İlham Əliyev: Köçkünlər cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox?“Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir”.

Avrasiya.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.

Prezident deyib ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.

“Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir. İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır”.

Ölkə başçısı xatırladıb ki, bu yaxınlarda müşavirə keçirərkən ona məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb.

“Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”.

Prezident əmin olduğunu bildirib ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar.

“Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaqdır. Bu, öz yerində. Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”,-deyə Prezident İlham Əliyev bildirib.
Nazirdən hərbçilərə şad xəbər: 35 milyon ayrıldıHərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb.

Avrasiya.net xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Bundan başqa, onun sözlərinə görə, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur.

Sən kimsən ki, Qarabağa gedirsən? - İlham Əliyevİndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, Dəmir Yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gələ bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - Prezident əlavə edib.

Bəzi hallarda mənə düzgün məlumat çatdırılmırdı - PrezidentKorrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq, məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”, - Prezident əlavə edib.
İlham Əliyev məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsini tapşırdı“Bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”, - deyə əlavə edib.


İcra hakimiyyətlərində müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı yeni şöbə yaradılır - FƏRMANPrezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda aşağıdakı dəyişikliklər edilir:

1.1. “Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.1.1. “Hüquq və kadr məsələləri şöbəsi” bölməsinin altıncı sətri ləğv edilsin və həmin bölmənin onuncu sətrində “7” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
1.1.2. “İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi” bölməsinin beşinci sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin altıncı sətrində “7” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.1.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.2. “Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.2.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.2.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.2.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.3. “Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.3.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.3.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.3.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.4. “Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.4.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.4.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.4.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.5. “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.5.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.5.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.5.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.6. “Şirvan və Mingəçevir şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.6.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.6.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.6.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.7. “Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.7.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.7.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.7.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.8. “Yevlax və Şəki şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.8.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.8.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.8.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.9. “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.9.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.9.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.9.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

1.10. “Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.10.1. “Rəhbərlik” bölməsi üzrə:

1. yeddinci sətirdən sonra aşağıdakı məzmunda yeni səkkizinci sətir əlavə edilsin:

Sektor müdiri — Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı

1

2. iyirminci sətirdə “13” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin;

1.10.2. “Memarlıq və tikinti şöbəsi” bölməsinin dördüncü sətri ləğv edilsin və həmin bölmənin beşinci sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.11. “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.11.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.11.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.11.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri
Böyük məsləhətçi

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

İsrail İranın bu obyektlərini vurduİsrail Dəməşq ətrafındakı Əl Kisva rayonundakı bir sıra obyektlərə zərbə endirib.

Bu məlumatı Suriya mətbuatı yayıb.

Məlumata görə, bu ərazidə iranyönlü döyüşçülərin bazası yerləşib.

Hələ ki, İsrail Müdafiə Nazirliyi məlumatı şərh etməyib.
Sumqayıtda jurnalistin avtomobili qarət edildi - FOTOSumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.

Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
ABŞ-dakı etirazlar zamanı 4 nəfər öldüABŞ Konqresi qarşısındakı etiraz aksiyaları zamanı ümumilikdə 4 nəfərin öldüyü təsdiqlənib.

Avrasiya.net xəbər verir ki, bunu mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

O bildirib ki, Konqres binasında bir qadın güllə yarasından ölüb.

“Bundan başqa, 3 vətəndaş da həyatını itirib”, - R.Konti qeyd edib.
ABŞ Türkiyəyə qarşı bura ballistik raket yerləşdirdiABŞ Türkiyəyə qarşı sərhədə ballistik raket yerləşdirib.

Avrasiya.net xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ehtiyatda ola polkovniki Midhət İşıq çıxış edib.

ABŞ-ın Suriyada cənuba - Hasekə, Deyr əz-Zor və Rakka bölgəsinə geri çəkildiyini deyən M.İşıq amerikalıların bu bölgədə PYD/PKK terror təşkilatı ilə neft alış-verişi etdiyini söyləyib:

"Suriya neftinin 90 faizi bu bölgədədir və ABŞ-ın burada 600 əsgəri yerləşdirilib. ABŞ-ın nəzarətindəki terror təşkilatları Suriya hökumətinə neft satır. ABŞ geri çəkildiyi bölgələrdə patrul fəaliyyətini həyata keçirir və Rusiya ilə əməkdaşlıq edir".

Polkovnik ABŞ-ın ötən həftə Hasekəyə ballistik raketlər yerləşdirdiyini söyləyib:

"Türkiyə bu bölgənin təmizlənməsini istəyir, yaxud özünün təmizləyəcəyini israrla ABŞ və Rusiyaya bildirir. Bu səbəbdən ABŞ quru və hava yolu ilə Hasekəyə ballistik raketlər gətirərək burada yerləşdirir. Raketlərin mənzilləri 130-500 kilometr arasında dəyişir. Diyarbəkirə qədər uzanan bir əhatə dairəsi var. ABŞ bunlardan kimə qarşı istifadə edəcək?"