Komitə sədri şəhid məktəb direktorundan yazdıSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Ali Baş Komandan İlham Əliyevin sərkərdə bacarığı, çevik düşüncəsi, diplomatik qabiliyyəti ilə rəşadətli Azərbaycan Ordusunun, xalqın birliyi sayəsində 30 illik Qarabağ intizarına son qoyuldu.

Lakin müharibənin öz qanunları var, təəssüf ki, işğaldakı torpaqlarımızın azad olunması şəhidlər vermədən mümkün deyildi. 44 günlük müharibədə bütün xalqımız, xüsusən də vətənpərvər gənclərimiz öz sözünü dedi. On minlərlə Azərbaycan gənci silaha sarılaraq düşmənin üzərinə yeridi və çox qısa müddət ərzində düşmən torpaqlarımızdan qovuldu.

Möhtəşəm tarixi qələbənin əldə olunması üçün silaha sarılan, döyüşən, şəhid olanların, yaralananların arasında isə Yeni Azərbaycan Partiyasının üzvləri də kifayət qədər oldu. Bu qəhrəmanlardan biri YAP Ağstafa Rayon Gənclər Təşkilatının sədri Elvin İmaməliyev idi.

Elvin 1989-cu il may ayının 9-u - Faşizm üzərində qələbə günündə Ağstafa rayon Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndində bitirdikdən sonra Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib. Elvin İmaməliyev 2020-ci il iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılan vətənpərvərlərdən biri olmuşdu. Sentyabr ayında müharibə başlayanda isə ön cəbhəyə yollanaraq, Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, şəhərin azadlığa qovuşmasının sevincini yaşayıb. Təəssüflər olsun ki, tam qələbəmizə cəmi 1 gün qalmış, noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq, şəhid oldu.

Elvin İmaməliyev kimi vətənpərvər gəncliyin yetişməsi gənclərə yönəlik starteji siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin gəncliyə ünvanlanmış aşağıdakı fikirləri bugünkü gəncliyi özündə ehtiva edir: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Bu tarixi fikirlərin zəngin fəlsəfi məna daşıması bu tezislərin həyata keçirilməsini şərtləndirən əsas amilə çevrilir. Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlik siyasətinin əsasını milli vətənpərvərlik xətti təşkil edirdi. Lakin Heydər Əliyev kortəbii vətənpərvərliyin əleyhinə olduğu üçün Azərbaycan gəncliyini mükəmməl təhsil almağa, dünyada gedən prosesləri dərindən öyrənməyə, xalqa və dövlətə sədaqətlə və layiqli xidmət göstərməyə səsləyirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla cəmiyyətə tətbiq edilməsi və davamlılığının təmin olunması məhz vətənpərvər Azərbaycan gəncliyinin yetişməsinə münbit şərait yaratdı.

Təsadüfi deyil ki, müqəddəs Vətən Müharibəsi zamanı şəhid Elvin İmaməliyev kimi intellektual, vətənpərvər gənclik Ali Baş Komandanın çağırışına ilk səs verənlərdən oldu.

Elvin İmaməliyevin, bütün şəhid qardaşlarımızın xatirəsi daima hər bir azərbaycanlı, o cümlədən YAP üzvü üçün əziz olacaq və hər zaman hörmətlə anılacaqlar.

Allah Şəhidlərimizə rəhmət eləsin!
Qusarda ər-arvad dəm qazından boğulduQusarın Qayakənd yaşayış məntəqəsində ər-arvad dəm qazından boğularaq həyatlarını itiriblər.

Avrasiya.net xəbər verir ki, hadisə yanvarın 28-i axşam saat 22:00 radələrində baş verib. Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər. Ər-arvadın cansız bədənini axşam işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib.

Elvina Məmmədova valideynlərini evdə görməyəndə hamamda onları ölmüş vəziyyətdə görüb.Axşam saat 23 radələrində Qusar polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat verilib.Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumların dəm qazından boğulmadan keçindikləri qənaətinə gəliblər.
Qusar rayon prokurorluğunda faktın araşdırılmasına başlanılıb. Mərhum ər-arvadın meyiti tibbi ekspertizadan keçirilib, ölümün səbəbləri araşdırılır. Hadisənin də hansı şəraitdə baş verməsi, qaz xəttinin hansı vəziyyətdə olması araşdırılır. Verilən məlumata görə, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına getməyi planlaşdırırdılar.
Müharibə hələ bitməyibŞanlı Ordumuz 2020-ci il noyabrın 8-də Şuşanı mənfur erməni işğalından azad edəndə və üstündən iki gün keçəndən sonra, 10 noyabrda Ermənistanın baş naziri kapitulyasiya reallığı ilə barışıb üçtərəfli Bəyanatı imzalayanda elə zənn etmişdik ki, bununla da müharibə qurtardı, vəssalam, indi ermənilər ağıllarını başlarına yığıb özlərini yeni şəraitə və şərtlərə uyğun olaraq aparacaqlar. Ancaq bu cür düşünməkdə tələsmişik. Müharibə hələ bitməyib. Daha doğrusu, müharibənin hərbi əməliyyatlar fazası bitsə də, lakin Azərbaycana qarşı informasiya savaşı, qərəzli təbliğat müharibəsi, “feyk-xəbər” kampaniyası hələ indi vüsət almağa başlayır.

Xüsusən də Şuşa şəhəri ilə bağlı düşmənin başlatdığı isterika, uydurma iddialar, tarixi saxtalaşdırmaq cəhdləri müharibənin yeni fazasının başlandığını göstərir. Şuşanı işğaldan azad etməyimiz ermənilərin belini qırıb, onlara ağır psixoloji travma yaşadıb deyə, nə Ermənistan rəhbərliyində təmsil olunan bir sıra şəxslər, nə Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi Xocalı qatilləri, nədəki xaricdəki erməni lobbisi Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi faktı ilə heç cürə barışmaq istəmir və bir-birindən sərsəm açıqlamalar verirlər. Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan əsl erməni həyasızlığı nümayiş etdirərək bəyan edir ki, Şuşa “ermənilərin tarixi mədəniyyət mərkəzidir”. Başqa bir xəstə təfəkkürlü erməni isə iddia edir ki, guya, Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. "Şuşa alınmayıb, onu elə belə vermişik" ifadəsi erməni sinizminin və saxtakarlığının ən pik nöqtəsi sayıla bilər. Baxın, əgər ermənilər ən yaxın tariximizdə, yəni ki, cəmi 80-85 gün bundan əvvəl baş vermiş gerçək müharibə faktını – Şuşanın açıq döyüş yolu ilə ermənilərdən azad edilməsini bu cür qırmızı-qırmızı danıb inkar edirlərsə, onda biz onların qədim tarixi faktları belə asanlıqla təhrif etmələrinə, saxtalaşdırmalarına əsla təəccüb etməməliyik.

Ermənilərin yaxın tarixi həqiqətləri belə idbar formada təhrif etməsini istər məntiqin gücüylə, istərsə də real dəlil-sübutlarla ifşa etmək əslində elə də çətin deyil. Amma hesab edirəm ki, bütün bu erməni həyasızlıqlarına ən dolğun cavabı ilk növbədə cənab Prezidentimizin özü verdi. Belə ki, Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında bu erməni uydurmalarına da münasibət bildirdi və tamamilə haqlı olaraq qeyd etdi ki, bütün bu deyilənlər ağ yalandır!

Gəlin Prezidentin çıxışının həmin hissəsinə birlikdə nəzər salaq: “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq”.

Erməni uydurmalarına bundan daha tutarlı əks-arqument ola bilərmi? Ermənilər bu dəmir arqumentin qarşısına heç bir təkzib faktı çıxara bilməzlər. Çünki onların Şuşa uğrunda döyüşlər zamanı verdikləri canlı itkilərinin də sayı, məhv edilmiş döyüş texnikalarının da, ələ keçirilmiş qənimətlərin də sayı ortdadır. Bütün bunları ki dana bilməzlər. Şuşa uğrunda döyüşlərdə yüzlərlə erməni əsgər və zabitləri Ordumuz tərəfindən məhv edilib. Ancaq Ermənistanın keçmiş və indiki rəhbər şəxsləri hətta bu həqiqəti də danmağa çalışsalar, biz buna da əsla heyrətlənmərik. Çünki onların tarixi həqiqətləri necə utanmazcasına saxtalaşdırmalarına, real faktları göz görə-görə danmalarına, artıq adətkərdə olmuşuq, öyrəncəliyik.

Prezident də məhz bu tipik erməni psixologiyasını nəzərə alaraq, onların real faktları inkar etmək cəhdlərini öncədən bloklamaq və sıfırlamaq üçün sözügedən çıxışında bir sıra dəmir məntiqləri ortaya qoyub, gəlmiş-keçmiş bütün erməni liderlərinə əzici suallar ünvanladı. Gəlin həmin sualları da birlikdə nəzərdən keçirək: “Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz?”

Baxın, bu suallara nəinki, Ara Ayvazyan, Robert Köçəryan, Serj Sarkisyan kimi terrorçu, işğalçı təfəkkür sahibləri, hətta ən obyektiv erməni tarixçiləri və politoloqları da hər hansı bir tutarlı, əsaslandırılmış cavab tapmaq imkanına malik deyillər. Çünki bu sualların cavabı yoxdur. Bu suallar elə öz-özlüyündə həm də cavabdır. Və bütün ermənilər bu sualların, daha doğrusu, bu “dəmir yumruq”ların qarşısında acizdir. Prezidentin bu sualları ermənilərin başına “dəmir yumruq” kimi dəyir. Dövlət başçımız artıq iki gündür ki, bu sualları səsləndirib. Lakin qarşı tərəfdən isə hələ də heç bir səs-səmir yoxdur. Sanki qurbağa gölünə daş atılıb. Vazgen Manukyandan tutmuş Serj Sarkisyana kimi hamısı susur. Nə deyə bilərlər ki? Axı onların bu sualların qarşısında susmaqdan başqa bir çarələri yoxdur.

Zənnimizcə, Şuşanın işğaldan azadetmə əməliyyatı ilə bağlı əsl həqiqətləri Ermənistanın keçmiş və indiki liderləri erməni ictimaiyyətindən gizlətmək və eyni zamanda bir-biriləri ilə “haqq-hesab çürütmək” üçün bu cür yalanlara, uydurmalara əl atırlar. Məhz bu baxımdan Şuşanın Azərbaycanın qəhrəman XTQ əsgərləri tərəfindən qanlı döyüş əməliyyatları nəticəsində alınmasını etiraf etmək yox, əksinə, hansısa gizli oyunlar, sövdələşmələr hesabına Azərbaycana qaytarılması barədə uydurma iddialarla çıxış etmək hazırda Ermənistanda həm hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərin, həm də revanşist erməni müxalifətinin liderlərinin maraqlarına uyğun gəlir. Necə deyərlər, Ara Ayvazyan kimi, Robert Köçəryan kimi, Serj Sərkisyan kimi, Seyran Ohanyan kimi, Vazgen Manukyan kimi millətçi-şovinistlərin, revanşistlərin hamısının maraqları üst-üstə düşür.

Amma onlar "Şuşa alınmayıb, elə belə verilib" kimi sərsəm bir iddianı, cəfəng fikiri ortaya atmaqla nə Şuşadakı yüzlərlə işğalçını məhv edən Azərbaycanın qəhrəman övladlarının haqqını, nədəki bir Ali Baş Komandan kimi istər Şuşanın, istərsə də bütövlükdə Qarabağın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarına müvəffəqiyyətlə sərkərdəlik etmiş İlham Əliyevin özünün haqqını qəsb edib, bu haqqı oğurlaya bilməzlər. Çünki bu mümkünsüzdür. Faktları və həqiqətləri oğurlamaq mümkün deyil. Bəlkə də dolmanı, lavaşı oğurlayıb, onları zorla “erməniləşdirmək” olar, ancaq tarixi isə heç cürə oğurlamaq olmur. Odur ki, Ermənistanın hazırki siyasi elitası Şuşa üzərindən bu cür iyrənc propaqanda oyunu aparıb onsuz da bədbəxt günə qoyduqları sıravi ermənilərin beyinlərini “yumaq”dan və erməni cəmiyyətini natamamlıq kompleksinə soxmaqdansa, 30 ildir icra etdikləri bu işğalçı, terrorçu, faşist ssenarilərindən əl çəksinlər, küçə fahişələri kimi qıpqırmızı yalan danışmaqlarına son qoysunlar və biraz da guya “çox sevdikləri” Ermənistanı düşdüyü hazırki ağır, rüsvayçı vəziyyətdən xilas etməyin yolları barədə düşünsünlər. Şuşanı isə bundan sonra yalnız yuxularında görə bilərlər.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Ermənilərin qəhrəmanı Njdenin homoseksual olduğunu sübut edən FOTOFAKT1912-ci il, Kiyev: Qaregin Njdenin oğlan dostu ilə qucaqlaşaraq, çəkdirdiyi foto. Fotoda soldakı, dostu tərəfindən qucaqlanan Njdedir. Bu, ermənilərin qəhrəmanı Njdenin homoseksual olduğu ehtimallarını sübut edir.

Njde ləqəbli Qaregin Ter-Arutyunyan müəllifi olduğu “Tseqarakon” təlimi ilə erməni faşizmini idealogiyalaşdıran əsas şəxsdir. II Dünya müharibəsində Üçüncü Reyxin əsas adamlarından olub və nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. 1948-ci həbs edilib, 1957-ci ildə Vladimir həbsxanasında ölüb.

Ermənistan müstəqillik əldə edəndən sonra Njde bu ölkənin ən böyük qəhrəmanı, onun təlimi isə siyasi idealogiyanın əsasına çevrildi. Misal üçün, 2000-ci ildən 2018-ci ilə qədər Ermənistanı idarə edən Respublika Partiyası Njdenin “Tseqakron” ideoloji təlimindən əsas ideoloji baza olaraq istifadə edib. 2001-ci ildə Ermənistan rəhbərliyinin təşəbbüsü ilə Njdenin 115 illiyi dövlət səviyyəsində qeyd olundu, həmçinin, əsərlərinin ikicildiyi dərc edildi və Ermənistanın Mərkəzi Bankı yubiley sikkəsi olaraq “Qaregin Njde” adına 100 dramı buraxdı. Ermənistan zabitlərinin, gizirlərinin və xüsusi xidmət orqanları əməkdaşlarının mükafatlandırılması üçün Njdenin adına dövlət hərbi mükafatı da təsis olundu. 2003-cü ildə Syunik rayonu ərazisindəki Xustup dağının ətəyində Njdeyə abidə ucaldıldı. 2013-cü ildə Ermənistan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə rejissor Qraçya Keşişyan “Qaregin Njde” adlı film çəkdi. 2016-cı ilin 28 mayında Njdenin 130 illiyi münasibətilə İrəvanın mərkəzində ona 6 metrlik abidə ucaldıldı. O vaxt prezident olan Serj Sarkisyanın da iştirakı ilə abidənin təntənəli açılışı keçirildi.

Nikol Paşinyanın dövründə də Njdenin qəhrəmanlaşdırılması davam etdi. Nəhayət, ermənilər Azərbaycan torpaqlarında – Xocavənddə Njdeyə abidə ucaltdılar.

Xocavənddə Njdeyə qoyulan abidənin açılışı 2020-ci ilin 15 noyabrında olacaqdı. Abidənin yaradılmasını “Ferzit” tikinti şirkətinin direktoru Artur Xaçatryan maliyyələşdirib, müəllifi heykəltaraş Armen Petrosyandır. Müharibənin başlanması abidənin açılmasına imkan vermədi. 44 günlük müharibənin nəticəsi olaraq, Azərbaycan torpaqlarını işğaldan azad etdi və Xankəndi, Xocalı, Xocavəndi ərazisi erməni vətəndaşların yaşaması üçün ayrıldı. Birgəyaşayışın təmin edilməsi üçün bu ərazilərdə hələlik rusiyalı sülhməramlılar fəaliyyət göstərir.

Hərçənd, Njdenin yarmçıq qalmış abidəsi Xocavənddə açıldı. Burada Rusiyanın Hitlerin ordusunda SSRİ-yə qarşı döyüşmüş birinə abidənin açılışına göz yumması, rus sülhməramlılarının funksiyasını yerinə yetirə bilməməsi və ermənilərin bu addımla yeni müharibəyə təhrik etməsi ayrı yazının mövzusudur.

Diqqətçəkən məqam Njdenin timsalında erməni qəhrəmanlarının homoseksuallığa meylliliyidir.

1912-ci ilə aid foto sübut edir ki, erməni idealoqu və “qəhrəmanı” homoseksual olub.

Ermənistanın “məşhur qəhrəman”ları arasında homoseksual olan təkcə Njde yox, Andranik və Monte Melkonyanın da adı keçir.
Yeni binamızı öz hesabımıza tikəcəyik - RüstəmovAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, o, bu barədə onlayn keçirdiyi mətbuat konfrasında danışıb.

"Xəzinəmizin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu isə heç bir tələbə cavab vermir. Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk. Biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq. Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir.

Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük", - deyə E.Rüstəmov əlavə edib.
Eyvazov rəisi vəzifədən azad etdiBakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.
Azərbaycanda əmək kitabçalarına ehtiyac qalmayacaq2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çekməyi nəzərdə tuturuq”.
DTX “Baku Steel Company”nın rəhbərini SAXLADI“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

Avrasiya.net xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. R.Məmmədov barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.
Bizi sosial şəbəkələrdə izləyin