Deputat komitənin iclasında maliyyə amnistiyasından danışıbBu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda komitənin rəhbəri Tahir Mirkişili (Tahir Mirkishili) 2020-ci ildəki fəaliyyətə dair geniş hesabatla çıxış etdi və 2021-ci ilin yaz sessiyası üçün iş planı haqqında məlumat verdi. Həmkarlarımızın iştirakı ilə hesabat ətrafında müzakirələr aparıldı, qarşıdakı fəaliyyət üçün bir sıra təkliflər verildi.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, Vətən müharibəsində qazandığımız qələbə komitə müzakirələrinin də əsas mövzularından oldu. Həmkarlarımızın çoxsaylı təkliflərinin böyük qismi işğaldan azad olunmuş torpaqlarımızın bərpası və infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunmuşdu. Bu təkliflərin hər biri əlbəttə ki, daha detallı şəkildə müzakirə olunacaq.

Komitə iclasında mən də təkliflə çıxış etdim. Bu gün Qarabağımıza ediləcək investisiya, onun miqdarı və təmayülü ən çox müzakrə edilən məsələlərdəndir. Biz bilirik ki, dövlət sərmayesi ilə yanaşı özəl sfera və xarici kapitalın da bu prosesdə payı olacaq.

Dünyanın bir sıra ölkələrində maliyyə amnistiyası təcürbəsi mövcuddur. Fikrimcə, maliyyə amnistiyası nəticəsində biz həm özəl sektora dəstək verə bilərik, həm də qanuni müstəviyə çıxmış maliyyə kütləsinin torpaqlarımızın bərpası istiqamətində sərf olunmasına şərait yaratmış olaraq. Eyni zamanda, leqallaşan vəsaitdən dövlət büdcəsinə müəyyən ödəmələr də edilə bilər. Fikrimcə, qarşıdakı fəaliyyət müddətində “Maliyyə amnistiyası haqqında” qanun layihəsinin hazırlanması istiqamətində müzakirələr aparıla bilər.

Sonra "İşsizlikdən sığorta haqqında" və "Dövlət rüsumu haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri (birinci oxunuş) müzakirə edildi.

#MilliMəclis #Deputat #ElnurAllahverdiyev
ASALA Ankara və Bakını təhdid etdi: Az qalıb!Əgər Türkiyə “erməni torpaqlarına” ermənilərin sivil yollarla qaytarılmasından imtina edirsə, diasporun Ankara ilə başqa dildə danışmaqdan başqa seçimi qalmayacaq.

Axar.az xəbər verir ki, bunu ASALA terror təşkilatının nümayəndəsi Aram Aykazyan deyib.

“Türkiyənin yeni sərhədlərinin salınması ilə bağlı ermənilər və dost ölkələrin maraqlarının kəsişəcəyi gün uzaqda deyil. O zaman bizim tarixi torpaqlarımızı minimal itkilərlə geri qaytarmaq üçün imkanımız yaranacaq. Ermənistanın hazırda Türkiyəyə münasibətdə nə avantürist, nə dost addımı atmasına ehtiyac var. Ermənistan Sürix protokolları kimi biabırçı sənədlərin imzalanmasından qaçmalı, bizim haqlarımızın reallaşdırılmasına mane olacaq yeni türk tələlərindən yan keçməlidir”, – deyə o bildirib.

Aykazyan ASALA-nın Ermənistanda nə nümayəndəliyi, nə də tərəfdarı olduğunu deyib.
Saakyanın mühafizəçisi Xankəndidə özünü öldürdüKeçmiş və qondarma “dqr”in keçmiş “prezidenti” Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyanın meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, 22 yanvar tarixində, saat 00:05-də Xankəndidəki Bayramyan küçəsində yerləşən parkinqdə “Hunday” markalı maşının sürücüsünün oturacağında 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti tapılıb. Onun başından güllə yarası aldığı, sağ əlində isə tapança olduğu qeyd edilib.

İlkin ehtimala görə, o, intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.
Daha bir zabitin nəşi tapıldı - FotoAzərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin nəşi tapılıb.

Avrasiya.net xəbər verir ki, baş leytenant Rahim Qabil oğlu Mikayılovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!
Azərbaycan Ordusunun itkin düşən zabitinin nəşi tapıldı - FOTOAzərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

Bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.

Allah rəhmət eləsin!

(report)
"Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev KİV-ə açıqlamasında Azərbaycanla Türkmənistan arasında imzalanan müqavilədən danışdı.

ALDP sədri bildirib ki, Xəzəryanı ölkələr arasında əməkdaşlığın vacibliyini, 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi seçki proqramında göstərmişdi.

“Çox müsbət haldır ki, bu əməkdaşlıq başlanıb və bu günə kimi davam olunur. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin, sabitliyin qarantıdır. Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır. Xəzəryanı ölkələrin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan və Türkmənistan arasında uzun müddət mübahisəli olan, bizim "Kəpəz", türkmənlərin isə "Sərdar" adlandığı neft-qaz yatağının "Dostluq" adı ilə istismara açılmasına razılaşması çox böyük hadisədir".

Fuad Əliyevin sözlərinə görə, imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirəcək:

«Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək.»

ALDP sədrinin fikirincə, bu razılaşmanın İqtisadi səmərəsi ilə yanaşı, onun siyasi əhəmiyyəti də var:

“Türkmənistan qazının TANAP-TAP yolu ilə tranzit olunması gözlənilir. Azərbaycan “Dostluq” yataqda olan enerji resurslarının birgə işlənməsi, dünya bazarına çıxarılmasından dövlət gəlirlərini artırmaq imkanı qazanacaqla bərabər, tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək. “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunaxaq. Bu da, öz növbəsində Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətini artıracaq.”
“Vəziyyət yaxşılaşarsa, tam dərs şəraitinə keçə bilərik” - Təhsil naziriTəhsil naziri Emin Əmrullayev həftədə 3 dəfə dərslərin başlamasına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, nazir bunun zərurətdən irəli gəldiyini deyib:

"Faktiki olaraq bir partada iki şagird otura bilmir. Həm müəllimlərin, həm də şagirdlərin sayı baxımından tam sistemə keçə bilmirik. Vəziyyət yaxşılaşarsa, tam dərs şəraitinə keçə bilərik" .

Bizi sosial şəbəkələrdə izləyin
Qarabağda daha 4 erməni meyiti tapıldıQarabağda daha 4 erməni meyiti taplıb.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Hadrut yaxınlığında tapılanlardan 3-ü mülki şəxs, biri isə əsgər meyitidir.

Mülki şəxslərin ölüm səbəbi bilinmir.

Axtarışların Füzuli, Qubadlı və Laçında davam edəcəyi bildirilir.

Qeyd edək ki, 14 noyabrdan – Azərbaycan Ordusunun razılığı ilə axtarışlara başlayandan bəri ümumilikdə 1251 erməni əsgərinin meyiti tapılıb.
Vəfat edən şəxslərin təqüdünü mənimsəyən DSMF-nun şöbə müdirləri HƏBS EDİLDİƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlan;ıb.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Belə ki, aparılmış istintaqla DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirildiyi müəyyənləşib:

“Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Rəsmi məlumata görə, istintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.
Rusiyanın Su-57-ləri Azərbaycan yaxınlığında - VideoKütləvi istehsalı dayandırılan ilk Su-57 ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ F-35-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya Su-57-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd Su-57 döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd Su-57-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.