Bələdiyyə sədrinin meyiti tapıldıGöyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb.

Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb.

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.


Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (apa).

Birliyimizin davamlı olması üçün bir vətəndaş kimi dövlətimizə dəstək olaq! - QHT sədriAzərbaycanda bəzi sahələr dövlətin birbaşa dəstəyi və himayəsi altındadır. Həmin sahələrdə dövlətin dəstəyi ilə stabillik hökm sürür və bir sözlə qiymətlər stabil qalır. Dövlət bəzən məcburi qiymət artımı addımı atsa da, buna rəğmən həyati vacib sahələri, xüsusən də həssas sosial qruplara təsir edən sahələri qiymət artımından qoruyur.

Bu fikirləri açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib: "Məsələn uzun müddətdir ki, un və un məhsulları qiyməti dövlət tərəfindən qorunur. Kənd təsərrüfatına müxtəlif formada dəstək mexanizmləri mövcuddur ki, bu da ölkəmizin dayanıqlı ərzaq ehtiyatının formalaşmasına və məşğulluğun təmin olunmasına hesablanan addımlardandır. Nəqliyyat və xüsusən metro uzun müddətdir ki, dövlət dotasiyası ilə fəaliyyət göstərir. Qonşu ölkələrdə az qala hər gün xarici valyutanın bahalaşdığı bir dövrdə, Azərbaycanda bu sahədə də stabillik hökm sürür. Hökümət bu stabilliyi saxlamaqla ölkədə ərzaq məhsullarının qiymətinin artmasına mane olur. Bütün bu dəstək mexanizmlərindən ölkənin bütün vətəndaşları yararlanır. "

Təşkilat sədri eyni zamanda qeyd edib ki, 2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub. "2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib."

2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

C.Hüseyznadənin sözlərinə görə, 2020-ci il dünyada ağır iqtisadi vəziyyət ilə yadda qaldı. "Azərbaycan da dünya birliyinin üzvü kimi eyni problemləri yaşadı. Lakin ölkəmiz eyni zamanda 2020-ci ili qələbə ili kimi başa vurdu. 44 günlük müharibə Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbələri ilə yadda qaldı, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Müharibənin iqtisadi və sosial təsirləri təkcə 44 günlük döyüş zamanını əhatələmir. Halbu ki, həmin 44 günlük müharibə də kifayət qədər böyük vəsaitlər tələb edirdi. Məhz prezident İlham Əliyevin tapşırığı ilə, ordumuz ən yüksək texniki imkanlara malik silahlar və döyüş texnikası ilə təmin olunmuşdur ki, döyüşlərdə şəhidlərimizin sayı az olsun. Müharibədən sonra da dövlətimizin üzərində ciddi öhdəliklər dayanır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, müharibə nəticəsində əlilliyi yaranmış şəxslərin və müharibə veteranlarının problemlərinin həlli istiqamətdə müvafiq tədbirlərinin görülməsi böyük vəsaitlər tələb edir.

Dövlət bu xərcləri qeyri şərtsiz olaraq öz üzərinə alıb və ilk gündən bu istiqamətdə ciddi addımlar atmaqdadır. Hazırda bir tərəfdə 30 il müddətində böyük vəsaitlər hesabına inkişaf etmiş şəhər və rayonlarımız, digər tərəfdə isə ermənilər tərəfindən viran qoyulmuş Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Laçın, Kəlbəcər rayonları və yaxud 80-cilləri xatırladan Şuşa şəhəri var.
Bu ərazilərin bərpası və inkişafı üçün 30 il gözləyə bilmərik. Dövlətimizin qarşında duran ilk məsələ həmin ərazilərin ən tez zamanda bərpa olunmasına və inkişafına nail olmaqdır. Belə bir şəraitdə və eyni zamanda dünyada baş verən qiymət artımı fonunda benzinin 10 qəpik, dizel yanacağının 20 qəpik artımını faciəyə çevirmək nə dərəcədə düzgündür? Həssas sahələr dövlətin himayəsində qalır və bu qiymət artımın digər sahələr hər hansı təsirinin olmaması üçün qabaqlayıcı tədbirlər görülür. Axı 1 ay öncə hər birimiz şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək üçün hər ay xüsusi fonda ianələrin edilməsin təklif edirdik. Bu qiymət dəyişikliyindən əldə olunan əlavə vəsait də, dövlət büdcəsinə daxil olur. Həmin vəsait yenidən həssas sosial qrupların problemlərinin həli üçün Azərbaycan vətəndaşlarına qayıdır. İndi təkcə sözdə deyil, əməldə də bir olmaq vaxtdır. Necə ki, 44 günlük müharibə hər birimiz bu birliyi, bu gücü gördük.
Çox möhtəşəm birliyimizin davamlı olması üçün bir vətəndaş kimi dövlətimizə dəstək olaq!"
Kəmaləddin Heydərov alimin müalicəsini NƏZARƏTƏ GÖTÜRDÜKoronavirus səbəbilə FHN-nin Zığdakı modul tipli xəstəxanasında süni nəfəs aparatına qoşulan tanınmış tarixçi alim Dilavər Əzimlinin vəziyyəti kritikdir.

Avrasiya.net-in məlumatına görə, bu barədə məlumat verən deputat Qənirə Paşayeva deyib ki, alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatlığını onunla bölüşürlər:

"Bildirmək istərdim ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışdıq, dostların, ziyalıların narahatlıığını bölüşdük. Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar".

Q.Paşayeva minnətdarlıqla bildirib ki, nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürüb:

"Əziz media nümayəndələrinin, ziyalılarımızın diqqətinə çatdırmaq istərdim ki, Dilavər müəllimin həyat yoldaşı Arzu xanımla davamlı əlaqədəyik və bütün narahat olan dostlardan yeganə xahişimiz dualarını əsirgəməməkdir".
“Mənim evim Şuşa” Rusiyada dərc edildi - FOTOHəmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev “Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır.

Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.

Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağın digər şəhərləri işğaldan azad edilib. Bu fakt sanki müəllifin uzaqgörənliyinə dəlalət edir.

Müəllif vurğulayır: “Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.

Sabit Əliyevin kitabı “LitRes”, “Labirint”, “Mybook”, “Bookmate” və digər rusdilli kitab portallarından oxumaq üçün əlçatandır.


Əsirlərimizə qarşı vəhşilik: Bakı bu addımı ata bilərErmənistan azərbaycanlı əsirlərə qarşı insani və hüquqi normalara sığmayan hərəkətlərə yol verib. Bunu düşmən tərəfindən alınan əsirlərin mətbuata açıqlamasından da görmək mümkündür. Bütün bu hallar hüquqi olaraq rəsmi İrəvanın əleyhinə istifadə edilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.

O bildirib ki, azərbaycanlı əsirlərlə rəftar halları kompleksləşdirilməlidir:

“Bu məsələlər Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılıb kompleksləşdirilərək beynəlxalq tribunala təqdim edilməlidir.

Bundan başqa, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dəfələrlə qadağan olunmuş silahlardan istifadə edib. Həmin silahlardan istifadəni erməni hərbi ekspertləri özləri də təsdiq edirlər. Bu silahlardan istifadəyə dair əmri yalnız Ermənistan silahlı qüvvələrinin ali baş komandanı verə bilər. Ona görə də hərbi əsirlərə qarşı törədilmiş cinayətlər, o cümlədən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair materiallar toplanmalı və məsələ beynəlxalq təcrübə ilə hərbi məhkəmələrdə həll edilməlidir”.
İTV-də kadr və struktur dəyişiklikləri olubİctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

İTV-də Avrasiya.net-ə daxil olan məlumata görə, Yayım Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət Elxan oğlu isə İnformasiya Departamentinin direktoru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub.

Baş Direktor Balakişi Qasımovun yeni əmrlərinə əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar Ənvər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat rəhbərinin müavinləri təyin ediliblər.

Əliəsgər Vəliyev yeni təyinata qədər Şirkətin İnformasiya departamentinin direktoru, Mehmandar Seyidov isə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bu günə qədər bir çox yeniliklərlə diqqət çəkən İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr təyinatı və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.
Ölkəmizdə koronaya yoluxanların sayı artırAzərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.
Prezident müşavirədə tapşırıqlar verdi - YENİLƏNİBYanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev müşavirədə çıxış edib.

Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.

“Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.

Müşavirədə məruzələr dinlənilib.
Deputatın rüsvayçı təhqirinin səbəbi...Dünya mediası yazır ki, 2021-ci ildə doğulan uşaqlar 22-ci əsri görə biləcəklər. Yəni dünya mediası artıq 22-ci əsrin planlaşdırmasını aparır. Azərbaycan mediası isə qalıb bir qrup ağzının danışığını bilməyən şəxsin əlində. Medianı müğənni bir tərəfdən söyür, deputat o biri tərəfdən təhqir edir, işini düz-əməlli yerinə yetirə bilməyən futbolçu digər tərəfdən ağız büzür.

Təzə-tər deputatımız Nurlan Həsənov mediada jurnalisti “sözlərimi təhrif edib” “maddəsi” ilə təhqir edib. Jurnalist xanım da səs yazısını yayaraq sübut edib ki, burada təhrif yoxdur.

Məsələ nədir?

Bu adamlar sözün məsuliyyətini, dəyərini başa düşmürlər. Ağıllarına nə gəldi danışırlar, elə bilirlər ki, jurnalist bunların fikirlərini malalamağa, yuyub çirkin-pasın təmizləməyə borcludur. Jurnalist sənin fikirlərini düzəldəcəksə, səhvlərini aradan qaldırıb özü ekspertlik edəcəksə, day sənə niyə zəng edirdi? Elə oturub özü yazardı da.

Tutaq ki, sən yanında kiməsə əsəbiləşib açıqlama zamanı Zimbabve liderini söyəcəksənsə, bu da səsyazma cihazına düşəcəksə, bunda jurnalistin nə günahı?

Tarif Şurası qərar veribmi? Aradan bir gün keçibmi? Zəhmət çək, düşün ki, ictimaiyyətə bu qərarın zəruriliyini necə izah edəcəksən. “İqtisadçı deyiləm” demək bir millət vəkili üçün ayıbdır. Başa düşmürsənsə, iqtisadçı həmkarına zəng elə, öyrən, bu barədə ən azı düşün! Bəs, baş nə üçündür?

Medianın sualına cavab verməyə və hökumətin atdığı addımın səbəbini ictimaiyyətə izah etməyə borclusan, bu, sənin işindir! Deputat bunu da etməyib, bəs nə mənəyə lazımdır? Səngərdə yatan deyilsən, avtomatın qundağı ilə lüləsini ayıra bilmirsən, yer əkmirsən, məhsul becərmirsən, neft çıxarmırsan... Sənin işin düşünmək və danışmaqdır.

O səs yazısını dinləyəndə bəlli olur ki, deputat ona sual veriləndən sonra düşünməyə başlayıb. Niyə əvvəldən düşünməmisən?

Niyə sənə sual veriləndə fikirləşməlisən?

İqtisadçı deyilsənmiş... Guya siyasətdən nə anlayıb, ictimaiyyətə nə anladırsan ki?!

Dünən Ara Ayvazyanla Mesrop Arakelyan – hər ikisi eyni gündə, amma ayrı-ayrılıqda Xankəndiyə gəlib, “görüşlər” keçiriblər.

XİN-in bir açıqlamasından başqa birinizin səsi çıxmır, münasibəti, izahı, hikkəsi, hədəsi yoxdur. Nə iş görürsünüz siz? Niyə münasibət bildirmirsiniz? Yoxsa buna görə də sizə müraciət olunmalı, sual verilməli, sonra düşünüb, “siyasətçi olmadığınız” üçün politoloqlara yönəltməlisiniz?

Barmaqla sayılacaq deputatlar istisna olmaqla, hansınız şərhlərinizlə ictimaiyyəti maarifləndirir, medianın özünü belə istiqamətləndirirsiniz? Bircə dəfə hansısa deputat zəng edib deməyib ki, ay jurnalist, mənim belə bir təklifim, fikrim var, gəl danışım, sən də işıqlandır, bəlkə, ölkəmiz üçün faydalı olar.

Amma əcnəbi politoloqlar, məsələn, rus ekspertlər hətta Moskvadan bizə zəng edib fikirlərini bölüşürlər. Özləri zəng edirlər, özləri konkret mövzu ilə bağlı təklif irəli sürür, danışmaq istədiklərini deyirlər və elə danışırlar ki, adam heyrətə gəlir – ağıllarına, düşüncələrinə, təfəkkürlərinə, analiz qabiliyyətlərinə.

Çünki düşünürlər, başlarını işlədirlər, oxuyurlar, yatmırlar, dincəlmirlər...

Təbii, bu sözlər bütün politoloq, deputatlarımıza aid deyil. Amma təəssüf ki, böyük çoxluq mediaya məhz bu cür yanaşır. Nəticədə ortaya rüsvayçı fikirlər, ürəkbulandıran qalmaqallar çıxır. Özü də çox qəribədir ki, Azərbaycanda illərdir deputatların qalmaqal yaradan açıqlamaları gündəm olur, amma bu problem qətiyyən həllini tapmır.

“Gəncləşdirmə siyasəti” deyib, sevindik, əvəzində gənc deputatlar az qalıblar var-yox söyüşü söyələr...

Utanın, ayıbdır, özünüzə etmirsinizsə, daşıdığınız mandata, təmsil etdiyiniz əhaliyə hörmət edin. Bacarmırsınızsa, əsəblərinizi idarə edə bilmirsinizsə, düşünmək istəmirsinizsə, sizi tənqid edənlərə dözümlü yanaşmağa qadir deyilsinizsə, çıxın gedin, təhvil verin mandatınızı, heç olmasa bu xalqa istefanızsa, yoxa çıxmağınızla xidmət edin.

Gedin oxuyun, düşünmək və danışmaq istəyəndə gələrsiniz...

Axar.az

"Bu lahiyə region ölkələrinin iqtisadi əlaqələrinin inkişafına təkan verəcək"Bu sözləri Avrasiya.net-ə açıqlamasında Türkiyə Böyük Millət Məclisində XXII çağırış İqdır millət vəkili olan Prof.Dr.Dursun Akdemir Türkiyə ilə Azərbaycan arasında çəkiləcək dəmir yolu xətti ilə bağlı düşüncələrini dilə gətirərkən deyib. Dursun Akdemir bildirib ki, o, hələ millət vəkili olanda 2005 - ci ildə iki ölkə arasında dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumlarına təmsil etdiyi xalq adından müraciət edib və bu təklif o dövrdə olduqca müsbət qarşılanıb.

Sabiq millət vəkilinin sözlərinə görə iki ölkə arasında həyata keçiriləcək bu lahiyə şanlı Azərbaycan ordusunun 10 noyabr tarixində qazandığı zəfərdən sonra təkrar gündəmə gəlib və bu lahiyə bütün regionun iqtisadi əlaqələrinin inkişafında müstəsna xidmətlərə malik olacaq: "O günlərdə əlbəttə ki, bu lahiyə Türkiyə dövləti tərəfindən çox böyük təqdirlə qarşılanmışdı. Çox sevinirəm ki, həmin lahiyənin həyata keçirilməsi məhz bu günlərə nəsib imiş. Təbii ki, bu zəfər Azərbaycan Respublikasının Prezidenti, ölkənin Ali Baş Komandanı çox hörmətli İlham Əliyevin sərgilədiyi qətiyyət sayəsində qazanıldı. Bu gün Azərbaycan və Türkiyə əldə olunan bu zəfər sayəsində yeni perspektivlərə qovuşublar, sabah bu regionda, bir zamanlar mənim millət vəkili olduğum Azərbaycanla sərhəd bölgəmiz olan İqdırımızda da möhtəşəm lahiyələr həyata keçiriləcək.

İqdırı Naxçıvanla birləşdirəcək dəmir yolu lahiyəsi də həmin görüləcək böyük işlərdən biridir. Sonda İqdırlılarımın, heç vaxt unutmadığım, sevgi ilə xatırladığım seçicilərimin kiçik bir xahişini də media vasitəsi ilə aidiyyatı qurumlara çatdırmaq istərdim. Seçicilərim məndən çəkiləcək dəmir yolu xətti üzərində Aralıq və Tuzluca rayonlarında da dayanacaq stansiyalarının olmasını xahiş ediblər. Düşünürəm ki, bu stansiyalar olarsa, həmin rayonlardakı əhalimiz yeni açılacaq xətdən rahatlıqla istifadə edə biləcəklər. Bu eyni zamanda həmin rayonların iqtisadi inkişafına da öz müsbət təsirini göstərəcək. Azərbaycan və Türkiyə arasında gələcəkdə daha qlobal lahiyələrin həyata keçirilməsi və hər iki ölkənin regionun lider dövlət olaraq fəaliyyətlərini davam etdirməsi ən böyük arzumuzdur".