Şahmatçılarımız dünyanın ən güclü onluğundaBeynəlxalq Şahmat Federasiyası (FİDE) 2021-ci il yanvarın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.

Digər şahmatçılarımız isə reytinq siyahısında geriləyiblər. Nicat Abasov 2668 xalla 70-ci (sonuncu siyahıda 61-ci), Qədir Hüseynov 2665 xalla 74-cü (62), Rauf Məmmədov 2654 xalla 92-cidir (79). Reytinq siyahısında irəliləyən yeganə şahmatçı Arkadi Naydiçdir. Aktivində 2649 xal olan şahmatçımız mövqeyini 15 pillə yaxşılaşdıraraq 100-cü sırada qərarlaşıb.

Qadın şahmatçılarının reytinq siyahısında isə ilk yüzlükdə üç təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2443) beş pillə geriləyək 31-ci yerdədir. Siyahıda 79-cu pillədə qərarlaşan Gülnar Məmmədova (2382) 13, 90-cı yerdəki Xanım Balacayeva (2376) isə 17 pillə geriləyiblər.

Ölkələrin siyahısında isə Azərbaycan 2656 xalla yeddincidir.

Füzuli rayonununda minaya düşən mülki şəxs vəfat edibBu gün Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Qarabağda radio-televiziya yayımına başlanılıbİşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.

Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

Əməkdar artistin anası koronadan vəfat etdiƏməkdar artist Bəhram Bağırzadənin ailəsinə ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, sənətçinin anası Tahirə Bağırzadə bu gün koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, aktyor bir neçə gün öncə öz İnstaqram hesabında anasının komada olduğunu bildirərək valideyninə təcili qan lazım olduğunu demiş, kömək etmələri üçün yaxınlarına çağırış etmişdi.
30 yaşlı ana yeni ilin ilk saatlarında beşəm doğubTacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, beşəmlərin anası bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.
İran Süleymaninin qisasını orada alacaq - ŞOK TƏHDİDİslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamı alınacaq.

Publika.az xəbər verir ki, bu sözləri həmin postda onu əvəz edən İsmayıl Kaani Tehran Universitetində təşkil olunan anma mərasimindəki çıxışında deyib.

“Açıq şəkildə deyirəm ki, Qüds Qüvvələri və müqavimət hərəkatının yolu ABŞ-ın işlədiyi cinayətlər səbəbilə dəyişməyəcək. Evinizin içində (ABŞ-da) belə bu işlədiyiniz cinayətin cavabını verəcək insanların olması mümkündür”, - general deyib.

Sui-qəsd təlimatı verdiyini açıqlayan ABŞ prezidenti Donald Trampı hədəf alan Kaani onu dünyanın ən qəddar və çirkli insanı adlandırıb.

Qeyd edək ki, Q.Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanında sui-qəsdə məruz qalmışdı.
İsraildə peyvənd olunan 428 nəfər koronaya yoluxduİsraildə peyvənd olunan 428 nəfər koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmin şəxslərin bəzilərinin peyvənd olunmazdan əvvəl virusa yoluxduğu aşkarlanıb. Xəstələrə bir doza peyvənd vurulduğu və təsir nəticələrinin hələlik dəqiqləşdirilmədiyi də vurğulanıb.

Xatırladaq ki, İsrail bir neçə gün bundan əvvəl “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladıqları peyvənd təsdiqləndiqdən sonra ölkədə vaksinasiya kampaniyasına başlamışdı. Kampaniya çərçivəsində 500 mindən çox insana peyvənd vurulmuşdu.
Bu aydan bütün işçilərin maaşından tutulacaq – RəsmiBu aydan etibarən işçilərin əmək haqlarından tutulmağa başlanılacaq.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

“Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən, 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əmək haqlarının 2 faizi həcmində, 8 000 manatdan yuxarı əmək haqlarından 0,5 faiz həcmində icbari sığorta haqqı tutulacaq.

Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat məbləğdə vəsait nəzərdə tutulub. Bu məbləğ Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla əsas götürülüb.

2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1 milyard 44,7 milyon manat vəsait proqnozlaşdırılır.

Qeyd edilib ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda - Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan yeddi şəhər və rayonunda - Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları, yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.
Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqSabah- yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.