Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Videogörüşdə iştirak edən seçicilər pensiya, istilik, kommunal, məşğulluq və təhsil məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Seçicilərin qaldırdığı problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi deyilib.

Deputat Azay Quliyev Vətən müharibəsi iştirakçılarını narahat edən məsələlərə xüsusi diqqət yetirildiyini və onların həllini nəzarətdə saxlayacağını bildirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktorunun müavini Ramal Quluzadə də iştirak edib.
Akar Bərzani ilə görüşdü - FotoTürkiyə milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər İraqa səfər çərçivəsində Bağdaddan sonra Ərbilə gedib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Ərbildə İraq Kürd Muxtariyyətinin keçmiş lideri və Kürdüstan Demokratik Partiyasının sədri Məsud Bərzani ilə görüşüblər.

H.Akar görüşdə Ərbildə olmaqdan məmnuniyyət hissi duyduğunu bildirib:

“Həm iraqlı qardaşlarımız, həm də region xalqı, həm də Türkiyə üçün problemlərimizi müzakirə etmək fürsəti tapacağıq. Problemləri birgə həll edə biləcəyimizə inanıram”.
Komitə sədri Siyəzən və Şabranda şəhid ailələri ilə görüşübMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün Siyəzən və Şabran rayonlarında bir qrup şəhid ailəsi ilə görüşüb.

S.Qurbanov əvvəlcə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov iştirakı ilə rayonuun Yenikənd kəndində Vətən Müharibəsində şəhid olan Ülvi Mirzəyev, Mətləb Əkbərov, Sabir Hüseynov, Alim Quliyev və itkin düşmüş Tural İsayevin ailə üzvləri ilə görüşüb.

Daha sonra S.Qurbanov Şabrana gedib. Şəhidlər xiyabanında unudulmaz şəhidlərimizi ziyarət etdikdən sonra, Yeni Azərbaycan Partiyasının binasında, Vətən Müharibəsi zamanı şəhid olmuş, Şükür İlyasov, Tərlan Kərimov, Xəyal Həsənovlş, Elvin İsgəndərov, Seyfəddin Balağayev, Ürfan Orucov və İlkin Ağaquliyevin ailə üzvləri ilə görüşüb.

S.Qurbanov vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib. “Şəhid ailələrinə, qazilərimizə, veteranlatımıza hər birimiz qayğı ilə yanaşmalıyıq, hər zaman onların yanında olmalıyıq”-- deyən S.Qurbanov onlarla görüşməyi borc bilib.

Millət vəkili bildirib ki, dövlətimiz hər zaman şəhid ailələrinə, qazilər, müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunub. Deputat Azərbaycan Prezidenti, cənab İlham Əliyevin bu kimi məsələlərə xüsusi diqqət ayırdığını qeyd edib.

O, bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin həm birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi, həm də şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırması haqqında fərmanları, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir: "Şəhidlər bizim fəxr və qürur yerimizdir. Azad edilən hər qarış torpağımızda onların qəhrəmanlıq izi var. Biz onlarla fəxr edirik. Fəxr edirik və borcluyuq ki, onlar torpaqlarımızın işğaldan azad edilmədində mərdlik, kişilik, qəhrəmanlıq göstəriblər".

S.Qurbanov şəhid ailələri ilə görüşüb onları dinləyib, narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Şəhid ailələri də öz növbələrində dövlətimizin başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov da iştirak edib.






"İki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib"İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının Tehranda keçirilən 14-cü iclasına sosial şəbəkə üzərindən münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, səfir komissiyanın işini yüksək qiymətləndirərək iki ölkənin birlikdə həyata keçirdikləri iqtisadi layihələrin davam edəcəyini və uğurla nəticələnəcəyini bildirib.

Diplomat vurğulayıb ki, komissiyanın işinin nəticəsi olaraq iki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib. İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda iştirak imkanı yaranıb.
Hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya... - PrezidentSizi Azərbaycanda salamlayıram, gəlişinizə şadam. Mən bilirəm ki, siz Ağdamda və Füzulidə olmusunuz, işğalçı qüvvələrin bizim şəhərləri viran qoyduğunu özünüz görmüsünüz. Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Ağdamda da bütün binalar sökülüb, yalnız qismən dağıdılmış məscid qalıb. O da, mənim dediyim kimi, sonradan məlum olub ki, yalnız Azərbaycan Ordusunun bu istiqamətdə hücum edəcəyi halda baş verə biləcək artilleriya zərbələrinin oriyentiri kimi ərazidə səmtləşdirmək üçün qalıb.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən zaman deyib.

"Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz. Bütün bu dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də, işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi.

Bir də, hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib", - dövlət başçısı əlavə edib.
Ərəb KİV-lərində azərbaycanlı alimin 20 Yanvar hadisələri haqqında məqaləsi yayılıb"Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Azərbaycanda Yanvar hadisələri və Misirdə 1919 inqilabının oxşar cəhətləri” sərlövhəli məqaləsi Misir, Əlcəzair və Səudiyyə Ərəbistanı KİV-lərində yayılıb.

S.Nəsirovun, “Əl-Hərir”, “Əl-Ğərb”, “Sotabaldna”, “Əl-Vətən”, “Nəbd”, “Əl-Vəsiqə”, “Embassiesnews”, “wwnewss” və digər informasiya portallarında yayılmış məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu qanlı hadisənin törədilməsindən əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Diaspor sədri o vaxt mövcud olan şəraiti 1919 cü ildə Misir inqilabında ermənilərin misirlilərə etdiyi xəyanətlə müqayisə edərək 20 yanvar hadisəsini oxucuların diqqətinə çatdırıb. Misirli tarixçi alim Əbdül Vəhhab əl-Nəccar "Qırmızı Günlər" əsərində qeyd edir ki, ingilislərin Misir inqilabına dini don geyindirmək səyləri iflasa uğrayandan sonra, misirlilər arasında nifaq, iğtişaş və fitnə fəsad törətmək üçün ermənilərdın istifadə olunur. Müəllif kitabın müxtəlif səhifələrində bir neçə ay davam edən xalq üsyanı ərəfəsində ermənilərin dəfələrlə misirliləri öldürdüklərini sübut edən məqamları qeyd edib. Bu xəyanətdə erməni qadınları da fəal iştirak ediblər. Onların öz evlərinin eyvanından mitinqlərdə iştirak edən misirlilərə atəş açdığı və azadlıq mücahidlərinin həbsi ilə bağlı şahidlik etdikləri qeyd edilir. Kitabda yoldan keçən bir misirlini öldürən Mari Əmiryan adlı bir erməni qadının xilas edilməsində ingilis və avstraliyalı əsgərlərinin səylərindən də bəhs olunur. Əl- Nəccar qeyd edir ki, ingilislərin himayəsi altında olmalarına baxmayaraq, misirlilər ermənilərdən dəfələrlə öz qisasını almağa müvəffəq olmuşlar.

Daha sonra misirli alim dünya ölkələrinin ikili standartlar mövqeyindən çıxış etməsindən yazıb: “Misirin hər guşəsində kəndlər yandırılır , insanlara qarşı soyqırımı törədilir və buna rəğmən heç bir ölkə bu törədilən faciəni qınamır. Amma düşmənçilik edərək qətliam törədən ermənilərdən qisas almağa başlayanda, ABŞ dərhal bizi qınayır”.

Məqalədə dünya ölkələrinin 1919-cü ildə Misirlə olduğu kimi, Azərbaycana qarşı da ikili standartlardan çıxış etdiyi, ermənilərə dəstək verdiyi qeyd edilir. Otuz il ərzində Qarabağda mədəni abidələrimizi məhv edən və məscidlərimizi təhqir edərək xarabaya döndərən ermənilərə etiraz etməyən UNESCO bu gün Qarabağda erməni irsinin qorunması adı altında bu cür mövqe sərgiləyir.

Müəllif vurğulayır ki, 31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.

Yazıda 20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib, insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulanıb. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

Məqalənin sonunda ermənilərə müraciət olunur: “Ümidvaram ki, ermənilər bu tarixi hadisələrdən nəticə çıxardacaq və bir daha xarici qüvvələrə güvənərək xalqlar arasında fitnə-fəsad törətməyəcəklər. Qoy sülh və əmin-amanlıq bütün dünyaya yayılsın, insanlar xoşbəxt yaşasınlar”.


https://alharir.info/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85/?fbclid=IwAR29HJCWQP68Ai__Veeih3rxjhc7DO97hvf_ROxsXYjG1UzJhONM4wVUQyk
https://garbnews.net/news/s/182596?fbclid=IwAR0xCXbLF0Tlwy_jrIo2FTQwavdaEgYnZ0uoLdMY3wAGtHRpamwzex2tYL4
https://sotbaladna.com/5957/?fbclid=IwAR2vnxuaZ7PTAwLX06FLIs_7YXBFqF2N3-wBPH5XqDVyDvzdksmBbJt-1K4
https://www.elwathiqa.com/744
http://www.alwataneamag.com/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85/?fbclid=IwAR29HJCWQP68Ai__Veeih3rxjhc7DO97hvf_ROxsXYjG1UzJhONM4wVUQyk
http://wwnewss.com/?p=14303&fbclid=IwAR34ZMYsL6tcbW5BnYVcDl27pSTgzfKXGW5mURat-_kPPqjgSWGFBPXi_b4
https://nabd.com/s/82748305-a3035e/%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D8%AB%D9%88%D8%B1%D8%A9-%D9%A1%D9%A9%D9%A1%D9%A9-%D9%81%D9%8A-%D9%85%D8%B5%D8%B1...-%D8%A7%D8%AE%D8%AA%D9%84%D8%A7%D9%81-%D8%A7%D9%84%D8%A3%D9%85%D8%A7%D9%83%D9%86-%D9%88%D8%AA%D8%B4%D8%A7%D8%A8%D9%87-%D8%A7%D9%84%D8%A3%D8%AD%D8%AF%D8%A7%D8%AB?fbclid=IwAR0EGuMv7_Pne0el6ieNVKLOLKzmXPfyHBxR3WdxP_5Zn6QZVLwoxd_Wf6M
http://embassiesnews.com/?p=6589&fbclid=IwAR0EGuMv7_Pne0el6ieNVKLOLKzmXPfyHBxR3WdxP_5Zn6QZVLwoxd_Wf6M
Jurnalist Süleyman İsmayılbəyli İordaniya mətbuatında 20 Yanvar faciəsindən yazdı"OLAYLAR" qəzetinin əməkdaşı, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin İordaniya mediasında növbəti məqaləsi dərc edilib. "OLAYLAR" xəbər verir ki, nayrouz.com saytında dərc edilən yazıda müəllif 31 il əvvəl Azərbaycan xalqına qarşı həyata keçirilən 20 Yanvar qırğınından bəhs edir.

1990-cı il, yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq azadlıq, müstəqillik istəyi ilə meydanlara çıxan silahsız, dinc insanlara qarşı qətliam həyata keçirdiyini qeyd edən müəllif daha sonra yazır ki, xüsusi təlimat əsasında Azərbaycana göndərilmiş sovet qoşunlarına xalqın gözünü qırmaq, Azərbaycan vətəndaşları arasında qorxu yaratmaq, xalqın müstəqillik, azadlıq istəklərini yerindəcə boğmaq, həmçinin maksimum dərəcədə qətliam həyata keçirmək tapşırığı verilmişdi: "Tapşırığın icrası isə yalnız Bakı şəhəri ilə kifayətlənməli deyildi. Sovet qoşunları Azərbaycanın digər iri şəhər və rayonlarında da qətliamlar törətməli idi ki, xalq bir daha müstəqillik, azadlıq fikrinə düşməsin. Elə buna görə də rus qoşunlarının cəza əməliyyatı Azərbaycanın regionlarını da əhatə etdi və yanvar qətliamı zamanı ümumilikdə Azərbaycanda 146 nəfər öldürüldü, 744 nəfərə müxtəlif dərəcəli xəsarət yetirildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də oldu. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs olundu, rus əsgərləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın məhv edildi. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycana qətliama gələn sovet qoşunları hətta yaralı insanlara köməyə gələn təcili yardım maşınlarını da atəşə məruz qoymuşdu".

Müəllif məqalədə onu da vurğulayır ki, bütün cəhdlərə və qətliamlara baxmayaraq Azərbaycan xalqının müstəqillik və azadlıq eşqini qırmaq, məhv etmək mümkün olmadı. Yazıda ümummilli lider Heydər Əliyevin qətliamın ertəsi günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu hadisəni qəti şəkildə pisləməsi də əksini tapır və bildirilir ki, Heydər Əliyevin nümayiş etdirdiyi bu cəsarət Azərbaycan xalqına güc, qüvvət vermiş oldu. Yazıda məqalə müəllifi 20 yanvar faciəsinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymətin də məhz 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyi diqqətə çatdırılır.

Sonda Süleyman İsmayılbəyli onu da qeyd edir ki, faciənin 31-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan öz ərazi bütövlüyünü bərpa edib, azadlığa qovuşub:

"Uzun illər erməni işğalı altında olan ərazilərini müstəqil Azərbaycan dövləti düşməndən azad edib. Ona görə də əminliklə deyə bilərik ki, bu gün Şəhidlərimizin ruhu şaddır".
"G-20 dəvət Azərbaycan üçün daha bir tarixi qələbədir"Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb. İtaliyanın sədrliyində “İnsanlar, Planet, Rifah” deyə üç başlıqla ifadə olunan ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

Avrasiya.net xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bunun Azərbaycan üçün iqtisadi baxımdan çox əhəmiyyətli olacağını bildirib:

“Azərbaycan Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə toplantısına dəvət edildi. G-20 dəvət Azərbaycan üçün daha bir tarixi qələbədir. Vətən-İkinci Qarabağ müharibəsinin və düzgün yürüdülən siyasətin uğurlu nəticəsidir. Bu onu göstərir ki, siyasi və hərbi gücümüzü artıq bütün dünya qəbul edir. Azərbaycan regionun aparıcı ölkəyə çevrilib. G-20 toplantısında iştrakımız iqtisadi baxımdan əhəmiyyətli olacaq. Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevriləcək”.

Qeyd edək ki, G-20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

Azərbaycanda daha 305 nəfər yoluxdu - 10 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 227696 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 216720 nəfər müalicə olunaraq sağalıb, 3032 nəfər vəfat edib, aktiv xəstə sayı 7944 nəfərdir.

Ölkədə son sutka ərzində 6915 hazırkı dövrədək isə 2328507 test aparılıb
ŞOK: bu şəxslərə verilən pulsuz EVLƏR ƏLLƏRİNDƏN ALINACAQ - Siyahı hazırlandıPrezidentin Jurnalistlər üçün tikdirdiyi binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.

Ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir-neçə dəfə dindirilib.

Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər "Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş kriteriyalara uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.

Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.

Adları Mətbuat Şurasının "qara siyahı"sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər. (bakupost)