İvanişvili siyasətdən gedirGürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.

O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.

Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.
Demokratiyanın beşiyində də qanun pozuntuları olur“İnaqurasiyadan sonra ABŞ regiona özünün 5-inci kolonu ilə, “rəngli inqilablarla” gələcək”

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında ABŞ-ın siyasi çevrələri, Dövlət Departamenti və Konqresi ilə sıx əməkdaşlıq edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

O, qeyd edib ki, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində Donald Tramp qalib gəlmişdi, amma onun səsləri “oğurlandı”: “Tramp biznes adamıdır və bizneslə məşğul olanların problemlərilə yaxından tanışdı. Məhz ona görə seçkiqabağı proqramında o, biznes mühitinin yaxşılaşmasına, müəyyən vergilərin azalmasına, import vergilərin qaldırılması və paralel olaraq istehsal olunan malların maya dəyərinin aşağı salmaqla və s. kimi təkliflər irəli sürdü. Və seçkilərin nəticələri onu göstərdi ki, bundan öncəki seçkilərdə iştrak etməyənlər bu prosesdə çox aktiv oldular, Trampa səs verdilər və o, keçən seçkilərdə prezident seçildi. Amma indi ona qarşı ədalətsizlik oldu. Görürsüz ki, demokratiyanın beşiyində də qanun pozuntuları olur. Amerika bütün ölkələrdən demokratik seçkiləri tələb edir, amma özü demokratik seçkilərin tələbinə uyğun seçkilər keçirmir. Amerikada keçmişdə belə qanun pozuntuları ilə seçilən prezident olub. Amma rəsmi nəticələrə görə Bayden prezident seçildi. Nə qədər bu fakt mübahisəli olsa da bu seçimə hörmətlə yanaşmaq lazımdır”.

ALDP sədrinin fikrincə, seçilən gündən, demək olar ki, Trampa qarşı bir neçə impiçment kampaniyanın başlanmasına baxmayaraq, o, prezident səlahiyyətlərini axıra qədər çəkdi: “Bu məsələnin siyasi tərəfi. İqtisadi sahəyə baxsaq demək olar ki, 2020-ci ilə qədər hər şey yaxşı gedirdi: iqtisadiyyat ildə ortalama 2,5% artır və 20 trilyon dollara qədər çatmışdı - bu, dünya iqtisadiyyatının dörddə bir hissəsi deməkdir.

ABŞ əvvəlki maliyyə böhranından çətinliklə özlərinə gələn Avropadan və Yaponiyadan daha da irəli getdi. Pandemiya bu iqtisadi yüksəlişi dayandırdı. İşsizlərin sayı sürətlə çoxaldı. Amma bunlar Trampa görə deyil. Onun yerində başqa kimsə olsaydi, nəticə eyni olacaqdı. Pandemiya dünyanın bütün ölkələrinə iqtisadi problemlər gətirib.

Böyük zərbə koronavirusdan gəldi. Pandemiyaya görə 2020-ci ilin əvvəlindən hər şey dəyişdi. Koronavirus iqtisadiyyatın yüksəlişini dayandırdı, işsizlərin sayı sürətlə çoxaldı. Fikrimcə, seçkilərə bir il qalmış bir neçə ştatda qaradərilərin polis tərəfindən öldürülməsi və Trampın polisləri müdafiə etməsi də, elektorat baxımdan ona zərbə oldu”.

F.Əliyev 907-ci düzəlişin müəlliflərindən biri olan ABŞ-ın indiki prezidenti Co Baydenin ermənipərəst mövqeyinin Azərbaycana heç bir təsiri olmayacağını da deyib. Onun fikrincə, Bayden bu mövqeyi ilə Azərbaycana qarşı ciddi dəyişiklik etməyəcək və heç ermənilərə də ciddi dəstək verməyəcək: “ABŞ-da qəbul olunan rəsmi və qeyri-rəsmi qanunları, kim prezident olursa olsun, dəyişə bilməz. Dövlətin siyasətinə qarşı gedə bilməz. Ola bilər ki, ABŞ öz maraqlarına görə ermənilərin yox, ATƏT-in Minsk qrupunda fəaliyyətini aktivləşdirsin. Bayden çalışacaq ki, ABŞ-ın dünyada itirilmiş və zəifləmiş nüfuzunu bərpa etsin. Yenidən özü hesab etdiyi diktatura ölkələrinə demokratiyanı “ixrac” edəcək, rəngli inqlablara start verəcək”.

Partiya sədri onu da bildirib ki, yanvarın 20-də, inaqurasiyadan sonra ABŞ Cənubi Qafqazda fəaliyyətini aktivləşdirəcək: “Ağ evə yeni rəhbərlik gəlir. Ən azı altı ay lazımdır ki, yeni komanda tam formalaşsın. İkincisi, Putin belə də zəif siyasətçi deyil ki, hansısa qabağlayıcı addımlar atsın. Müəyyən problemlər yaranıb və onları həll etmək lazımdır. Ermənistan tərəfi noyabrın 10-da imzaladığı məlum bəyantı pozur. Və yəqin ki, bu və digər məsələlər öz həllini tapacaq. Üçüncü, buradaTürkiyə amili var. Artıq qardaş türk əsgərləri Azərbaycandadırlar, Qarabağdadırlar. Qafqaz regionunda vəziyyət dəyişib. İnaqurasiyadan sonra ABŞ regiona özünün 5-inci kolonu ilə, “rəngli inqlablarla” gələcək”.


Nizaminin azərbaycanca əsəri burada gizlədilir - ŞokNizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmaları Ermənistanda gizli arxivdə saxlanılır.

Kult.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib.

O, görkəmli şairimiz Nizami Gəncəvinin Azərbaycan türkcəsində yazdığı əsərlərin ermənilər tərəfindən gizlədilməsi ilə bağlı maraqlı faktları üzə çıxarıb:

“1940-ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş “№ 43 fars əlyazmaları” bölməsində Nizami Gəncəvinin 1560-cı ildə Əbdül Əli Seyfi ibn Abdullanın xəttatlığı ilə nəzmə çəkilən “Xəmsə”sini, 1700-cü ildə nəzmə çəkilən “Yeddi gözəl” əsərini və Azərbaycan-türk dilində Nizami Gəncəvi tərəfindən yazılan və “№ 57 fars əlyazmaları” bölməsindəki 12 beytlik qəzəlini aşkara çıxarır. Türk dilində “Ey Nizami, gözəlin dodağında olan xala bax” misrası ilə başlayan qəzəl mürəkkəblə yazılmışdı və köhnə olmasına baxmayaraq, oxunması rahat olan sənəddə idi.

Bu sənəd üzə çıxan kimi Şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şahnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu analiz etməyə çalışırlar. İki əsərin fars və qəzəlin isə Azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu Azərbaycan türkcəsində yazılıb. Erməni aliminin hesabatında yazılır ki, “Nizami Gəncəvinin Şirvanşah Axsitan tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan-türk dilində”.

Azərbaycan tərəfindən ezam edilən alimlər Metandarana gələrək əlyazmalarla tanış olurlar və Bakıya məlumat verirlər ki, tapılan sənədlərin içində Nizami Gəncəvinin Azərbaycan türkcəsində şeirləri üstünlük təşkil edir. Hətta o dövrdə “Kommunist” qəzetində azərbaycanlı alim Həbib Yusifovun məqaləsi də dərc edilir. 1940-ci ildə Azərbaycan Leninqrad şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır. Lakin müharibənin başlanması bu planları pozur və erməni tərəfi Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmalarını, kitablarını və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edir. Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq, bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matendaranda saxlanmaqdadır”.
Kim Çen In: KXDR-in milli nüvə qüvvələrinin yaradılması başa çatdıKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının qurultayında çıxış edərək bildirib ki, ölkənin milli nüvə qüvvələrinin yaradılması başa çatıb.

“Report”un məlumatına görə, bu barədə bazar ertəsi Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Partiyanın sədri, həmçinin baş katibi seçilmiş Kim Çen In vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikasının statusunun ümumi səviyyəsi və milli gücü "indiyə qədərki ən yüksək səviyyəyə qalxıb".

Kim Çen In qeyd edib ki, ölkə hakimiyyəti silahlanmadakı nüvə silahı daşıya bilən raketlərin zərbə radiusunu 15 min km-ə qədər artırmaq niyyətindədir. Onun sözlərinə görə, zərbə radiusunun genişləndirilməsi düşmənin hədəflərinə dəqiq zərbə endirilməsi imkanı ilə birləşəcək.

Daha əvvəl Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri ölkəsinin əsas düşməninin adını açıqlayıb. Kim Çen In bu ölkənin Birləşmiş Ştatlar olduğunu bildirib.

Ermənistanın müharibədəki itkilərinin sayı artırErmənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, itkin erməni əsgərlərinin axtarışları bu gün Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində davam etdiriləcək. Xüsusən Hadrutda iki axtarış qrupu fəaliyyət göstərəcək. Qruplardan biri meyitləri, digəri gizlənən erməniləri axtaracaq.

Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb.

Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Müxalifət Paşinyanın Moskva səfərinə görə yolları BAĞLAYIRErmənistan müxalifətinin bəzi fəalları bu gün baş nazir Nikol Paşinyanın Moksvaya səfərinə mane olmağa çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə “Vətən” Partiyasının üzvü Arsen Babayan özünün "Facebook" hesabında bildirib.

“Satqının (Nikol Paşinyanın-red) təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün saat 8:00-da “Zvartnoç” hava limanının yaxınlığında olacam. Vətənimizin itirilməməsi üçün mənə qoşulun”, - Arsen Babayan sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın maraqlarına zidd olan istənilən qərarı erməni xalqı tərəfindən rədd ediləcək, ratifikasiya olunmayacaq və hakimiyyətin dəyişilməsindən sonra ləğv ediləcək.

“Bu görüşün nəticəsi 9 noyabr kapitulyasiyasının davamı ola bilər”, - deyə müxalifətçi bildirib. O, iddia edib ki, Paşinyan Ermənistanı təmsil etmir və baş nazirin buna səlahiyyəti yoxdur.

“Vətəndaşları ölkənin müdafiəsinə qalxmağa və satqınlığa yol verməməyə çağırıram. Faciəli prosesi dayandırmağın yeganə üsulu satqını hakimiyyətdən kənarlaşdırmaqdır və biz bu istiqamətdə var qüvvəmizlə çalışacağıq”, - o əlavə edib.
Sadır Japarov Qırğızıstan prezidenti seçildiQırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, seçki bülletenlərinin 98%-nin sayılmasından sonra onun seçicilərin 79%-dən çox səsini yığması məlum olub.

Məlumata görə, sayılmamış seçici səsləri artıq ümumi nəticəni dəyişdirməyəcək - Japarov qəti qələbə qazanıb.

Səsvermələrin nəticəsinə görə siyahıda ikinci yeri 6,5%-dən bir qədər çox səs toplamış Adaxan Madumarov tutub. Üçüncü yerə 3%-dən az səslə Babırjan Tolbayev çıxıb.

Qırğızıstanda prezident vəzifəsinə 17 namizəd iddialı idi. Bəzi namizədlər seçkilərin nəticəsini tanımayıblar.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.

Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.

Qırğızıstanın əvvəlki prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin nəticələri ilə razılaşmayanların kütləvi etirazları fonunda ötən ilin oktyabrında istefa verməyə məcbur olub.
Əliyev, Putin və Paşinyan bu gün Dağlıq Qarabağı MÜZAKİRƏ EDƏCƏKBu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq.

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırır.

Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı xüsusi diqqət mərkəzində olacaq.

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Rusiya mətbuatı bunun Vladimir Putinin 2021-ci ildə ilk beynəlxalq tədbirinin olduğunu vurğulayıb.