Rusiya vaksin tədarükümüzü təhdid edir - ABŞRusiya və Çin ABŞ-ın peyvənd tədarükü zəncirini təhdid edir.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilyam Evanin deyib.

“Biz hazırda peyvəndin istehsal olunduğu yerdən son istehlakçıya qədər təhlükəsiz nəqlini və qorunmasını təmin etmək üçün ordu və Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Düşmənlərimiz bu təchizat zəncirini pozmağa çalışır. Bunlar hazırda Rusiya və Çindir”, - Evanin bildirib.
Trampdan Baydenə xəbərdarlıqABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər.

Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər. Artıq bir çox demokrat senatorlar bu düzəlişdən istifadə üçün Mayk Pensə müraciət ediblər.

ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.
Əliyev, Putin və Paşinyanın yeni görüşü bu tarixdə olacaqAzərbaycan Preidenti İlham Əliyev, Rusiya Prezidenti Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüş martın ilk ongünlüyündə nəzərdə tutulur.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq, tanınmış tarixçi və hərbi ekspert Oleq Kuznetsov deyib.

O bildirib ki, növbəti görüşdə Qarabağın müharibədən sonrakı inkişafının ilk aralıq nəticələri yekunlaşdırılacaq.