Şəmkirdə jurnalist öldürüldüŞəmkir rayonunda qətl hadisəsi baş verib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

Deputat 100 yaşlı müharibə veteranını təbrik edib20 yanvar günü çox dəyərli ağsaqqal, Siyəzən rayonunun Böyük Həmyə kəndinin sakini Əmrah dayının 100 yaşı tamam olub. İki əsrdə yaşamaq qisməti olan, İkinci Dünya müharibəsinin, SSRİ adlı dövlətin, ağrılı-acılı Birinci Qarabağ savaşının şahidi olan Əmrah dayı bu gün özünü dünyanın ən xoşbəxt insanlarlından biri hesab edir.

"İki sahil" xəbər verir ki, müstəqil Azərbaycanın vətəndaşı kimi Əmrah dayı şükür edir ki, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycanın tarixi Qələbəsinin, Zəfərinin şahidi olmaq xoşbəxtliyini yaşamaq ona da nəsib olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbəni Əmrah dayı 100 illik yubileyi üçün ən böyük hədiyyə hesab edir. İkinci Dünya müharibəsində və faşizm üzərində qazanılan qələbələr Əmrah dayı kimi veteranlar üçün çox böyük əhəmiyyət kəsb edir. İki tarixi qələbənin canlı şahidi olan Əmrah dayı artıq bir əsri tamamlayan ömür karvanına nəzər salanda təəsüflənmir, əksinə halallqıla, zəhmətlə keçən həyatının sevincini yaşayır.

Əmrah dayı Milli Məclisin üzvü Sadiq Qurbanovun deputat secildiyi Siyəzən rayonunun Böyük Həmyə kənd sakinidir. Milli Məclisin deputatı Sadiq Qurbanov Əmrah dayını diqqətdən kənarda qoymur. Rayona səfərləri vaxtı el ağsaqqalının evində ziyarət edən Sadiq Qurbanov bu dəfə telefonla zəng edərək təbrik edib, ona daha bir sağlam 100 yaş yaşamağı arzu edib. Onun istəyi nəzərə alınaraq yubiley yaşı may ayının 9-da qeyd ediləcək.

İki ölkə arasındakı anlaşmanın mənəvi və siyasi əhəmiyyəti böyükdürAşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması nəinki hər iki ölkə üçün, eyni zamanda bölgə üçün və bütün Türk Dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir. Cənab Prezident də haqlı olaraq qeyd etdi ki, “Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır”.

Söhbət əlbəttə ki, bu anlaşmanın ilk növbədə hər iki ölkə üçün iqtisadi əhəmiyyətindən gedir. Bu anlaşma Azərbaycanla Türkmənistan arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək. Amma eyni zamanda bu anlaşmanın mənəvi və siyasi əhəmiyyəti də böyükdür.

Anlaşma Xəzəryanı ölkələrlə Azərbaycanın neft və qaz sektorundakı əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də Türk Şurası çərçivəsində əlaqələrin güclənməsi, türk birliyinin dərinləşməsi baxımından körpü rolunu oynayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu anlaşma ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. “Dostluq” yatağındakı enerji resurslarının birgə işlənməsi, hasil edilməsi və dünya bazarına çıxarılması bir yandan hər iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq, digər yandan isə bu bir yeni əməkdaşlıq platformasına çevriləcək. Böyük siyasi birliklər üçün ilk növbədə möhkəm iqtisadi zəminin mövcud olması vacibdir. Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi, dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur. Xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Bu gün koronavirusdan 9 nəfər vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 309, bu günə qədər isə ümumilikdə 2 341 807 test icra olunub.
Məktəblilər bu tarixdə qış tətilinə çıxacaqYanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.

Avrasiya.net-in məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarım ili başlayacaq.

Bizi sosial şəbəkələrdə izləyin
Azərbaycanlılar gürcü din xadimləri ilə mübahisə etdiGürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan İkinci Kosalı kəndində yerli sakinlərlə gürcü din xadimləri arasında mübahisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, gərginliyə son vaxtlar sakinlərin əkin sahələrindən istifadəsi ilə bağlı yaranan problem səbəb olub.

İkinci Kosalı sakinləri bildiriblər ki, əkin sahələrinin onlara aid olduğunu iddia edən din xadimləri icarə haqqı tələb edirlər. Sakinlərin sözlərinə görə, Gürcüstanın Meşə Məcəlləsinə edilən dəyişikliklərdən sonra bu iddialar intensiv hal alıb.

Həmin torpaq sahələri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin balansındadır və kənd sakinləri uzun illərdir həmin sahələrdə əkin-biçinlə məşğul olur.

Kilsə nümayəndələrinin kəndə növbəti gəlişi yerli sakinlər arasında narazılıq yaradıb. Tərəflər arasında gərginliyin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yeni Meşə Məcəlləsinə əsasən, kilsə və məbədlərə ətraflarında yerləşən və dövlət balansında olan 20 hektaradək torpaq sahələrinin satın alınıb rəsmi olaraq mülkiyyətinə daxil etməsi hüququ verilib.
Məktəblər fevralın 1-dən açılırAzərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

“Report”un əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.
Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldıTürkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb.

Avrasiya.net xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər rəmzi hesab olunan xarı bülbül simvolu, digər üzündə isə Azərbaycan xəritəsi, bayrağı, ay-ulduz və gerbi əks olunub.

Gümüş sikkənin üzərində həmçinin Ağdam məscidi və Şuşa qalası da təsvir olunub.

50 manat dəyərində olan gümüş pul kolleksionerlərin istifadəsi üçün artıq satışa təqdim edilib.

Ədəbiyyat müsabiqəsinin qalibləri müəyyənləşdiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri müəyyənləşib. Müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədəyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə gönədərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.

Müsabiqədə "Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, "Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, "10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnmişdir.

Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

"Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

"Peşəkar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Ramil Əhməd "Şuşaya məktub”

Mina Rəşid "Vermərəm Qarabağı!”

Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq”

Hekayə janrı üzrə

Fərhad Kərimli "Bir qucaq torpaq”

Sevinc Nuruqızı "Ölərəm dərdindən, onu bil!”

Təvəkgül Boysunar "Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Poeziya üzrə

Balayar Sadiq "Şəhid məktubu”

Akif Azalp "Şəhid öygüsü”

Elçin Mirzəbəyli "Azərbaycan əsgəri!”

"Həvəskar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Müzəffər Müzəffərli "Üzümüzü ağ edən Qarabağ”

Elgiz Abbasov "Sen gedəli...”

Fidan Gözəlova "Qarabağ Azərbaycandır!”

Hekayə janrı üzrə

Tural Azimzadeh "Bozdar əfsanəsi”

Gülmirə Məmmədova "Snayper”

Şəbnəm Türbəndəzadə "Gopçu Mahir”

Poeziya üzrə

Yusif Ərəbsoy "Zəfər simvolu”

Mülayim Hümmətova "Atalar və oğullar”

Qabil Əliyev "Çoxdandı Qarabağa belə payız gəlmirdi”

"10-15 yaş arası uşaqlar” kateqoriyasında

Esse janrı üzrə

Dilbər Rəfi "Qarabağdan namə”

Alpaslan Cahangir "Qarabağdan namə”

İsmayıl Qululu "Qarabağdan əsgər naməsi”

İsmayıl Miryusifzadə "Qarabağ”

Zəhra Rzayeva "Qarabağdan namə”

Hekayə janrı üzrə

Abdullah Hüseynli "Kaş ki, yuxum çin olaydı”

Mömünəxatun Məmmədova "Coşqun dəniz”

Aysu Əlisoy "Nə gözəldir ölmək bizə sevgili Vətən üçün”

Ömər Məmmədzadə "Sadəcə Elnur”

Səma Quliyeva "Ana, zəfər bizimdir”

Poeziya üzrə

Ayan Əlyarlı "Şəkillərdən gördüyüm Qarabağ”

Nəzrin Cəlilova "Gəlin gedək Qarabağa”

Sadiq Qəzənfərli "Azəri oğlu”

Yeva Fərəcova "Vətən”

Sevindik Əliyev "Zəfərin nişanəsi”

Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin "Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), "Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq. "10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim ediləcək.

Qısa müddət ərzində qaliblərin mükafatlandırılması Azərbaycan Respublikasında elan olunmuş xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.