Daha bir həkim koronadan vəfat etdiAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkim-otorinolorinqoloqu Elçin Şıxıyev COVİD - 19 infeksiyasına yoluxaraq dünyasın dəyişib.

Allah rəhmət eləsin.
Şəhid İlkin Ağaquliyevin xatirəsinə həsr olunan video-çarx nümayiş etdirilibBu gün ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası yaradılıb.

Avrasiya.net xəbər verir ki, əvvəlcə kollecin direktoru, dosent İsrayıl İsgəndərov Qarabağ müharibəsində iştirak etmiş tələbə və məzunlarımıza göstərdikləri şücaətə görə təşəkkür edib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Bundan sonra kollec əməkdaşları tərəfindən “Fiziki tərbiyə müəllimliyi” ixtisasının 2-ci kursunda oxuyan və 16.10.2020-ci il tarixində şəhid olmuş Ağaquliyev İlkin Saməddin oğlunun xatirəsinə həsr etdikləri video-çarx nümayiş etdirildi.

Daha sonra İ.İsgəndərov bildirdi ki, vətən müharibəsi hər bir Azərbaycan vətəndaşı üçün bir sınaq idi, bir mərdlik və şücaət sınağı idi. Bu sınaq prosesindən Azərbaycan xalqı öz birliyi, Müzəffər Ordusunun şücaəti, Ali Baş Komandanın səbri, təmkini, düzgün siyasi və taktiki planı ilə üzü ağ çıxdı. Cənab Prezidentin “2020-ci ilin yekunlarına həsr olunmuş müşavir"də dediyi kimi “Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Bütün təhsil icması ilə bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun tabeliyində olan müəssisələrin kollektivləri də bu sınaqdan üzü ağ çıxdı. ADPU-nun nəzdində ADPK-nın 12 nəfər tələbəsi bu vətən müharibəsində iştirak etdi və hər biri mərdliklə vuruşdu, qəhrəmanlıq göstərdi, həmçinin bəziləri medal və ordenlərlə təltif olundu. Tələbələrimizdən Zahir Fərəczadə, Ümid Qocayev və Həsən Məmmədov "Cəsur Döyüşçü" medalı, Əzizov Rəhman Füzuli və Xocavənd rayonlarının alınmasına görə" medal ilə təltif olunub. Ola bilər digər tələbələrimiz də təltif olunub və olunacaq, lakin hələlik bizdə olan məlumatlar bunlardır. Bizim məzunlarımız barədə fəxrlə deyə bilərik ki, onlar da müharibədə qəhrəmanlıqla iştirak ediblər.

Bütün bunların içində isə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə qalxan bizim şəhidlərimizdir. 1-ci Qarabağ savaşında 7, 2-ci Qarabağ savaşında 3 tələbəmiz və ya məzunumuz bu zirvəyə yüksəlib. Onların analarının, bacılarının, xanımlarının qarşısında baş əyir, onlara səbir diləyir, şəhidlərimizin ruhlarının şad olmasını arzulayıram.

Mən çıxışımı hörmətli nazirimiz Emin Əmirullayevin müsahibələrin birində dediyi bir ifadə ilə davam etdirmək istəyirəm. Bu gün Azərbaycan gəncləri vətən savaşında mərdlik, vətənpərvərlik, cəsurluq nümayiş etdirərək Qalib gəlibsə, deməli, bu qələbədə Azərbaycan Təhsilinin də kifayət qədər rolu var. Deməli, ümumiyyətlə götürsək, bütün çatışmazlıqlarımıza baxmayaraq, təhsilimizdə gənclərimizi təlim-tərbiyəsi əsasən düzgün istiqamətdə gedir.

Bizim rektorumuz professor Cəfər Cəfərovun tapşırığı ilə biz şəhidlərimizin xatirəsini əbədiləşdirmək, gələcəkdə tələbələrimizin hər birinin fəxr edəcəyi bu gəncləri tanımaqları üçün bu auditoriyanı “Qəhramanlıq Zirvəsi” adlandırmağı və gələcəkdə kollecə daxil olan tələbələrin kolleclə tanışlığını bu auditoriyadan başlaması qərarını verdik.

Hazırda bizim tədbirdə müharibədə iştirakçı tələbələrimiz, 1-ci Qarabağ müharibəsinin iştirakçıları, şəhid Ağaquliyev İlkin Saməddin oğlunun valideynləri iştirak edir."

Daha sonra tədbir iştirakçıları “Qəhramanlıq Zirvəsi” auditoriyası, şəhidlərimizin xatirələrini əks etdirən stendlərlə tanış oldular. Şəhidimizin atası İlkinin xoş xatirələrindən, uşaqlığından danışıb və həmin otağa və onun tələbə yoldaşlarına kompüter hədiyyə edib.
Şəhidlərimizin ruhunu əbədiyyən yaşatmaq bizim borcumuzdur!

Biz birlikdə güclüyük, Qarabağ Azərbaycandır!

Azərbaycan vətəndaşları Ermənistana GEDƏ BİLƏCƏK - FOTOAzərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə biləcək.

Publika.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin saytında bu ölkəyə vizasız gələcək ölkələrin siyahısına Azərbaycanın da adı əlavə olunub.

Dəyişikliyə görə, Azərbaycan vətəndaşları pasportla Ermənistana gedə biləcəklər.

Bu dəyişiklik sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
“Ermənistan məqsədli şəkildə bölgədəki təhlükəsizliyi və sabitliyi pozmağa çalışır"Ermənistan XİN rəhbərinin Xankəndinə gəlməsi işğalçılıq niyyətindən əl çəkilməməsini göstərir.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Mirsamir Məmmədov bildirib.

Onun fikrincə, erməni naziri Xankəndiyə buraxanlar və noyabrın 10-da imzalananan 3 tərəfli bəyanatın şərtlərinə əməl edilməsi məsələsinə məsul olanlar birmənalı olaraq məsuliyyət daşıyır: “Erməni nazirin Xankəndinə gəlməsi qətiyyən qəbul edilə bilməz. Onun Xankəndinə gəlməsi bu iyrənc və mənfur millətin işğalçılıq niyyətindən əl çəkmədiyini göstərir. Xankəndi Azərbaycan torpağıdır. Ora səfər etmək istəyən hər kəs və hər bir dövlətin rəsmi nümayəndəsi Azərbaycan dövlətindən rəsmi icazə istəməlidir. Əgər Azərbaycan dövləti bu ərazilərə olunacaq hər hansısa səfəri məqbul hesab edərsə‚ ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hər hansısa bir təhdid görməzsə‚ milli maraqlarımıza qarşı bir hal aşkar olunmazsa və Azərbaycanın dövlət maraqlarına‚ ölkəmizin milli və təhlükəsizlik maraqlarına xidmət edərsə‚ məhz yalnız o zaman istisnalar şəklində Xankəndinə hər hansısa başqa dövlətin nümayəndəsinə səfər etməsi üçün icazə verə bilər. Bu‚ birbaşa Azərbaycan dövlətinin müstəsna və suveren hüquqları çərçivəsindədir. Əlbəttə ki‚ bu qeyd etdiyim amil yalnız neytral ölkələrə aid edilə bilər‚ Ermənistana deyil. Ermənistan Azərbaycana düşmən ölkədir‚ 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb‚ mülki insanlarımıza qarşı soyqırımlar‚ terror aktları törədib‚ 1 milyondan artıq soydaşımızı öz dədə-baba yurdlarından didərgin salıb‚ Azərbaycan xalqına və Azərbaycanın dövlət büdcəsinə ağır maddi və mənəvi ziyanlar vurub. Belə bir ölkənin rəsmi nümayəndəsinin ayaqları ərazilərimizə dəyə bilməz. Xankəndi Azərbaycan torpağıdır. erməni nazirin orada nə işi var? Rusiya sülhməramlıları belə hala niyə yol verib? Dağlıq Qarabağın heç bir statusu yoxdur‚ status-kvo olmadı‚ Dağlıq Qarabağ‚ o cümlədən Xankəndi Azərbaycan torpağıdır”.

Politoloq bildirib ki, erməni rəsmilərinin Xankəndinə səfərlər etməsi çox ciddi məsələdir və üzərində ciddi dayanılmalıdır. Tərəflər arasında noyabrın 10-da imzalananan bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət edən və buna məsul olanlar erməni nazirin Xankəndidə nə işinin olduğuna və əraziyə niyə buraxdıqlarına dair cavab verməlidirlər: “Ermənistan məqsədli şəkildə bölgədəki təhlükəsizliyi və sabitliyi pozmağa çalışır. Azərbaycan noyabrın 10-da imzalamış 3 tərəfli bəyanatın bütün şərtlərinə əməl edib. Halbu ki‚ Azərbaycan qalib ölkədir. Amma Ermənistan məğlub ölkə olmasına baxmayaraq yenə təxribatlardan əl çəkmir və öz havadarlarına güvənərək və bilavasitə havadarlarının dəstəyi və yardımı ilə siyasi‚ diplomatik və hərbi təxribatlara əl atır. Hətta bunun fonunda ərazilərimizə kəşfiyyat diversiya dəstələri hücum edərək terror və təxribatlar törətməyə cəhd edirlər. Bütün bunlar Ermənistanın növbəti cinayətləridir. Və bütün məsuliyyət birbaşa Ermənistanın və onun havadarlarının üzərindədir”.
Ölkədə yeni siyasi ənənələr formalaşırProseslər onu göstərir ki, ölkədə siyasi dialoq təşəbbüslərinin mövcudluğu və siyasi münasibətlərin inkişafı Azərbaycan dövləti və iqtidarı üçün qarşıdakı dövrdə də əhəmiyyətli məsələ olaraq qalacaq. İlk növbədə Prezident şəxsən özü Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafına dərindən maraq göstərir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Belə ki, cənab Prezident çıxışında ölkəmiz üçün prioritet məsələlər sırasında siyasi dialoq, siyasi partiyaların qeydiyyatı, siyasi qüvvələrin Vətən Müharibəsi zamanı həmrəylik nümayiş etdirməsi və anttimilli qüvələrin ölkəmizin uğurlarına kölgə salmaq istəyi kimi bir sıra aktual siyasi məqamlara da toxundu. Dövlət başçısı hazırda ölkəmizdə geniş spektrli siyasi dialoq mühitinin tam formalaşdığını qeyd etdi. O bunu yüksək qiymətləndirdiyini vurğuladı.

Prezident çıxışında yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, müxalifət partiyaların əksəriyyətinin hakimiyyətin siyasi dialoq təşəbbüsünə müsbət yanaşması, ötən ilin fevralında keçirilən parlament seçkilərinin nəticəsində Milli Məclisin rəhbərliyində müxalifət təmsilçilərinə də yer verilməsi barədə fikirlərini bölüşdü. Eyni zamanda siyasi partiyaların qeydiyyatı ilə bağlı süni əngəllərin mövcudluğu məsələsi də Prezidentin diqqətindən kənarda qalmadı. O bildirdi ki, əvvəllər partiyaların dövlət qeydiyyatına alınması süni şəkildə ləngidilirmiş, ancaq Prezident bu məsələdən xəbər tutan kimi bu məsələ nəzarətə götürülüb və indi partiyaların qeydiyyata alınması məsələsində faktiki olaraq heç bir problem yoxdur. Partiyaların qeydiyyata alınması üçün əlverişli və şəffaf şərait yaradılıb. Nəticədə son bir ildə ölkəmizdə bir sıra yeni partiyalar qeydiyyatdan keçib. Eləcə də əvvəllər müxtəlif süründürməçiliklərlə üzləşən bir sıra partiyaların da qeydiyyat məsələsi artıq müsbət həllini tapıb. Həmçinin, siyasi partiyalara dövlət tərəfindən mənzil-qərargahların verilməsi prosesi də başlayıb. Artıq bir sıra partiyalar qərargahla təmin edilib.

Ümumiyyətlə, partiya sədrləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sıx təmas şəraitində fəaliyyət göstərməsi ölkəmizin siyasi mühitində yeni siyasi konfiqurasiyanın oturuşması baxımından çox mühüm rol oynayır. Ölkədə yeni siyasi ənənələr formalaşır, iqtidarla siyasi partiyalar arasında konstruktiv, sivil münasibətlər təşəkkül tapır. Əvvəlki illərdən fərqli olaraq indi siyasi partiyalar dövlət tərəfindən özlərinə qarşı diqqət və qayğıkeş münasibət göstərildiyini real olaraq hiss edir və bunu təqdir edirlər. Dövlətin və hakimiyyətin siyasi partiyalara qarşı demokratik açılım və siyasi pluralizm mövqeyindən çıxış etməsi öz növbəsində siyasi liderlər tərəfindən də olumlu və müsbət qarşılanır. İqtidarın atdığı bu addımlara qarşı siyasi partiyalar adekvat münasibət göstərir. Belə ki, 44 gün davam edən Vətən Müharibəsi dövründə siyasi qüvvələrin milli həmrəylik mövqeyindən çıxış etməsi bu dediklərimizə əyani sübutdur. Siyasi partiyalar həmin günlərdə ideoloji dəst-xətindən və siyasi düşərgə mənsubiyyətindən asılı olmayaraq birmənalı şəkildə dövlətin, Ordunun və Ali Baş Komandanımızın yanında yer aldılar. Yalnız “Milli Şura” deyilən qurum antimilli mövqedən çıxış etdi, siyasi partiyaların həmrəylik Bəyanatına qoşulmadı, torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs bir işdə Ali Baş Komandanımızın yanında dayanmaq üçün özündə təpər tapmadı. Çünki Azərbaycan dövlətinin Vətən Müharibəsindəki qəti qalibiyyəti istər xaricdəki ermənipərəst qüvvələri, istərsə də onların ölkəmizdəki əlaltılarını ciddi şəkildə narahat edirdi. Ancaq Azərbaycan xalqının birlik nümayiş etdirərək Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi, Ordumuza dəstək nümayiş etdirməsi özlərini radikal müxalifət kimi aparanların arzularını gözlərində qoydu. Odur ki, indi radikal müxalifətin ermənipərəst dairələrin sifarişi ilə qələbəmizə qarşı kampaniya aparması da boş şeydir. Onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan ictimaiyyəti onların antimilli mövqeyinə hər zaman layiqli cavab verib və verəcək. Qələbəmizə kölgə salmaq cəhdləri Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət edir və Fransa kimi ermənipərəst ölkələrin “dəyirman”ına su tökür. Biz onlara bu səhv mövqedən geri çəkilmələrini tövsiyyə edirik. Əks halda, onlar bundan sonrakı siyasi talelərini də tarixin arxivində keçirməli olacaqlar.

Milli mövqeyə sahib olduğunu iddia edən “Milli Şura” bu gün Azərbaycana qarşı aparılan informasiya müharibəsinin önünə keçməli və ölkəmizə təzyiq göstərmək yoluyla Yuxarı Qarabağda yuva salan erməni separatçıları üçün status tələb edən ölkələrə qarşı öz etirazını bildirmək əvəzinə, Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı mübarizə aparmamalıdır. Prezidentin də qeyd etdiyi kimi bu gün hər bir partiya, hər bir siyasi təşkilat əlindəki rıçaqlardan istifadə etməli, haqq səsimizin, həqiqətlərimizin dünya birliyinə çatdırılmasına nail olmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün regionda yeni siyasi mənzərə, yeni reallıqlar formalaşmaqdadır. Bu da ilk növbədə məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlıdır. Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişən bir ölkəyə, önəmli aktora çevrilib. Deməli, bu prosesdə hər bir siyasi qüvvə dövlətimizin maraqları naminə fəallıq nümayiş etdirməlidir. Biz əlaqə saxladığımız xarici siyasi təşkilatlara Ermənistanın 30 illik işğalçı siyasətinin Azərbaycana və regiona vurduğu ziyanı izah etməliyik, qatıldığımız beynəlxalq tədbirlərdə erməni faşizminin mahiyyətini açıb göstərməliyik, qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının pozulması haqqında onlara məlumatlar verməli və onları haqq işimizin müdafiəsinə çağırmalıyıq. Bu, düşərgə mənsubiyyətindən və ideoloji mövqeyindən asılı olmayaraq hər bir siyasi partiyanın ümumilli vəzifəsidir. Prezidentin bu fikirlərinə və tövsiyyələrinə müxalifətçi kimi yox, azərbaycanlı kimi yanaşmaq lazımdır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
SEPAH yeni yeraltı raket bazasını təqdim etdiİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüzqan əyalətində, Fars körfəzi sahilində yeraltı raket bazası təqdim edib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Yeraltı baza SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami və Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Tangsirinin səfəri zamanı açılıb.
Azərbaycanın Polşaya yeni səfiri təyin olundu - DOSYEPrezident İlham Əliyev Azərbaycan Respublikasının Polşa Respublikasında yeni səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, sərəncamla Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.

1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.


İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.
Milli Qəhrəmanın oğluna YAŞAT Fondunda vəzifə verildiAzərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu YAŞAT Fondunda məsul vəzifəyə təyin olunub.

Avrasiya.net xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, fondun 7 rəhbər işçisi təyin olunub:

“Onlardan 3 nəfər Qarabağ qazisidir, 1 nəfər Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev, 1 nəfər isə Qarabağ qazisi Kamil Musəvinin oğludur”.
Beş ölkə İranı məsuliyyətə cəlb edirUkrayna, Əfqanıstan, Britaniya, Kanada və İsveç Tehranda Ukrayna Hava Yollarına məxsus “Boinq 737-800” təyyarəsinin vurulmasının ildönümü ilə bağlı birgə bəyanat yayıblar.

Axar.az xəbər verir ki, bu ölkələr İranın məsuliyyətə cəlb ediləcəyini vəd ediblər.

“Biz İrandan tələb edirik ki, bu dəhşətli aviafəlakətə gətirib çıxaran hadisə ilə bağlı tam və hərtərəfli izahat versin. Bizim ölkələr İranı ədalətin bərpa olunması və İranın tam həcmdə kompensasiya ödəməsini təmin etmək üçün məsuliyyətə cəlb edəcək”.

Qeyd edək ki, Ukrayna Hava Yollarının təyyarəsi İran ordusu tərəfindən keçən ilə vurularaq məhv edilib.
Ermənistanda əsgər valideynləri yenidən küçələrə çıxdı  - VİDEOErmənistanın paytaxtı İrəvandakı Vazgen Sarkisyan adına hərbi universitetin qarşısında hərbçilərin valideynləri etiraz aksiyası keçirib.

Avrasiya.net xəbər verir ki, onlar Müdafiə Nazirliyindən övladlarını orduya göndərərkən təhlükəsizlik zəmanəti verilməsini tələb ediblər.

İki saat davam edən etiraz müddətində Müdafiə Nazirliyinin əməkdaşları etirazçıların qarşısına yalnız bir dəfə çıxıb və əsgər yaxınlarının suallarını cavablandırmağa səlahiyyətləri olmadığını söyləyib.