Putin il yarıma gedir, müharibə başlayır - Şok ssenariRusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması barədə deyilənlərin ciddi əsası var. Görünür, o, hakimiyyəti varisinə təhvil verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı siyasi ekspert Andrey Qolovaçev öz məqaləsində yazıb.

Ekspert iddia edir ki, il yarım ərzində Putin hakimiyyətdən gedəcək:

“Hazırda isə Rusiyada ÜDM uğrunda qruplaşmaların savaşı gedir. Putindən sonra Kremlin siyasəti necə ola bilər? Prinsip etibari ilə 2 variant var: Birincisi, ABŞ-a təzim etmək, hər şeydə Putini günahlandırmaq və aktivlərin toxunulmazlığı qarşılığında Rusiyanın Ukrayna, Suriya, Qafqaz, Belarus və Dnestryanından çəkilməsi... Şübhə yoxdur ki, məhz Bayden administrasiyası Rusiyadan bu münasibəti gözləyir. Bu ssenarinin mümkünlüyü 15 faizdir.

İkinci ssenariya görə isə Rusiyanın özünü təcrid etməsi, Qərb əleyhinə vətənpərvər isterikanın yüksəlişi, yeni lider ətrafında toplanma və Rusiyanın bir növ Şimali Koreyaya çevrilməsi... Bu ehtimalın inandırıcılığı isə 85 faizdir.

İkinci ehtimal Donbasda genişmiqyaslı müharibənin bərpası deməkdir. Belə olan halda ABŞ Ukraynaya yardım edəcək və nəticədə Ukrayna-Rusiya savaşı baş verəcək. Bu müharibə nəticəsində Ukrayna daha böyük ərazi itirəcək. Bu, Ukraynada ağır siyasi böhrana, ölkənin bütövlüyünə təsir göstərəcək iqtisadi çöküşə gətirəcək”.
Erməni deputat Nikol Paşinyanı təhqir etdi"​​​​​Erməni xalqı tarixində ən soyuqqanlı və abırsız satqın yenidən yalan danışır".

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyası fraksiyasının deputatı Naira Zoqrabyan özünün feysbukdakı səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.

"Moskvaya səfərin nəticəsinə görə növbəti xain sənədi imzalamazdan əvvəl kimlər ki, noyabrın 9-da imzalanmış kapitulyasiya aktını oxumayıb, həmin şəxslərin fikirlərini azdırmağa çalışır.

Satqın bir daha əsirlərin və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışının qiyməti hərbi əsirlərin xatirinə imzalayacaq başqa bir xain sənədin imzalanması ola bilər”, - deyə deputat qeyd edib.

Naira Zoqrabyan iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq.

"Britaniya" ştammı infeksiyanın adi variantından daha sürətlə yayılır.

Avrasiya.net xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove deyib.

“Son məlumatlar göstərir ki, adi variant Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Bizim bu varianta (Britaniya ştammı - red.) qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur", - deyə ekspert bildirib.

O əlavə edib ki, yeni ştamm yüksək ölüm sayına malik deyil.
Ramiz Mehdiyev iki akademiki işdən çıxartdıFizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Bununla bağlı yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

Onların vəzifədən çıxması isə yoxlamanın nəticəsi ilə bağlıdır. Belə ki, Rəyasət Heyətinin iclasında Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri müzakirə edilib.

Yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2020-ci ilin 17-25 dekabr tarixlərində yoxlama aparılıb.

Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Mövzu ilə bağlı münasibət bildirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, bir zamanlar görkəmli alim Həsən Abdullayevin rəhbərlik etdiyi Fizika İnstitutu öz elmi nəticələri ilə keçmiş sovet məkanında böyük nüfuz qazanmışdı və Azərbaycan elminin flaqmanlarından hesab olunurdu. Akademik qeyd edib ki, dövlət büdcəsindən ayrılan maliyyə qarşılığında müəssisədə müstəqillik dövründə heç bir ciddi tətbiqi və fundamental tədqiqatlar aparılmayıb. AMEA prezidenti institutda yaranmış mövcud vəziyyətin akademiyanın və Azərbaycan elminin nüfuzuna mənfi təsir etdiyini bildirib.