Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunurPrezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR - FOTOÖtən ilin iyul ayında Bakı şəhəri Suraxanı rayonu əraizisndə "Hövsanlı Mail" adı ilə tanınan kriminal avtoritet Mail Mustafayevi qətlə yetirən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Publika.az xəbər verir ki, A.Sadıqov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. Onun dəfnində iştirak edən şəxslər karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediliblər.



Sarkisyanın vəziyyəti pisləşdi - Təcili xəstəxanaya yerləşdirilibErmənistan prezidenti Armen Sarkisyanın səhhəti kəskin pisləşib.

Avrasiya.net xəbər verir ki, koronavirusdan müalicə alan prezident xəstəxanaya yerləşdirilib. Onun yüksək temperatur və ikitərəfli pnevmaniyadan əziyyət çəkdiyi müəyyən olunub. Hazırda o, London xəstəxanalarından birində müalicə alır.

Məlumatı Armen Sarkisyanın ofisi də təsdiqləyib.

Modern.az
Qarabağda erməni terrorçu öldü: Bakı əməliyyata başlaya bilərQarabağda ötən gün saat 18 radələrində “hərbi hissələrdən birində” "erməni əsgər" kimi təqdim edilən terrorçu ölüb.

Axar.az xəbər verir ki, bu barədə keçmiş və qondarma “dqr”in separatçı-terrorçuları məlumat yayıb.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, Qarabağdakı erməni separatçılarının hələ də guya mövcud olduqlarını göstərmələri, üstəlik, hansısa “hərbi hissə”dən danışmaları həm hazırkı hərbi vəziyyətə, həm də 10 noyabr Bəyanatına qəti uyğun deyil.

10 noyabr bəyanatına görə, Qarabağda – Azərbaycan ərazilərində olan bütün erməni ordusu və erməni silahlıları çıxarılmalı, onların yerində rus sülhməramlıları olmalıdır.

Xüsusilə vurğulayaq ki, Azərbaycan 10 noyabr Bəyanatından sonra Qarabağdakı mümkün erməni silahlısını əsgər kimi deyil, terrorçu kimi tanıyır və buna görə də 11 dekabr antiterror əməliyyatı ilə saxlanılan erməni silahlılarını hərbi əsir saymır, onların terrorçu kimi mühakimə olunacağını elan edir.

Ermənistanın hələ də Qarabağda terrorçu fəaliyyətini davam etdirməsi isə Azərbaycanı rus sülhməramlıların nəzarət etdiyi ərazidə də antiterror əməliyyatı başlatmağa sövq edir.
Qarabağda 1229 erməni hərbçinin cəsədi tapılıbQarabağda daha 7 erməni hərbçinin cəsədi tapılıb.

Axtarış qrupları Cəbrayıl, Hadrut və Zəngilan istiqamətində əməliyyatları aparırlar. Bu günə qədər tapılan erməni hərbçilərin cəsəd sayı 1229-a çatıb.

Xatırladaq ki, Ermənistan 44 günlük müharibədə ölən və itkin düşəmn hərbçilərinin rəsmi sayını hələ də açıqlamayıb.
Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilibMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da üstün mövqedədir"Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

4 saat çəkən müzakirələrdən sonra qəbul edilən birgə bəyanatda deyilir ki, tərəflər 9 noyabr 2020-ci il tarixli birgə bəyantın 9-cu maddəsinin həyata keçirilməsinə dair Vladimir Putinin üçtərəfli işçi qrupunun yaradılması barədə təklifini qəbul ediblər. 9-cu maddədə regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından bəhs olunur.

Bəyantda qeyd olunur ki, birgə işçi qrupuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri rəhbərlik edəcəklər. Onlar sənəddə həmsədrlər adlandırılır.

Sözügedən işçi qrup yanvarın 30-dək 9-cu maddənin icrasından irəli gələn məsələləri müəyyənləşdirmək üçün ilk iclasını keçirməlidir. Birgə bəyanatda bu da qeyd olunur ki, işçi qrupun həmsədrləri fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaradacaqlar. "Ekspert” alt qrupları birinci iclasdan bir ay sonra layihələrin və onların icrası və təsdiqi üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim etməlidirlər.

İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycandan və Ermənistandan keçən beynəlxalq daşımaların yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün bərpası və tikinitisi nəzərdə tutulan nəqliyyat kommunikasiyası obyektlərinin işə salınması istiqamətində zəruri tədbirlərin siyahısının və qrafikinin üç ölkə arasında yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir.

Avrasiya.net xəbər verir ki, Moskva görüşünü "AzPolitika.info"-ya şərh edən millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanov bildirib ki, Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib: "10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. İmzalanan bəyanatdan görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb".

Komitə sədri vurğulayıb ki, Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Deputat Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlardan sitat gətirib: "Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir; Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək; Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır".

S.Qurbanov qeyd edib ki, Prezident çıxışında regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüşün çox vacib olduğunu dilə gətirib. "Hesab edirəm ki, Moskva görüşünün nəticələrini obyektiv təhlil etmək üçün cənab İlham Əliyevin bu fikirlərinə xüsusi diqqət yetirmək lazımdır:

"Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik;

Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar;

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. "Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı", - Komitə sədri vurğulayıb.

Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir: "Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu".

Millət vəkili bir məqama da diqqət çəkib. O, hesab edir ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışıb, Paşinyanı görüşə gəlməməyə çağırırdı: "Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılıb, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda bir daha üstünlük qazandı, müzakirələrin məcrasını öz istədiyi istiqamətə yönəltdi. Beləliklə, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir".

Komitə sədri bildirib ki, Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar: "O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. İkinci Qarabağ Müharibəsinədək təxminən 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur".

Millət vəkilinin sözlərinə görə, danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, “bədən dili” ilə də qalibiyyət mesajları verirdi: "Paşinyan isə öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi".

Sadiq Qurbanov Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaja da diqqət çəkib. Millət vəkili qeyd edib ki, Paşinyan da, Azərbaycan müxalifəti də Minsk qrupu formatının bərpasına çalışır. "Bu müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi".

Deputat sonda vurğulayıb ki, görüşün yekunları bir qrup “antimilli elementin” qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi - FotoVətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olması xəbəri gəlib.

Avrasiya.net xəbər verir ki, 44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddətdir xəbər yox idi. Ötən gün onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Allah rəhmət eləsin!
Mübariz Mənsimov bu gün məhkəmədə son sözünü deyəcəkTürkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.

Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxacaq.

Bu barədə Modern.az-a məlumat verən “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın bildirdiyinə görə, sayca 3-cü olacaq məhkəmə iclası ictimaiyyət və mətbuat üçün açıq olacaq.

F.Quliyeva həmçinin qeyd edib ki, bundan əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.

“Palmali” şirkətinin sahibi Mübariz Mənsimov kürsüyə çıxıb özünü müdafiə üçün son sözünü deyəcək:

“Məhkəmə iclasının başlayacağı son ana qədər hansısa dəlil və ya yeni şahid çıxmazsa, hökm oxunacaq.
Bu günə qədər məhkəmə, sadəcə, ifadələr üzərinə qurulub. Mübariz Mənsimovu ittiham edənlərin ifadələri bir-biri ilə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Üstəlik, ifadələr and içilmədən alınıb. Bu özü də qanunaziddir. Məhkəmə zamanı verilən ifadələrin əksəriyyəti heç bir fakta əsaslanmayıb. Bu işlə əlaqəsi olmayan, amma məhkəməni izləyən müstəqil vəkillərin sözlərinə görə, bu dosye ilə heç kim həbs edilə bilməz”.

Şirkət rəsmisi Türkiyədə ədalət sisteminə inandığını və Mübariz Mənsimovun azadlığa çıxacağına inandıqlarını vurğulayıb.

İş adamının səhhətinə gəlincə, F.Quliyeva Mübariz Mənsimovun özünü yaxşı hiss etmədiyini deyib:

“Böyrəklərində ağrılar var, vəkillər isə onun sancıdan otura bilmədiyini, ayaq üstündə dayana bilmədiyini deyirlər. Qan analizləri heç yaxşı deyil, lakin buna baxmayaraq Mübariz bəy xəstəxanaya aparılmayıb. Müalicəni lazımi səviyyədə apara bilməyəcək tibb məntəqəsinə gətirilərək orada tibbi xidmət alır”.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.
Almaniya ABŞ-dakı aksiyalarla bağlı vətəndaşlarına xəbərdarlıq edibAlmaniya Xarici İşlər Nazirliyi, ölkə vətəndaşlarına, xüsusən də 20 yanvarda yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi günü bütün Amerikada zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyalarının olacağı barədə xəbərdarlıq edib.

“Report”un məlumatına görə, nazirlik vətəndaşlarının diqqətinə çatdırıb ki, Vaşinqton daxil olmaqla 50 ştatda zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyaları baş tuta bilər.

Qeyd olunub ki, ABŞ-da təhlükəsizlik vəziyyəti 20 yanvardan əvvəl hər an çox sürətli şəkildə dəyişə bilər.

Almaniya XİN, ABŞ-da olan Almaniya Federativ Respublikası vətəndaşlarını inzibati mərkəzlərdəki hökumət binalarından və kütləvi aksiyaların keçirildiyi ərazilərdən uzaq olmağı tövsiyə edib.