Azərbaycanın hərbi gücünə görə REYTİNQİ AÇIQLANDIAzərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutub.

Bu barədə “Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatında bildirilib.

Reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə qərarlaşıb.

Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbçi qulluqçu var ki, onların da 125 mini aktiv xidmətdədir.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var.

Araşdırmada bildirilib ki, müharibənin aparılması üçün əsas komponent yanacağın olmasıdır. Azərbaycan gün ərzində 800 min barel neft hasil edir, 180 min barel nefti isə istehlak edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu qeyd edilib.

Sənədə əsasən, Azərbaycanın müdafiə büdcəsi 2,26 milyard ABŞ dolları, qızıl-valyuta ehtiyatları isə 6,7 milyard ABŞ dolları təşkil edir.

Reytinqdə ilk onluqda yer alan Rusiya dünyada II ən güclü orduya sahibdir. Türkiyə isə hərbi gücünə görə 11-ci yeri tutub. Dünyanın ən güclü ordusu ABŞ, ən zəif ordusu isə Butandadır.

Qeyd edək ki, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü mövqedə olub. / "Report"
​​​​​​​Azərbaycan mediasında “erməni gündəmi”Ən müxtəlif səviyyələrdə edilən xəbərdarlıqlara baxmayaraq, Ermənistanın, yaxud digər maraqlı dövlətlərin informasiya məkanından məqsədyönlü şəkildə ötürülən və əksər hallarda alt qatında ictimai rəyə təsir ismarışları yatan məlumatların internet resurslar və sosial şəbəkələr vasitəsilə ölkəmizin gündəminə daşınması davam edir. Ermənistanın baş naziri, xarici işlər naziri, yaxud digər rəsmiləri, ekspert və politoloqları... nə isə yazan və deyən kimi, dərhal Azərbaycanın internet resurlarında, sosial şəbəkələrin Azərbaycan seqmentində öz əksini tapır. Ermənistanın özündə heç bir əhəmiyyət daşımayan məlumatlar, açıqlama və bəyanatlar Azərbaycanın informasiya məkanında az qala trendə çevrilir, ətrafında müzakirələr aparılır və s. və il. Dəfələrlə olub ki, düşmən ölkənin hansısa politoloqunun, yaxud ekspertinin sərsəmləmələri ilə bizim internet resurslarında, yaxud sosial şəbəkələrdə tanış olduqdan sonra araşdırma aparmışam və bəlli olub ki, Ermənistanın informasiya məkanında belə bir şəxsin, yaxud mərkəzin adı heç vaxt “zühur etməyib”. Bəs Ermənistanla bağlı hər cür zir-zibilin Azərbaycanın informasiya məkanına aşırı bir çevikliklə daşınmasının səbəbi nədir?

Şübhəsiz ki, belə məlumatları ötürənlər onun Azərbaycanın gündəminə daşınması üçün ən müxtəlif texnologiyalardan istifadə edirlər. Məsələnin bu tərəfi aydındır.

Amma ən böyük problem Azərbaycan mediasının ölkə gündəmi ilə işləməyi, təhlil və müstəqil qərar qəbul etmək bacarıqlarını yadırğamasıdır. Burada ölkə gündəmi ilə işləməkdən yayınmaqla ehtimal olunan məsuliyyətdən uzaq durmaq cəhdləri də yox deyil. Səbəblər çoxdur, şübhəsiz və təbii ki, düşmən ölkənin və himayəçilərinin Azərbaycanın informasiya məkanının diqqətlə izlədiyini nəzərə alaraq, sadalamaqdan vaz keçirəm.

Digər tərəfdən, Ermənistanla bağlı istənilən xəbərin Azərbaycanda həssaslıqla qarşılandığı hər kəsə bəllidir. Yerli media resursları və sosial şəbəkələrin fəal iştirakçıları da bu amildən oxucu və izləyici qazanmaq üçün istifadə edirlər. Ermənistanda da bunu çox yaxşı başa düşürlər və Azərbaycanın informasiya məkanına ötürmək istədikləri ismarışlara bir az emosiya yükü və insanları qıcıqlandıra biləcək “ədviyyatları” əlavə edərək, geninə-boluna öz ölkələrinin informasiya məkanına səpələyirlər. Əsasən rus və ingilis dillərində. Daha öncə də yazmışdım, Ermənistanın informasiya məkanını diqqətlə izləyən və təhlil edənlər, çox yaxşı bilirlər ki, düşmən ölkədə eyni xəbər, yaxud digər informasiya yükü olan materiallar erməni dilində fərqli, rus və ingilis dillərində isə tamamilə fərqli təqdim olunur. Hətta Rusiya, yaxud digər ölkələrin rəsmilərinin Ermənistanla bağlı açıqlamalarının özü belə ayrı-ayrı dillərdə tamamilə fərqli məzmunda yayımlanır. Ən yaxşı halda özlərinə lazım olan hansısa fikir, yaxud məqam kontekstdən çıxarılır və ətrafında geniş müzakirələr aparılmaqla emosional təsir yükü artırılır və bu da, təbii ki, diqqəti daha çox cəlb edir.

Məsələn, Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissiyasının nümayəndələrini Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə göndərəcəyi barədə ölkəmizin informasiya məkanına ismarışlar ötürülür və dərhal məsələnin “qanunsuz səfər” tərəfi ətrafında müzakirələrə start verilir. Amma heç kim məsələnin digər tərəfinə, baş nazir Nikol Paşinyanın Azərbaycan ərazilərindəki etnik erməniləri artıq erməni diasporunun təmsilçisi kimi qəbul etdiyinə diqqət çəkmək barədə düşünmür.

Və yaxud Ermənistanın Paşinyandan daha xəstə təfəkkürlü digər nümayəndəsinin – Ara Ayvazyanın sərsəmləmələri ətrafında müzakirələr aparılır. Əslində Ayvazyan bu vəzifəyə təyin oldunduğu gündən sərsəmləyir və bu sərsəmləmələrin yeganə məqsədi təmsil etdiyi hakimiyyəti qısa müddətə də olsa təzyiqlərdən qorumaqdan, özünə gəlməsinə imkan yaratmaqdan ibarətdir. Bu baxımdan, Ayvazyanın “Arsax-marsax” barədə zingildəmələrindən təbii heç nə ola bilməz. Müharibədə darmadağın olan bir ölkənin xarici işlər naziri, ölkə daxilindəki gərginliyi azaltmaq üçün başqa nə deməlidir? İndi hər dəfə bu Ayvazyan xeylağı zingildəyəndə, onun quyruğunu qısaraq səsləndirdiklərini ölkəmizin informasiya məkanına daşıyıb ətrafında müzakirə açmalıyıq?

44 günlük Vətən müharibəsi dövründə və sonrakı bir ay ərzində Ermənistan ordusunu darmadağın etməklə yanaşı, daha bir üstünlüyə nail olmuşduq. Ermənistanın informasiya məkanını ələ keçirmişdik və müzakirə olunan mövzuların istiqamətlərini biz müəyyənləşdirirdik. İndi Ordumuzun Böyük Zəfəri qədər əhəmiyyət daşıyan bu üstünlüyümüzü yenidən əldən vermək üzrəyik və yaranmış vəziyyətin öz növbəsində digər istiqamətlərdə də problemlərin yaranmasına yol aça biləcəyi ehtimalı narahatlıq doğurur.

Ermənistanda isə cəmiyyətin paramparça olduğunu, artıq hər kəs deyir. Cəmiyyəti konsalidasiya etmək istiqamətində cəhdlər heç bir nəticə vermir. Bunu Ermənistan müxalifəti də, hakimiyyət təmsilçiləri də etiraf etməkdədirlər. Tarixdə ilk dəfədir ki, erməniliyin klassik dayaqları arasında keçilməz sədlər yaranıb və heç bir halda Ermənistan (ermənilər), erməni diasporu və kilsəsi arasında qopmuş bağların bərpasına imkan vermək olmaz.

Artıq Ermənistanda bundan sonra yola necə davam ediləcəyi, yaxud Ara Ayvazyanın sərsəmləmələrində yer alan iddiaların necə həyata keçiriləcəyi ciddi müzakirə mövzusu deyil.

Ermənistandakı real əhval-ruhiyyənin necə olduğunu isə parlamentin son iclasındakı çıxışlardan daha aydın şəkildə sezmək mümkündür.

Onlardan birini nümunə gətirim: Ermənistan parlamentinin son iclasında çıxış edən deputat Taron Simonyan Ermənistan dövlətinin yaranmasını ermənilərin ən böyük tarixi nailiyyəti olduğunu və bundan sonrakı iddiaların 100 il öncə əldə etdiklərini də itirmək təhlükəsi yaratdığını deyib. Sitat: “Böyük nailiyyətdən 100 il sonra biz yenidən öz tələmizə düşdük. İfrat dərəcədə maddiyatçı, iddialı, təkəbbürlü olduq. İnsanlığın ən böyük günahı sayılan təkəbbürü öz şüarımıza çevirdik və reallıq hissini itirdik”.

Taron Simonyan çıxış yolunu erməni insanının yenidən yaradılmasında görür. Onun qənaətinə görə, ermənilər əgər dövlətlərinin olmasını istəyirlərsə, humanizm dəyərlərini mənimsəməlidirlər.

Başqa bir nümunə: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ənənəvi ikiüzlü, ikibaşlı bəyanatlarından sonra Azərbaycanda günahkar axtarışına çıxıldığı halda, Ermənistanda rəsmi Bakının doğru strategiyasının öz bəhrəsini verdiyini deyirlər. Məsələn, “Hayask” (Baxış) araşdırmalar mərkəzinin rəhbəri Anna Karapetyan Ermənistanın İctimai televiziyasının “Səhər xəbərləri”nə müsahibəsində Sergey Lavrovun dediklərini Azərbaycanın düzgün və aydın mövqe seçməsi ilə əlaqələndirib.

Sitat: “Sergey Lavrovun bəyanatı sübuta yetirir ki, Azərbaycan öz yanaşmalarını dəqiq və beynəlxalq ictimaiyyət üçün aydın şəkildə müəyyənləşdirib, Ermənistan isə yox. Bu gün vasitəçi ölkə Tonoyanın bəyanatını nümunə gətirərək, Ermənistanın destruktiv tərəf olduğunu deyir. Müharibədən öncə Azərbaycan hərbi bəyanatlar versə də, vasitəçilər öz açıqlamaları ilə Ermənistanın müharibəyə başladığı barədə təsəvvürləri gücləndirdilər. Azərbaycan status məsələsi ilə bağlı da 2-3 il öncə təsəvvür edilməsi belə mümkün olmayan nəticə əldə edib. Bakı status məsələsinin müzakirə edilməyəcəyini həzm etdirə bilib”.

...Bu qədər. Düşünürəm ki, Ermənistanla bağlı məlumatlar, xüsusilə də düşmən ölkənin təmsilçilərinin açıqlamaları heç bir halda olduğu kimi təqdim edilməməli, Azərbaycanın internet resurslarının və sosial şəbəkələrin Azərbaycan seqmentinin trendinə çevrilməməlidir. Bu məlumatlardan, müsahibə, açıqlama və bəyanatlardan yalnız analitik xarakterli yazılarda istifadə edilməli və məqsədimiz Azərbaycanın gündəminin Ermənistanın informasiya məkanına daşınması, əsas müzakirə mövzusuna çevrilməsi olmalıdır. Bu, təbii ki, mənim subyektiv qənaətimdir.

Elçin Mirzəbəyli
Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib - FOTOBu gün Moldovanın paytaxtı Kişinyovda 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil edilib.

Konfransda Moldovanın Azərbaycan diasporunun nümayəndələri, rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimai və siyasi xadimlər, tələbələr, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Moldova Azərbaycanlıları Konqresinin sədr müavini Ramiz Ansarov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına müraciətini oxuyub.

Səfirin müraciətində 20 Yanvarın xalqımızın ruhunun əyilməzliyinin bir simvolu olduğu qeyd edilib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimai və siyasi xadimlər 20 Yanvar hadisələri barədə danışıb, həmçinin Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, xalqımızın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı fədakarlıqlara toxunublar.

Tədbirin sonunda konfrans iştirakçılarına “Qara Yanvar” hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Faciə qurbanlarının xatirəsinə ehsan verilib.

Tədbir Moldova KİV-lərində də geniş işıqlandırılıb.


Karxanada daş atıb, 10 manat alırdım - Siyavuş NovruzovMilli Məclisin deputatı Siyavuş Novruzov geniş müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin" açıqlaması barədə fikrini bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Unikal.org-a danışan S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu deyib:

“Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim.

Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.

Tramp Ağ Evlə vidalaşdıPrezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ Evi tərk edib.

Avrasiya.net xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, D.Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq.

D.Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.

Donald Tramp çıxışında Cozef Bayden administrasiyasını tanıdığını etiraf edərək ona uğurlar arzulayıb. Bundan başqa o, qeyd edib: “ABŞ-ın son on illərdə heç bir yeni müharibəni başlamayan ilk prezidenti olduğum üçün fəxr edirəm”.

Paşinyanın 20 Yanvarla bağlı yazısı üzə çıxıbErmənilərə məxsus “Armvoice” teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın illər öncə “Molorak” qəzetində bir jurnalist olaraq yazdığı məqaləni üzə çıxarıb.

Avrasiya.net xəbər verir ki, Ermənistanda sensasiyaya səbəb olmuş həmin məqalədə Paşinyan 20 yanvar 1990-cı il tarixində Bakıda öldürülən insanların ruhunu yad edib.

11 fevral 1998-ci il tarixli “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlıqlı məqalədə Nikol Paşinyan Azərbaycan və Türkiyənin günahsız qurbanlarından bəhs edib. O vaxtkı jurnalist Nikol Paşinyan yazıb ki, hər dəfə söhbət günahsız azərbaycanlı və türklərin öldürülməsindən gedəndə ermənilərin düşüncə tərzində dəyişiklik baş verir:

"Niyə Azərbaycan və Türkiyənin günahsız qurbanlarından söz düşəndə ermənilər bunu qəbul etmir, onların ovqatı təlx olur?"

Paşinyan məqaləni bu sətirlərlə bitirib: "20 yanvarda 1990-cı illərin Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim".
Qeyd edək ki, Nikaol Paşinyanın üzə çıxarılan məqaləsi Ermənistanın müxalifət kəsimi tərəfindən hiddətlə qarşılanıb.

Xatırladaq ki, Nikol Paşinyan 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində “Oragir” və Haykakan Zhamanak” qəzetlərinin müxbiri və redaktoru olub.
Ölkəmizdə koronaya yoluxma sayı açıqlandıAzərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
"Qarabağ türk birliyini formalaşdırmaq üçün ən uğurlu platforma rolunu oynayacaq"Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən söylədiyi fikirlər əslində hamımızın içindən keçən fikirlər idi. Dövlətimizin başçısı Türk Şurasının Baş katibinin müharibə dövründə və müharibədən sonrakı bəyanatlarını xatırladaraq, müharibənin lap əvvəlindən Türk Şurasının Baş katibinin Azərbaycanı dəstəklədiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanatlar verdiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu vurğulayan bəyanatla, Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etməsini, Azərbaycan xalqına başsağlığı verməsini, Azərbaycanı dəstəklədiyini dəfələrlə bildirməsini və 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verilməsini qeyd etdi. Prezident bütün bunlara görə Bağdad Amreyevə və Türk Şurasına Azərbaycan xalqı adından təşəkkürünü bildirdi və qeyd etdi ki, Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır. Eyni zamanda bildirdi ki, bu çətin vaxtda mənəvi-siyasi dəstək və həmrəylik bizim xalqımız üçün olduqca vacibdir. Söhbət əlbəttə ki, ilk növbədə türk xalqlarının həmrəyliyindən gedir.

İlham Əliyev Türk Şurasının Baş katibi ilə söhbətində həmçinin işğaldan azad edilmiş ərazilərimizin qardaş ölkələrlə birlikdə bərpa olunacağına, bu istiqamətdə fəal qarşılıqlı əlaqələrimizin qurulacağına ümid bəslədiyini bildirdi: “Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”.

Azərbaycanın dövlət başçısının bu fikirləri bir daha əyani şəkildə göstərir ki, o türk cümhuriyyətləri arasında əlaqələri əməli işlə möhkəmləndirmək xəttini seçib. Qarabağ real türk birliyini formalaşdırmaq üçün ən uğurlu platforma rolunu oynayacaq. Şuşa isə bütün türk xalqlarını mədəniyyət çatısı altında birləşdirən ümumtürk ocağına çevrilə bilər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Qürurlu, məğrur,  ləyaqətini həmişə yüksək tutan millət fədaisi – Əhməd bəy AğaoğluXIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində bir çox cəhətdən sivilizasiyaya qovuşmuş Qərbin əksər sahələrdə geridə qalmış Şərqə ayrı-ayrı üsul və formalarla müdaxiləsi onu tədricən silkələdi. Dünya imperializminin qüvvətlənməsi fonunda hegemonçuluq siyasətinə qarşı yeni qüvvələr meydana çıxmağa başladı. Bu tarixi zərurəti həqiqətə çevirə biləcək ideya, hər şeydən öncə, artıq zamanın qabaqcıl məfkurələrindən birinə çevrilməkdə olan türkçülük və türk millətçiliyi oldu. Bu ideologiyanın təməlini, əsasını qoyanlar isə Qərbin ən intellektual potensialı toplaşmış universitetlərində təhsil alıb qayıtmış Əhməd bəy Ağaoğlu kimi əsl türk ziyalıları idi. Həmin dövrdə dünyada gedən prosesləri öz xeyrinə dəyişmək siyasətini ardıcıl olaraq həyata keçirən Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycanda və digər türk dövlət və topluluqlarında millətçilik edənlər, bu ideologiyanı daşıyanlar üçün heç də asan olmayan siyasi şərait mövcud idi. Buna görə də Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, Zəki Vəlidi Toğan, İsmayıl Qaspiralı kimi ziyalılar Türkiyəyə mühacirət etdilər.

Türkiyədə isə Azərbaycanda olduğu kimi ümmətçilik və millətçilik arasında kəskin fıkir dartışmaları gedirdi. Əslində bu dartışmanı Osmançılıqla yeniləşmə - Türkiyəçilik arasında mübarizə kimi xarakterizə etmək olar. Mübarizənin ikinci tərəfində çağdaş Türkiyənin qurucusu və dünyanın çox böyük dövlət və siyasət adamı Mustafa Kamal Atatürk dayanırdı. Azərbaycan ictimai-siyasi düşüncə tarixində önəmli rola malik olan Əhməd bəy Ağaoğlu türk dünyasının ideoloqu kimi Atatürkün mübarizə apardığı Qərbyönlü Türkiyə uğrunda mübarizlərdən biri oldu. Ağaoğlunun Atatürkə və onun apardığı böyük mübarizəyə münasibəti həm də Türkiyəni özünə daim örnək və arxa sayan Azərbaycan türkünün münasibəti idi.

Əhməd Ağaoğlu XX əsr Türk düşüncə və siyasi həyatında önəmli rol oynamış öndərlərdən biridir. Türk və ümumən İslam xalqlarının ancaq Qərb mədəniyyətinin prinsiplərini həyat tərzlərinə daxil edərək xilas olmaq inancı Əhməd Ağaoğlunu türk milliyyətçiliyinin öndər düşüncəli şəxsiyyətlərindən birinə çevirmişdir. Əhməd Ağaoğlunun düşüncələri zaman-zaman şahidi olduğu hadisələr və aldığı təhsillə formalaşmışdır.

Ə.Ağaoğlu xalqı hərəkata cəlb etmək üçün hər addımda cəhd göstərmişdir. Aramsız erməni hücumları türklərin təşkilatlanmasını sürətləndirmiş və Ə. Ağaoğlu "Difai" adlı təşkilat yaratmışdır. Lakin Rusiya tərəfindən ciddi təqib olunması Ə.Ağaoğlunun Azərbaycanı tərk edib Türkiyədə yaşamasına səbəb olmuşdur.

Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və tərəqqi partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və tərəqqi partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.
Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.

O, Cümhuriyyətlə bərabər, Anadolu və Rumeli Müdafaa-i Hukuk Cəmiyyətinin davamı olaraq qurulan Cümhuriyyət Xalq Partiyasının ilk nizamnaməsini tərtib edənlərdən biri olmuşdur.

Ə.Ağaoğlunun yazılarını tədqiq edərkən önəmli məqamların Azərbaycandakı yeniləşmə hərəkatı ilə bağlı olduğunun şahidi oluruq. Ağaoğlu Azərbaycanın iqtisadiyyatı haqda fikirləşərkən Fransada olduğu illərdə iqtisadiyyatla bağlı fikir cərəyanlarını yada salmış və bu sahədəki çalışmaları onu fərd azadlığına əsaslanan liberalizmə yönəltmişdir. Azərbaycanda milli mətbuat uğrunda apardığı çalışmaları göz qabağındadır. Dili toplum üçün önəmli ünsür hesab etmiş və bu düşüncəsindən heç vaxt ayrılmamışdır. Milli tərbiyə və milli şüur mövzularında isə cəmiyyətdə əxlaq nədir, necə olmalıdır suallarına cavab verməyə çalışmış, cəmiyyətdə əxlaqın önəmini hər fürsətdə dilə gətirmişdir. Bu səbəblə, Ə.Ağaoğlunu Azərbaycandakı yeniləşmə hərəkatının lideri adlandırmaq olar.

1906-1907-ci illər şimal türkləri arasında milliyyətçilik, türkçülük hərəkatının ən canlı dövrüdür. 1905-1907-ci illərdəki fəaliyyətlər ilk baxışda Rusiya Müsəlmanları adı altında aparılmışsa da, əslində bu, milli hərəkatdır.

1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.

1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər.

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.

Ə.Ağaoğlu "Türk Yurdu"nun ilk sayında "Türk Aləmi" adlı yazı silsiləsinə başlayır. Bu məqalələrdə Türk dünyasının parçalanmasından heyfsilənən Ə.Ağaoğlu məsələnin həll yollarını axtarır. Ə.Ağaoğlu sətirlərinə Türk dünyasının sərhədlərini cızaraq başlayır. Təbii ki, bu işin çox çətin olduğunu da bildirir. Ə.Ağaoğlu yenə bu ilk yazısında Türklərin dünyanın dörd tərəfinə yayıldığını, lakin müxtəlif səbəblərdən bu böyük sahədə bəzən öz kimliyini, səciyyəsini itirdiyini ifadə edir. Bu günkü hindlilərin, əfqanların, rusların, polyakların, əlcəzairlilərin, tunislilərin, misirlilərin damarlarında dolaşan qanın nə qədərinin Türk qanı olduğunun bilinmədiyini deyən Ə.Ağaoğlu. Türklərin bu şəkildə dünyaya paylandığını, digər millətlərə təsirini və digər dövlətlərə yardımını dilə gətirmişdir.

Ə.Ağaoğlu Türklərə Türk kültürünü, Türk tarixini, Türk mədəniyyətini xatırlatmaq, öyrətmək arzusundadır. Ə.Ağaoğlunun təfəkküründə Türklük və Türkçülük bir millətin oyanışı kimi təzahür edir. Bu dönəmdə Türklük və Türkçülük nəzəriyyələri araşdırılmırdı. Türklük və Türkçülüyü birləşdirici ünsür kimi istifadə edən ilk insanlardan biri Ağaoğludur.

1869-cu ildə Şuşada dünyaya göz açmış və Vətənində firəng Əhməd deyə adlandırılan Əhməd bəy Ağaoğlu hər şeydən əvvəl qürurlu, məğrur, heysiyyətini və ləyaqətini həmişə yüksək tutan millət fədaisi idi.

Əhməd bəyin ömrü - mübarizələrlə keçən, rastlaşdığı müqavimətlərə sinə gərən, əzab-əziyyətlərlə, itkilərlə, xəyal qırıqlığıyla dopdolu və bütün bunlara rəğmən daim tutduğu yolla dönmədən irəliləyən şərəfli və əyilməz bir həyatdır.

Yeniyetməlik dövründən Şuşadan ayrılmış və bir daha doğma şəhərə gələ bilməmiş Əhməd bu həsrəti həmişə qəlbində daşımışdır. Əhməd bəyi tanıyanların şəhadətinə görə, otuz ildən artıq Türkiyədə yaşasa da, ömrünün sonuna kimi Qarabağ ləhcəsiylə danışırmış.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Bu gün Şuşa erməni işğalından azad edilib. Tezliklə Azərbaycan hökuməti Şuşanın simasını özünə qaytaracaq. Türk dünyası mədəniyyətinin beşiyi sayılan Şuşada möhtəşəm parklar, meydanlar, küçələr salınacaq, məktəblər, universitet, mədəniyyət mərkəzləri tikiləcək. Artıq müəyyən ideya və təkliflər səslənir. Onlardan biri də Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən edilib. Baxçalı Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən ibtidai məktəb açılmasını təklif edib. Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Şuşada anadan olmuş Üzeyir Hacıbəyliyə məxsus olduğunu qeyd edib.

MHP lideri məhz buna görə də təməlqoyma mərasimin yanvarın 30-da keçirilməsini və inşa ediləcək məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini arzu etdiklərini bildirib.

Yaxşı olardı ki, Şuşada anadan olan milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan, Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, publisist və tənqidçi, hüquqşünas və şərqşünas Əhməd bəy Ağaoğlunun da adı əbədiləşdirilsin. Şuşada ev muzeyi yaradılsın, tikiləcək tədris ocaqlarının birinə adı verilsin.

Elxan
20 Yanvar qurbanları İğdırda anılıbSovet qoşunları 1990-cı il 20 yanvar tarixinə qədər Azərbaycanda işlənmiş və '20 Yanvar Bakı poqromu' tarixini qanlı hadisələrin ildönümü olaraq Türkiyə Azərbaycan Dostluq Dərnəyi, İğdır Federasiyası Azərbaycan Evləri Dərnəyi tərəfindən anma proqramı təşkil etdi.

Iğdır'da Atatürk prospektindəki Zübeyde Hanım Bulvarında təşkil edilən anma proqramı, şəhidlər üçün bir dəqiqəlik sükut və Əhli Beyt Alimlər Dərnəyinin üzvü Hoca Behlül Salmanlı'nın Quran oxuması ilə başladı.

Türkiyə Azərbaycan Dostluq Dərnəyi Ümumi Federasiyası sədr müavini Serdar Ünsal, "20 Yanvar hadisələrindəki fərqlərdən asılı olmayaraq Ermənistanda və Sovet ordusunda onlarla günahsız insanın qətlə yetirildiyi gündür. 20 Yanvar-Azərbaycan Qəhrəmanlıq dastanı ... Hürriyet .. Hürriyet !! Qışqıran türklərin şəhid olduğu gün .. 31 il əvvəl Azərbaycanda müstəqillik uğrunda mübarizə aparıldı və qəhrəmanlıq dastanı yazıldı. Küçələrə tökülən insanlar bütün dünyaya “Bir dəfə ucalan bayraq bir daha enməz” deyə qışqırdılar.

70 illik əsarət həyatlarına dedi. İndi azad və müstəqil olmaq istəyirlər. 3 rəngli bayraqlarının dalğalanmasını izləmək istəyirlər ... İl 1990-cı ildir. Aylar yanvar aylarıdır. 19-dan 20-yə (Qanlı Ocak, Qara Yanvar) bağlanan gecə Bakıda qiyamət başlayır. 35.000 ağır silahlı alfa qoşunu və DTK-a adlanan xüsusi məhv edənlər ilə Moskva Azərbaycanın paytaxtının işğalına başladı. İşğal əməliyyatı "UDAR" adlanır. T-72, T-80 və BMP-3 tankları Bakının Azadlıq Meydanını mühasirəyə aldı.

"Mehmet Emin Resülzadənin dediyi kimi," BİR DƏFƏ BAĞLAYAN BİR BAYRAQ BİRİNİ AŞAĞMAYACAQ ", Azərbaycan Türkləri 70 ildir sandıqlarında saxladıqları 3 rəngli bayraqlarını qaldırdılar və meydanda dalğalandırdılar.

Azərbaycan xalqı müstəqillik yolundan əl çəkmir. Maliyyəti nə olursa olsun, Azərbaycan müstəqil olacaq. 3 rəngli bayrağımız hər yerə dalğalanacaq. Gün müstəqillik günüdür. Sovet imperiyası dağılır, tək dişli bir heyvandır. Heç bir əlaqəsi yoxdur. Yaşasın müstəqil Azərbaycan "Qərənfillərin 20-də ağladığı gün. Ürəklərin alovlandığı gün. Fəryadın qərənfil fəryadı ilə Türklük dünyası adlandırıldığı gün. Türklərin türklərdən başqa dostlarının olmadığı gün (satılanlar və satqınlar xaricində). Heç bir Türk bu günü unutmayacaq. ... 20 Yanvar qırğınını unutmayacağıq Sovetlər tarixində qara bir ləkə oldu.Bu gün Allaha şükür işğal altındakı torpaqlar xilas oldu.