İran İsrailin bu tarixdə məhvi ilə bağlı qanun qəbul edir... - Şokİran parlamentinə İsrailin 2041-ci ilə qədər məhv edilməsi barədə qanun layihəsi təqdim edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Miqnyus.com” (Mignews.com) saytı yayıb. Sənədə əsasən, İran hökuməti Qəzzanın blokadasını yarmalı, qanun layihəsi qəbul edildikdən ən geci altı ay sonra buraya ilk mallarını göndərməlidir.

Bununla bərabər, qanun layihəsində İran Xarici İşlər Nazirliyinin Çin, Rusiya, Venesuela, İraq və Suriya ilə təcili olaraq iqtisadi tərəfdaşlıq barədə razılaşma hazırlaması da əks edilib. Razılaşmalar 2022-ci ilə qədər parlamentə təqdim edilməlidir.

Qanun layihəsində, həmçinin, ABŞ-ın İrandan nüvə razılaşmasından çıxdığı üçün üzr istəməli olduğu və Qasım Süleymaninin ölümünü qınaması gərəkdiyi qeyd edilib. Bu edilməyənə qədər isə hökumətə ABŞ-la ikitərəfli və çoxtərəfli danışıqlar aparılması qadağan olunub.
ALDP Tarif Şurasının qərarı ilə bağlı bəyanat qəbul edibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının on-line iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Tarif Şurasının qiymətlərlə bağlı qərarı və təşkilatı məsələlər müzakirə olunub. Tarif Şurasının qərarı ilə bağlı bəyanat qəbul olunub.

Azərbaycan Liberal Demokrat Partiyasının

BƏYANATI

Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədə müvafiq hesab etməyib.

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.

ALDP hesab edir ki, qiymət artımı vətəndaşlara müəyyən çətinlik gətirsə də, nəzərdə tutulan sosialyönümlü tədbirlər, yaranan problemlərin qarşısını alacaq.

ALDP hesab edir ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün kiçik və orta sahibkarlar pandemiya dövründə ƏDV-dən azad olunmalıdırlar, güzəşli kredit və kompensasiya verilməlidir.

ALDP hesab edir ki, vətəndaşlara verilən kompensasiya (190 manat) məbləği bir daha baxılmalıdır və bu məbləğ artırılmalıdır.

ALDP hesab edir ki, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.
Bakıda 12 yaşlı qız itkin düşdü - FOTOBakıda itkin düşən 12 yaşlı qız axtarılır.

Avrasiya.net xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şirvanda 64 yaşlı kişi gənc qızı bıçaqladıYanvarın 4-ü saat 13 radələrində Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Ayşən Hafiz qızı Məmmədlinin yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1957-ci il təvəllüdlü Mirhüseyn Balağa oğlu Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha bir qazi və ailəsinə sosial dəstək olunacaqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Elnur Əliağa oğlu Xankişiyevin özü və ailə üzvləri ilə görüş zamanı onlara sosial dəstək göstərilməsi üçün görüləcək işlər müəyyən olunub.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, qazimiz müharibəyə qədər “Azərenerji” ASC-də işləyib və iş yeri saxlanılmaqla, əmək haqqı da hər ay ödənilir.

Atası da hazırda orada çalışır. Elnura yaxın günlərdə əlillik təyin olunacaq və bununla əlaqədar hər ay sosial ödənişlərlə təmin ediləcək. Əlillik dərəcəsinə uyğun olaraq dövlət tərəfindən ona birdəfəlik sığorta ödənişi də veriləcək.

Bir qardaşına sağlamlıq imkanı məhdud uşaq olduğu üçün aylıq sosial müavinat ödənilir. Bacısının da səhhətindəki problemlə bağlı əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işlər görüləcək.

Ailə ilə görüş zamanı qazinin anası və bacısının işsiz olduqları müəyyən edilib. Elə evlərindəcə onlarla müqavilə bağlanıb və istəklərinə əsasən ödənişli ictimai işlərə cəlb olunublar. Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.
İraq 3 yerə parçalanacaq, Türkiyə hazır olmalıdır - FotoDüşünürəm ki, 2021-ci il böyük riskə - İraqın parçalanmasına qayıtdığımız il olacaq.

Bu açıqlama ilə türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar çıxış edib.

"Aşağıdakı xəritə İraqı ən azı 3 hissəyə bölməyə çalışanlara məxsusdur. Ancaq bilirlər ki, İraq bölünməyə başlayarsa, bu, 3 hissəyə parçalanmaqla bitməyəcək. Türkiyə və bölgə üçün İraqın sabitliyi Suriya ilə müqayisədə daha böyük həcm və riskə sahibdir.

İraq Yaxın Şərqin geosiyasi və qlobal teologiyasının ürəyidir. Türkiyə İraqı hər zaman izləməyə, staregiya qurub təsir göstərməyə hazır olmalıdır", - Ağar qeyd edib.

Ağar İraqın parçalanacağının səbəblərini belə izah edib:

- Mərkəzi hökumətin zəifliyi;

- Federal sistemin tətbiq edilməməsi;

- Ekoloji böhran;

- Neftin ucuzlaşması;

- Ölkəyə İran-ABŞ müdaxiləsi və davası;

- Məzhəb və etnik çəkişmə.
Gözəllik kraliçası evində ölü tapıldı“Miss Meksika” gözəllik yarışmasında iştirakı nəzərdə tutulan model Himen İtu öz evində ölü tapılıb.

Bu barədə “Report” “The Sun” nəşrinə istinadən xəbər verir.

21 yaşlı modelin ölüm səbəbi dəqiq bilinmir. Polis onun yarışmadan bir neçə həftə əvvəl intihar etdiyini ehtimal edir.

Ehtimallardan birinə görə, narkotik maddələr qızın ölümünə səbəb olub. Modelin öldürülə biləcəyi də mümkündür. Faktla bağlı hazırda araşdırma aparılır.

Erməni nazir itkilərin sayını AÇIQLADIErmənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

Bu barədə səhiyyə naziri Arsen Torosyan sosial şəbəkədəki hesabında bildirib.

Onun sözlərinə görə, müharibədə 3 360 hərbi qulluqçu həlak olub. Bundan əlavə 2 500-dən çox məhkəmə-tibbi ekspertiza keçirilib.

Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin həlak olduğunu etiraf edirlər.

ABŞ-da bir gündə 1075 nəfər koronadan öldüABŞ-da son sutka ərzində daha 1075 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 361 min 220 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək ABŞ-da 21 milyon 235 mindən çox insan koronavirusa yoluxub.

İran tankeri saxladı, ABŞ çağırış etdi: Dərhal buraxİran Cənubi Koreya bayrağı altında üzən neft tankerini saxlayıb.

Axar.az xəbər veri ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

Fars körfəzində saxlanılan gəminin ətraf mühitlə bağlı protokolları pozduğu bildirilib.

Qeyd edlib ki, gəmi Səudiyyə Ərəbistanından Cənubi Koreyaya doğru hərəkət edirmiş.

***

ABŞ İranı Cənubi Koreya gəmisini dərhal sərbəst buraxmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentindən açıqlama yayılıb.

"ABŞ İranın Cənubi Koreya bayrağı altında üzən tankeri saxladığı barədə xəbərləri izləyir. Biz Cənubi Koreyanın İrana çağırışına qoşuluruq. Tankeri dərhal sərbəst buraxın!" - açıqlamada vurğulanıb.