Mehriban Əliyeva Rəmişlə əlaqədar TAPŞIRIQ VERDİAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Bu barədə sənətkarın həyat yoldaşı Güllü Hüseynova məlumat verib:

"Sağ olsun Mehriban xanım göstəriş verdi. Rəmiş Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Hazırda o, reanimasiyadadır. Səhhəti ilə bağlı mənə hələlik məlumat verilməyib." / "Unikal"
Azərbaycan 5 ermənini Ermənistana qaytardıRusiya tərəfinin vasitəçiliyi ilə bu gün 5 erməni Ermənistana qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Bu gün 62 “əsir” ailələri ilə telefonla danışıb”, - Avinyan bildirib.

Məlumata görə, qaytarılan əsirlər Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov tərəfindən müşayiət olunub.

Qaytarılanların adları Azərbaycanda saxlanılan 62 terrorçunun siyahısındadır. Onlar Edik Arutyunyan, Seyran Matevosyan, Karen Vardanyan, Armen Nazramadyan və Aşot Varosyandır.
Mehriban Əliyeva Xırdalandakı sakinlərin məsələsini nəzarətə götürdü - FOTOAbşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş verən partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib.

Bu barədə Avrasiya.net-ə İcra hakimiyyətindən məlumat verilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova bina ilə bağlı qərarın araşdırmanın nəticəsində veriləcəyini söyləyib.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır. Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.
Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDUBəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın müraciəti araşdırılıb:

“Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26 avqust 2020-ci il, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 7 dekabr 2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

30 sentyabr 2020-ci ildə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

Rəsmi məlumata görə, cinayət işi üzrə toplanmış sübutlar əsasında 27 yanvar 2021-ci ildə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.

Dosent 100 tələbənin təhsil haqqını mənimsədiAzərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən artıq tələbənin təhsil haqqı kimi ödədiyi 1000-7000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
Nəcməddin Sadıqovun həyati təhlükədədir- VideoMüdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıqov Rusiyadadır.

Axar.az xəbər verir ki, bu haqda "Hürriyyət” qəzeti məlumat yayıb.

Bildirilir ki, qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş Qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.

Məlumata görə, hazırda da xəstəxanada olan N.Sadıqovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıyır.
Bakıda meyiti tikə-tikə doğranan qadını qayınatası... - VideoBakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. (trend)
Mələkxanım Əyyubovanın polkovnik əri işdən çıxarıldı - FotoDaxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, Xosrov Nəcəfov Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.(Unikal.org)