İtkin düşən 19 yaşlı əsgərin şəhid xəbəri gəldi - FOTOAzərbaycan Ordusunun hərbi qulluqçusu, 19 yaşlı əsgər Əmirağa Mahir oğlu Ağayevin şəhid olduğu təsdiqlənib.

Avrasiya.net xəbər verir ki, 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan ondan heç bir xəbər yox idi.

İki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində doğulub.Şəhid əsgərin sabah doğulduğu rayonda dəfn ediləcəyi bildirilir.
Bərdə məhkəməsinin katibi həbs edildiBərdə Rayon Məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş materiallar üzrə aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin vəzifədə işləyərkən Elcan Alışovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bir qrup rayon sakininin məhkəmə baxışı zamanı azadlığa buraxılacağı ilə bağlı yalan vədlər verərək təqsirləndirilən şəxslərin qohumlarından cəmi 24 min manat məbləğində pul vəsaitini almasına, məhkəmənin hökmü ilə sözügedən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra isə onların cəzalarının bir hissəsini çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacağı barədə vəd verməklə vətəndaşlardan əlavə olaraq 10 min manat məbləğində pul vəsaitini almasına, bununla da ümumilikdə 34 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Alışov Elcan Əmir oğlu Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş nazirdən MEDİA ilə bağlı SƏRƏNCAMBaş nazir Əli Əsədov ""Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, baş nazir İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət qeydiyyatına alındığı gündən MEDİA-nın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı ilə bağlı təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Daşkəsəndə korrupsiya əməliyyatı: həbs olunan vəzifəli şəxslər var - RƏSMİDaşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova 1 fevral 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xocalı aeroportu açılır?Rusiya sülhməramlıları Xocalı aeroportunun açılmasına çalışır.

Avrasiya.net Modern az-a istinadən xəbər verir ki, aeroport modernləşdirilərək sahəsi genişləndirilib.

Bundan savayı, ətraf ərazilərdə sülhməramlıların yaşaması və yüklərin saxlanılması üçün müvafiq infrastuktur da yaradılıb.

Rusiya tərəfi Xocalı aeroportunun Moskvadan hərbi yükləri qəbul etmək üçün istifadəyə verilməsinə çalışır. Bununla bağlı üçtərəfli danışıqların davam etdirildiyi bildirilir.

“Son 4 ildə işə gəlməyib” - AzTV-dən daha bir açıqlamaDünən AzTV-nin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən qurumun keçmiş əməkdaşı Saidə Vəliyeva ilə bağlı yeni məqamlar ortaya çıxıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlamasında bildirib ki, S.Vəliyeva 2009-cu ildə o zamankı sədr Arif Alışanovun əmri ilə işəmuzd olaraq redaktor kimi işə götürülüb:

“Saidə Vəliyeva ilk illərdə kiçik həcmli işlərinə görə az miqdarda qonorar alsa da, son 4 ildə, yəni 2016-2020-ci illərdə ümumiyyətlə işə gəlməyib. Təbii ki, belə olan halda onun qonorar alması da mümkün deyildi. Yəni S.Vəliyevanın işdən çıxarılması onun maddi vəziyyətinə heç bir təsir göstərməyib. Amma burada maraqlı məqam ortaya çıxır. Bu qurumdan heç bir maddi gəliri olmayan və ümumiyyıtlə işə gəlməyən şəxs nəyə görə AzTV-də adının getməsində bu qədər maraqlıdır? Bəlkə peşəsinə olan “sevgidən?” Əlbəttə ki, xeyr. S.Vəliyeva illərdir ev alqı-satqısı ilə məşğuldur. Bir sözlə, maklerdir. Görünür alverçi kimi ona TV-nin vəsiqəsini daşımaq daha təhlükəsiz və etibarlıdır. Belə olmasaydı, Saidə Vəliyeva işdən çıxarılarkən “İstənilən işə razıyam, hətta xadimə kimi işləyərəm. Təki AzTV-nin vəsiqəsi məndən alınmasın”, deməzdi.

Nərgiz Rəfiyeva bildirib ki, belə olmasaydı, S.Vəliyeva TV-nin adından yararlanmaqla müxtəlif banklardan yüksək miqdarda kreditlər götürməzdi:

"Hətta 2016-cı ildə banklardan birindən götürdüyü krediti ödəyə bilmədiyi üçün İcra və probasiya şöbəsi AzTV-yə məktubla müraciət edərək, onun əməkhaqqının kreditin ödənişinə görə tutulmasını xahiş edib. Lakin televiziyanın bu məsələdən məsul şəxsləri həmin vaxt məktuba rəsmi cavablarında bildiriblər ki, Saidə Vəliyeva son zamanlar qonorar almadığı üçün bu, mümkün olmayacaq.

Bundan əlavə, Saidə Valiyeva işlədiyi yerdən heç bir qonorar almadığı halda dəfələrlə kreditə telefonlar götürərək ödənişini etməyib. Buna görə də AzTV-yə İcra və probasiya şöbəsindən bir neçə dəfə müraciət edilib. Bütün bunlara rəğmən, sədr Rövşən Məmmədov dəfələrlə S.Vəliyeva ilə görüşüb, onu məsuliyyətə çağırıb. Üstəlik, həmin xanıma, özünün dediyi kimi, layihə hazırlamaq üçün 3 gün yox, 2 həftə zaman verilib. 2 həftədən sonra düşündüyü ssenarinin sinopsisi, yəni 1 səhifəlik yazılı ssenarisi istəniləndə, “mən hələ düşünürəm” cavabını verib. Belə əməkdaşla nəyə və hansı əsasla işləyə bilərik?”

N.Rəfiyeva qeyd edib ki, qurumun keçmiş əməkdaşının ali təhsili belə olmayıb: “Sözügedən şəxs hətta özünün tərcümeyi-halında saysız-hesabsız qrammatik və orfoqrafik səhvlərə yol verib. Sizə faktı da təqdim etmişik. Bizi də maraqlandıran odur ki, belə bir savada malik şəxs hansı əsasla “redaktor” kimi çalışa bilər?"

Qanuna gəlincə, şöbə rəisi vurğulayıb ki, S.Vəliyevanın müqaviləsinə xitam verilməsi ilə bağlı prosedur bütün normalara əməl edilərək icra olunub: “Ona iki ay öncədən - ötən ilin avqust ayının 17-də işdən çıxarılacağı ilə bağlı rəsmi xəbərdarlıq edilib. Qeyd olunub ki, oktyabrın 18-də müqaviləsinə xitam veriləcək. Digər maraqlı məqam isə S.Vəliyevanın işdən azad olunandan təxminən 1 ay sonra “aktiv fəaliyyətə” keçməsidir. Görünür, qısa zaman ərzində kimdənsə xüsusi tapşırıqlar alan keçmiş əməkdaş bir müddətdir ki, sosial şəbəkədə və əməkdaşlıq etdiyi saytda əsassız ittihamlar və şayiələrlə özünə diqqət cəlb etməyə çalışır. Hətta AzTV-yə qarşı böhtan, qarayaxma kampaniyası aparır, qurumun vəzifəli şəxsləri barədə təhqirlər yazır. Bununla da qurumun işguzar nüfuzuna xələl gətirir.

Lakin o və onun kimilər nəhayət anlamalıdırlar ki, TV-də yalnız sağlam düşüncə və savadı olan, mədəni və intellektual səviyyəsi yüksək insanlar çalışa bilərlər. Biz AzTV-də S.Vəliyeva və bəzi “həmkarlarımızın” iddia etdiyi kimi, qohumluq və tanışlıqla deyil, məhz bacarıqlı, istedadlı və savadlı kadrların toplanmasına və əməklərinin qiymətləndirilməsinə çalışırıq. Buna görə də zaman-zaman işçilərin məhsuldarlığı, davamiyyəti və digər keyfiyyətlər nəzərdən keçirilir, təhlil olunur. Tələblərə cavab verməyən işçilər barəsində isə istənilən normal idarədə, nazirlikdə, televiziyada olduğu kimi, ciddi tədbirlər görülür. Odur ki, AzTV-də şəffaflığın, səmərəli işin təmini, müasir tələblərə cavab verən proqramların hazırlanması və sözün əsl mənasında peşəkar kadr potensialının formalaşması üçün proses bundan sonra da davam edəcək”.
Z



Benzin qalxdı, avtomobillərin qiyməti niyə düşmür?Tarif Şurası ötən ay Aİ-92 markalı benzin və dizel yanacağının qiymətlərini artırdı. Şuranın qərarı ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.

Bu qərardan sonra avtomobil bazarında ucuzlaşma olacağı gözlənilsə də, bu baş vermədi. Hətta iddialara görə, avtomobil bazarında nəinki satışlar azalıb, əksinə, canlanma var və bunun fonunda qiymətlərdə az da olsa artım qeydə alınır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING” şirkətinin direktoru Vüqar Orucun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var:

“Əvvəla, qarşıdakı aylarda benzin və dizel yanacağının qiymətlərinin yenidən artacağı barədə müzakirələr dolaşır. Ehtimal edilir ki, yaxın aylarda yenidən qiymətlərdə artım olsun. Digər yandan elektrik enerjisi, qaz və ictimai nəqliyyatda gediş haqlarının artırılacağı da gözlənilir. Nəzərə alanda ki, bahalaşmanın əsas təsirləri əsasən onun baş verdiyi dövrdə nəzərə çarpır, yəni hardasa müvəqqəti xarakter daşıyır, bu mənada avtomobil bazarında durğunluq baş verəcəyi təqdirdə müvəqqəti xarakterli olacaqdı. Görünür artıq istehlakçılar rasional düşünür və daha gözləmə mövqeyinə üstünlük vermirlər”.

AQC rəsmisi bildirir ki, mövsümi olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır:

“Təbii ki, bunun da ciddi təsirləri var. Ənənəvi olaraq hər ilin müvafiq dövründə avtomobil bazarında canlanma yaranır. Digər yandan koronavirus pandemiyası dövründə hökumət əhalinin sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığı azaltdı. Əhali bir ildir ki, sosial həyatdan tərid olunmuş vəziyyətdədir. Pandemiya tam bitməsə də, artıq ciddi yumşalmalar var və cəmiyyət əvvəlki həyatına qayıtmağa başlayır. Bu da heç şübhəsiz müxtəlif bazarlarda, o cümlədən avtomobil bazarında müəyyən aktivliyə yol açır. Xüsusən əvvəlki dövrdən müəyyən vəsait toplayan şəxslər aktiv bazara geri dönürlər. Yəni, psixoloji faktorlar da qiymət artımına təsirsiz ötüşmür. Ümumilikdə ilin ilk yarısında iqtisadi fəallığın artacağı gözlənilən deyil. Müəyyən sahədə baş verən canlanmalar isə əsasən mövsümi və psixoloji amillərdən qaynaqlanır”.

Müsahibimiz əlavə edir ki, pandemiya əhaliyə yeni davranış tərzini aşıladı və şəxsi avotmobillərin daha təhlükəsiz olması təəssüratını gücləndirdi:

“Koronavirus pandemiyası zamanı ictimai nəqliyyat vasitələri, o cümlədən yerüstü və yeraltı nəqliyyat vasitələri virusun əsas yayılma mənbəyi oldular. Hazırda koronavirus pandemiyası bitməyib və bunun nə vaxt tam bitəcəyi bəlli deyil. Eyni zamanda yoluxucu-respirator xəstəliklərə qarşı əhali daha diqqətli olmağa başlayıb. Bu mənada hər kəs öz şəxsi avtomobilini əldə etməyin yollarını axtarır. Bu məqsədlə müəyyən büdcə formalaşdırır və ya əlində olan vəsaiti şəsxi avtomobil əldə etməyə yönəldirlər”.

Mənbə: sosium.az
Müşahidə Şurasının üzvləri “Vüqar Səfərli işi”nə görə istintaqa ÇAĞIRILIB?Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli barəsində başlanan cinayət işilə bağlı bu qurumun Müşahidə Şurasının üzvləri istintaqa cəlb olunmayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Modern.az-a Şuranın üzvləri məlumat veriblər.

“Səs” qəzetinin baş rekdatoru Bəhruz Quliyev bildirib ki, cinayət işi konkret olaraq Vüqar Səfərlinin əməlləri üzrə başlanıb:

“Müşahidə Şurası üzvlərinin burada hansısa rolu olmayıb və heç kim istintaqa cəlb olunmayıb, ifadə verməyib. Çünki hər şey bəllidir, hər şey görünür. Görünməyən, bəlli olmayan, uzunmüddətli araşdırmalara ehtiyac yaranan proses olsaydı, yaxud Müşahidə Şurasının imzası ilə həyata keçirilən hansısa iş, yeyinti faktı aşkarlansaydı, bu, baş verərdi. Araşdırmalar göstərir ki, bütün yeyinti faktları onun özünün birbaşa məsuliyyətidir və Müşahidə Şurasına heç bir aidiyyatı yoxdur”.

B.Quliyev deyib ki, Müşahidə Şurasının üzvlərinin fəaliyyətinə xitam verilməyib, amma dondurulub:

“Yeni Agentlik yaradılsa da, onun əsasnaməsi təsdiq edilməyib. Hazırda sərəncamdan irəli gələn məsələlər icra olunur. Amma sərəncamda da göstərilib ki, 2 ay müddətində Əsasnaməsi təsdiqlənməlidir. Sərəncama görə, Agentlik KİVDF-nin hüquqi varisi sayılır. Hüquqi varis olduğuna görə, bizim hüquqlarımız avtomatik olaraq, tanınır. Orada qeyd olunur ki, Müşahidə Şurasının üzvləri 6 nəfərdən ibarət olmalıdır, indiyədək bu say 9 idi. Agentlik tam olaraq, fəaliyyətə başlayacağı vaxtdan yeni tərkib formalaşacaq. Hazırda faktiki olaraq, biz fəliyyətimizi dondurmuşuq. Amma hüquqlar varis olaraq, Agentliyə keçdiyinə, yeni tərkib formalaşmadığına görə, hələlik bizim fəaliyyətimizə xitam verilməyib”.

Müşahidə Şurasının digər üzvü, jurnalust Əvəz Rüstəmov açılan cinayət işilə bağlı istintaqa cəlb olunmadığını, ümumiyyətlə ifadə vermədiyini diqqətə çatdırıb. O həmkarından fərqli olaraq, əlavə edib ki, KİVDF ləğv olunduğundan Müşahidə Şurası da ləğv edilib.

Baş Prokurorluğun məlumatına görə, Vüqar Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nazir icra başçısının oğlunu işdən ÇIXARDI - FOTOÖtən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.

Avrasiya.net-in Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə tutdugu vəzifədən azad edilib.

Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı Rayon İcra başçısı Əziz Əzizovdur. O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib.

O, həmin hadisələr zamanı vətəndaşın mənzilinə daxil olaraq təqsirləndirilən şəxsin yarıçılpaq vəziyyətdə aparılması haqda göstəriş vermişdi.
Koronavirusa yolxan Dilavər Əzimlinin vəziyyəti düzəlmirMəlum olduğu kimi tanınmış tarixçi-alim, Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli 1 aydan çoxdur Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında koronavirusla mübarizə aparır. Bu ilin yanvarın 4-də xəstəxanaya yatırılan tarixçinin durumu heç də qənaətbəxş deyil.

Tarixçinin yaxın dostu, BAO təmsilçisi, türkoloq-alim Faiq Ələkbərli Dilavər Əzimlinin səhhəti ilə bağlı ciddi narahatlıq keçirdiklərini deyib. F.Ələkbərli vurğulayıb ki, tarixçi adıçəkilən xəstəxanaya sap-sağlam, ayaq üstə gedib. Onun sözlərinə görə, əslində Dilavər Əzimli koronavirusdan sağalmışdı, sadəcə əlavə müalicə almaq və ciyərlərində hansısa fəsad qalmaması üçün Zığdakı xəstəxanaya yatırılmışdı: “Xəstəxanada EKMO aparatına qoşublar, amma vəziyyəti yaxşılığa doğru getmir. Bəlkə də keyfiyyətli iynə-dərmandan istifadə etmədikləri üçün səhhəti düzəlmir. Son məlumata görə, hətta ciyərlərinin 80 faizi süni aparat vasitəsi ilə işlədilir. Əgər müalicəsi, yaxud hər hansı preparatla bağlı nəyəsə ehtiyac varsa, biz BAO olaraq əlimizdən gələni etməyə hazırıq. Deyirlər ki, sepsis olandan sonra ağır immunitet preparatlarından istifadə olunub və bədənin immuniteti zəifləyib. Artıq orqanizm müalicəyə cavab vermir. Həkimlərdən də fərqli fikirlər gəlir. Açığı, xeyli vaxt keçib, çox narahat oluruq. Bəziləri haqlı olaraq düşünürlər ki, görünür, xəstəyə yetərli diqqət ayrılmır və sistemli müalicəsi təşkil olunmur”.

Sherg.az-ın əməkdaşı vəziyyətlə əlaqədar FHN-nin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanası ilə də əlaqə saxlayıb. Xəstəxana rəsmisi, operator Aynur Mirzəyeva Dilavər Əzimlinin vəziyyətinin qənaətbəxş olmadığını təsdiqləyib:
“Dilavər müəllimin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hazırda ciyərləri 40 faizlə EKMO aparatına qoşuludur. Hələlik aparatdan ayırmaq mümkün deyil, çünki ciyərlərinin 60 faizi işləmir. Səhhətinin düzəlməməsi də məhz ciyərləri ilə bağlıdır. Bilirsiz ki, koronavirus ciyərləri məhv edir. Buna baxmayaraq, həkimlərimiz, heyətimiz əlindən gələni əsirgəmir, gecə-gündüz bütün xəstələrə yüksək diqqət və qayğı göstərirlər. Xəstəxanamız hər cür imkanlarla təmin olunub. Ən müasir tibbi avadanlıqlarla təchiz olunub və bütün preparatlar var”.