3 ölkə lideri mətbuata bəyanatla çıxış etdiRusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Rusiya Qarabağa nə qədər yük göndərib? - Şok rəqəmlərRusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.

Axar.az xəbər verir ki, Putin bunu hazırda davam edən üçtərəfli danışıqlar zamanı deyib.

ELEKTRON  VƏTƏNDAŞ  KİMDİR?İnformasiyalaşdırma prosesi cəmiyyətin həyatının bütün sahələrini əhatə edir. Dövlət orqanlarının fəaliyyəti də istisna deyil, burada informasiyalaşdırma elektron-hökumətin yaranmasına səbəb olur, onun yanında isə electron-vətəndaş yaranır.

Elektron-hökumət formalaşması konsepsiyası dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi hesabına vətəndaşların və təşkilatların dövlət xidmətinin və dövlət orqanlarının fəaliyyətinin nəticələri haqqında informasiyanın alınmasında operativliyi və rahatlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını təmin etməklə yeni forma kimi şərh edilir. Bu tərifə görə, elektron-hökumət dövlət idarəçiliyini deyil, İnternetdən kütləvi istifadə edildiyi dövrdə, dövlətin əhaliyə və təşkilatlara xidmət göstərən kimi görülən inzibati islahatların keçirilməsi nəticəsində ortaya çıxan strukturu təmsil edir.

İnformasiya cəmiyyəti və elektron-hökumətin qurulması müasir dövrdə dövlət işçilərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində uyğun professional kompetensiya, bacarıq, səriştə formalaşdığı halda mümkündür. Elektron-hökumətin fəaliyyətinin səmərələliyi, həmçinin onun yaranması üçün tələb olunan şəraitin olmasından, cəmiyyətin isə belə dəyişikliklərə hazır olması şərti ilə tələb olunan səlahiyyətlərə malik olmasından asılıdır. Bu cür ilkin şərtlərin mövcudluğu yeniliklərə üzvi şəkildə “kök salmağa” imkan verir.

Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, hazırda dövlət elektron-hökumətin inkişafı üçün zəruri olan şəraiti yaratdığı, həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün sosial həyatın bütün sahələrinin informasiyalaşdırılması həyata keçirildiyi vaxt, vətəndaşların elektrik xidmətlər üçün lazım olan yeni bilik və vərdişlərə yiyələnməklə yaranan imkanlardan istifadə etmələrinə imkan yaranır. Əslində vəziyyət necədir? Məsələ ilə tanışlıq göstərdi ki, vətəndaşlar hələlik yenilikləri əldə etmək üçün kifayət qədər imkanlara malik deyillər, ənənəvi üsullara üstünlük verirlər.

Yuxarıda qeyd etmiışdik ki, elektron-hökumətin formalaşmasına olan təşəbbüslərə cavab olaraq elektron-vətəndaşın tərbiyə edilməsinə yönəlik işlər məntiqi görünür. Müasir informasiya cəmiyyətində getdikcə daha tez-tez səsləndirilən elektron-vətəndaş anlayışının müəllifinin kim olduğu bilinmir. Bu anlayış bütün dünyada cəmiyyətin hər tərəfli informasiyalaşdırılmasına və elektron-hökumətin formalaşdırılmasına qarşı olan reaksiya olaraq yaranmışdır. Bu gün, ilk baxışda sadə və anlaşılan söz birləşməsinin hamı tərəfindən qəbul edilən tərifi mövcud deyil. Ona görə elektron-vətəndaş anlayışının məzmunu haqda formalaşdırmağa çalışaq.

Başlanğıc olaraq, onun yaşını, təhsilini, fəaliyyət sahələri, hətta, yaşayış yerini nəzərə alaraq, e-vətəndaşın nümunəvi portretini çəkməyə çalışaq. Nümunə olaraq Yer kürəsinin, informasiya texnologiyalar barədə biliklərə sahib olan və fərdi komputerdən dünya standartlarına uyğun olan əsas proqram əlavələrindən istifadə vərdişləri olan hər bir sakinini götürmək olar.

Hesab edilir ki, e-vətəndaş adətən ali təhsili olan insandır. Ümumdünya toru – İnternet onun üçün kommunikasiya vasitəsi, o cümlədən həm xidməti informasiya üçün, iş, təhsil və asudə vaxt üçün zəruri olan informasiya mübadiləsi vasitəsidir.

Aparılan araşdırmalar dediklərimizi təsdiq edir, belə ki, ölkədə İnternet istifadəçilərinin əksəriyyəti natamam ali, ali, bəzən iki ali təhsili olanlar və ya elmi dərəcələri olanlardır. Qeyd etmə vacibdir ki, şəxsiyyətin e-vətəndaşa çevrilməsi əsasən böyük və orta şəhərlərdə baş verir. Məhz burada informasiya qarşılıqlı fəaliyyəti üstünlük təşkil edir, bu cür kommunikasiyalar üçün texnoloji imkanlar cəmləşir. İnsanlar və təşkilatlar arasında informasiya mübadiləsi əsasən İnternet vasitəsilə baş verir.

E-vətəndaş barədə danışarkən, bir aspekti qeyd etməmək düzgün olmaz, bu məsələ müəyyən vərdişlər və bacarıqlara malik olmalı olan subyektin kompetent, səlahiyyətli olması məsələsidir. E-vətəndaşa bütün ölkələrdə, hər yerdə tələb olunan vərdişlər haqda vahid siyahı olmadığı üçün, bu tələblər bu və ya digər ölkənin xüsusiyyətlərinə, ilin fəsillərinə və hətta informasiya texnologiyalarının inkişaf səviyyəsinə uyğun dəyişə bilər. Bu tələblərin müxtəlifliyi, onları irəli sürənlərin kim olmasından asılıdır. Bu tələblər e-vətəndaş üçün təşkilatın, birliyin, ictimaiyyətin və hakimiyyətin mövqeyindən asılı olaraq tələb olunan bacarıqlardan asılı olaraq formalaşacaq. E-vətəndaş ilk növbədə komputerdən əminliklə istifadə etməli, həmçinin imkan daxilində komputerlə bağlı yardımcı vasitələrdən (çoxfunksiyalı qurğular, modemlər, veb kamera) və özündə mətn prosessoru, cədvəllər, baza məlumatı, prezentesiyalar və s. əhatə edən standart proqram paketindən istifadə etməyi bacarmalıdır. Belə biliklərə sahib olmaq artıq indi əksər təşkilatlarda işə qəbul zamanı zəruri şərt olaraq tələb edilir. E-vətəndaş həmçinin İnternet şəbəkəsində işləməyi bacarmalıdır. İnternet məkanda onun oriyentasiya vərdişləri internet-brauzerlə işləməyin, işin əsasları da daxil olmalıdır. Bunun üçün vətəndaş, istifadəçi onların hansı növləri olmasını və təyinatını bilməlidir. Bundan başqa İnternetdə tam olmanın ayrılmaz şərtlərindən biri, müxtəlif poçt servislərində qeydiyyatdan keçmiş elektron poçtdan istifadə də daxildir. O, istər fərdi, istərsə də kommersiya məqsədi ilə informasiya kommunikasiya üsulu olaraq xidmət edir. Elektron poçt istifadəçiyə müxtəlif saytların resurslarına tam çıxış əldə etməyə kömək edir.

Qeyd etmək vacibdir ki, İnternet açıq sahə olduğundan bütün insanlar, o cümlədən fırıldaqçılar da istifadə edirlər. Ona görə e-vətəndaş İnternet məkana girəndə ehtiyatlı olmalı və özünün fərdi komputerinə və orada olan informasiyaya zərər verə bilən hərəkət və hadisələri tanımağı bacarmalıdır. Bu tələblər hamı üçün ümumi olduğu səbəbindən sosium və ya təşkilatlar tərəfindən e-vətəndaşa tətbiq edilir. Hakimiyyət orqanları hesab edir ki, e-vətəndaş yuxarıda saydığımız bacarıqlara malik olmaqdan əlavə, hakimiyyət orqanları ilə İnternet vasitəsilə qarşılıqlı fəaliyyətdə olmağa imkan verən, xüsusil də, dövlət hakimiyyəti orqanlarının portalları ilə əlaqə saxlamağı bacarmalıdır.

Cəmiyyətin fəal, artan informasiyalaşdırılması prosesində vətəndaşlara göstərilən xidmətlər özünün “elektronlaşdırılması” nəticəsində daha əlçatan olur. İnternet xidmət sahəsinə təkcə kommersiya deyil, həm də dövlət strukturları da keçirlər. Onlar öz fəaliyyətlərini nizamlayan və vətəndaşlara lazım olan bütün informasiyaları əhatə edən portallar və saytlar yaradırlar; öz işləri haqda hesabatlar çap edir, təqdim edilən xidmətlər haqda məlumat verirlər. Onlar şəxsi iştirakın məcburi olmadığı müxtəlif idarələri dövlət xidmətlərini elektron formata keçirirlər.

Bu səbəbdən e-vətəndaş dövlət orqanlarının uyğun saytını tapmağı bacarmalı, orada yerləşdirilən informasiyanı qəbul etməli, İnternet vasitəsilə hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyəti həyata keçirməli, onların fəaliyyəti barədə elektron formalar doldurmaq vasitəsilə iradlarını ifadə etməyi, iş, xidmət göstərilməsi və mal çatdırılmasını sifariş etməyi bacarmalıdır. İnternet həmçinin vətəndaşlara hakimiyyət orqanlarının işinə nəzarət etmək, onlayn rejimdə onların fəaliyyətində olan nöqsanlar barədə informasiya verməyə imkan verir.

Vətəndaşların siyasi həyatla maraqlarının çoxalması, özünün ictimai, sosial əhəmiyyətini dərk etməsi, həmçinin e-vətəndaşın şüurunun formalaşmasına və inkişafına kömək edir. Yaxın gələcəkdə hər bir vətəndaş öz hərəkətləri ilə dövlətin idarəçiliyində bir çox problemlərin həllinə təsir edə biləcək, bu səbəbdən də, vətəndaşda informasiya qarşılıqlı fəaliyyətində və kommunikasiya sahəsində öz vərdişlərini inkişaf etdirmək üçün stimul yaranır.

Nəticədə vətəndaş dövlətin həyatında özünün iştirak imkanlarını ciddi şəkildə genişləndirir və ölkədə baş verən proseslər barədə öz mövqeyini ifadə etməyin yeni üsullarını əldə edir. Beləliklə, elektron-vətəndaşın tərbiyə edilməsi bilavasitə ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və inkişafına təsir edir.

Könül Şəkiyeva
[email protected]
“VECON CONSULTING” yekun hesabat verdiAzərbaycanın nüfuzlu qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” şirkəti 2020-ci ilin yekunları ilə bağlı ictimai hesabat təqdim edib.

Avrasiya.net xəbər verir ki, şirkətin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Orucun adından yayılan hesabatda şirkətin yola saldığımız ildə gördüyü işlərdən, həyata keçirdiyi layihələr və yeniliklərdən bəhs olunur.

Hesabatda qeyd olunur ki, “VECON CONSULTING” 2020-ci ildə müştəri bazasını genişləndirib. Ölkənin nüfuzlu maliyyə təsisatları, aparıcı şirkətləri və dövlət qurumları şirkətlə daimi əsaslarla əməkdaşlığa start verib. Şirkətin peşəkar və obyektiv qiymətləndirmə xidmətləri hər kəs üçün əlçatan olmaqla yanaşı, həm də Avropa protokollarının Azərbaycanda tətbiqi istiqamətində unikal bir platformadır. Bu səbəbdən yol saldığımız ildə də “VECON CONSULTING”in fəaliyyətinə yüksək maraq olub. Təsadüfi deyil ki, şirkətlə əməkdaşlıq edən müəssisələrin əksəriyyəti öz sahələrində lider mövqelərdə qərar tuturlar.

“VECON CONSULTING” 2020-ci ildə Qarabağ Regional Nümayəndəliyini təsis edib. Bununla da şirkətin regional nümayəndəliklərinin sayı 13-ə çatıb. Bu isə qiymətləndirmə sahəsində Azərbaycanda bir ilk sayıla bilər. Digər nümayəndəliklər kimi, Qarabağ Regional Nümayəndəliyi də əlavə zaman və vəsait sərf etmədən müvafiq qiymətləndirmələrin həyata keçirilməsinə zəmin yaradır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin qiymətləndirilməsi, dəyən zərərin müəyyən olunması işinə böyük bir töfhədir.

“VECON CONSULTING”in olaraq riskləri sığortalanması da hesabatda öz əksini tapıb. Belə ki, şirkət əməkdaşlıq etdiyi subyektlərin qarşısında öhdəlik götürür və müştərilər 1 milyon AZN civarında sığorta imtiyazı əldə edirlər. Artıq “Atəşgah Sığorta” şirkəti ilə “VECON CONSULTING” arasında müvafiq müqavilə də imzalanıb. Nəzərə alanda ki, sığortalıların anderraytinqinin həyata keçirilməsi, qiymətləndirmə nəticələrinin yarada biləcəyi risklərin mövcudluğu böyük problemlərə yol aça bilər, bu mənada şirkətin müştərilərə təqdim etdiyi risklərin sığortalanması xidməti mühüm əhəmiyyət kəsb edir.

“VECON CONSULTING” 2020-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və digər əlaqəli qurumlarla kordinasiyalı şəkildə fəaliyyət göstərib. Şirkət adıçəkilən assosiativ qurumlara daxil olan müəssisələrə şəffaf və peşəkar qiymətləndirmə xidməti göstərib. Eyni zamanda birgə layihələr həyata keçirərək, Azərbaycanda qiymətləndirmə sektorunun inkişafına öz töfhəsini verib.

2021-ci ildə fəaliyyətə başlayacaq “VECON DOSTLARI” klubunun yaradılmasında məqsəd şirkətlə əməkdaşlıq edən subyektlərə endirim kartlarının təqdim edilməsi ilə bağlıdır. Qeyd olunur ki, şirkətin daimi və sadiq müştəriləri bu qrupa daxil olaraq endirim kartı əldə edirlər. Kart sahibləri şərti olaraq A qrupuna daxil olur və bu klubda yer alanlar şirkətin müştəri bazasında “yaşıl zolağa” daxil edilirlər. İstər bu gün, istərsə də gələcəkdə həyta keçiriləcək layihə və endirimlər istisnasız olaraq klub üzvlərinə şamil edilir.

“VECON CONSULTING” 44 günlük II Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə dövlət rəhbərinin çağırışlarına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edib. O cümlədən şirkətin əməkdaşları müxtəlif yardım kampaniyalarında təşkilatçı qismində çıxış edib, ərzaq, geyim və digər sovqatları əsgər ailələrinə çatdırıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, ərzaq və müxtəlif tibbi ləvazimatlardan ibarət yardıımı ehtiyacı olan ailələrə payılayıb.

“VECON CONSULTING” şəhid və qazi ailələrinə tam təmənnasız, müharibə iştirakçılarına isə xüsusi güzəştli şərtlərlə xidmət göstərilməsi ilə bağlı qərarından bu günə qədər çoxsaylı soydaşımız yararlanıb. 2020-ci ildə qəbul edilmiş qərarda qeyd olunur ki, konsultasiya xidmətləri bu qəbildən olan soydaşlarımız üçün tam təmənnasız həyata keçiriləcək.
Putin görüşdə ilk təklifi verdiRusiya lideri Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan baş naziri Paşinyana Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas istiqamətləri üzrə yeni addımların müzakirə olunmasını təklif edib.

Avrasiya.net xəbər verir ki, Putin bunu hazırda davam edən üçtərəfli danışıqlar zamanı deyib.

“Burada sülhməramlıların fəaliyyəti, demarkasiya xətlərin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması məsələləri nəzərdə tutulur”, - o deyib.

Putin bildirib ki, Qarabağla bağlı razılaşmalar ardıcıl olaraq həyata keçirilir, bu, münaqişənin ədalətli prinsiplə həllinə əsas yaradır.

O, həmçinin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticarət və iqtisadi əlaqələrin blokadadan çıxarılması ilə məşğul olacaq.
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIRDağlıq Qarabağ bölgəsində aparılacaq bərpa işləri ilə bağlı üçtərəfli komissiya yaradılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı bildirilib.

"Xüsusi diqqət, bölhənin iqtisadi, ticarət və nəqliyyat kommunikasiyalarının açılmasılna xidmət edəcək"-deyə Putin açıqlamasında deyib.

Üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri daxil olacaq.

Onlar bölgəyə dəymiş zərərin hesablanması və bərpa işlərinə nəzarət edəcəklər. Həmçinin, nəqliyyat kommunikasiyalarının açıqlması ilə bağlı detalları müəyyən edəcək.
Daha bir həkim koronadan vəfat etdiSalyan rayonunda həkim COVID-19-dan dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu, 1950-ci il təvəllüdlü Ramazan Əhmədov koronavirusdan dünyasını dəyişib.

O, bir müddətdir Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş.

Moskvadakı erməni diasporu Ermənistan səfirliyinin önündə aksiya keçirdiRusiyadakı erməni icmasının üzvləri Moskvadakı Ermənistan səfirliyinin önünə toplaşıb.

Ermənistan KİV xəbər verir ki, erməni diasporasının nümayəndələri Paşinyanın Moskvaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Onlar Nikol Paşinyanın istefası tələbi ilə şüarlar da səsləndiriblər. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını müşayiət ediblər. Hazırda xüsusi təyinatlı polis dəstələrinin səfirliyin ətrafını nəzarətə götürdüyü deyilir.