Sabirabadda kişi üstünə benzin tökərək intihara cəhd etdiSabirabad şəhərində bir nəfər rayon sakini üzərinə benzin tökərək intihara cəhd edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, yanvarın 4-də rayonun Qaratəpə kəndində aralarında yaranan mübahisə ilə bağlı Elgün İbrahimov qonşusu Asim Abdullayevdən polisə şikayət edib.

Qonşular arasında yaranan mübahisə ilə bağlı Sabirabad RPŞ-in təhqiqat bölməsində müvafiq araşdırma aparılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə A.Abdullayev 15 sutka inzibati qaydada həbs olunub.

A.Abdullayevin inzibati xəta tərkibi yaradan əməlinin Cinayət Məcəlləsinə uyğun cəzalandırılmasını tələb edən E.İbrahimov buna etiraz olaraq, bu gün özünü yandırmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevik müdaxiləsi ilə intiharın qarşısı alınaraq, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənəatbəxşdir. Hazırda müalicəsi davam etdirilir.
Bakıda 22 yaşlı gənc intihar etdiBakıda intihar hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 22 yaşlı Ə.Əliyev özünü hamamda asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Vaqif Mustafayevi buna görə işdən çıxartdım - Sevil ƏliyevaÖtən gün Azərbaycan KİV-i 2006-cı ildən "Speys" telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.

Hər şeydən əvvəl, Sevil xanım Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirdi. Qeyd etdi ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.

"Məsələ ondadır ki, "Speys"in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.

Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin "Speys" rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz", - deyə Sevil xanım bəzi məqamlara aydınlıq gətirib.

Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır.

“Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq brak edildi. Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi. Ümidvaram ki, indi - ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət nəhayət, bu əsərlə tanış olacaq. Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”, - deyə S.Əliveva vurğulayıb.

"Speys" kanalının rəhbəri vəzifəsinə hansısa namizədin olub-olmadığı barədə suala cavabında telekanalın qurucusu bildirib ki, elə şəxs artıq tapılıb və tezliklə kanalın kollektivinə və ictimaiyyətə təqdim olunacaq.
MAQATE İranda radioaktiv maddə izləri aşkar etdiAtom Enerjisi Beynəlxalq Agentliyinin inspektorları keçən ilin payızında İranın iki obyektindən götürülən nümunələrdə radioaktiv maddələrin izlərini aşkar ediblər.

Axar.az xəbər verir ki, bunu “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb. İnspektorların məhz hansı maddə aşkar etdikləri hələlik açıqlanmır.

MAQATE-nin üzv dövlətlərə son tapıntılar barədə xəbər vermədiyi bildirilib. Hazırda təşkilatın aşkar edilən maddələrlə bağlı İrandan izahat tələb etdiyi vurğulanıb.
Çin ABŞ-a xəbərdarlıq etdi: Müdaxilə olarsa...Çin Honkonqun, Tibetin və Uyğur muxtariyyətinin işlərinə heç bir xarici müdaxiləyə dözməyəcək.

Axar.az xəbər verir ki, bunu Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tszeçi ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

“ABŞ gərək “Vahid Çin” prinsipinə qəti şəkildə əməl etsin. Honkonqun, Tibetin və Sintszaynın işlərinə müdaxilə Çinin daxili işlərinə müdaxiləyə bərabərdir. Biz heç bir xarici müdaxiləyə dözməyəcəyik”, – deyə o bildirib.
“Təqsiri olan kimsə Əli Nağıyevin istintaqından yayına bilməz”Vəzifədən azad olunmaqla canını qurtamış sayan sabiqlər yavaş-yavaş istintaqa cəlb olunmaqdadır. İstintaqın gedişi göstərir ki, söhbət min yox, milyonlarla büdcə vəsaitinin mənimsənilməsindən gedir. Hər gün yeni istintaqlar, həbslər kələfin ucunun tapılacağına doğru gedir.

Bu ərəfədə məmurların kabusuna çevirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalıları vəzifədən göndərildikdən sonra belə, günahkarları qarabaqara izləməkdədir. Necə deyərlər, vəzifədən uzaqlaşmaq onları məsuliyyətdən uzaqlaşdırmır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, islahatların içərisində xüsusi yer alan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox önəmli əhəmiyyət kəsb edir:

“Bununla bağlı fikirlər cənab Prezident tərəfindən 2018-ci ildə xüsusi intonasiya ilə deyilmişdi. Ölkə başçısı andiçmə mərasimində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağını açıq dedi. İndi o çıxışın konkret nəticələrini görürük. İstər vəzifədən uzaqlaşdırılan, istərsə vəzifədə olan hər kəs bu məsuliyyətdən yaxa qurtara bilməyəcək”.

Deputat qeyd edib ki, heç bir detal Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin gözündən yayına bilməz:

“Artıq bu proseslər gedir, heç kəs yaddan çıxarmasın ki, bu gün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olan cənab Əli Nağıyev çox peşəkar və Azərbaycan dövlətinə çox sədaqətlidir. Onun nə gözündən, nə də istintaqından heç kim yaxa qurtara bilməyəcək. Ona görə də uzun illər boyu dövlətin pulunu oğurlayan, həmin vəsaiti özünün dədə-baba malı kimi mənimsəyən, istədiyi yerə səpələyən, daxildə və xaricdə özünə biznes yaradan, malikanələr quran kər kəs bu istintaqın qarşısında cavab verməli olacaq. Fərqi yoxdur, bu gün yaxud sabah, mütləq cavab veriləcək”.
Masallıda qardaş qardaşı baltaladıFevralın 5-də saat 19 radələrində Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:

"Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Musayev Rauf Feyzi oğlunun aralarında yaranmış mübahisə zamanı balta ilə Zeydulla Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Ərdoğan Aygün Attara vəzifə verdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Əlcəzair mediası Xocalı qətliamından yazdıƏlcəzairin nüfuzlu alharir.info saytında ermənilərin Xocalıda törətdikləri soyqırım barədə məqalə dərc edilib. "OLAYLAR" xəbərinə görə, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin müəllifi olduğu məqalədə 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalıya həyata keçirdikləri hücum, azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə bəhs edilir. Bildirilir ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biri kimi tarixə düşüb. Erməni vəhşilikləri nəticəsində 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralanıb.

Süleyman İsmayılbəyli qeyd edir ki, erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədib azərbaycanlıları kütləvi şəkildə soyqırıma məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini isə əsir götürərək Ermənistana aparıblar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.

Məqalə müəllifi onu da qeyd edib ki, bu soyqırımı törədənlərin etirafları, azərbaycanlılara qarşı amansız davranışları barədə açıqlamaları da onu deməyə əsas verir ki, Xocalıda ermənilərin həyata keçirdikləri vəhşiliklər məhz soyqırım aktıdır. Elə buna görə də dünyanın bir çox ölkələri 29 il əvvəl Xocalıda baş verənləri soyqırım kimi tanıyıb.



Bu, Müslümovun ikinci həbsidir: ilk həbs necə olmuşdu?Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardından keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da istintaqa çağırılması xəbəri yayılıb. Eyni komandanın nazirləri olmuş Məmmədovla Müslümov vəzifədə olduğu dönəmdə də daim mətbuatın diqqət mərkəzində olublar. Böyük talançılıqlarda adları çəkilib. Bu gün Ziya Məmmədov evində, Səlim Müslümov isə “içəri”də oturub. Maraqlıdır ki, o, istintaqa çağırılması ilə bağlı məlumatı şərh etməyib.

Səlim Müslümovun da həbsindən əvvəl istintaqa çağırılması xəbəri atası tərəfindən təkzib edilmişdi. Növbəti gün isə Səlim Müslümovu istintaqa çağırıb həbs etdilər. Yayılan məlumatlardan belə aydın olur ki, bu, Səlim Müslümovun “içəri” ilk gedişi deyil.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Bəşər Hacıyev, Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışdığı dönəmdə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla vəsaitin “yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. O zaman bankın Səbail filialının rəhbəri Bəşər Hacıyev də Səlim Müslümovla birgə həbs edilib. İddia olunur ki, sözügedən maliyyə maxinasiyasına görə Bəşər Hacıyev uzun müddət “içəri” göndərilib, Səlim Müslümov isə 6 aydan sonra azadlığa buraxılıb.

Az sonra maxinasiyada adı hallanan Hüseyn Hüseynov Binəqədiyə icra başçısı göndərilib. Səlim Müslümovun da səsi Gömrük Komitəsindən eşidilməyə başladı. Ortada yoxa çıxan 50 milyon dollar isə Bəşər Hacıyevin razılığı ilə onun ayağına “oformit” olundu. 5 il sonra Bəşər Hacıyev artıq çöldə idi. Üstəlik onun sorağı Beynəlxalq Bankın Xırdalan şöbəsinin müdiri vəzifəsindən gəlirdi. Bəşər Hacıyev babat bir dəstə yaradıb xarici şirkətlərin bankdakı hesabından pulları çəkmədə ittiham olunurdu. Müslüm Səlimovun suç ortağı həmin əməllərinə görə növbəti dəfə “içəri” göndərildi. Artıq çıxıb və yenidən vəzifə almaq üçün ora-bura baş vurur.

Səlim Müslümova gəlincə, 2 il əvvəl nazir vəzifəsindən çıxarılandan adı baş nazirliyə iddialı kimi hallanırdı. Amma onu Milli Aviasiya Akademiyasında Dünya iqtisadiyyatı kafedrasının müdiri təyin etdilər. Hələ o günlərdə Səlim Müslümovun cinayət dosyesinin hazır olduğu yazılmışdı.

2013-cü ildən 2018-ci ilin aprelinə kimi əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun böyük yeyintilərinin üzə çıxdığı haqda çox ciddi mənbələrdən verilən xəbərlər vardı. Bildirilirdi ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunurdu. Həmin yazıdan sitat:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Bildirilir ki, artıq ölkə başçısına bununla bağlı zəruri bilgilər verilib. Bu isə öz növbəsində, Səlim Müslümovun durumunu bir xeyli ağırlaşdıra, hətta sonda onun həbsi ilə nəticələnə bilər. Çünki ortada kifayət qədər ciddi ittihamlar, daha dəqiq desək, 2-2,5 milyard manatlıq yeyinti faktı mövcuddur. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, sözügedən fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb.

Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçilərinə artıq pensiya ödənilməsi kimi hallar var”.

O dövrdə yazdıqlarımız Səlim Müslümovun həbsindən sonra yayılan rəsmi məlumatlarla təsdiqini tapır. Mümkündür ki, Səlim Müslümovun büdcədən çırpışdırdığı rəqəmlərin rəsmi olaraq açıqlanmaması rəqəmlərin milyardları aşması ilə əlaqədardır.