ANAMA əməkdaşı minaya düşdüAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə Avrasiya.net-ə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Ağdam rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
Koronavirusa yoluxanların sayı 102 milyonu keçdiDünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 102 milyon 41 min nəfərə çatıb.

Avrasiya.net Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 201 min 43 nəfərdir. İndiyədək 73 milyon 867 min 291 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 338 607 nəfər virusa yoluxub, 443 769 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 720 971 yoluxma qeydə alınıb. Onlardan 154 047 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 060 786 nəfərdə virus aşkar edilib. Xəstələrdən 221 676 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 793 810 yoluxma, 71 651 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 743 734 nəfər virusa yoluxub ki, onlardan 103 126-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Koronavirusun “Britaniya” ştammı daha öldürücüdü? - Son tədqiqatKoronavirusun “Britaniya” ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, “Britaniya” ştammında iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir.

Teleqraf.com Hərbi Hava Qüvvələrinə (HHQ) istinadla xəbər verir ki, təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib.

Yoluxanların çoxunda bu üç simptomdan ən az biri aşkarlanır.

İlk dəfə Kent qraflığında 2020-ci ilin sentyabrında müəyyənləşdirilən yeni ştamm virusun ilkin variantından daha sürətlə yayıla bilər. O, Britaniyanın bütün hissələrində aşkarlanıb. Bu səbəbdən də yeni infeksiyaların sayı kəskin şəkildə artıb ki, bu da hakimiyyəti hər yerdə lokdaun elan etməyə məcbur edib.

Bu yeni ştammın daha öldürücü olması barədə düşünməyə əsas versə də, hələlik bunu təsdiqləmək üçün elmi dəlilər kifayətedici deyil.

Bundan əlavə, ölkədə Cənubi Afrika və Braziliyadan keçən daha iki, lakin tək halda olan ştamm aşkarlanıb.

Statistika Bürosunun əməkdaşları yeni COVID-19 ştammı üçün götürülən testlər müsbət çıxandan bir həftə əvvəlki simptomları analiz ediblər.

Tədqiqatlar zamanı 2020-ci ilin noyabr ayının ortalarından 2021-ci ilin yanvar ayının ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Məlumatlar göstərir ki, yeni ştamm ilk halda olduğu kimi üç yox, iki genlə uyğunlaşır.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupdan: 35 faiz öskürək, 32 faiz yorğunluq, 25 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 21,8 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.

Bundan əvvəlki ştamma yoluxmuş 2,5 min nəfərlik qrupdan: 28 faizi öskürək, 29 faizi yorğunluq, 21 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 19 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.

Müəyyənləşdirilib ki, koronavirusun yeni ştammına yoluxmuş xəstələrin 16 faizində dad hissi, 15 faizində isə iybilmə qabiliyyəti itir.

Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

Uorik Universitetinin Molekulyar Onkologiya üzrə virusoloqu, professor Lourens Yanq bildirib ki, Uxanda aşkarlanmış virusla müqayisədə yeni ştammda 23 dəyişiklik qeydə alınıb.

Yanq daha sonra əlavə edib ki, virusun yeni ştamma yoluxanların orqanizmində sürətlə çoxalması infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. O şiddətli öskürəyin, əzələ ağrılarının və yorğunluğun da, çox güman ki, bununla bağlı olduğunu diqqətə çatdırıb.
İŞİD yenidən ortaya çıxdı – Baydenin şok planıABŞ Prezidenti Co Baydenin hakimiyyətinin ilk günlərində İŞİD terror təşkilatı İraq və Suriyadakı fəaliyyətini yenidən gücləndirib.

Teleqraf.com xəbər verir ki, terror təşkilatı ilin əvvəlində İraqın paytaxtı Bağdadda 32 nəfəri öldürüb. Suriyanın Raqqa şəhərindəki hücumlarda 13 nəfəri qətlə yetirib.

İŞİD keçən şənbə günü İraqın Səlahəddin vilayətində Haşd əş-Şaabinin 11 üzvünü öldürmüşdü. Bayden administrasiyasının Amerikanın İraq və Suriyadan geri çəkilməməsi mesajını vermək üçün İŞİD kartından istifadə etməyi planlaşdırdığı iddia edilir.

İki il əvvəl mart ayında bölgənin İŞİD-dən təmizləndiyini açıqlanmışdı. 2017-ci ildə İraqın keçmiş Baş naziri Heydər əl-Abadi İŞİD-ə qarşı müharibənin bitdiyini elan etmişdi. Ancaq İraq və Suriyadakı son terror aktları İŞİD-in hələ də mövcud olduğundan və yenidən özünü göstərməyə başlamasından xəbər verir.

İŞİD-in fəaliyyətinin azaldığı dövrü “strateji qışlama” adlandıran mütəxəssislər təşkilatın bu müddətdə güc topladığını bildirirlər. Kəşfiyyat məlumatlarına görə, Suriya və İraq arasındakı səhra bölgələrində ən azı otuz min İŞİD terrorçusu var. Bölgənin həssas mühitindən istifadə edən təşkilat yenidən silahlanmağa başlayıb.

İddiaya görə, neftdən əldə etdiyi maliyyə resurslarının əhəmiyyətli hissəsini özündə saxlayan İŞİD indi yenidən bundan üzvlərinin sayını artırmaq üçün istifadə edir.

Qeyd edək ki, keçmiş prezident Donald Tramp 2016-cı il seçkilərindən əvvəl etdiyi çıxışlarda sabiq prezident Barak Obamanı İŞİD-i qurmaqda ittiham etmişdi. O, terror təşkilatının həmtəsisçilərindən birinin də keçmiş dövlət katibi Hillari Klinton olduğunu demişdi.
Ali məktəbələrə qəbul imtahanlarının VAXTI AÇIQLANDI"Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.

DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək: “May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.
Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldıErmənistanın Baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.

Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib:

“Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.

Vaah Badasyan Qarabağ terrorçularının qurduğu qondarma “parlamentin keçmiş deputatı” olub.

O, MTX-yə aparılarkən bird aha hədələrini təkrarlayıb: “Bəli mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır” .
ABŞ İranla münasibətləri yumşaltmaq niyyətindədirABŞ İranla münasibətləri yumşaltmaq niyyətindədir. Bunu ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərindən də aydın şəkildə görmək mümkündür. Digər tərəfdən, İranın da buna ehtiyacı var.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ Dövlət katibi Entoni Blinkenin Vaşinqtonun rəsmi Tehranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözləməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın bu təklifi İran üçün hava-su qədər vacibdir:

“Nəzərə almaq lazımdır ki, ABŞ İrana sərt sanksiyalar tətbiq edir. ABŞ-dan əlavə onun istəyi ilə Avropa ölkələri də bənzər şəkildə İrana sanksiyalar tətbiq edirlər. Bu, İran iqtisadiyyatını çox çətin bir vəziyyətə salıb”.

Politoloq qeyd edib ki, İran sözügedən razılaşma çərçivəsində öhdəliklərinin icrasına qayıtsa, ABŞ da sazişə dönəcək:

“Aydın idi ki, Bayden bu məsələdə daha konstruktiv yanaşma sərgiləmək istəyir. Hər halda İranla mənasız rəqabətə girmək nə region, nə də ABŞ-ın maraqları üçün yaxşıdır. Bu mənada Vaşinqtonun İran siyasətində yumşalma görəcəyik. Təbii ki, bəzi problemlər də qalmaqdadır”.

Politoloq bildirib ki, İranın ABŞ-ın bu təklifinə cavabı dəqiq deyil:

“Çünki İran ABŞ-a güvənmir. Amma inam mühiti yaradılmalı və qəti addımlar atılmalıdır. İndi hər şey daha çox rəsmi Tehrandan asılıdır”.
İran regionda baş verən siyasi prosesləri anlamağa çalışırAvrasiya.net siyasi ekspert Vüqar Zifəroğlunun Axar.az-a müsahibəsini təqdim edir:

- İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə növbəti səfər edib. Bu səfərlərdə əsas məqsəd nədir?

- İran regionda baş verən siyasi prosesləri anlamağa çalışır. 44 günlük müharibə regionda yeni reallıqlar yaratdı. Qalib Azərbaycan, məğlub Ermənistan var. İran müharibə zamanı prosesi izləməklə kifayətləndi. İndi isə fərqli bir situasiya, fərqli reallıqlar mövcuddur. Rəsmi Tehran bu situasiyada necə davranacağını, bundan sonra prosesin necə inkişaf edəcəyini yəqinləşdirə bilməyib. Əsas qayğısı isə kənarda qalmamaqdır. Çünki hazırda regionda geniş imkanlar - ciddi iqtisadi potensial, gəlir mənbələri var. Bu mənada Zərif yeni reallıqlar fonunda region ölkələrinin baxışını, düşüncəsini öyrənmək üçün ardıcıl səfərlər edir. Nəticə etibarilə İran Zərifin regiona səfəri nəticəsində ölkələrin maraqlarını, görüşünü müəyyən edib, buna görə xarici siyasətini formalaşdıracaq.

İran xüsusilə regionun iqtisadi perspektivini və bura Qərb ölkələrinin artan marağını yaxşı bilir. Bu mənada İranın da Azərbaycan və onun yaratdığı yeni reallıqlardan doğan iqtisadi fürsətlərdən bəhrələnmək istəyi normaldır.

- Sizcə, İran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi altıtərəfli əməkdaşlıq formatında maraqlıdır?
[/b]
- Düşünürəm, maraqlıdır. Biz bunu Zərifin son açıqlamalarından da görə bilərik. Həqiqətən də Türkiyənin təklif etdiyi əməkdaşlıq formatının alternativi yoxdur. Bu, region ölkələri üçün də faydalı və qarşılıqlı maraqları təmin edir. Eyni zamanda, regionun inkişafı baxımından ciddi perspektivlər yaradır.

Formatla bağlı narahatlıq doğuran tək şey iştirak edəcək ölkələrin nə dərəcədə səmimi olmasıdır. Misal üçün, Ermənistanın qeyd etdiyimiz formatla bağlı düşüncələri, yanaşması qeyri-müəyyəndir. Xüsusilə də ölkədə güclənən revanşist hisslər, erməni rəsmilərinin Xankəndiyə səfərləri destruktiv yanaşmanın bariz örnəyidir. Digər tərəfdən, rus sülhməramlıları ilə bağlı məsələdə mübahisəli məqamlar var. Bu və digər məsələləri nəzərə alsaq, formatın həqiqətən də məhsuldar və region üçün uğurlu olması üçün ölkələrin daha konstruktiv yanaşma sərgiləyib səmimi davranması lazımdır.

[b]- Bu gün İranda bir qrup siyasi düşünür ki, Azərbaycan Qarabağ münaqişəsini bitirdi, istiqamətini İrana çevirəcək...

- Bu, tamamilə yanlış bir yanaşma və təsəvvürdür. Azərbaycan heç bir ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinə iddia etmir.

Bəli, hazırda İranın şimal əyalətlərində 35 milyondan artıq Azərbaycan türkü yaşayır. Lakin bu o demək deyil ki, Azərbaycan İrana ərazi iddiası ilə çıxış edəcək. Rəsmi Bakının əksinə, bu gün qonşumuz olan bəzi ölkələr açıqca bizə qarşı ərazi iddiası səsləndirir. Məsələn, İranda bəzi siyasi şəxslər Azərbaycanı “İranın şimal əyaləti” adlandırır. Yəni yaxşı olardı ki, İran şimal qonşusundan narahat olmaqdansa, daxilindəki bu cür avantüristlərin sərsəm bəyanatlarını susdursun. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Qonşu ölkələr də bunu belə qəbul edib, real yanaşma sərgiləyib, əməkdaşlıq perspektivləri üzərində işləməli və gələcəyə baxmalıdırlar.
Qarabağda 8 erməni əsgərin meyiti tapıldıQarabağda daha 8 erməni əsgərin meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni axtarış qrupu məlumat yayıb.

Bununla da Qarabağdakı döyüş meydanlarında 2020-ci il 14 noyabrdan bəri tapılan erməni əsgər meyitlərinin sayı 1329-a çatıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun razılığı ilə axtarışlar davam edir.
Deputatı içirdib videoya çəkən baş həkimin həbsi... - TəfərrüatCəlil Nəzərovun təkcə Masallıda deyil, ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu deyilir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Masallıda Mərkəzi Xəstəxananın baş həkimi Cəlil Nəzərovun həbsi geniş müzakirə mövzularındandır. Uzun illər vəzifədə olan Cəlil Nəzərovu rayonda “başçıları susuz yola salan” baş həkim kimi tanıyırlar.

Cəlil Nəzərov yanvarın 22-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Binəqədi Rayon Məhkəməsi barəsində həbs-qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Bir çoxları baş həkimin həbsini gecikmiş hesab edir. İllərlə rayon mərkəzi xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərov Masallıda daha çox məmur-biznesmen kimi tanınır.

Onun baş həkim kimi işçilərinin sözün əsl mənasında qanından belə pul qazanması haqda məlumatlar illərdir ki, dövriyyədədir.

Hər il Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir. Masallı Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni “qayda” tətbiq edib. Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyib. Cəlil Nəzərovun “qaydasına” görə “cərimənin” məbləği 20 manat olub. Qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnib.

Şikayətçilər deyib ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeri imiş. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılıb.

İşçilərin qanını belə alver predmetinə çevirə bilən Cəlil Nəzərovun Masallının Hişkidərə kəndi ərazisindəki “Qamo” istirahət mərkəzi Masallı və ətraf rayonların rəhbər şəxslərinin, deputatlarının sevimli istirahət mərkəzi olub. Belə məclislərdən birində Cəlil Nəzərovun 2-3 manatlıq arağı alıb çox bahalı içki kimi deputatlardan birinə içirtməsi hələ də gülüş üçün yada salınan olaylardandır. Həmin kef məclisinin şahidləri deyir ki, “bomj” arağını bəh-bəhlə içən deputat sonda ləngər vurub, ayaqları bir-birinə qarışıb və yerə çırpılmışdı. Deputatın ağzından protez dişlərinin çıxıb bir kənara düşməsi, Cəlil Nəzərovun yerdə əl-qol atıb ayağa qalxmağa çalışan deputatı videoya çəkməsi də bir başqa söhbətdir.

“Qamo”nun Cəlil Nəzərovun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir. Qeyd olunur ki, rayona hər yeni başçı təyin olunanda Cəlil Nəzərov ona “Qamo”ya şərik olduğunu deyib, özünə qarşı loyallığı təmin edirmiş. Bu şərikliyi başçı vəzifəsindən çıxarılandan sonra bitirib. Bu minvalla “Qamo”nu böyük istirahət mərkəzinə çevirib. “Qamo” talış dilində “isti su” deməkdir. Bu istirahət ocağı Masallı rayon mərkəzindən 20, Boradigah qəsəbəsindən 7 km aralıda (Hişkədərə - Miyankü - Kubin kəndləri istiqamətində) yerləşir. Mərkəzdə 6 müalicəvi isti su vanna otaqları yerləşir. Bu vanna otaqlarında 55 dərəcəyə yaxın müalicəvi isti sudan istifadə olunur. Hansi ki, vannalarda müalicə qəbul edənlər dəri, revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən şəfa tapırlar. “Qamo”da 6 kottec, 4 ədəd otel otağı yerləşir ki, burada da eyni vaxtda 30-35 nəfər qonağın qəbul edilməsi mümkündür. Burada 8 çardaq, 1 qapalı, həmçinin 200 nəfərlik açıq, ikimərtəbəli restoran var. 100 nəfərlik hovuz (140 sm dərinlik); uşaqlar üçün əyləncə yeri; toy, ad günləri, yubiley və digər mərasimlərin keçirilməsi; paintball; masaj; sauna xidməti; süni şəlalə; bilyard, tenis və digər stolüstü oyunlar; uşaqlar üçün daha böyük məcarə düşərgəsi; meşənin içində piknik əraziləri; Türkiyədə 5 ulduzlu otellərdə çalışmış konki ilə hərəkət edən qızların serviz xidməti; Şərq üslubunda çay və şirniyyat evi və s. xidmətlər göstərilir.

Cəlil Nəzərovun “Qamo”su 2014-cü ildə ölkə mətbuatının gündəmində idi. Həmin vaxt istirahət mərkəzindəki hovuzda Masallının Qarğalıq kənd sakini olan 10 yaşlı Rauf İlkin oğlu Novruzov boğulmuşdu. Uşaq ilkin olaraq Masallı Regional Təcili Yardım Xəstəxanasının baş həkimi Firudin Qənbərovun evinə aparılıb. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Cəlil Nəzərovun evinə götürülüb. Bundan sonra uşağın qarpızdan zəhərləndiyi versiyası dövriyyəyə buraxılmışdı. Ortada uşağın boğulma videosu ola-ola ölümü “qarpızdan zəhərlənmə” kimi qeydə almışdılar. Sonradan uşağın boğulma anı olan video da saytlardan yoxa çıxarıldı. Beləcə, Cəlil Nəzərovun istirahət mərkəzindəki ölüm işi bağlandı, “Qamo” heç nə olmamış kimi fəaliyyətini davam etdirdi.

Cəlil Nəzərovun varidatı bununla bitmir. Onun ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu iddia olunur. Bildirilir ki, Cəlil Nəzərov həbs ediləcəyi ilə bağlı əvvəldən məlumatlı olub. Buna görə də əlində olan pul-paranı toplayıb gizlətməyə çalışıb. Qəfil əməliyyat zamanı maşınından külli miqdarda pul və qızıl götürülməsi iddiası da var.