmzi olacağı vurğulanıb.

Görüşdə Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov da iştirak edib. Söhbət zamanı Azərbaycan diasporunun Qaqauziya və Moldovanın ictimai-siyasi həyatında iştirakının vacibliyi vurğulanıb.

Görüşün sonunda gələcək əməkdaşlığın digər sahələr üzrə inkişaf perspektivləri müzakirə edilmiş, elm, təhsil, səhiyyə, eləcə də sosial-iqtisadi sahələrin qarşılıqlı bölgələrarası əməkdaşlıq formatında genişləndirilməsinin vacibliyi bildirilmişdir.

Eyni zamanda, bölgəyə səfəri çərçivəsində səfir Q.Osmanov bu gün 30 illik yubileyini qeyd edən Komrat Universitetini ziyarət etdib. Tədbirdə çıxış edən səfir bu bölgə ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda görüş keçirilibBu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Siyasi dialoqun Azərbaycan modeli” adlı ilk görüş təşkil olunub.

Avrasiya.net-in xəbərinə görə, ölkənin qabaqcıl ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssislərinin iştirakı ilə keçirilmiş tədbirdə siyasi dialoqun müxtəlif təzahür formaları müzakirə edilib.

Ədalət Vəliyev ölkə rəhbərliyi adından alim və mütəxəssisləri salamlayaraq, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib.

Dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişafının dövlət siyasətinin strateji vəzifəsi olduğunu bildirən Ədalət Vəliyev bu məsələdə bütün potensialların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Alim və mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyini vurğulayan Ədalət Vəliyev alimlərin bu proseslərdə xüsusi rolunu da qeyd edib.

Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyini də qeyd edib. Kontekst inkişaf etdirilərək mövcud istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülmüş işlər haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra tədbirdə iştirak edənlər məruzələrlə çıxış ediblər.

Tədbirə yekun vuran Administrasiyanın rəsmisi Prezident İlham Əliyevin “Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi” fikrini səsləndirərək bildirib ki, məhz dövlətimizin başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edib.

Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.
İlham Əliyev mühüm iclasdaFevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri mərzə ediblər.

İclasda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də qatılıb. Hazırda Məşvərət Şurası işini davam etdirir.
Uşaqlar infeksiyanın mənbəyi kimi... - Baş infeksionistUşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, bu, daha çox simptomsuz olur.

Avrasiya.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar xəstələnsələr də böyüklərə nisbətən ağır hallara çox az rast gəlinir:

“Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər. Yalnız bu halda uşaqların yoluxmasına görə təşvişə düşə bilərik. Uşaqlar infeksiyanın mənbəyi kimi ev şəraitində yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur”.
Daha 3 nəfər koronadan öldüAzərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub.
İki dövlət arasında turizm əlaqələrinin inkişafı müzakirə edilibFevralın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə iki ölkə arasında mövcud turizm əlaqələri və gələcək əməkdaşlıq münasibətləri haqqında müzakirələr aparılıb.

Fuad Nağıyev ötən ilin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş torpaqlarının azad edilməsindən və Qarabağda turizmin inkişafı perspektivlərindən danışıb.
Agentlik sədri, həmçinin erməni işğalı nəticəsində Qarabağın turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanların, o cümlədən tarixi dini abidələrin və İslam irsinin dağıdılması siyasəti barəsində məlumat verib.
Öz növbəsində səfir İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini və bölgədə sülhün bərqərar olmasının regionun ümumi inkişafı üçün vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin hər iki ölkə arasında viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, müvafiq infrastrukturun təkmilləşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın mütəmadi təmin edilməsi, postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması, Xəzəryanı ölkələrin turizm əlaqələri barəsində müzakirələr aparılıb.
Mehdiyev deputatları məhkəməyə verə bilməz - HüquqşünasAzərbaycan Respublikasının Konstitusiyasının 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov AMEA prezidenti Ramiz Mehdiyevin 15 deputatı məhkəməyə verməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, həbs oluna, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı yalnız cinayət başında yaxalandığı halda həbs oluna bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını saxlayan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Həmçinin əsas qanunun 91-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Odur ki, Ramiz Mehdiyevin Milli Məclisin deputatlarını xüsusi ittiham qaydasında məhkəməyə verməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanuna ziddir”.
MOSSAD İranda Fəxrizadəni belə öldürdü - DetallarNüvə fiziki Möhsün Fəxrizadənin MOSSAD tərəfindən İrana hissə-hissə göndərilən bir tonluq uzaqdan idarə edilən silahla öldürüldüyü iddia olunub.

Axar.az xəbər verir ki, bu barədə “Ceviş Kronikl” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sui-qəsd qərarı MOSSAD-ın 2018-ci ildə İranda bir əməliyyat zamanı ələ keçirdiyi sənədlərdə Fəxrizadənin nüvə proqramının əsas siması olduğunu müəyyən etməsindən sonra qəbul edilib.

Sui-qəsd planına isə 2020-ci ilin mart ayında başlanılıb. Əvvəlcə bir qrup İsrail agenti yerli agentlərlə işləmək üçün İrana göndərilib. Həm İsrail, həm də İran agentlərindən ibarət olan və 20-dən çox agentin yer aldığı qrup Fəxrizadəni izləməyə başlayıb.

“Komanda çox dəqiq plan qurub. 8 ay boyunca Fəxrizadə ilə nəfəs alıblar, onunla oyanıblar, onunla yatıblar, onunla səyahət ediblər. Hətta təraş losyonunun qoxusunu belə hiss ediblər", - mənbələrdən biri qeyd edib.

Qəzetin məlumatına görə, partlayıcı maddələr də daxil olmaqla bir ton ağırlığındakı silah İrana qaçaqmalçılıq yolu ilə gətirilib. Yol kənarında saxlanılan yük maşınının içinə yerləşdirilən silah Fəxrizadə yaxınlaşdıqda onu izləyən agentlər tərəfindən uzaqdan idarəetmə ilə işə salınıb.

Faxrizadənin 13 güllə ilə öldürüldüyü, MOSSAD qrupunun silahı bomba ilə partladaraq hadisə yerindən qaçdığı vurğulanıb. Qəzetə danışan başqa bir mənbə isə agentlərin hamısının İrandan çıxmağı bacardığını bildirib.

Qeyd edək ki, nüvə fiziki Möhsün Fəxrizadə 28 noyabr 2020-ci ildə öldürülüb.
Novruzov DİN iddiasından geri çəkildi, Mehdiyevlə isə...Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək fikrindən daşınıb.

Bu barədə Axar.az-a millət vəkili özü danışıb. O, ötən gün 2020-ci il avqust ayında akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün DİN tərəfindən 400 manat cərimələnməsi səbəbindən məhkəmə davası açmaq istəyindən vaz keçməsini bununla əsaslandırıb:

“DİN kimi operativ işləyən və vətəndaşların xidmətində duran qurumu məhkəməyə vermək doğru olmaz. DİN pandemiya zamanı da, Vətən müharibəsi zamanı da çox gözəl işlədi. Vətəndaşlarımızın hər zaman xidmətində durdu, təhlükəsizliklərini təmin etdi. Belə qurumu məhkəməyə vermək doğru deyil”.

S.Novruzov akademik R.Mehdiyevin 15 deputatı məhkəməyə verməsinə də münasibət bildirib:

“Məni məhkəməyə verib-vermədiyindən məlumatım yoxdur. Ancaq məni məhkəməyə verəcəksə, qoy versin, gedərəm məhkəməyə”.

Qeyd edək ki, ötən gün S.Novruzov DİN-in 6 ay öncə onu qeyri-qanuni olaraq 400 manat cərimələdiyini bildirmiş, buna görə 400 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia ərizəsi hazırladığını qeyd etmişdi.
Qarabağda daha 4 erməni əsgərin meyiti tapıldıErməni axtarış qrupları Azərbaycanın Qarabağ bölgəsindəki döyüş meydanlarında daha 4 erməni əsgərin meyitini tapıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, meyitlər Füzuli rayonunda aşkarlanıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar zamanı döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1371-ə çatıb.

Qeyd edilib ki, Azərbaycan Ordusu bu gün Hadrut ərazisində 3 erməni axtarış qrupuna meyit axtarmağa icazə verilib.