Teymur Rəcəbov erməni şahmatçıya qalib gələrək çempion olduOnlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də lazımı nəticəni qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

Teymur Rəcəbov bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.


Ölkəmizdə bir gündə 30 nəfər koronadan öldüAzərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.
İran İsrailə hücum üçün bəhanə axtarır - Ştaynitsİran xarici işlər naziri Məhəmməd Cavad Zərifin İsrailin ABŞ-a provokasiya hazırlaması haqqında sözləri tam sərsəmləmədir.

Axar.az xəbər verir ki, bunu İsrail energetika naziri Yuval Ştaynits deyib.

“Əvvəla, Tehran təhlükəsizlik, iqtisadiyyat sferasında məhdud şərtlər çərçivəsindədir. Biz Zərifin sərsəmləməsini eşidirik. Bu, tam sərsəmləmədir. Bu, xəbərdarlıq işarəsidir və İran bəhanə axtarır ki, İsrailə zərbə endirsin. İsrail əlini nəbzində tutmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın əlində ABŞ mövqelərinə İsrail agentləri tərəfindən hücum ediləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu demişdi. O, bu hücumun İrana qarşı müharibənin başlanğıcı üçün bəhanə olacağını bildirmişdi.
Ermənistan minlərlə türk malını İran malları ilə əvəz etməyə məcbur olduİran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.

Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir.

"Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir", - deyə İran rəsmisi bilirib.

O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.

Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq.

İran nüvə silahı yaratmağa qərar verdi: ABŞ zərbə endirəcək?Uranın zənginləşdirilməsinin 4 faizdən 20 faizə qədər qaldırılması İrana nüvə silahı əldə etməyə imkan verəcək. Bəs, İran niyə uranı məhz indi bu səviyyədə zənginləşdirməyə qərar verdi?

Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu baxışlarını təqdim edib.

O bildirib ki, Donald Tramp prezident seçildikdən dərhal sonra İranla nüvə anlaşmasından çıxdı:

“Buna baxmayaraq, İran Trampın hakimiyyətdə olduğu 4 ildə açıq şəkildə uranı zənginləşdirməkdən çəkindi. Digər tərəfdən nüvə anlaşmasını imzalayan digər ölkələr İranı anlaşmadan çıxmamağa çağırırdılar, əvəzində Tehrana qarşı ABŞ sanksiyalarına qoşulmayacaqlarını vəd edirdilər. Ancaq İranla ortaq layihələri olan Avropanın böyük şirkətləri ABŞ sanksiyalarından çəkinərək, İranı tədricən tərk etdilər. Yəni Avropa Birliyi sözdə Amerikanın sanksiyalarına qoşulmayacağını vəd etsə də, nə İrana investisiya yatırımları etdi, nə də İran bazarını tərk edən şirkətlərinin qarşısını kəsdi”.

Politoloq xatırladıb ki, bu zaman kəsiyində İran iki tanınmış simasını sui-qəsd nəticəsində itirdi: general Qasım Süleymani və nüvə alimi Möhsün Fəxrizadə:

“İran ikinci sui-qəsddə İsraili ittiham etdi. Həqiqətən son illərdə İranda nüvə çalışmalarında iştirak edən neçə-neçə alim müəmmalı şəkildə qətlə yetirildilər. İranın nüvə silahına yiyələnməsinə qarşı çıxan başlıca dövlət İsraildir. Bəllidir ki, İran nüvə silahı əldə etsə, hədəfindəki əsas ölkə İsrail olacaq. Buna baxmayaraq, İranın uranı zənginləşdirməsini nə Trampın nüvə anlaşmasından çıxmasıyla, nə də haqqında danışdığım sui-qəsdlərlə əlaqələndirirəm”.

Politoloq deyib ki, Tehran hiyləgər gediş edir:

“İranın hakim və dini dairələri tez və ya gec nüvə silahı əldə etməyi hədəfləyib. Tehran uranı nüvə silahı əldə etmək səviyyəsində zənginləşdirmək qərarını Trampın Ağ Evdən getməsinə sayılı günlər qaldığı vaxtda elan etdi və bununla Vaşinqtonu çətin seçimə sürüklədi. Tehranda düşündülər ki, “ya indi, ya da heç vaxt” və indini seçdilər. Təsəvvür edin ki, Tramp Ağ Evi tərk etməyə hazırlaşdığı dövrdə İranla müharibəyə başlayır. Bu halda Amerikanın daxili siyasətində aləm bir-birinə qarışır. Əsas sual bu olacaq: müharibəyə kim başçılıq edəcək?

Birinci variant odur ki, İranı bombalayan Donald Tramp prezident seçkisində məğlub olmasına baxmayaraq, Ağ Evi tərk etmir və müharibəni davam etdirir. Onsuz da Tramp rəqibi Cozef Baydenin saxtakarlıq nəticəsində seçkidə qələbə çaldığını iddia edir. Trampın son günlərdə İranla müharibəyə başlaması və Ağ Evi tərk etməməsi qərarı Amerikanı qarışdıracaq.

İkinci variant odur ki, Tramp İranla başladığı müharibəni yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evin yeni sahibi Baydenə ötürür. İlk gündən İranla müharibə Baydenə yaxşı heç nə vəd etmir. Əlbəttə, Amerika İranda hansısa hədəfləri vura bilər, ancaq İran və onun müxtəlif ölkələrdəki silahlı satellitləri də boş dayanmayaraq, harda mümkündür, Amerika hərbçilərini və vətəndaşlarını hədəf alacaqlar. Bayden hakimiyyətə gəldiyi ilk gündən itkilərlə üzləşmək istəmir”.

Politoloqun iddiasına görə, İrandakı siyasi dairələr bu iki variantı hesablayaraq uranı məhz indi zənginləşdirməyə qərar veriblər:

“Əlbəttə, Amerika İranın uranı zənginləşdirməsinə hansısa şəkildə reaksiya verməlidir və görünür, Tehran bu dəfə özünü mümkün əks-reaksiyalara hazırlayıb. İranın itirəcəyi heç nə yoxdur, iqtisadiyyatda ağır günlər yaşanır, pandemiya minlərlə insanın ölümünə səbəb olub. Ortaq düşmənə qarşı mümkün müharibə İran hakimiyyətinin və cəmiyyətinin üzləşdiyi problemləri arxa plana atacaq”.
İran şirkətləri Qarabağa gələ bilərQarabağ bölgəsinin işğaldan azad edilməsi İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün böyük zəmin yaradıb.

Avrasiya.net xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi söyləyib. O bildirib ki, qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var və bu potensialdan istifadə etmək lazımdır. Ərdəbil vilayəti Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə sərhəddə yerləşdiyinə görə vilayətin şirkətləri Qarabağda aparılacaq yenidənqurma işlərində iştirak edə bilərlər. Tikinti və kənd təsərrüfatı sahəsində İran şirkətlərinin kifayət qədər təcrübəsi var.

Diplomat diqqətə çatdırıb ki, İran Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək istiqamətində başladığı hərbi əməliyyatları beynəlxalq hüquqa əsaslanaraq dəstəklədi və rəsmi Bakının mövqeyini haqlı hesab etdi. Hazırda Azərbaycan hökumətinin bu bölgənin bərpasına başlaması ilə əlaqədar sərhəd vilayətləri, xüsusən Ərdəbil üçün dəyərli fürsət yaranıb.

Səfirin sözlərinə görə, İranın Qarabağın yenidən qurulmasında iştirakı həm onun ölkəsinin, həm də Azərbaycanın mənafeyinə uyğundur.
Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik təyin olunacaq, hər ay təqaüd və müavinətlə təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları qazinin evində (Zərdab rayonu) olarkən ailəsinə bu barədə məlumat veriblər.

Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.

Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.

Romanın özü müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçudur. Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.

Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.
İran generalından ABŞ-a XƏBƏRDARLIQ: Cavabsız qalmayacaq“Əbu Musa, Böyük və Kiçik Tunb adaları milli müstəqilliyimizin ayrılmaz hissəsidir və bura bölgədən kənar qüvvələrə qarşı mübarizədə ən öndə gələn müdafiə xəttimizdir”.

Publika.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın suverenliyini iddia etdiyi İran körfəzindəki Əbu Musa adasını və oradakı hərbçiləri ziyarət edərkən deyib.

ABŞ ilə yaşanan gərginliklə bağlı da açıqlamalar verən general bildirib ki, düşmənlərin hər hansı təhdid və hücumları cavabsız qoyulmayacaq.

Qeyd edək ki, ABŞ-ın Bağdaddakı səfirliyi iki həftə əvvəl raket hücumuna məruz qalmışdı. Vaşinqton rəhbərliyi buna görə İranı günahlandırır.

Estoniyadan Rusiyaya ərazi iddiası: Geri qaytar.Estoniya hesab edir ki, 1920-ci il Tartus razılaşması qüvvədədir.

Axar.az xəbər verir ki, bunu parlamentin spikeri Henn Pılluaas deyib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində Pskov və Leninqrad vilayətlərinin tərkibinə daxil olan bəzi torpaqlar Estoniyaya verilməlidir. O, bu razılaşma sayəsində Estoniya ilə Rusiya arasında sərhədin müəyyənləşdirildiyini və beynəlxalq hüquq nöqteyi-nəzərdən onun hələ də qüvvədə olduğunu bildirib.

Pılluaas Rusiya ilə 2014-cü ildə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan razılaşmanı parlamentdə ratifikasiya etməyəcəklərini söyləyib.

Qeyd edək ki, Tartus razılaşması 1920-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Estoniya arasında imzalanıb. Razılaşmaya əsasən, Pskov quberniyasının bir hissəsi, eləcə də Leninqrad əyalətindəki ərazilərin bəziləri Estoniyaya verilməli idi. 1944-cü ildə SSRİ-nin Estoniyanı işğalından sonra Rusiya bu əraziləri özünə birləşdirib. Moskva ilə Estoniya arasında yeni sərhəd razılaşması 2005-ci ildə imzalanıb. Razılaşmanın ratifikasiyası zamanı Estoniya ora Tartus razılaşmasına istinadla bağlı əlavə yerləşdirib. Moskva sonradan bu razılaşmanın qəbuledilməz olduğunu bildirib ki, bu da tərəflərin 2014-cü ildə yeni sərhəd razılaşmasının layihəsini imzalamasına gətirib çıxarıb. Razılaşma hər iki tərəfin parlamentinə təsdiq üçün göndərilib.
Pakistanda DƏHŞƏTLİ HÜCUM: Çox sayda ölən varPakistanın Bəlucistan əyalətindəki kömür mədənində çalışan işçilər bir qrup silahlı şəxslər tərəfindən qaçırılıb.

Publika.az xəbər verir ki, səlahiyyətlilər qaçırılan şəxslərdən 11 nəfərinin öldürüldüyünü, 4-nün isə yaralı olduğunu bildirib.

Hücumu kimlərin və hansı səbəbdən həyata keçirdiyi barədə məlumat verilməyib. Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.