Ölkədə koronavirusa yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 226 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 214 min 423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib. Aktiv xəstə sayı 9530 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 311 min 417 test aparılıb. Bugünkü test sayı isə 8574-dür.
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.

Avrasiya.net xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar.

Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.

Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.

Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.
İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, addımı,  sözü bir ismarıc, bir xəbərdarlıq, bir nidadırXatırlayırsınızsa, dövlətimizin başçısı 44 gün davam edən İkinci Qarabağ savaşı zamanı möhtəşəm bir ənənənin, yeni davranış tərzinin, cəmiyyətlə yeni ünsiyyət formasının əsasını qoymuşdu. Həmin vaxt Prezident demək olar ki, hər gün bu və ya digər şəhərimizin, qəsəbəmizin, kəndimizin, strateji yüksəkliklərimizin düşmən işğalından azad edilməsi barədə “tvit”lər paylaşırdı. Bu, gündəlik ənənəyə çevrilmişdi və insanlarımız da hər gün Prezidentin növbəti qələbə “tvit”lərini xüsusi səbirsizliklə gözləyirdilər. Doğrudan da çox gözəl ənənə idi. İlham Əliyev bu son zamanlarda daha bir ənənənin əsasını qoyub. Belə ki, dövlət başçısı xanımı ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza vaxtaşırı səfərlər edir, o yerlərdən millətə və dünyaya, qonşularımıza, dostlarımıza və düşmənlərimizə bir-birindən önəmli, vacib mesajlar verir. Bu da artıq növbəti ənənə halını almaqdadır və biz heç şübhəsiz ki, Prezidentin bu taktikasını təqdir edirik. Prezident dünən də bu yeni ənənənin növbəti səhifəsini çevirdi, Şuşaya səfər etdi. Və Prezidentin bu səfəri sözün əsl mənasında HADİSƏyə çevrildi. İndi təkcə Azərbaycan mediası yox, bütün Ermənistan KİV-ləri, Rusiya telekanalları, qardaş Türkiyənin, qonşu İranın dünyanın xəbər agentlikləri , siyasi şərhçiləri və köşə yazarları bu səfərin bu və ya digər məqamları barədə danışır və ya yazırlar.

Onu da deyim ki, Prezidentin bu səfərini ölkədə hər kəs gözləyirdi. Çünki bu səfər 30 illik müstəqillik tariximizdə Azərbaycanın dövlət başçısının Şuşaya ilk səfəri kimi çox əhəmiyyətli idi. Vətənin işğaldan azad edilmiş ərazilərini kənd-kənd, rayon-rayon gəzərək o yerlərin dağlarını, meşələrini həm azərbaycanlı kimi, həm də dövlət başçısı kimi seyr etmək, o yerlərin bizə mənsubluğunu xüsusi vurğu ilə vurğulamaq əlbəttə ki, torpağının hər qarışına sahib olmağın göstəricisi və eyni zamanda gücün nümayişidir. Bu səfər həmçinin azərbaycanlıların Qarabağa Böyük Qayıdışının möhtəşəm və əbədi olacağını göstərmək baxımından əhəmiyyətli idi. Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 30-cu ili tamamlanarkən İlham Əliyevin Şuşaya gedən ilk Prezident kimi verdiyi ismarıclar, atdığı addımlar, etdiyi ziyarətlər Dağlıq Qarabağ separatçılarının, Ermənistan rəhbərlərinin, xaricdən gələn cürbəcür ermənipərəst alimlərin, siyasətçilərin, blogerlərin son illərdə Şuşa üzərindən bizim milli qürururmuzu aşağılamağa hesablanan hərəkətlərinin, bizə meydan oxumalarının hamısının əvəzini çıxdı. Düşmənin bütün murdarlıqlarının layiqli cavabı verilmiş oldu. Hətta Cıdır düzündə paxlavalı çay süfrəsinin təşkili də düşmənə və düşmənimizin havadarlarına sözün əsl mənasında göz dağı idi. Prezident bütün bunları dəqiq hesablamışdı.

İlham Əliyevin Şuşadakı hər bir hərəkəti, hər addımı, hər sözü bir ismarıc idi, bir xəbərdarlıq idi, bir nida idi. Onun xəbərdarlıqları, nidaları ilk növbədə revanşa, qisasa can atan, yenidən müharibənin alovlanmasından dəm vuran Ermənistan rəsmilərinə, siyasi qüvvələrinə, Qarabağda gizlənməkdə davam edən separatçılara, erməni silahlılarına ünvanlanmışdı. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar dəmir yumruğu unutmamalıdırlar. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Prezident əvvəlki çıxışlarında da revanşistlərə xəbərdarlıqlar etmişdi. Lakin dövlət başçısının bu dəfə bu xəbərdarlığı məhz Şuşadan – son 27 ildə ermənilərin hər cür vasitələrlə “erməniləşdirməyə” çalışdıqları tarixi Azərbaycan şəhərindən etməsi tamamilə fərqli anlam daşıyır və daha böyük təsir gücünə malikdir. 27 il işğal altında qalandan sonra Azərbaycan Ordusunun Şuşanı savaş yoluyla azad etməsi revanşistlərə ən yaxşı cavabdır və Prezident də dünənki çıxışlarında bunu birmənalı şəkildə vurğuladı, Xüsusi Təyinatlılarımızın şüvaətini qeyd etdi, düşmənin başına yenə dəmir yumruğun endirilə biləcəyini bir daha bəyan etdi.

Eyni zamanda Azərbaycan torpaqlarında törədilən vəhşiliklərin əsas müəlliflərinin məhz Köçəryan- Sarkisyan cütlüyünün olduğunu qeyd edən Azərbaycan Prezidenti onların bu əməllərinə görə cavab verməli olacaqlarını vurğuladı və bundan sonra Azərbaycan torpaqlarında bu cür vəhşiliklərin törədilməsinə yol verilməyəcəyini hər kəsin diqqətinə çatdırdı. Qoy hər kəs bilsin ki, Şuşa bir daha işğal altına düşməyəcək və hər zaman Azərbaycan şəhəri olub, belə də olmağa davam edəcək. Çünki Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur. Məlumdur ki, kim Şuşaya nəzarət edirsə, Qarabağa və ətrafdakı digər bölgələrə də məhz o nəzarət edir. Odur ki, ölkə başçımızın bu tarixi şəhərimizə səfəri Azərbaycan dövlətinin savaşın qalibi və torpağın sahibi kimi Qarabağa qayıdışını, Şuşanın yenidən Azərbaycanın suverenliyi altına keçməsini ehtiva edir, təsdiqləyir.

Bu səfər hər bir azərbaycanlıya böyük qürur hissi yaşatdı. Dünən ölkədə hər kəs Prezidentin Şuşaya səfəri haqqında danışırdı. Mən dünən həmsöhbət olduğum insanların hamısının üzündə, gözlərində Şuşa sevincini gördüm, Şuşa sevgisini sezdim. Sosial şəbəkələrdə isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşadakı foto-videogörüntüləri sözün əsl mənasında paylaşım rekordu qırırdı. Dünən Şuşa səfərinin görüntülərini paylaşmaq trendə çevrilmişdi. Bu həm millətin Şuşa sevgisini, həm də Prezidentə dəstəyini göstərirdi. Ancaq öz soydaşlarımızla bərabər, düşmən ölkədə də dünən hər kəs İlham Əliyevin və xanımının səfərindən danışırdı. Prezidentin və Birinci vitse-prezidentin Şuşaya səfər etməsi erməni cəmiyyətinə və siyasi qüvvələrinə ağır psixoloji sarsıntı yaşatdı. Bunu onların öz açıqlamalarından və paylaşımlarından da görmək mümkündür.

Misal üçün, gəlin Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryanın öz Facebook səhifəsində Ermənistanın Baş nazirinə ittihamlı suallarla dolu müraciətini birlikdə oxuyaq: “Pənah xan (indiki Əliyev) xain Melik-Şahnazarın (indiki xain Nikolun) gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da “Şuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdün və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdin? Cənab, “ali komandan” demək yaxşı çıxmır. Səninləyəm! Əliyevlərin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalar”la görüşlərdəsən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Verin və ya Nerkin Voskepar, Tavuş bölgəsi, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcək günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı? Sabah və ya birisi gün ev tikib uşaq böyüdəcək, kilsəyə gedib facebookda toy edə biləcəksənmi? Hələ də bu xalqın tək bir probleminin Nikol Paşinyan olduğuna əmin deyilsən?”

Revanş çağırışlarına qarşı olduğunu bildirən və bunu açıq şəkildə dilə gətirən Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan isə dünənki müraciətində “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağıranları “ziyanlı və reqressiv” adlandırıb: “Bu gün bir çox ekspertlər, müxtəlif xadimlər deyirlər ki, bilirsiniz, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər. Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə can atmaq lazımdır. Region sonda nəhayət insani sifətə malik olmalıdır”.

Göründüyü kimi düşmən ölkədə Azərbaycanın dövlət başçısının ismarıclarını, xəbərdarlıqlarını doğru-düzgün dəyərləndirən, rasional yanaşma sərgiləyən fərdlər və qüvvələr də var. Bu isə bir daha onu göstərir ki, deməli, Prezident İlham Əliyevin ötən gün Şuşadan səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar tam hədəfinə dəyib. Qoy olsun. Biz də elə bunu istəyirdik. Bu bizim istədiyimiz bir nəticədir. Bəli, ermənilər bu gün miskin və məğlub Nikol Paşinyanın, hakimiyyətə can atan Vazgen Manukyan, Edmon Marukyan kimi revanşistlərin, yenidən səfir olmağın xiffətini yaşayan Mikael Minasyan (Serj Sərkisyanın kürəkəni) kimi xəyalpərəstlərin xəstə təfəkküründən doğan zəhərli fikirləri deyil, məhz İlham Əliyevin ismarıclarını, xəbərdarlıqlarını müzakirə etməli, düzgün nəticələr çıxarmalı, ağıllı mövqe nümayiş etdirməlidirlər ki, Lena Nazaryan demişkən, region sonda nəhayət insani sifətə malik olsun. Ermənilər öz faşist mahiyyətlərindən, millətçi hədəflərindən, revanşist çağırışlarından əl çəkib insanlığa qayıtmalı, insani sifət almalıdırlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı
Hindistanda Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başlayıbHindistanın Baş Naziri Şri Narendra Modi bu gün video-konfrans vasitəsilə Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başladıb. Bu bütün ölkə ərazisini əhatə edən dünyanın ən geniş vaksinasiya proqramıdır. Vaksinasiyanın başladılması zamanı Hindistanın bütün ştatlarından və ittifaq ərazilərindən ümumilikdə 3,006 peyvəndləmə mərkəzi virtual şəkildə birləşdirilib.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Nazir çıxışına peyvəndlərin hazırlanmasında iştirak edən elm adamlarına təşəkkür etməklə başlayıb. O bildirib ki, “adətən peyvəndin hazırlanması üçün illər tələb olunur, lakin belə qısa müddətdə bir yox, iki Hindistan istehsalı peyvənd buraxılıb.” Baş Nazir əhalini peyvəndin hər iki dozasını qəbul etməyi unutmamaq üçün diqqətli olmağa çağırdı. O qeyd edib ki, dozalar arasında bir ay fasilə olacaq. Baş Nazir əhalini peyvənddən sonra da qorunmağa çağırıb, çünki ancaq ikinci dozanı qəbul etdikdən iki həftə sonra insan orqanizmində Korona əleyhinə zəruri immunitet yaranacaq.

Baş Nazir, vaksinasiya kampaniyasının miqyasını diqqətə çatdıraraq proqramın birinci mərhələsində 30 milyon insana peyvənd vurulacağını və bu rəqəmin dünyanın ən azı 100 ölkəsinin əhalisindən çox olduğunu qeyd edib. O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlamlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib. Baş Nazir ancaq 3 ölkənin, Hindistan, ABŞ və Çinin əhalisinin 300 milyondan çox olduğunu qeyd edib.
Baş nazir vətəndaşları hər hansı konspirologiyaya və şayiələrə inanmağa çağırıb, vurğulayıb ki, Hindistanın tibb sistemi, peyvənd üzərində işləyən alimləri, və bu sahədə Hindistan fəaliyyəti və təşkilati mexanizmi beynəlxalq səviyyədə etibara malikdir və bu etibar davamlı uğurlar sayəsində qazanılıb.

Baş Nazir ölkə əhalisini Koronaya qarşı vahid və cəsur mübarizəyə görə təbrik edib. Hindistanın Korona ilə mübarizəsini özünə inam və etimad adlandırıb. O, hər bir Hindistanlıda özünə inamın zəifləməsinin qarşısını almaq qətiyyətini vurğulayıb. Baş Nazir, insanları xilas etmək üçün öz həyatlarını təhlükəyə atan həkimlərin, tibb bacılarının, tibb işçilərinin, təcili yardım sürücülərinin, ASHA işçilərinin, sanitariya işçilərinin, polisin və digər ön cəbhə işçilərinin verdiyi töhfələr haqqında xeyli danışıb. Möhtərəm Baş Nazir bəzi işçilərin virusa qarşı mübarizədə həyatlarını itirdiyinə görə evlərinə qayıtmadığını da diqqətə çatdırıb. Ön cəbhə mübarizlərinin ümidsizlik və qorxu şəraitində ümid yaradıb və bu gün ilk növbədə onları peyvənd etməklə xalq onların töhfələrini minnətdarlıqla qəbul edir deyə Şri Modi bildirib.

Pandemiyanın yayıldığı ilk günləri xatırlayaraq Baş Nazir, Hindistanın həssaslıq göstərərək doğru məqamlarda doğru qərarlar qəbul etdiyini vurğulayıb. 2020-ci il yanvarın 30-da ölkədə ilk yoluxma halının qeydə alınmasından iki həftə əvvəl Hindistanda yüksək səviyyəli komitə yaradılıb. Hindistan düz bir il əvvəl müvafiq müşahidə-nəzarətə başlayıb.2020-ci il 17 yanvarda Hindistan ilk tövsiyələri dərc etdirib və hava limanlarında sərnişinlərin hərarətlərini yoxlama sistemi quraşdıran ilk ölkələrdəndir.

Azərbaycanlı alim Nizami Gəncəvi haqqında ərəb mənbələrində tədqiqatlar aparıbMisirin zəngin kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı yeni əlyazmaların tədqiqi davam edəcəkdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevinin Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli”nə töhfə olacaq.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib. O qeyd edib ki, 2015-ci ildə dünyanın ən zəngin kitabxanalarından biri olan “Misir Kitablar Evi”ndə (Dəru əl-Kutub əl-Misriyyə) Nizami Gəncəvinin altı əlyazmadan ibarət “Xəmsə”si tapılmışdı. Şərq intibahının parlaq nümayəndəsi, dahi şair və mütəfəkkirin ərəb mənbələrində izi ilə bağlı tədqiqatlar davam edəcək.

Tədqiqatçı-alim bildirib ki, Nizami Gəncəvi, onun doğulduğu Gəncə şəhəri haqqında bir çox ərəb alimlərinin əsərlərində bəhs olunub. Böyük alim əs-Səməani Əl-Ənsab “(Nəsəblər) kitabında yazırdı: “əl-Cənzi Azərbaycanın məşhur şəhərlərindən biri Cənzəyə (Gəncəyə) mənsubdur”. O, Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adını qeyd edərək onlar haqqında fikirlərini qələmə alıb. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. Alimin “Taudihu əl-Muştəbəh” (Şübhələrin aydınlaşdırılması) kitabında qeyd olunub: “əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir”. Eyni kitabın başqa bir səhifəsində “əl-Cənzəvi Cənzəyə (Gəncə) mənsubdur” deyilir.

Bundan başqa, XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, Cənzə (Gəncə) gürcülərə yaxın, müsəlmanların yaşadıqları yenilməz, qədim, aran şəhərlərindən biridir, bolluq şəhəridir, xalqı dindar və xeyirxahdır. Xalqın əksəriyyəti silahdan istifadə edə bilir və s. O, Nizami Gəncəvidən də söhbət açaraq deyir: “Dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”. Qəzvini Əbu Məhəmməd Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Ruslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır.

XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri üzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində “G” hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər). Həmçinin XX əsrin ortalarında yaşamış alim Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin sonradan şahlara və hakimlərə mədhiyyələr yazdıqdan sonra dövrünün haqsızlığı və ədalətsizliyi ilə əlaqədar onlardan uzaqda, daha çox tənhalığa üstünlük verdiyini qeyd edir. O, şairin əsərlərinin ana xəttinin hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə çağırış olduğunu, həmçinin zülmdən şikayət edildiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539-cu (1143) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.

S.Nəsirov qeyd edib ki, araşdırmalar zamanı bir neçə mənbədə ərəb şairlərinin də Nizamidən ilham aldıqları görünür. Onun sözlərinə görə, fars dilində yazıb-yaradan Nizaminin Azərbaycan şairi olması barədə ərəb dünyasında daha çox təbliğata ehtiyac duyulur. “Hər hansı şairin əsərlərinin yazıldığı dil onun milli mənsubiyyətinin göstəricisi ola bilməz. Mən ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim ki, onlar bütün əsərlərini yalnız ərəb dilində yazıblar. Ərəb alimləri onların azərbaycanlı olduğunu birmənalı şəkildə qəbul edirlər. Bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılığı” adlı kitaba müraciət edə bilərlər. Bu kitabda altı ildən artıq davam edən elmi araşdırmaların nəticəsi olaraq, beş yüzə yaxın müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilib.

İran növbəti ballistik raketlərini havaya buraxdı: 1800 km hədəfi vurur - VİDEOİran ballistik raketlərin genişmiqyaslı sınaqlarını həyata keçirib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Sınağın görüntüləri İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyin Səlaminin “Twitter” hesabında yerləşdirilib.

Ballistik raketlər 1800 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Bəzi mənbələr Tehranın ani hərbi hücumlardan qorxduğunu iddia edir.
Daha bir sərhəd pozuntusu: Köçəryan Xankəndiyə gəldiDünən Qarabağda itkin düşmüş hərbçi valideynlərinin Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanla görüşü olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. Maraqlı məqam odur ki, görüş Xankəndi şəhərində baş tutub.

Qəzet Köçəryanın Xankəndiyə Azərbaycanın icazəsi əsasında gəlib-gəlmədiyi haqqında heç bir məlumat verməyib.

Qeyd edək ki, Ermənistandan Azərbaycanın hələlik Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə Laçın dəhlizi vasitəsilə qanunsuz səfərlərin dayandırılması barədə Bakı İrəvana dəfələrlə xəbərdarlıq edib və bunun ağır nəticələri olacağını bildirib.

“BakuBus”un rəhbəri işdən azad edildiBakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Avrasiya.net-in məlumatına görə, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olgraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.


Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın... - Erməni jurnalistdən SENSASİON ETİRAF“Türkiyənin Azərbaycanla hərbi istiqamətdə əməkdaşlığının güclənməsi qarşısında Ermənistanın gələcək təhdidlərə qarşı mexanizmlərinə ehtiyacı var. Ermənistanm Ankara-Bakı tandemi ilə rəqabət edə bilməz, amma hələ də bir çıxış yolu ola bilər”.

Publika.az xəbər verir ki, erməni jurnalist Aşot Safaryan Ankara ilə Bakı arasında artan hərbi əməkdaşlığın erməni tərəfində çox ciddi narahatlığa səbəb olduğunu yazıb.

Bildirir ki, ermənilər Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdən sonra Türkiyə-Azərbaycan tandeminin təmsil etdiyi hərbi-siyasi birliyin yaradılması ehtimalı qarşısında təşviş keçirir və onlar üçün indi yeganə yol Rusiyaya sığınmaqdır: “Aydındır ki, kiçik Ermənistan bu təhlükəyə, xüsusən də, hərbi potensialının xeyli hissəsini itirəndən sonra müqavimət göstərə bilməz. Kiçik bir respublikanın Türkiyə və Azərbaycanla rəqabət edə bilməyəcəyi göz önündədir. Bu şərtlərdə İrəvan üçün güclü bir hərbi “çətir” in olması hər zamankından daha çox aktuallaşır və bu da Rusiya ilə strateji ittifaqa yeni əhəmiyyət verir. Aydındır ki, məsələni təkcə ən müasir silahlarla təchiz olunmaqla həll etmək olmaz. Vəziyyət silah olmayan bir çox problemin həllini tələb edir”.