Vidadi Muradovun polis rəisi olan oğlu istefa verdiÖtən gün həbs edilən Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.

Avrasiya.net Mediapost.az-a istinadən xəbər verir ki, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib. Onun işdən azad edilməsi ilə bağlı ərizəsini daxili işlər naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur.
Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət etdiSəfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

"Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.

Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.

Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - məlumatda qeyd olunub.

İlham Əliyev Moskvada səfərdədirYanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib.

Avrasiya.net xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.
Hüquqi dövlət quruculuğunda QHT-lərin roluMübariz Göyüşlü
Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi

Bu gün QHT-lər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında və s. istiqamətdə inkişafında, həyata keçirilən proseslərində çox fəal iştirak edirlər.

Ölkənin elə bir sahəsi, elə bir istiqaməti ola bilməz ki, biz orada QHT-lərin, onların təmsilçilərinin iştirakını, fəallığını, onunla bağlı effektiv çalışmalarını, gərəkli məsləhətlərini görməyək. QHT-lərin xüsusən mühüm dövlət proqramlarında fəallığı, ictimai təşkilat təmsilçilərinin təmsilçiliylə burada oynadıqları rol da çox faydalıdır. Dövlət-özəl sektor-QHT əməkdaşlığının inkişafı günü-gündən artmaqda, bu üçbucağın qurulması sayəsində həyata keçirilən əməkdaşlıq isə cəmiyyətimizə faydalar gətirməkdədir. Hüquqi dövlət quruculuğu prosesində, qanunun aliliyinin təminatında tanınmış və peşəkar ictimai xadimlərimiz, üçüncü sektor təmsilçilərimiz öz töhfələrini verməkdədirlər.
Lakin bu şəraitin birdən-birə yarandığını, faydalı və səmərəli əməkdaşlığın tez bir şəkildə qurulduğunu, QHT qanunvericiyilinin sürətli və mükəmməl şəkildə formalaşdığını söyləmək mümkün deyil.

Belə bir nəticəyə gəlib çıxmaq üçün illər boyunca mübarizə aparılmış, “qeyri-hökumət təşkilatı” anlayışının “qeyri-dövlət təşkilatı” olmadığını izah etmək, cəmiyyətə qəbul etdirmək üçün çox çalışmalar həyata keçirilmişdir. QHT fəaliyyətinin ancaq “qrant yeməkdən” ibarət olduğunu düşünən cəmiyyətdə könüllü şəkildə işlər görmək, əldə olunan qrantları, layihələri ictimai faydalı işlərə sərf etmək o qədər də asan deyildi. Əlbəttə layihələri təyinatı üzrə xərcləməyən çoxsayl QHT-lər də var idi. Ancaq bu həmin sektorun faydalı çalışmalar həyata keçirməyini inkar etmək üçün əsas ola bilməzdi. QHT-lərin fəaliyyətinin anti-dövlət mahiyyətli olduğunu düşünən çox böyük bir qrupa, xüsusən də məmurlara bu işin fəlsəfəsinin, mahiyyətinin doğru-dürüst çatdırılmasında çoxsaylı ictimai təşkilat təmsilçiləri, bu işə ürəkdən girişmiş könüllülər ordusu Azərbaycanın QHT tarixində izini buraxan işlər həyata keçirmişlər.

Uzun mübarizələrdən və çalışmalardan sonra QHT-Hökumət əməkdaşlığı qarşılıqlı gərginlikdən qarşılıqlı faydalı əməkdaşlığa gəlib çıxdı. Elə bir səviyyəyə çatdı ki, respublikamızda dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni bir yardım, dəstək müstəvisində inkişafı və onun konturlarının müəyyənləşdirilməsi məqsədilə Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, bu dəstəyin təmin edilməsinin əsas vasitələri, onlara maliyyə yardımının şərtləri ilə bağlı məsələlər əksini tapıb.

Sənəddə QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi baxımından onlara dövlət dəstəyinin formaları müəyyən edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə dövlət tərəfindən göstərilən müxtəlif xarakterli və məzmunlu yardımların istiqamətləri konkretləşdirilib.
Bu sənəd QHT-lərə Azərbaycan dövlətinin maddi dəstəyini deyil həm də, təşkilati, texniki, hüquqi, mənəvi və s. sahələrdə yardımını, ən əsası isə birgə əməkdaşlığın yeni konturlarını müəyyən etdi. Hüquqi dövlət quruculuğunun hər sahəsində QHT təmsilçilərinin aktiv iştirakını daha da genişləndirdi. Konsepsiyadan sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT-Hökumət əməkdaşlığının qurulmasının zirvə nöqtəsi oldu.

Bununla da Azərbaycanda QHT maliyyətləşdirilməsinin, daxili donorçuluğun inkişafında da böyük dəyişiklik oldu. Əsasən xaricdən maliyyələşən ictimai təşkilatların Dövlət Dəstəyi Şurasının, müxtəlif nazirlik və komitələrin müsabiqələrindən keçərək layihələrin icrasında, yəni Azərbaycan dövlətinin quruculuğu prosesində daha da aktiv rol aldılar.

Artıq Hökumət-QHT-özəl sektor əməkdaşlığı qurulmuş, qarşılıqlı faydalı çalışmaların nəticəsi hər sahədə özünü göstərməkdədir. Azərbaycan QHT-ləri öz fəaliyyətlərini yalnız daxildə həyata keçirməklə qalmayır, xaricdə də Azərbaycan həqiqətlərinin yayılmasında aktiv iştirak edirlər. Ölkəmizdə QHT-lərin iştirak etmədiyi hansısa layihə, tədbir, çalışma tapmaq mümkün deyil. Bu sahədə çox böyük könüllülər ordusu çalışır, öz intellektləri və ideyaları ilə ölkəmizin hüquqi dövlət quruculuğu prosesinə, gələcəyimizin işıqlı və parlaq olması üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan daxilində uğurlu əməkdaşlıq modeli quran QHT-lərimiz regional və beynəlxalq miqyasda da faydalı çalışmaları ilə örnək olmaqdadırlar.
Ağdaşda 29 yaşlı gənc antibiotikdən öldüAğdaş rayon sakini iynədən ölüb.

Ağdaş rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, hadisə yanvarın 9-da saat 22 radələrində baş verib. Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bidzina İvanişvilini əvəz edəcək şəxsin adı açıqlanıbİrakli Kobaxidzenin Gürcüstanın hakim Gürcü Arzusu Partiyasına sədr seçiləcəyi gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu yerli mətbuat yazıb.

Qeyri-rəsmi məlumatlara əsasən, partiya rəhbərliyində sədrliyin icraçı katib olan İ.Kobaxidzeyə verilməsi barədə qərar artıq qəbul edilib.

Yeni sədrin yaxın günlərdə seçiləcəyi gözlənilir.

Xatırladaq ki, partiyanın sədri Bidzina İvanişvili bu gün vəzifəsindən və siyasətdən getdiyini açıqlayıb.
İndoneziya təyyarəsinin qəzaya uğrama səbəbi...İndoneziyanın “Srivijaya” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsinin qəzaya uğramasına səbəb zərbə alması ola bilər.

Axar.az xəbər verir ki, bunu İndoneziya Nəqliyyat Təhlükəsizliyi Komitəsinin hava təhlükəsizliyi istintaq şöbəsinin rəhbəri Nurkaxio Utomo deyib.

“Bu, son nəticə deyil. İlkin məlumatlar təyyarənin suya düşdüyünü göstərir”, - o qeyd edir.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 12 ekipaj üzvü də daxil olmaqla, 65 nəfər olub.
Azərbaycanda 117 jurnalist koronaya yoluxduAzərbaycanda monitorinqin nəticələrinə görə 117 nəfər jurnalist koronavirusa yoluxub, 8 nəfər jurnalist həyatını itirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb:

“Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərə maliyyə yardımının göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə xilas rolu oynayıb.

Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib”.

Elnur Allahverdiyev: “Vikipediya”da addım-addım irəliləyib, öz mövqeyimizi qəbul etdirməliyik”“Vikipediya”nın ingilisdilli bölümündə Azərbaycan barədə məqalələrin yaradılmasında aktivlik müşahidə edilməkdədir. Bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə millət vəkili Elnur Allahverdiyev də fəal şəkildə qoşulub. E.Allahverdiyev bizimlə söhbətində təbliğatın mühüm elementlərindən olan “Vikipediya” ilə bağlı işlərin hansı məcrada davam etməsinə aydınlıq gətirib.

- Son zamanlar “Vikipediya”nın ingilisdilli seqmentində Azərbaycan barədə məqalələrin yaradılmasında fəallıq hiss olunur. Sizin sosial şəbəkələrdəki paylaşımlarınızda bu yöndə təşəbbüslərlə çıxış etdiyiniz görünür.

- Bəli, belə bir fikrə biz Vətən müharibəsinin gedişatında gəldik. Gənc yaşlarına baxmayaraq, “Vikipediya” sahəsində xeyli təcrübəsi olan vətənpərvər gənclərimiz çalışır. Onların bir qrupu ilə bu barədə müzakirələr apararkən qərara gəldik ki, Vətənimizi, tariximizi, mədəniyyətimizi dünyada təbliğ etmək üçün səylərimizi birləşdirək, bacarıqlı, həvəsli gənclərimizi stimullaşdırıb belə bir təşəbbüsün əsasını qoyaq. “Qorqud” “Vikipediya” Metodiki Klubu ilə əməkdaşlığımız beləcə yarandı. Onlayn formatda təlimlərə başladıq ki, istənilən şəxs qoşula bilsin. Məsələn, bu gün Almaniyadan, Kanadadan təlimlərə qatılan soydaşlarımız var.

Açığı, gizlətməməliyik ki, “Vikipediya” ermənilərdən xeyli geridə qaldığımız böyük platformadır və burada düşmənin Azərbaycan, Qarabağ haqqında yanlış məlumatlar yerləşdirməsinin qarşısını maksimum şəkildə almalıyıq. Təsəvvür edin, bizim bu təşəbbüsümüz elə bil okeanda bir damladır. Bu işə daha geniş imkanlarla, potensialla qoşulmağa ehtiyac var. Elmi resurslarımız, alimlərimiz, mediamız bu istiqamətdə hədsiz aktiv olmalıdırlar.

- Aktivlik deyəndə nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, “Vikipediya”da məqalə yerləşdirmək düşündüyümüz qədər sadə iş deyil. Çoxumuz fikirləşirik ki, istənilən mövzuda məqalə yaradıb, “Vikipediya”ya “yükləyə” bilərik. Bu, müəyyən mənada belədir, ancaq təsəvvür etdiyimiz qədər də yox... Tutaq ki, hər hansı bir şəxs özü barədə səhifə yaradır. Əgər bu şəxs ensiklopedikdirsə, bunu etmək problemli məsələ deyil. “Vikipediya”nın Azərbaycan üzrə administratorları Bakıdadırlar və səhifəyə edilən yoxlanışın obyektiv nəticəsini tezliklə almaq olur. Ancaq siz ingilis, alman, ispan, rus və s. dillərdə tutaq ki, Şuşanın azad olunması, yaxud Kəlbəcərdəki qədim alban monastırı olan Xudavəng barədə məqalə yerləşdirmək və ya mövcud olanın üzərində dəyişiklik etmək istəyirsinizsə, bilməlisiniz ki, bu çox mürəkkəb prosesdir.

- Səbəb nədir?

- “Vikipediya” nüfuzlu və etibarlı, dünya tərəfindən qəbul edilən elmi məqalələrə, mənbələrə istinad edir, yaxud dünyanın tanınmış media qurumlarına. İndi gəlin baxaq: tarix mövzusunda dünyanın nüfuzlu elmi jurnallarında, nəşrlərində bizim elm adamlarının məqalələri çoxdur, ya ermənilərin? Xudavəng monastırının alban məbədi olmasını sübut edən və ABŞ-ın, Böyük Britaniyanın, Fransanın elmi nəşrlərində dərc olunan, bizim mövqeyimizi əks etdirəm elmi işlər çoxdur, yoxsa “erməni kilsəsi” olduğunu iddia edən əsərlər? Ona görə də sizin bu mövzuda hər hansı yenilik, əlavə, dəyişiklik cəhdinizi “Vikipediya” mütləq yoxlayacaq və həmin mənbələrə müraciət edəcək.

Yaxud, tutaq ki, hər hansı erməni belə bir məzmunda məqalə yerləşdirib: “Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı dinc erməni əhalisinə qarşı zorakılıq tətbiq edib”. O məqaləni yaradarkən, misal üçün, “The New York Times”da bu məzmunda çıxan bir yazıya istinad edib. “Vikipediya” məqaləyə dərhal “hə” deyəcək, çünki adı çəkilən mətbu orqana etibar edir. Biz isə ölkəmizdə onlarla sayt və qəzetdə bunun əksini iddia etsək də, heç nəyə nail olmayacağıq. Bizim yerli mənbələrin, kitabların, əsərlərin “Vikipediya” üçün əhəmiyyəti yoxdur. Çünki o informasiya mənbələri “Vikipediya” tərəfindən tanınmır, istinad nöqtəsi kimi qəbul edilmir. Bu baxımdan, sözügedən platformada nəsə qazanmaq istəyiriksə, jurnalistlərimizdən tutmuş elm adamlarımızadak ilk növbədə dünyanın populyar informasiya mənbələrində aktivlik göstərməliyik.

- Başqa sözlə, bu, qət ediləsi uzun yoldur.

- Haqlısınız. Bu istiqamətdə böyükmiqyaslı işlər görülməlidir. Məncə, dövlətin bu sahəyə ciddi dəstəyi olmalıdır. “Google”da istənilən məzmunda axtarış verən kimi ilk mənbə olaraq “Vikipediya”nı göstərir. Deməli, bu, çox mühüm təbliğati müstəvidir. Döyüş meydanıdır. Bu platformada addım-addım irəliləyib, tarazlığa nail olmalıyıq, öz mövqeyimizi qəbul etdirməliyik. Yol uzundur, ancaq çətinliklər də onları aşmaq üçün mövcuddur.

Oxu.az