Abutalıb Səmədov ittihamlara cavab verdi - Mən elə fikir söyləməmişəmAzərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov son günlər sosial şəbəkələrdə ona qarşı aparılan yersiz ittihamlara cavab verib.

A.Səmədov bildirib ki, heç vaxt ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərin unudulmaması, yaddan çıxarılmaması haqqında fikir işlətməyib.

Partiya sədrinin sözlərinə görə, bəzi qüvvələrin məqsədi onun fikirlərini yanlış formada ictimaiyyətə çatdırmaqla onu gözdən salmaqdır.

A.Səmədov ölkədə anti Rusiya meyllərinin artmasından və bunun heç də yaxşı nəticə vəd etməyəcəyindən danışıb.

Avrasiya.net partiya sədrinin fikirlərini təqdim edir:

İlham Əliyev Ulu Öndərimizin vaxtilə müdrik uzaqgörənliklə ona göstərdiyi etimadı doğrultdu2020-ci ilin başa çatmasıyla, həm də Prezident İlham Əliyevin böyük siyasətə gəlişinin, onun Azərbaycanın dövlət başçısı sükanının arxasına keçməsinin 17-ci ili tamamlanmış oldu. Düz 17 il bundan əvvəl Azərbaycanın gələcək taleyinə görə məsuliyyəti öz çiyiinləri üzərinə götürəndə İlham Əliyevin cəmi 42 yaşı vardı. Əlbəttə, bu böyük və ağır məsuliyyət onun üzərinə cavan yaşlarında düşmüşdü. Xatırlayırsınızsa, həmin vaxt bir çoxları Azərbaycan kimi mürəkkəb kataklizmlərdən keçməkdə olan bir ölkəni Heydər Əliyev kimi nəhəng siyasət qrossmeyestrindən sonra kimsənin hələm-hələm asan idarə edə bilməyəcəyini, ölkəmizdə çoxlu təlatümlü proseslərin baş verəcəyini düşünür və proqnozlaşdırırdılar.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov bildirib.

Partiya sədrinin sözlərinə görə, həmin şəxslər eynilə gənc prezident İlham Əliyevin də ölkəni uğurla idarə edəcəyinə şübhə ilə yanaşdıqlarını gizlətmirdilər. Bu bədxah şəxslər içlərindən gələn xain sevinc hissləri ilə gənc dövlət başçısının tezliklə uğursuzluqla üzləşəcəyini xüsusi səbrsizliklə gözləyirdilər. Lakin zaman və reallıqlar onların bütün qara proqnozlarını boşa çıxardı, ümidlərini isə puç etdi. İlham Əliyev onları sevindirmədi. O, atasının layiqli davamçısı olduğunu və uğurlu siyasətçi obrazını təqdim etməyi bacardı. Böyük Siyasət Ustasının oğlu Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli Missiyanın öhdəsindən heyrətamiz dərəcədə ustalıqla və uğurla gəldi. İlham Əliyev Ulu Öndərimizin vaxtilə müdrik uzaqgörənliklə ona göstərdiyi etimadı doğrultdu:

“Ulu Öndərin həmin vaxt İlham Əliyev haqqında söylədiyi o sözləri yəqin ki, hər kəs xatırlayır: “Mən ona özüm qədər inanıram”. Bu həqiqətən də çox böyük etimad idi və bu etimadı şərəflə, ləyaqətlə, üz ağlığı və alın açıqlığı ilə doğrultmaq heç də asan deyildi. Bu etimadı doğrultmaq üçün müstəsna keyfiyyətlərə malik olmaq lazım idi və o keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü tapmışdı, cəmləşmişdi. Ulu Öndər gələcəyin böyük siyasətçisində - İlham Əliyevdə sezdiyi, müşahidə etdiyi bu keyfiyyətləri çox dəqiq ifadə etmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”. Ulu Öndər bu fikirlərini 19 il bundan öncə dilə gətirmişdi. Bu fikirlərdə qeyd olunan xarakterik cizgilər, keyfiyyətlər böyük siyasətdə öz layiqli yerini tutmaq və uğur qazanmaq üçün “olmazsa olmaz” sayılan vazkeçilməz tələblər, kriterlər idi. Bu keyfiyyətləri özündə formalaşdıran, daşıyan İlham Əliyev böyük siyasətə inamla daxil oldu. Türkiyənin mərhum Baş naziri Məsud Yılmaz vaxtilə özünün siyasətə gəlişini obrazlı dillə belə ifadə etmişdi: “Mən mokasin ayaqqabılarımı geyinib böyük siyasətə gəlirəm”. İlham Əliyev isə Ulu Öndərin uzaqgörənlik qeyd etdiyi peşəkar keyfiyyətlərlə silahlanaraq böyük siyasətə gəldi”.

Zaman İlham Əliyevin məhz böyük siyasət üçün doğulmuş şəxsiyyət olduğunu təsdiqlədi. Siyasət qrossmeyestrinin oğlu olan İlham Əliyevin özü də bir müddət sonra yeni dövrün siyasi qrossmeyestrinə çevrildi. Onu “İdarəetmənin qrossmeyestri” kimi qiymətləndirənlər də var. Xatırlayırsınızsa, İlham Əliyev prezident seçildiyi ilk gündən hər bir azərbaycanlının prezidenti olacağına söz vermişdi. O, bu sözünü tutdu, bu vədinə əməl etdi. Və bu vədin yerinə yetirilməsinin ən son akkordu isə İkinci Qarabağ müharibəsindəki müzəffər Qələbəmiz oldu. Adı tariximizə islahatçı lider kimi yazdırmış İlham Əliyev Qarabağın mənfur erməni işğalçılarından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin gedişində Ordumuza uğurla sərkərdəlik etməsi ilə ən yeni tariximizin 17 illik dönəmini möhtəşəm bir sonluqla – Zəfər Paradı ilə qapatmış oldu. Beləliklə, Vətən Müharibəsindəki şanlı Qələbəmiz yeni Azərbaycanın doğulmasına yol açdı. Yeni Azərbaycanın memarı missiyası da heç şübhəsiz ki, İlham Əliyevin üzərinə düşür:

“Mən bu yazımda Prezidentimizin həyat yolunun mərhələlərini və 17 illik prezidenrlik dönəminin uğurlarını xronoloji ardıcıllıqla və bütün detalları ilə sadalamaq istəmirəm. Razılaşarsınız ki, bu böyük ömrün bütün akkordlarını qeyd etmək və izahını vermək üçün bir yazı bəs etməz. Mən diqqətimizi məhz İkinci Qarabağ müharibəsi üzərində fokuslamaq istəyirəm. Nədən, niyə və nə üçün? Çünki 44 günlük müharibədəki Zəfər İlham Əliyevin 17 illik gərgin fəaliyyətinin məntiqi yekunu və həm də şah əsəridir. Əgər biz “İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar?” sualını cavablandırmalı olsaq, “İlham Əliyev Qarabağın xilaskarıdır”,- deyib, bircə cümlə ilə də söhbətə nöqtə qoya bilərik. Bu mənada, Qarabağın işğaldan azad edilməsi onun bütün 17 illik prezidentlik dövrünü səciyyələndirməyə, qiymətləndirməyə bəs edir. Azərbaycan Prezidenti Qarabağın işğaldan azad edilməsi uğrunda 17 il ərzində sistematik şəkildə, məntiqi ardıcıllıqla apardığı gərgin diplomatik-siyasi mücadilənin yekun nöqtəsini (daha doğrusu “!”-nı) məhz2020-ci ildə qoymağı qərara aldı”.

Ə.Hüseynov qeyd edib ki, zaman planlaması da tamamilə düzgün seçilmişdi. Dünyadakı və bölgədəki geopolitik proseslərin bütün şərtləri bizim üçün əlverişli məcrada cərəyan etdiyi bir zaman kəsimində başladı 27 sentyabr əks-hücum əməliyyatımız. Və beləliklə, 2020-ci il 30 illik (əslində 200 illik) tarixçəsi olan yeni “Qordi düyünü”nün - Qarabağ münaqişəsinin həllinə öz damğasını, möhürünü vurdu. İlham Əliyevin sərkərdəlik etdiyi, Ali Baş Komandanı olduğu yenilməz Azərbaycan Ordusu “Dağlıq Qarabağ münaqişəsi” anlayışını və məkrli “status kvo” siyasətini tarixə gömdü, cəhənnəmə göndərdi. Beləliklə, 200 ilin probleminin həllini öz içinə sığdıran bir ilin canlı şahidləri olduq. Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanının adında ehtiva olunduğu kimi İlham Əliyev 2020-ci ili əsrə bərabər ilə çevirməyi bacardı. Açığı, heç kəs bu möcüzəvi hadisənin məhz 2020-ci ildə baş verəcəyini və məhz 44 günə tamamlanacağını gözləmirdi. Bunun da heç şübhəsiz ki, ən müxtəlif obyektiv-subyektiv səbəbləri və izahı var:

“Tarixi həqiqətlərə ekskurs etsək görərik ki, İlham Əliyev İkinci Qarabağ müharibəsində Bismarkın prinsipi ilə hərəkət etdi. Tarixçilər yaxşı bilirlər, Oto fon Bismark dağınıq və işğal altında olan alman torpaqlarını hərb yoluyla birləşdirməyə hazırlaşarkən, belə bir dahiyanə strategiyadan çıxış etmişdi: “Gəlin biz əvvəlcə torpaqlarımızı alaq, birləşdirək, ondan sonra nəyi səhv, nəyi düz etmişik, bunu isə tarixçilərin öhdəsinə buraxarıq, onlar özləri düzgün qiymət verərlər”. İlham Əliyev də dünyada bizim ədalətli müharibəmizə kimin obyektiv, kimin qərəzli yanaşacağını öncədən hesablasa da, lakin bunu ciddi problemə çevirməməsi ilə, tərəddüdlərə yol verməməsi ilə tamamilə düzgün mövqe seçmiş oldu. 44 gün ərzində erməni lobisinin satın aldığı dünya KİV-lərinin, Sorosun beynəlxalq miqyasda aktivləşmiş təsir agentlərinin, “qara piar” şəbəkəsinin, Rusiya mətbuatında və ekspert camiəsində kök salmış ermənipərəst “lakey”lərin və Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı təşkil etdikləri total “feyk-informasiya” hücumunun və qaralama propaqandasının bütün gücünə və həyasızlığına rəğmən Azərbaycan Prezidenti bir an belə olsun tərəddüd etmədi və tutduğu prinsipial mövqeyindən geri çəkilmədi. Ordumuz qarşıya qoyulmuş ülvi məqsədi həyata keçirmək üçün sona qədər qətiyyət və əzmkarlıq göstərdi, düşmənin başı Azərbaycan Ordusu, Azərbaycan Xalqı və Azərbaycan Liderinin birliyindən ərsəyə gələn “Dəmir Yumruq”la əzildi”.

Amma “Dəmir Yumruğ”umuzun düşmənin başına enməsindən öncə olduqca ilginc proseslər yaşanmışdı. Nikol Paşinyanın məqsədyönlü təxribatlarıı nəticəsində başlamış İkinci Qarabağ müharibəsi ermənilərin özüyçün tamamilə gözlənilməz, bizim üçünsə gözlənilən idi. Birinci Qarabağ müharibəsinin nəticələrindən və Paşinyan-Tonoyan cütlüyünün “yeni işğal, yeni ərazilər” kimi sərsəm planlarından sərməst olmuş erməni ictimaiyyəti reallıq hissini tamamilə itirmişdi. Sıravi ermənilərdən tutmuş Ermənistan dövlətinin cari siyasətini formalaşdıran rəhbər şəxslərə qədər, düşmən ölkədə hər kəs uydurma “tarix” havası ilə, “Böyük Ermənistan” xülyası ilə və bir-birindən sərsəm miflərlə yaşayırdı. Məkr və şər yuvası olan erməni kilsə institutu bir yandan, “Daşnaksütyun” ideoloqları və “Njdeizm” faşist ideologiyası digər yandan istər Ermənistan ermənilərinin, istər bizim Qarabağ bölgəmizdə yuva salmış separatçı erməni icmasının, istərsə də dünya erməni diaspor fəallarının beyinlərini tamamilə “yumuş” və miflərlə zəhərləmişdilər. Həmin uydurma miflər aşağı-yuxarı bütün ermənilərə erməni xalqının “böyük”lüyünü, Ermənistan ordusunun “məğlubedilməz”liyini, Qarabağın bir daha heç vaxt Azərbaycana qaytarılmayacağını, erməni xalqının “ən qədim” və “ən mədəni xalq” olduğunu təlqin etmiş və ermənilər də bütün bu yalanlara, uydurmalara, həyasız “nağıl”lara inanmışdılar. Daha doğrusu, inandırılmışdılar. Erməni cəmiyyəti bu miflərin sayəsində total şəkildə zombiləşdirilmişdi. Bütün ermənilər türkofobiya mərəzinə yoluxdurulmuşdulər. Anti-Türkiyə və anti-Azərbaycan siyasəti son 30-32 il ərzində bir-birini əvəz edən bütün erməni siyasi elitaları üçün, müharibə canisi sayılan Ermənistan liderləri üçün ənənəvi normaya çevrilmişdi. Başqa sözlə desək, ölkənin birinci şəxslərindən tutmuş taksi sürücülərinə və idmançılara qədər, bütün Ermənistan cəmiyyəti “xəstələnmişdi”, işğalçı xalq psixolojisinə köklənmişdi, “Miatsum” planının əsirinə çevrilmişdi:

“Lakin bu xəstə cəmiyyəti durdurmaq, bu işğalçı psixologiyanı tarmar etmək, bu mifləri dağıtmaq və ermənilərin gerçək üzünü, faşist-vandal xislətini açıb bütün dünyaya göstərmək lazım idi. Necə deyərlər, erməni xalqının eyiblərini, eybəcərliklərini və yalan üzərində formalaşdırılmış obrazını qüsursuz şəkildə örtən, örrt-basdır edən maskanı yırtmağın zamanı nəhayət ki, yetişmişdi. Bu mühüm tarixi missiya da məhz İlham Əliyevin üzərinə düşdü. İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında açıq debatdakı üstünlüyü və “Valday” Diskussiya Klubunun forumundakı parlaq çıxışı ilə başlayan, MDB dövlət başçılarının Aşqabad sammiti ilə Njdeizmin ifşası ilə davam etdirilən və nəhayət 44 günlük müharibə dönəmində dünyanın ən nüfuzlu KİV-lərinin nümayəndələrinə verdiyi müsahibələri və açıqlamaları ilə yekunlaşan informasiya savaşı 200 il ərzində uydurulmuş, araya-ərsəyə gətirilmiş erməni miflərinin tamamilə dağıdılması, tarixin zibilliyinə gömülməsi ilə nəticələndi. Lap açıq və loru dillə desək, İlham Əliyev erməni xalqının üzündəki maskanı cırıb dünya ictimaiyyətinin ayaqları altına atdı. Azərbaycanın dövlət başçısı Fransa prezidentindən tutmuş BBC-nin davakar müxbirinə kimi hər kəsə göstərdi ki, buyurun, sizə mədəni millət kimi sırınmış və sizin də bizə mədəni millət kimi təqdim etməyə çalışdığınız ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlarımızda tarixi, mədəni və dini abidələrimizi dağıdıblar, Ağdamı “ikinci Xirosima”ya və ya “Ruhlar şəhəri”nə çeviriblər, Füzulini yarımsəhra vəziyyətinə salıblar, ümumən, bütün Qarabağda daşı daş üstə qoymayıblar. Bir sözlə, İlham Əliyev Qarabağdakı erməni vandalizminin dəhşət-vəhşət saçan qorxunc nəticələrini mədəni Qərbin, beynəlxalq təşkilatların üzünə çırpdı. Azərbaycan Prezidenti dünyanı fakt qarşısında qoydu. Danılması, inkar olunması, görməzdən gəlinməsi mümkün olmayan əlahəzrət fakt qarşısında!”

İlham Əliyev erməni yalanlarına inanmış dünya ictimaiyyətini məcbur etdi ki, qədim erməni mədəniyyətinin əslində mövcud olmadığı həqiqətini qəbul etsin. Beləliklə, ermənilərin “mədən millət” obrazı dünyanın gözü qarşısında karton evcik kimi dağıldı, sabun köpüyü kimi yox oldu. Miflər yerlə-yeksan edildi. Və bir daha qeyd etməyi vacib hesab edirəm ki, bu prosesdə həlledici rolu məhz İlham Əliyev oynadı. Bəli, söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi praqmatizm, çevik qərarlar və ağıllı taktiki addımlar, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və sərkərdəlik məharəti – bax, bütün bunlar dövlət başçımıza Vətən Müharibəsinin gedişində Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruması və təmin etməsinə imkan verdi. Müharibənin gedişi və qazanılan Zəfər bir daha sübut etdi ki, dövlət başçımız Azərbaycanı zamanın çağırışlarına və müasir müharibə reallıqlarına tam məharətlə uyğunlaşdıra bilib:

“Bu bir danılmaz həqiqətdir ki, Şah İsmayıl Xətai və Nadir şahdan sonra Azərbaycan heç vaxt tarixdə bu qədər güclü dövlət olmayıb. Bunu bütün tarixçilərimiz də etiraf edir və təsdiqləyirlər. Yəni ki, bu fikir hansısa diletantın uydurması və xəyalının “məhsul”u deyil. Təcrübə göstərdi ki, ermənilər və onların rəhbərliyi, eləcə də xaricdəki erməni diasporası, erməni lobbistləri Birinci Qarabağ müharibəsindən sonra işğalçı uğurlarından yaranmış eyforiyanın sərməstliyini yaşayarkən, İlham Əliyev isə 17 il ərzində ardıcıl şəkildə ölkənin hərbi potensialını artırmaqla, peşəkar ordu quruculuğu ilə məşğul oldu. Ordumuz bütün beynəlxalq göstəricilərinə görə bu illər ərzində dünyanın ən güclü orduları səviyyəsinə yüksəldi. Nəticələr də göz önündədir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi yüksək döyüş performansı bu günləri dünyanın bütün hərbi qurumları tərəfindən təqdir edilir və öyrənilir. Hətta ABŞ ordusu və NATO da Ordumuzun 44 günlük savaşın gedişində istifadə etdiyi döyüş taktikalarını, relyef şəraitinə uyğun çevik manevr qabiliyyətini, psixoloji üstünlük imkanlarını, ən son hərbi texnologiyaların uğurlu tətbiqatını müsbət nümunə kimi təqdim edir. Bu, Azərbaycan kimi gənc ölkə və Azərbaycan Ordusu kimi gənc bir ordu üçün həqiqətən də misilsiz uğurdur, inanılmaz nailiyyətdir”.

Dünya hərb tarixində bu cür istisna hallara az-az təsadüf etmək mümkündür. İndiyə qədər tarixdə cəmi bir neçə ölkə çox qısa müddətdə öz gücünü, iqtisadi resurslarını, insan potensialını toparlayıb və qalib ordu qurmağa müvəffəq olub. Məsələn, keçmiş Sovetlər İttifaqı Hitler Almaniyasını darmadağın edən belə bir ordunu 20 ilə qurmuşdu. Həmçinin, İsrail də təxminən elə o qədər müddət ərzində olduqca güclü bir ordu qurmağı bacarmışdı. Məşhur “Altı günlük müharibə” zamanı birləşmiş ərəb ordularının (Misir, Suriya və İordaniya orduları) İsrail ordusu tərəfindən tamamilə darmadağın edilməsi buna əyani sübutdur. Azərbaycan isə daha qısa zaman çərçivəsində dünyanın ən müasir silahlarla təchiz olunmuş, ən yaxşı təlim görmüş ordularından birini qurmağa nail oldu. Bu isə ilk növbədə məhz İlham Əliyevin xidmətinin nəticəsidir. Bu günkü güclü və müasir Ordumuz İlham Əliyevin əsəridir. İlham Əliyevin qurduğu Ordu 2020-ci ili bütün dünya azərbaycanlıları üçün, bütün Türk Dünyası üçün “Qarabağ ili”nə çevirməyi bacardı.

Eyni zamanda, 44 günlük Vətən Müharibəsi Xalq-Dövlət-Ordu-Lider birliyinin daha bir bariz nümayişini ortaya oldu. Bir tərəfdən igid əsgər və zabitlərimiz ön cəbhədə bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah tutaraq düşmənin üzərinə yürüdü, torpaqlarımızı addım-addım düşməndən azad etdi. Digər tərəfdən isə arxa cəbhədə bütün xalqımız və siyasi qüvvələrimiz sözün həqiqi mənasında dəmir yumruq kimi birləşdi, Ordumuza və Dövlətimizə dəstək oldu. Biz bir daha milli birliyin, həmrəyliyin necə böyük xariqələr yaratdığını gördük. Bu prosesdə birləşdirici qüvvə rolunda, istiqmətverici rolda, mediator rolunda isə məhz cənab Ali Baş Komandanımız çıxış edirdi. Hətta dünənə kimi qatı müxalifətçi mövqeyindən çıxış edən siyasi partiyalar da iqtidaryönümlü partiyalarla birlikdə müharibə günlərində bir araya gəldilər, birgə bəyanat imzaladılar və Ali Baş Komandanımıza, Şanlı Ordumuza dəstək nümayiş etdirdilər. Bu da İlham Əliyevin ən böyük uğurlarından biri idi. Mənfur düşmənin başını əzməyə nail olmaq, Qələbəyə imza atmaq üçün öz siyasi rəqiblərini də eyni hədəf uğrunda birləşdirə bilmək bir siyasi Lider üçün həqiqətən də parlaq uğur sayıla bilər.

Ancaq İlham Əliyevin missiyası hələ bitməyib. O, bir sərkərdə kimi, Ali Baş Komandan kimi 44 günlük savaş sayəsində 30 illik işğal tariximizi Zəfər tariximizə çevirməklə tarix yazsa da, lakin qurucu lider kimi də onun üzərinə çox böyük bir vəzifə düşür. Belə ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə böyük quruculuq və bərpa işləri aparılmalıdır. Erməni vandallarının çəyirtkə kimi, səlibçilər kimi gəlib keçdikləri və viranə qoyduqları əraziləri yenidən qurmaq, ora həyat və sivilizasiya gətirmək lazımdır. Biz əminik ki, dövlət başçımız yenə də milli birliyimizə və həmrəyliyimizə söykənərək, “Qarabağa qayıdış” layihəsini uğurla həyata keçirməklə buna nail olacaq. Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalaması da elə bu məqsədə xidmət edir:

“Mən yazımın sonunda bütün diqqətləri “realistik nəzəriyyə”, “siyasi realizm” kimi istilahların müəllifi, məşhur amerikalı politoloq və diplomat Hans Morgentaunun bütün dünya siyasətçilərinin və ekspertlərin stolüstü kitabına çevrilmiş "Politics Among Nations. The Struggle for Power and Peace" (“Millətlər arasındakı siyasi münasibətlər. Hakimiyyət və sülh uğrunda mübarizə”) kitabının əsas məğzinə, ana xəttinə yönəltmək istəyirəm. Morgentau yazırdı ki, “beynəlxalq münasibətlər ideallıqdan tamamən uzaq olduğuna görə, hazırda beynəlxalq siyasət hər dövlətin öz millətinin gücünün artırılması, digər millətlərin gücünün zəiflədilməsi prinsipinə söykənir”. Maraqlıdır ki, amerikalı strateq-nəzəriyyəçinin hələ 40-cı illərdə müşahidə və xarakterizə etdiyi dünya siyasətindəki bu çılpaq həqiqət bu gün də öz qüvvəsini saxlamaqdadır və keçərlidir. Hazırki geopolitik proseslərə diqqət etsək, əksər dövlətlərin bir-birinə qarşı münasibətdə məhz Morgentaunun qeyd etdiyi prinsipdən çıxış etməsinin şahidi olarıq. İxtisasca diplomat olan və böyük siyasi təcrübə məktəbi keçmiş İlham Əliyev də çeşidli beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Minsk Qrupunun turist-diplomatlarının 28 il ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla çözülməsi istiqamətində real addımlar atmayacağını vaxtında hiss edərək, Morgentaunun prinsipini əməli surətdə tətbiq etməyə başladı. O, bir tərəfdən sülh danışıqlarının məramına sadiq qalaraq Ermənistanla danışıqları ardıcıl olaraq davam etdirdi, digər tərəfdən isə düşməni blokadada saxlayaraq Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdirilməsi və hərbi gücünün artırılması üçün sistemli iş apardı. Beləliklə, 17 illik sistemli və planlı fəaliyyətin nəticəsi olaraq Azərbaycanın gücü bütün parametrlər üzrə Ermənistanın gücünü ölçüyəgəlməz dərəcədə üstələməyə başladı. Bu isə qalibiyyətli müharibə üçün ən etibarlı zəmin idi”.

Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, ötən müddət ərzində isə ümumilikdə 2 214 194 test aparılıb.
İran uranın 20 faiz zənginləşdirilməsinə başlayıbİran Fordodakı nüvə obyektində uranı 20 faiz səviyyəsində zənginləşdirməyə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rabii bildirib.

Bir müddət əvvəl İran parlamenti “Sanksiyaların ləğvi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini ratifikasiya edib.

Məlumata görə, uranın 20 faiz səviyyəsində zənginləşdirilməsi silahlanmada istifadə edilə bilər.

Anam dəm qazından ölüb... – Müğənni danışdıAnam saat 6-da hamama girmişdi. Biz saat 10-da onu ölü halda tapdıq. Morqda həkimdə dedi ki, çox güman, ölümünə səbəb dəm qazıdır. Lakin tam dəqiq olması üçün ekspertizanın nəticəsi ayın 20-si çıxacaq.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində anasının vəfatı ilə bağlı danışarkən deyib.

“Övladlarım bağ evimizdə idi. Evə qayıdanda oğluma dedim ki, gedin nənənizi təbrik edin. Bizim ev ikimərtəbəlidir. Biz birinci mərtəbədə yaşayırıq, anam isə ikinci mərtəbədə. Oğlum yuxarı çıxdı. O, nənəsini səsləyib cavab almayanda hamamın qapısını açıb. Uşaq nənəsini o halda görüb, qorxub bizə deyə bilməyib.

Mən oğlumun gəlmədiyini gördükdə yoldaşıma dedim ki, çıx yuxarı bax, Yusif gəlmədi, nə baş verir? Birdən ürəyimə gəldi ki, anama nəsə olub. Yoldaşım yuxarı çıxdı və az sonra ağlayaraq dedi ki, Kərim, anan yıxılıb yerə. Gəlib gördüm ki, anam rəhmətə gedib”, - o bildirib.

Qeyd edək ki, müğənninin anası 30 dekabrda, 60 yaşında dünyasını dəyişib.
Baş redaktorun vəziyyəti yaxşılaşdı -  palataya köçürüləcəkTrend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti yaxşılaşır, süni tənəffüs aparatından ayrılıb, tezliklə palataya köçürülməsi planlaşdırlır.

Bunu baş redaktorun ailəsindən bildiriblər.

Qeyd olunub ki, R.Hafizoğlunun vəziyyətindəki yaxşılaşma davam edir.
"Hərarəti və təzyiqi normaldır, nəfəsalması normallaşır, hazırda bərpa olunma mərhələsindədir, tezliklə palataya köçürülməsi planlaşdırlır".
Daha 19 erməni hərbçisinin meyiti tapıldıYanvarın 3-də aparılan axtarış işləri nəticəsində Hadrut və Cəbrayıl bölgələrində daha 19 erməni hərbçinin və bir mülki şəxsin cəsədi tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ümumilikdə 14 noyabrdan bəri döyüş meydanlarından toplanan erməni əsgər meyitlərinin sayı 1175-ə çatıb.
Mənəvi cinayətElçin Mirzəbəyli
Əməkdar jurnalist, şair

Millətin ruhunu ölü söz məzarlarının sərgi salonuna çevirmək olmaz!

Hərbi marşlar və mahnılar, həmçinin vətənpərvərlik ruhunda yazılan əsərlər xüsusi yanaşma, maksimum həssaslıq, peşəkarlıq və məsuliyyət tələb edir. Təəssüf ki, həm 44 günlük Vətən Müharibəsi dövründə, həm daha əvvəl və daha sonra bir neçə mahnı və hərbi marşa yaxın əsərlər istisna olmaqla, söz yığınından, keyfiyyətsiz musiqidən ibarət nəsnələr qulağımızın pərdələrində və zövqümüzdə meydan suladı. Müğənnilərin əhəmiyyətli hissəsi, öz intellektual və mədəni səviyyələrinə uyğun olaraq, oxuduqlarının mahiyyətinə varmadan “hərəyə bir mahnı” yarışına çıxdılar və əldə olunan MÖHTƏŞƏM ZƏFƏRİN və Azərbaycan xalqının ayaqda olan gerçək, təkrarsız VƏTƏNPƏRVƏRLİK RUHUNUN alt-üst edilməsi üçün “bacardıqlarını” əsirgəmədilər. Ruhumuzu yerindən oynadan sözlər və onların ifadə etdikləri müqəddəs dəyərlər zorla, məntiqsiz və zövqsüz bir şəkildə ard-arda düzülərək “üç badam bir qoz” “müsiqi”lərinə pərçimləndi, bayalığın dibinə varıldı... Və bu proses təəssüf ki, davam etməkdədir.

...İllər öncə hörmətli həmkarım Vəsilə Vahidqızı İctimai TV-də vətənpərvərlik ruhunda yazılan mahnıların və mahnı mətnlərinin keyfiyyəti ilə bağlı çox maraqlı bir müzakirə açmışdı, millət vəkili, yazıçı Aqil Abbasla birlikdə, konkret və ünvanlı nümunələr gətirməklə mahnı və marşların mətnlərini təhlil etməyimizə imkan yaratmışdı. Qeyd edim ki, üzərindən, bəlkə də 10 ilə yaxın, ola bilsin daha çox vaxt keçsə də, sözün dəyərini bilən həmkarlarım həmin verilişi və orada müzakirə olunan problemləri, mövzu gündəmə gəldikcə tez-tez xatırladırlar. Qənaətimə görə, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin müsiqi əsərlərinə olan zövqlü və peşəkar münasibəti mövzunun yenidən, ardıcıllıqla və detallı şəkildə müzakirə edilməsinə imkan yaradır. Hər halda dəyərli həmkarlarımın bu ismarışıma etinasız yanaşmayacaqlarına ümid bəsləyirəm.

...Ali Baş Komandanın, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin bizə bəxş etdiyi ZƏFƏR bundan sonrakı tariximizi və taleyimizi müəyyənləşdirəcək qədər əhəmiyyətlidir və bu baxımdan daşıdığı mənəvi-ideoloji yükə uyğun bir yanaşma tələb edir.

Gənc nəslin tərbiyəsindən, təhsildən başlamış bir MİLLƏT olaraq ən böyük strateji hədəflərimizə doğru aparan yolun hər qarışının cizgisini çəkəcək bu nəhəng, şərəfli mənəvi-ideoloji yükə başdansovdu, qeyri-ciddi və məsuliyyətsiz münasibət, qeyri-peşəkar kampaniyaçılıq bizi özümüzə qaytaran, bütövləşdirən, qürurumuzu dikəldən tarixi uğurumuzun uğursuzların zolağında bəsitləşdirilməsinə yol aça bilər. Təki olmasın, amma belə bir ehtimal istisna deyil.

Bu yazıda ayrı-ayrı mahnıların mətninə, yaxud müsiqisinə diqqət çəkməyəcəyəm. Ən pisləri arasında seçim etmək istəmirəm. Və həm də onların sayı o qədər çoxdur ki, ölü sözlər üçün vaxt öldürməyi doğru saymıram. Əgər daha öncə vurğuladığım kimi, bu mövzuda ictimai müzakirələrin aparılması məqbul sayılarsa, o zaman mənim subyektiv seçimimə məruz qalmayan konkret nümunələrin mətni ilə bağlı öz fikirlərimi açıqlaya bilərəm.

...İndi isə problemin həllinə və daha yaxşı nümunələrin yaranmasına xidmət edən məqamlara toxunmaq istəyirəm. Öncə qeyd edim ki, qadağaların əleyhinəyəm və hansısa məhdudiyyətlərin bu sahədə olan problemləri aradan qaldıracağına inanmıram.
Qənaətimə görə, bu istiqamətdə olan problemlərin aradan qaldırılmasına müvafiq dövlət qurumlarının, yaradıcı birliklərin, televiziya və radio yayımçılarının işbirliyi müsbət təsir göstərə bilər.

Bu bağlamda peşəkarlardan ibarət münsiflər heyətinin müsabiqə yolu ilə seçdiyi əsərlərin daxil edildiyi nümunəvi albomların hazırlanmasını və yayımçılara tövsiyyə edilməsini mümkün variantlardan biri kimi nəzərə almaq olar.

Digər çözüm yolu peşəkarların rəhbərliyi və iştirakı ilə yalnız hərbi vətənpərvərlik ruhunda mahnılar ifa edən qrupların yaradılmasıdır. Doğrudur, bununla bağlı yaxşı nümunələr var. Bu sırada, Dövlət Sərhəd Xidmətinin “Nur” vokal-instrumental qrupunun adını xatırlatmaq, hesab edirəm ki, yerinə düşər. Amma bunun yetərli olmadığı qənaətindəyəm. Belə qrupların sayının və üslub müxtəlifliyinin artırılması üçün stimullaşdırıcı addımların atılmasına, davamlı layihələrin həyata keçirilməsinə ehtiyac var.

Nümunə olaraq, Rusiyanın “Lyube” qrupunu göstərə bilərəm. Bu qrupun repertuarında olan mahnılar, təkcə vətənpərvərlik motivlərinə görə diqqəti cəlb etmir. Milli identikliyin, vətənpərvərlik ruhunun pafossuz, aşırı hay-küy olmadan təqdimatı baxımından “Lyube” çox yaxşı nümunədir. Təbii ki, bu identikliyi Azərbaycan müsiqisinə daşımaq lazım deyil. Təəssüf ki, son 10-15 il ərzində ölkəmizdə yaranan bəzi hərbi vətənpərvərlik mahnılarında “Lyube” qrupuna və bütövlükdə rus hərbi vətənpərvərlik mahnılarına, romanslarına xas elementlər də nəzərə çarpır ki, bunu milli musiqimizdəki identikliyin qorunması baxımından təhlükəli hesab edirəm.

Fars, hind musiqisinin təsiri altında “yazılan” və “oxunan” söz və musiqi yığınlarından ibarət “meyxana”, “çayxana”, “ağlaşma”, “saçyoldu” “nümunələri”nə gəldikdə isə, bu prosesdə zövqümüzün korlanmasına xidmət edən uzunmüddətli və çoxsaylı komponentlərin yer aldığını düşünürəm. Zövq problemi cəmiyyətimizin ən ciddi problemlərindən biridir və geridə qalan zaman kəsiyində buraxılan boşluqların doldurulması üçün hələ xeyli vaxt və əmək sərf olunacaq.

Bu qədər... Əslində ürəyim doludur. Sözün urvatdan, dəyərdən salınması ən ağrılı yerimdir. Amma nə etmək olar, ara-sıra ürəyimi qısaraq boşaltmaqdan başqa əlimdən heç nə gəlmir..

P.S. Millətin ruhunu ölü söz məzarlarının sərgi salonuna çevirmək olmaz. Bu mənəvi cinayətdir.
Abazyan məxfi şəkildə Bakıya göndərilir – MinasyanErmənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvada Azərbaycandan olan həmkarı ilə görüşdən sonra tam məxfi şəraitdə Bakıya göndəriləcək.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb. Onun sözlərinə görə, Abazyanın qarşısında qoyulan hədəf odur ki, şifahi razılaşmaları və biabırçı güzəştləri yazılı şəkildə qeyd edib, rəsmləşdirsin, eləcə də növbəti öhdəliklər götürsün.

Qeyd edək ki, Mikayıl Minasyan keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Korrupsiyadan dolayı barəsində cinayət işi açılan Minasyan İrəvana gələ bilmir, amma xaricdə oturaraq, Ermənistan hakimiyyətinə qarşı çox aktiv təbliğat aparır.

Maraqlıdır ki, onun bir çox hallarda təsdiqini tapmayan və manipulyasiya edilmiş məlumatlarını erməni mediası böyük həvəslə tirajlayır.
Qüdrət Həsənquliyev: Bizə və bölgəyə rus-türk düşmənçiliyi yox, dostluğu lazımdırİndiki mərhələdə İlham Əliyev nəyə nail olmaq mümkün idisə, ona nail olub

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik

- Qüdrət bəy, artıq 2021-ci ilin ilk günlərini yaşayırırq. Necə düşünürsünüz, bu il həll etməli olduğumuz əsas məsələlər hansılardır?

- İlk növbədə hökumət qısa bir müddətdə COVİD-19 virusuna qarşı ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınmasını və əhalinin peyvənd olunmasını təşkil etməlidir. Bunun ardınca ölkədə başladılmış islahatlar dərinləşdirilməli, iqtisadiyyatda dövlət yalnız tənzimləyici rol oynamalı, özəlləşdirilməyə gedilməlidir. Konstitusiyanın 15-ci maddəsinin ikinci hissəsində qeyd olunur ki, dövlət iqtisadiyyatın inkişafına şərait yaradır, inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, mülkiyyətin heç bir növünə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət) üstünlük verilmir. Ona görə də bu konstitusion normalara hökumət tərəfindən ciddi riayət olunmalıdır. Təəssüf ki, biz adını “təbii inhisarçı” qoyub bəzi dövlət şirkətlərinə büdcədən pul ayırır, onların borclarını büdcə vəsaiti hesabına bağlayırıq və bəzən vergi güzəştləri də nəzərdə tuturuq və s. Halbuki Konstitusiyaya görə, heç bir təbii inhisarçıdan söhbət gedə bilməz və belə şirkətləri bir neçə yerə bölməklə inhisarçılığa son qoyulmalıdır. Təəssüf ki, dövlət müəssiələrinə maliyyə dəstəyi bəzən onların gördüyü işin əhəmiyyəti ilə əlaqələndirilir. Baxmayaraq ki, iqtisadiyyatın digər mülkiyyət növləri ilə əlaqəli bütün sahələri əhəmiyyətlidir.

Eyni zamanda qanunun aliliyini yüksək səviyyədə təmin etmək üçün məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Ölkənin xarici siyasət idarəsi sözün əsl mənasında fədakarlıq nümayiş etdirməli, ölkəyə investisiya cəlb olunması və Qarabağın bərpası üçün büynəlxalq dəstəyin təmin edilməsi istiqamətində ciddi fəaliyyət göstərməlidir. Hökumət xalqın quruculuq prosesinə cəlb olunması üçün xüsusi proqramlar hazırlamalıdır. Bunlarsız böyük uğurlara imza atmaq çətin olacaq, iqisadiyyatın neft və qaz satışından asılılığı davam edəcəkdir. Həll edilməli növbəti vacib məsələ “Laçın dəhlizi” də daxil olmaqla Ermənistanla dövlət sərhədlərinin bərpa olunması, ölkəmizin ərazisinə malların və insanların giriş-çıxışına nəzarətin bərpa edilməsidir.

- Xaricdən idarə olunan bəzi adamlar son günlər Qərb ölkələrindən yayımlanan internet TV-lər üzərindən xüsusi emosionallıqla təkrar-təkrar vurğulayırlar ki, rus sülhməramlılarının Qarabağa gəlməsinə imkan vermək olmazdı, ən azından Azərbaycan atəşkəs haqqında birgə Bəyanat imzalanarkən qətiyyət nümayiş etdirməli, ruslarla eyni sayda Türkiyə sülhməramlılarının da münaqişə bölgəsinə gəlməsinin Bəyənatda qeyd olunmasına nail olmalı və türklər də ruslarla birlikdə sülhməramlı missiyada iştirak etməli idilər. Onlar əminliklə söyləyirlər ki, Türkiyənin imzalanmış Bəyanatdan öncədən xəbəri olmayıb və Azərbaycan Türkiyəni fakt qarşısında qoyub. Bəziləri hətta Qarabağın tam azad olunmamasını və atəşkəsə gedilməklə bu münaqişənin birdəfəlik həll edilməməsini böyük tarixi şansın qaçırılması kimi qiymətləndirirlər. Sizin bu məsələlərə münasibətiniz necədir?

- Bu cür fikirləri səsləndirənlər siyasi diletantlar və qərəzli, tapşırıqla danışanlardır. Hansı “ağıllı” düşünə bilər ki, Rusiya ilə anlaşıb onun neytral qalacağına əmin olmadan Prezident genişmiqyaslı əks-hücum əmri verərdi. Biz hamımız gördük ki, Rusiya bundan əvvəlki atəşkəs rejimlərinin pozulması hallarında olduğu kimi dərhal müdaxilə etmədi və bəyan etdi ki, döyüşlər Azərbaycan ərazisində getdiyindən onlar müdaxilə edə bilməz. Bununla yanaşı müharibə zamanı Rusiya Türkiyə ilə daim təmasda oldu, onun proseslərdə iştirakına çox dözümlə yanaşdı və hazırda Türkiyə ilə birgə “Atəşkəsə Nəzarət üzrə Monitorinq Mərkəzi” yaradırlar. Atəşkəsdən xeyli öncə Türkiyə mətbuatı türk diplomatik qaynaqlara istinad etməklə bölgəyə rus sülhməramlılarıın gələcəyini yazırdı. Baş verənləri təhlil etdikcə əmin olursan ki, müharibə başlayan kimi Ordumuzun İranla sərhəd rayonlarının və Şuşanın işğaldan azad olunması istiqamətində əks-hücumlarını da yalnız hərbi strategiya ilə əlaqələndirmək doğru olmaz. Qardaş Türkiyə Respublikası bütün məsələlərin içində idi. Bunları başa düşmək üçün sübut yox, ağıl lazımdır. İndi birgə Bəyənatı tənqid edən həmin !ağıllılar” desinlər görək onlar başqa cür, Rusiya ilə anlaşmadan Qarabağı necə azad edəcəkdilər? Xalqımız da görsün ki, bəli, belə bir şans olub, amma hökumət onu qaçırıb. Ona da cavab versinlər ki, Rusiya münaqişəyə qatılsaydı indiki nəticələrə nail olmaq mümkün olardımı və Rusiyanın münaqişəyə qatılmamasını başqa cür necə təmin etmək olardı? Paralel olaraq xalqımızdan soruşuram, torpaqlarımızın 20%-nin işğal altında qalması sərfəliydi, yoxsa 4%-nin rus sülhməramlılarının 5 il nəzarətində qalması şərti ilə torpaqlarımızın 16%-ni azad etməyimiz?

Qoy desinlər, Rusiya ilə anlaşmadan hərbi əməliyyatlara başlasaydıq və Rusiya ermənilər tərəfdən müharibəyə qatılsaydı Türkiyədən başqa kim bizə kömək edəcəkdi? Rusiyanın əlində əsir-yesir olmuş Qərbmi? Yaxud, desinlər Türkiyə-Rusiya müharibəsi bizə nə vəd edirdi? Bizə və bölgəyə rus-türk düşmənçiliyi yox, dostluğu lazımdır. Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanın mövqeyi ortadadır. ABŞ-ın hələ Elçibəyin prezidentliyi dönəmindən Qarabağda erməni işğalçılarına müqavimət göstərdiyimiz üçün ölkəmizə tətbiq etdiyi sanksiya, “Azadlığa yardım aktına 907-ci düzəliş” bu gün də qüvvədədir. ABŞ və Avropa İttifaqının səfirləri xalqımızı 2021-ci ilin gəlişi münasibətilə “təbrik” edirlər, torpaqlarımızı işğaldan azad etməyimizə görə bizi təbrik etmirlər. Budur bunların beynəlxalq hüquqa, əslində isə özlərinə hörməti. Daha neçə 30 il gözləməliydik ki, Minsk Qrupunun həmsədrləri Ermənistandan BMT TŞ-nın qətnamələrinin icrasını tələb etsin? Ona görə hər zaman Qarabağı işğaldan azad etmək üçün həm qardaş Türkiyəni, həm də öz hökumətimizi Rusiya ilə danışıqlar aparmağa çağırırdım. İndi çox məmnunam ki, bu baş verib. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İndiki mərhələdə İlham Əliyev nəyə nail olmaq mümkün idisə, ona nail olub. Növbəti mərhələdə həllini tapmamış digər məsələlər də yoluna qoyulacaq.

- Rusiyanın bəzi tanınmış şəxslərinin “Müttəfiq respublikaların SSRİ-dən çıxmaq qaydaları haqqında” 3 aprel 1990-cı il tarixli qanuna istinad edərək, Qazaxıstanın ərazi bütövlüyünü təhdid etməsi barədə nə deyə bilərsiniz?

- Həmin adamlar sağlam düşünmə imkanlarını və vicdanlarını itiriblər. Əvvəla Sovet İttifaqını həmin qanuna heç bir əhəmiyyət vermədən Rusiya Federasiyası dağıdıb. İkincisi, Rusiya ilə Qazaxıstan arasında “Dostluq,əməkdaşlıq və qarşılıqlı yardım haqqında”1991-1992-ci illərdə imzalanmış, 2012-ci ildə əlavələr edilmiş Müqavilənin 1-ci maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasına, dövlət suverenliyinə hörmət etməsinə dair beynəlxalq hüquqi qüvvvəyə malik saziş imzalanıb. Qazaxıstan indiki sərhədləri daxilində BMT-yə üzv qəbul olunub və Rusiya da bunu tanıyıb. Qazaxıstan Azərbaycana qardaş olan respublikadır və biz ona yönələn bu cür təhdidləri qətiyyətlə pisləyirik. Qazaxıstan türk və islam dünyasında hörmət olunan bir dövlətdir, ona qarşı bu cür təhdidlər Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Qazaxıstan öz ərazi bütövlüyünü qorumaqda çox qətiyyətlidir, onun Rusiyadan daha güclü və nüfuzlu dövlətlərlə ciddi əməkdaşlığı var. Qazaxıstana yönələn istənilən təcavuz Rusiya Federasiyasının beynəlxalq aləmdə təklənməsinə və onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Ona görə düşünmürəm ki, Rusiya yetkililəri məsələni açıq qarşıdurmaya qədər gətirib çıxarsın.