İlham Əliyev fərman imzaladıPrezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net fərmanın mətnini təqdim edir:

1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Fond:

5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Alimlər koronavirusun ölüm əlamətini aşkar etdilərAlimlər koronavirusun ölüm əlamətini aşkar etdilər
Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri hansı koronavirus xəstələrində ölüm riskinin yüksək olduğunu müəyyənləşdirmək üçün bir araşdırma aparıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər virusun səbəb olduğu hüceyrə ölümünün və immun sisteminin şiddətli reaksiyasında rol oynayan, sərbəst dövran edən mitokondrial DNT-ni (mtDNA) müəyyən etmək üçün kovidli 97 xəstədən qan plazması götürüb.

Tədqiqat şiddətli ağciyər funksiyası pozulmuş və ya ağırlaşmalardan ölənlərdə orta hesabla turşu səviyyələrinin on qat daha yüksək olduğunu aşkar edib. Eyni zamanda mtDNA miqdarının artması ölüm riskini iki dəfə, reanimasiyaya düşmə ehtimalını üç dəfə, intubasiya riskini altı dəfə artırıb. Bu əlaqənin yaş, cinsiyyət və ya xroniki xəstəlikdən asılı olmadığı qeyd olunub.

Tədqiqatçılar mitokondriyal DNT testinin xəstələrin sağlamlığını digər testlərdən daha yaxşı proqnozlaşdırdığını söyləyib. Mürəkkəb bir avadanlıq tələb etmir, PCR qədər tez və asanlıqla həyata keçirilir. Lakin səlahiyyətlilərdən təsdiq almaq üçün əlavə test tələb olunur.

Azərbaycanla İran arasında yeni körpü tikiləcəkAzərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək.

Avrasiya.net xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq.

O əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil.

İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.

M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir.

Nazir bildirib ki, koronavirus pandemiyası dövründə İran və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafında hər hansı azalma olmayıb, çünki sərhədlər idxal-ixrac prosesi üçün bağlanmayıb:

“Astara-Astara dəmiryolu vasitəsi ilə iki ölkənin ticarət mübadiləsi 25% artıb. Bu isə ikitərəfli münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. Həmçinin tranzit haqqında da iki ölkə arasında anlaşmalar əldə olunub”.
Goranboyda polis əməkdaşlarına qarşı zor tətbiq edilibGoranboyda polisə qarşı zor tətbiq edən şəxsə cinayət işi başlanılıb.

Bu barədə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ynvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Goranboy RPŞ Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Rrokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İki gün əvvəl tərxis olunan əsgər hamamda boğuldu - FOTOİki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.

Avrasiya.net xəbər verir ki, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.

T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş. O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.

T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib.
Ramiz Mehdiyev Akademiyanın qurumlarını YOXLATDIRIRHazırda Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında daxili yoxlamalar aparılır.

Avrasiya.net xəbər verir ki, bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.

Onun sözlərinə görə, yoxlama ilkin olaraq Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar­güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə­dilə yoxlama aparılıb.

Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.
COVID-19-dan sağalan hər səkkizinci şəxs 140 gün ərzində ölürKoronavirusdan sağalan hər səkkiz nəfərdən biri 140 gün ərzində müxtəlif fəsadlar nəticəsində vəfat edir.

Bu tədqiqat müalicə alaraq COVID-19-dan sağalmış insanlar üçün yeni təhlükələrdən xəbər verir.

Üstəlik, sağalmış xəstələrin üçdə biri beş ay ərzində yenidən xəstəxanaya yerləşdirilir.

Modern.az xəbər verir ki, İngiltərənin Lester Universiteti və Milli Statistika İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun ilk dalğasında müalicə olunaraq evə buraxılan 47 780 nəfərin 29 faizi yenidən xəstələnərək xəstəxanaya dönüb, onların 12,3 faizi isə vəfat edib.

“Daily Mail”in yazdığına görə, koronavirusun dağıdıcı, uzunmüddətli təsiri bir çox sağalan insanlarda ürək problemi, diabet, xroniki qaraciyər və böyrək xəstəliklərinə səbəb ola bilər.

İddianın müəllifi, Lester Universitetinin diabet və damar müalicəsi professoru Kamleş Khunti “The Telegraph” nəşrinə verdiyi açıqlamada bildirib ki, bu araşdırma COVID-19-dan müalicə alaraq evə buraxılan xəstələr arasında aparılan ən böyük tədqiqatdır.

“İnsanlar evlərinə gedir, bir müddət sonra geri dönür və ölürlər. Görürük ki, təxminən 30 faiz yenidən xəstəxanaya yerləşdirilir, bu, olduqca böyük rəqəmdir”, - deyə professor qeyd edib.

Qeyd olunur ki, tədqiqat hələ resenziyadan keçməyib və həyəcanlı statistika ilkin məlumatlara əsaslanır.
Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcəkErmənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.

"Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarının xəyanəti sərhəd tanımır", - bəyanatda qeyd edilir.

Makron Ərdoğana məktubunda nə yazıb? – MətnÖtən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ictimaiyyətə Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə Paris arasındakı münasibətləri normallaşdırmaq istəyi ilə bağlı bir məktub yazdığını söyləmişdi.

Axar.az xəbər verir ki, Türkiyənin “Habertürk” nəşri Makronun məktubunun mətnini yayıb.

“Əziz Tayyib, gəlin danışaq! Videokonfranslarla bağlı cavabınızı səbirsizliklə gözləyirəm”, - məktubda qeyd olunub.

Nəşr qeyd edib ki, Makron məktubu qələmlə yazıb və mətndə türkcə sözlərdən istifadə edib.

Türk liderinə və xalqına xoşbəxtlik arzulayan Makron Ankara ilə dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib:

“Yaxın günlərdə sizinlə danışmaq istəyirəm. Bu fürsətdən ümumi maraq doğuran sahələri, xüsusən də Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin gələcəyini müzakirə etmək üçün istifadə edə bilərik”.

Qeyd edək ki, prezidentlər arasındakı videokonfransın NATO sammitindən əvvəl baş tutacağı gözlənilir. Bundan başqa zirvə toplantısında iki lider arasında danışıqların təşkili üçün də işlər aparılır.
ÜST: Çin virusu gizlətməsəydi...Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbirlər görə bilərdi.

Avrasiya.net xəbər verir ki, bu barədə ÜST-ün müstəqil ekspertlər qrupunun açıqlamasında deyilib.

Bildirilib ki, epidemiyanın ilk günlərdə gizlədilməsi virusun qlobal yayılmasına səbəb olub.

Ekspertlərin sözlərinə görə, Çində erkən siqnallara daha çevik reaksiya vermək üçün imkanlar var idi.