Teymur Rəcəbov finalda erməni şahmatçını MƏĞLUB ETDİOnlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində Azərbaycanı təmsil edən qrossmeysterimiz Teymur Rəcəbov turnirin finalının ilk günündə erməni həmkarı Levon Aronyanı məğlub edib.

Avrasiya.net xəbər verir ki, şahmatçılar arasında ikinci görüş yanvarın 3-də baş tutacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.


Türkiyədə gənc cütlük öldürülüb.

Publika.az xəbər verir ki, dəhətli qətl Kırşehir vilayətinin Kaman rayonunun Bayramözü kəndində baş verib. Kənd sakini olan 20 yaşlı Vildan İncə bir müddət əvvəl ailəsi tərəfindən zorla əmisi oğluna ərə verilib. Lakin 50 gün əvvəl yeni gəlin sevdiyi 24 yaşlı Osman Çelikə qoşularaq qaçıb. Təxminən ay yarım ərzində harada olduqları bilinməyən cütlük 3 gün əvvəl Osmanın valideynləri ilə bayramlaşmaq üçün kəndə qayıdıblar.

Bundan xəbər tutan qızın ailəsi ismarış göndərərək onları bağışladıqlarını və Osmanla birgə qonaq dəvət etdiklərini, birdəfəlik barışmaq istədiklərini deyiblər. Bu xəbərə sevinən cütlük V.İncənin ata evinə gediblər. Burada qızın atası, əmisi, dini nikahlı əri və bir neçə digər şəxs onları tələyə salaraq tutub. Hər iki şəxsi öldürən ailə üzvləri onların meyitlərini kəndin yaxınlığında basdırıb.

Osman Çelikdən xəbər ala bilməyən ailəsi polisə müraciət edib. Məlum olub ki, onların 24 yaşlı oğullarını qaçırdığı qızla birlikdə V.İncənin yaxınları amansızlıqla öldürüb. Gənclərin meyiti basdırıldıqları yerdən çıxarılıb.

Artıq cinayəti törədən şəxslər tutulublar.
Məşhur rus aktyoru koronadan öldüMəşhur rus aktyoru Vladimir Korenev vəfat edib.

Avrasiya.net xəbər verir, bu barədə aktyorun həyat yoldaşı Alevtina Koreneva məlumat yayıb.

O bildirib ki, 81 yaşlı xalq artisti Vladimir Korenev koronavirusdan ölüb.

Qeyd edək ki, Vladimir Korenev “Amfibiya adam” filmi ilə məşhurlaşıb.
Yoluxma və ölüm sayı azalıbAzərbaycanda son sutkada koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.
Ordumuz post qurdu və ermənilərə daha 2 gün vaxt verdiAzərbaycan Ordusu Şurnux kəndində özbaşına olaraq zəbt edilən ərazilərimizi bərpa edib və sərhədi müəyyənləşdirib.

Bu barədə Sünikin Şurnux kəndinin rəhbəri Akop Arşakyan qeyd edib.

O bildirib ki, artıq hər şey bitdi, Azərbaycan Ordusu zəbt edilən ərazini tərk etməsi üçün ermənilərə 5 yanvara qədər vaxt verdi:

“Artıq kənddən post da qurulub. 5 yanvara qədər vaxt veriblər. O tarixdən sonra heç kim qalmamalıdır. Bizə ancaq bu uniformanı (kəndin “müdafiəsi üçün” hərbi forma geyinməklərini nəzərdə tutur – red.) çıxartmaq qalır”.

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmişdi. Ermənilər isə həyasızcasına zəbt etdikləri ərazilərdən əl çəkmirlər. Hətta öz arxivlərindəki xəritələrdə bu ərazilərin Azərbaycana məxsus olması üzə çıxandan sonra da bunu çox “ağrılı” qarşıladıqlarını bildirirlər və inadla günlərdir ərazini boşaltmaq istəmirlər.
Rusiya sülhməramlıları “Yaşasın Azərbaycan!” söylədi - VideoAzərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları Yeni il gecəsi “Yaşasın Azərbaycan!” söyləyiblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Rusiya sülhməramlısı yeməkdən əvvəl atası və qardaşını yeni il münasibəti ilə təbrik etdikdən sonra hərbçi yoldaşları ilə birlikdə Azərbaycan dilində “Yaşasın Azərbaycan!” söyləyib.
Teymur Rəcəbov finalda erməni şahmatçısı ilə üzləşəcək“Finala yüksəldiyim üçün xoşbəxtəm”.

Avrasiya.net xəbər verir, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib: “Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”.

Finalda erməni Levon Aronyanla görüşəcək Teymur rəqibinin oyununa da toxunub: “Levon əvvəllər olduğu kimi yenə əla şahmat nümayiş etdirir”.

Qeyd edək ki, turnirin final oyunları bu gün və sabah keçiriləcək.


Bakıda iki nəfər tanışını başından güllələdi31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülmüş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Təhlükəli virus Azərbaycana da çata bilər – XəbərdarlıqÖtən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb.

Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir. Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmasının vacibliyini vurğulayıb.

“Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”, - həkim-radioloq bildirib.

Aydın Əliyev həmçinin qeyd edib ki, “Britaniya ştammı” təhlükəli hesab edilsə də, hazırda istifadəyə verilən peyvəndlərdən biri bu ştamma qarşı immunitet yarada bilir:

“Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” peyvəndini təsdiq etdi və bir neçə gün öncə açıqlandı ki, bu peyvənd yeni ştamma qarşı da immunitet yaradır. Ötən bir il ərzində biz artıq COVİD-19 xəstəliyini kifayət qədər tanıyırıq və yanaşı ağır xəstəliyi olmayan şəxslərdə təqribi müalicə sxemi bəllidir. Bu baxımdan, aptekləri müvafiq dərman preparatları ilə təmin etsək, artıq sərt karantin rejimini kifayət qədər yumşalda bilərik”.
İrandan iki ölkəyə işğalla bağlı XƏBƏRDARLIQİran son 48 saat ərzində Küveyt və Qətəri iki dəfə işğalla təhdid edib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, xəbərdarlıq İran Xarici İşlər Nazirliyi səviyyəsində edilib.

"Amerikalılar İrana və nüvə obyektlərinə bu iki ölkədəki bazalarından hücum edərlərsə, İran onların ərazilərini işğal etmək hüququna malikdir", -məlumatda deyilir.