İlham Əliyev general-polkovnik rütbəsi verdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə”.
Siyəzəndə Gənclər günü münasibəti ilə tədbir keçirilib2 Fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilib.

Fevralın 2-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Gəncləri günü”nə həsr olunmuş “Savadlı gənclik etibarlı gələcəyin təminatıdır” mövzusunda videokonfrans keçirilib. Zoom tətbiqi vastəsilə təşkil olunan tədbirdə Vətən Müharibəsində iştirak etmiş gənclər, ali və orta ixtisas məktəblərinin tələbələri, idarə və təşkilatların nümayəndələri, eləcə də fəal və könüllü gənclər iştirak ediblər.

Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov giriş sözü ilə açaraq əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib. Daha sonra tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, din xadimi Farid Novruzov, şəhər 2 saylı tam orta məktəbin müəllimi Zərbalı Yusifov, Heydər Əliyev Mərkəzinin işçisi Aytac Ağayeva, fəal gənclər Nərmin Nəbiyeva və Orxan Xangəldiyev çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup gəncə idarə tərəfindən fəxri fərmanlar təqdim edilib. 40-a yaxın gəncin iştirak etdiyi tədbir “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.6 yarımbəndinin icrasının təmin olunması məqsədi daşıyıb.




#AzərbaycanGəncləriGünü #2FevralGənclərgünü #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik etdiBirinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gənclər Günü münasibətilə paylaşım edilib.

Avrasiya.net xəbər verir ki, M.Əliyeva paylaşımda Azərbaycan gənclərini təbrik edib.

“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”, - M.Əliyeva bildirib.

Füzulidə 3 nəfər minaya düşdüFüzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.

ANAMA-dan Avrasiya.net-ə verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Toy, ad günləri keçirmək istəyənlərə - XəbərdarlıqDaxili İşlər Nazirliyi (DİN) ölkədə toy və ad günlərinin keçirilməsi ilə bağlı əhaliyə müraciət edib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlərin bərpa olunduğunu bildirib.

“Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır. Xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərinin təşkili və keçirilməsi qadağandır”, - E.Hacıyev deyib.
Sahibə Qafarova İran səfiri ilə görüşübFevralın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, parlamentin Sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir. Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır.

İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır.

Sədr bildirib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır. Sədr Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Spiker münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirib ki, bu sahədə tərəflər arasındakı mövcud xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın mütəmadi təmasları ölkələrarası əməkdaşlığın da dərinləşməsinə öz dəyərli töhfəsini verir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin Sədrini təbrik edib.

Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.
Siz Azərbaycanın ümid yeri və gələcəyisiniz! - Komitə sədrindən təbrikMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 2 Fevral - Gənclər Günü münasibətilə sosial səhifəsində paylaşım edib.

Avrasiya.net həmin paylaşımı təqdim edir:

Hər zamanın, hər dövrün ən dəyərli neməti olan Gənclər!

Sizi 2 fevral-Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın bütün anlarında uğurlar arzulayıram!

Bildiyiniz kimi, 1997-ci ildə unudulmaz öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq.

Düşünürəm ki, gənc və gələcək sözləri mahiyyət etibarilə bir-birini tamamlayan ifadələrdir. Zamanın axarı və sürəti bütün dövrlərdə, istər müharibə, istərsə də sülh şəraitində gəncliyin fəaliyyəti ilə düz mütənasib olub, onların düşüncələi ilə əhatələnir.
Böyük xoşbəxtlikdir ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Hər bir vətənpərvər gənc haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır.

Eyni zamanda AZƏRBAYCAN ona görə xoşbəxt bir ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir. Ali Baş Komandan Prezident İlham Əliyevin sərkərdə bacarığı, çevik düşüncəsi, diplomatik bacarığı, rəşadətli Ordunun və qorxmaz xalqın birliyi ilə Azərbaycan xalqının 30 illik intizarına son qoyuldu.

Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmən ordusunu darmadağın edərək Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və təslim oldu. Bu nəticənin əldə olunmasında siz gənclərin xüsusi xidməti var. Siz qəhrəmancasına döyüşdünüz, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdiniz, yaralandınız, öz həyatınızı risk altına ataraq böyük şücaət göstərdiniz.
Canını vətən üçün fəda etmiş şəhidlərimiz nur içində yatsınlar.

Baxmayaraq ki, "Gənclik" anlayışı həyatın bütün sahələrində başlanğıc kimi qəbul olunur, siz hərbi sahədə ilk addımınizi şərəf və ləyaqətlə atdınız. Artıq müharibə bitmişdir. Azərbaycanımızın, o cümlədəndə də sizin həyatınızda yeni dövr başlayır.

Cənab prezidentimiz İlham Əliyevin dediyi bu fikirləri -"İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq"-yeni dövrün çağrışı kimi qəbul edərək, bütün sahələrdə innovativ biliklər əldə etməklə yorulmadan çalışmalısınız. O xalq, o dövlət xoşbəxtdir ki, onun sağlam gəncliyi var.

Əziz və dəyərli gənclər!

Sizi bir daha Gününüz münasibətilə təbrik edir, Heydər Əliyev ideyalarına sadiq qalmağınızı arzulayıram!

Siz prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva siyasətinin aparıcı quvvəsisiniz!

Siz Azərbaycanın ümid yeri və gələcəyisiniz!

Biz sizinlə fəxr edir və qürur duyuruq!

Biz Sizə güvənirik!

Tanrı sizləri qorusun! AMİN!
Kürdə 2 balıqçı batıbKür çayında iki nəfər batıb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlkin axtarış tədbirləri çərçivəsində 01.02.2021-ci il tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Tatarıstanda diasporumuzun birliyi güclənirRusiya Federasiyasının Tatarıstan Respublikasının mərkəz və regionlarında Azərbaycan diasporu fəallaşmaqdadır. Yeni yaradılan Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyi diasporumuzun təşkilatlanmış şəkildə fəaliyyəti və birliyi üçün addımlar atır. Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin rəhbərliyi ölkənin regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini diqqətdə saxlayır. Belə ki, yanvarın 23-də Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev ölkənin Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində olub. Bəhram Mustafayev “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin fəaliyyəti ilə maraqlanıb. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov 2012-ci ildən bu yana gördükləri işlər və perspektiv layihələr haqqında məlumat verib.

Bəhram Mustafayev Leninoqorsk şəhərində diasporumzun aktivliyini müsbət qiymətləndirib. O, Vətən müharibəsi dövründə Leninoqorsk şəhərindəki azərbaycanlıların da həmrəyiliyni və ordumuz üçün maddi və mənəvi dəstəklərini çox yüksək qiymətləndirib.

Bəhram Mustafayev “Birlik” təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir və təkliflərini söyləyərək mərkəz və regionlardakı diaspor təşkilatları ilə əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, həmrəyliyin gücləndirilməsi və yerli qurumlarla əməkdaşlıq edilməsini vurğulayıb.

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov bu diqqətə görə Bəhram Mustafayevə təşəkkür edib və verilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyini, diaspor işini daha da aktivləşrdirəcəklərini qeyd edib.

Xatırladaq ki, Tatarıstan Respublikası Azərbaycanlılarının Regional İctimai Birliyi ötən ilin noyabrında Kazanda təsis olunub. İctimai birliyin məqsədi Tatarıstanda xalqımızın dilini, mədəniyyətini və adət-ənənələrini qoruyub saxlamaq və həmvətənlərimizi birləşdirmək, o cümlədən hakimiyyət orqanları və ictimai təşkilatlarla dialoqun aparılmasıdır. Təşkilatın nizamnaməsinə əsasən, Tatarıstandakı bütün Azərbaycan icmalarının rəhbərləri birbaşa olaraq bu qurumun İdarə Heyətinin tərkibinə daxildir.

Fuad Hüseynzadə
Azad Rəhimovun səhhəti ilə bağlı son durumGənclər və idman nazirinin müavini İntiqam Babayev hazırda ABŞ-da müalicə olunan nazir Azad Rəhimovun səhhətindən danışıb.

Avrasiya.net xəbər verir ki, İ.Babayev "Report"a açıqlamasında A.Rəhimovun vəziyyətinin yaxşı olduğunu bildirib.

O, hər gün nazirlə əlaqə saxladıqlarını vurğulayıb: "Hər bir addım, fəaliyyətimiz birbaşa Azad müəllimin tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək".

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ-da müalicə alır.