Azərbaycanda Ordu-Prezident-Xalq birliyi mövcudfurQaradağ rayonu ərazisində dəfn olunan 18 şəhidin məzarlarının Yasamal rayonu ərazisindəki Şəhidlər Xiyabanına köçürülməsi xəbərini hamımız razılıq hissilə qarşıladıq. Mən bunu gözləyirdim və inanırdım ki, dövlətçilik şüuru bu məsələ ilə bağlı ədalətli qərarın qəbul edilməsində öz həlledici sözünü deyəcək, şəhidlərin xatirəsi əziz tutulacaq və onlar layiq olduqları məkanda dəfn ediləcəklər. Dövlətin şəhid valideynlərinin istəyinə, tələbinə hörmət və anlayışla yanaşması, hansısa məmurun məsuliyyətsizliyi və səriştəsizliyi üzündən 18 şəhidin dəfni ilə bağlı yaranmış gərginliyi təmkinli bir davranışla aradan qaldırması həqiqətən də təqdirə layiq haldır.

Əlbəttə, könül istərdi ki, belə bir xoşagəlməz hadisə ümumiyyətlə heç baş verməsin və cəmiyyətdə də gərginlik doğurmasın. Mən şəhid valideynlərinin, şəhid yaxınlarının hisslərini, iztirablarını başa düşürəm. Onlar bu Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarının gözdən uzaq bir yerdə, yol kənarında, qrunt sularının üzə çıxdığı bir məkanda dəfn edilməsinə narazılıqlarını bildirməkdə tamamilə haqlıydılar. Onların yerində biz də olsaydıq, bizim də heç birimiz öz şəhid övladımıza qarşı belə bir acımasız rəftarı qəbul etməzdik. Yerlərdəki kiçik ranqlı məmurlar şəhidlərin xatirəsinə bu cür etinasız yanaşmamalı, şəhid ailələrinə qarşı, qazilərə qarşı biganəlik, saymazyanalıq göstərib dövlətlə vətəndaşları qarşı-qarşıya qoymamalıdırlar. Bu cür məmur səhlənkarlıqları, məmur etinasızlığı görün cəmiyyətdə nə boyda gərginlik yaratdı. Məgər buna ehtiyac vardımı? Təbii ki, yox, ehtiyac yox idi. Amma yaxşı ki, dövlət ərkanında, ölkənin rəhbər elitasında təmsil olunan şəxslər arasında kifayət qədər milli ruha, dövlətçilik şüuruna sahib olan ağıllı, təcrübəli, müdrik insanlar da var və onlar bu məsələnin müsbət həllini tapmasında rol oynadılar. Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Şəhid ailələri nəticədən razı qalıblar. Cəmiyyət də bu xəbəri razılıq hissilə qarşıladı.

Beləliklə, milli həmrəyliyimizin zədələnməsinin qarşısı alındı. Məsələyə kənardan çomaq soxmaq istəyənlərin, fürsətdən sui-istifadə edib ölkədə siyasi gərginlik yaratmağa can atan radikal müxaliflərin, iqtidarla xalqın birliyinin pozulmasında maraqlı olan xarici mərkəzlərin ölkədəki əlaltılarının - "5-ci kolon"çuların, prosesi təxribat müstəvisinə çəkməyə çalışanların hamısının xəbis və məkrli planları alt-üst oldu. Önəmli olan da məhz budur. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi gözü götürməyən, bunu heç cürə həzm edə bilməyən daxili və xarici qüvvələr hər an fürsət gözləyirlər. Onlar milli birliyimizi, bütövlüyümüzü sarsıdaraq cəmiyyətdə parçalanmaya nail olmağa, dövlətlə xalqın qarşılıqlı etimadını zədələməyə, vətəndaşlarımızda dövlətə və dövlət başçısına qarşı olan böyük inamı, dəstəyi yox etməyə çalışırlar.

İndi olduqca həssas və kövrək bir dönəmdən keçirik. Ordumuzun şücaəti, Ali Baş Komandanımızın müdrikliyi sayəsində İkinci Qarabağ müharibəsində misilsiz bir qələbə əldə etmişik. Əlbəttə, mənfur və məkrli düşmən üzərində belə bir qələbəni qazanmaq heç də asan deyildi. Ancaq biz bunu bacardıq. Şəhidlərimizin qanı bahasına, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etməyi bacardıq. İndi də bu qələbəni göz bəbəyi kimi qorumaq zamanıdır. Qələbəni qorumaq da onu qazanmaq qədər çətindir. Qələbəmizi qorumaq üçün indi hər birimiz ikiqat, üçqat artıq məsuliyyətli olmağa çalışmalıyıq. Cəmiyyətdə süni gərginlik yaratmağa çalışanların təxribatçı hərəkətlərinə uymamalıyıq, onların qızışdırıcı açıqlamalarının təsiri altına düşməməliyik. Elə özümüz də dedi-qodulardan, şayiələrdən uzaq durmalıyıq, sosial şəbəkələrdə "feyk-xəbər"ləri tirajlamaqdan, cəmiyyətdə çaşqınlıq yarada biləcək paylaşımlar etməkdən çəkinməliyik.

Bir sözlə, 44 gün ərzində Ordu-Prezident-Xalq üçlüyünün vəhdəti sayəsində, min bir zəhmətlə qazandığımız, misilsiz mücadilə ilə əldə etdiyimiz Zəfərimizə kölgə sala biləcək, düşmənlərimizi sevindirə biləcək heç bir hərəkətə, heç bir yersiz və məntiqsiz ifadələrə yol verməməliyik. Zatən düşmən də elə bunu gözləyir. Düşmən fürsət axtarır ki, Azərbaycan cəmiyyətində ictimai-siyasi zəmində dərin parçalanma baş versin. Ermənistanın revanşist qüvvələri Azərbaycanda yarana biləcək vətəndaş qarşıdurmasından, 90-cı illərdəkinə bənzər siyasi xaosdan yararlanıb müharibənin nəticələrini dəyişməyə, Qarabağımızı yenidən işğal etməyə təşəbbüs göstərə bilərlər. Biz düşmənlərimizə bir daha heç vaxt belə bir fürsət verməməliyik. Odur ki, ehtiyatlı olaq, diqqətli olaq, tədbirli olaq, təmkinli olaq, həmrəy olaq, birlik olaq. Qələbəmizi qorumağın əsas yolu milli birliyimizdən, həmrəyliyimizdən keçir. İndi hər bir azərbaycanlı milli həmrəyliyimizin keşiyində dayanmalıdır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Rusiya MN: Daha 104 erməni Xankəndiyə gətirildiRusiya sülhməramlılarının nəzarəti altında Xankəndiyə gətirilən ermənilər yolda qalıb.

Avrasiya.net xəbər verir ki, iki avtobusla gətirilən 96 erməni əlverişsiz hava şəraiti səbəbindən Sünikdə (Zəngəzurda, Laçın yaxınlığı) saxlanılıb.

Səlahiyyətli şəxslər qısa müddətdə avtobusların Xankəndiyə doğru hərəkət edəcəyini bildirib.

Qeyd edək ki, rus sülhməramlıları erməniləri Xankəndiyə gətirməyə davam edir. İndiyədək 51.635 erməni Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının nəzarəti altında olan hissəyə yerləşdirilib.

***

Son sutka ərzində 104 erməni Xankəndiyə gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla Xankəndiyə gətirilən ermənilərin sayı 51.739-a çatıb.
Yoluxma və ölüm sayı azaldıAzərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

İlham Əliyev Vladimir Putinə zəng etdiYanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib.

Rusiya Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.
Fuad Əliyev Dövlət Dumasının fraksiya liderlərinə məktub ünvanlayıbAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Federasiyası Dövlət Dumasının fraksiya rəhbərlərinə məktub yazıb.

Avrasiya.net xəbər verir ki, məktubda ALDP sədri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə "Qarabağ Azərbaycanın ərazisidir" fikrinə görə təşəkkürünü qeyd edərək, ölkələrimizin Cənubi Qafqazda uzunmüddətli, sabit bir sülhün təməlini qoyduğunu bildirib.

Daha sonra F.Əliyev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərin mövcudluğunu bildirərək, Sovet dövründəki münasibətləri xüsusilə qeyd edib:

“Atalarımız və babalarımız ölkənin işğalına, faşizmə qarşı birlikdə mübarizə aparmışlar. O dövrlərdə atalar və babalar, vətənlərini xilas edərək, bütün planetimizi faşizm bəlasından azad etdiklərini bəlkə də anlamadılar. Sovet xalqının böyük əməyi olmasaydı, dünyanın bu gün necə olacağını təsəvvür etmək belə çətin olacaqdı.”

Daha sonra ALDP sədri məktubda qeyd edib:

“Bildiyiniz kimi, 30 illik işğaldan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və tarixi Qarabağ ərazisini geri qaytardı. Azad olunan ərazilərdə bərpa işləri aparılır. Naxçıvan blokadasının açılmasında Rusiyanın rolunu da qeyd etmək istəyirəm. Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli razılığı ilə Naxçıvana Ermənistan ərazisindən keçməklə yol açılacaqdır. İqtisadi baxımdan Rusiya üçün də cəlbedici olacaq, çünki bu yol Rusiyadan Yaxın Şərqə və geriyə tranzit trafiki həyata keçirəcəkdir.”

Fuad Əliyev məktubda erməni-faşısti Njdenə heykəlin qoyulması məsələsinə də toxunub:

“Təəssüf ki, erməni tərəfi konstruktiv mövqedə qalmaq əvəzinə, Cənubi Qafqazın sabitləşdirilməsi üçün Rusiya-Azərbaycan səylərinə mane olur. Bu gün Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazidə erməni qisasçılarının və separatçıların nasist Qaregin Njdeyə abidə ucaldıldı! Garegin Njide, Sovet İttifaqı ərazisində, o cümlədən dinc Sovet xalqına qarşı terror və təxribat aktları həyata keçirmək üçün təxribat və terror qrupları hazırlamağa və göndərməyə kömək etdiyinə görə Sovet hərbi tribunalı tərəfindən mühakimə olunan bir nasist idi. Bu abidənin ucaldılması təkcə Azərbaycan və Rusiya üçün təhqir deyil, eyni zamanda bütün bəşəriyyətə təhqirdir! Garegin Njide abidəsi, "Böyük bir Ermənistan” xəyallarını və milli müstəsnalıq idealarını özündə cəmləşdirir. Vaxtı ilə həmin bu ideaları Hitlerin bir vaxtlar almanlar haqqında söylədiyi müstəsnalıq haqqında olan pis millətçi ideologiyanın əsas hissəsi olub.”

Partiya sədri bir neçə il bundan qabaq Rusiyanın Armavir şəhərində erməni faşısti Njdeyə ucaldılan abidənin sökülməsini xatırladıb:

“Rusiya və Azərbaycan ictimaiyyəti buna mənfi münasibət bəslədikdən sonra Armavirdə faşistlərin erməni ortağı olan Qaregin Ter-Harutyunyanın (Garegin Nzhdeh) xatirə lövhəsi söküldü. Bu, Böyük Vətən müharibəsi xatirəsinə hörmət bəsləyən Azərbaycan və Rusiya üçün ümumi bir qələbə idi. Bu cinayət əməlidir - "Nasizmin reabilitasiyasıdır"”.

Məktubun sonunda ALDP sədri Fuad Əliyev Rusiya Federasiya Dövlət Dumasının fraksiya liderlərinə erməni separatçılarının Rusiya-Azərbaycan münasibətlərinə zərər verən və Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirən hərəkətlərinə siyasi qiymət verilməsini xahiş edib.

İlham Əliyev Ərdoğanla Monitorinq Mərkəzinin fəaliyyətini MÜZAKİRƏ ETDİYanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib.


Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb.

Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin pandemiyaya qarşı mübarizədə qarşılıqlı dəstəyin önəmini qeyd ediblər.
Zakir Həsənov Birgə Monitorinq Mərkəzinin önəmindən DANIŞDISentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb.

Avrasiya.net-in məlumatına görə, bunu Müdafiə naziri, general - polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanmış bəyanatla atəşkəs rejiminə nail olunub:
"30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Rusiya və Türkiyə respublikalarının hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə ilə Rusiya arasında 11 noyabrda imzalanmış atəşkəsə nəzarət üzrə birgə mərkəzin yaradılması ilə bağlı memorandum xüsusi əhəmiyyət kəsb edir".



Pakistana qarşı heç bir addım ata bilmədik - SərkisyanBeynəlxalq məsələlər üzrə ekspert Suren Sərkisyan Ermənistanın xarici siyasətlə bağlı uğursuzluğunu şərh edib.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, o, ölkəsinin niyə hələ də Pakistanın adını tənqidi yöndən çəkməməsindən təəccübləndiyini deyib. Sərkisyan İrəvanın bu mövzuda bir addım belə atmamasını müəmmalı məsələ kimi qiymətləndirirb:

"44 günlük müharibə zamanı Azərbaycan təkcə Türkiyədən deyil, Pakistandan da siyasi və diplomatik dəstək aldı. Pakistan hərbçilərinin döyüşlərdə müttəfiq kimi iştirakı barədə təsdiqlənmiş məlumat yoxdur. Pakistan bizi tanımayan yeganə ölkədir. Bəs Ermənistan bunlara qarşılıq olaraq nə edir? Onun Pakistana və ya həmin bölgəyə qarşı siyasəti nədir? Sıfır siyasət. Üstəlik, müttəfiqləri ilə heç bir şey etmir, müəyyən ittifaqlara girmir, münasibətləri də inkişaf etdirmir. Təşəbbüs sıfırdır. Pakistanın bölgədə ən az iki rəqib dövləti var. Hindistan və Əfqanıstan".

Erməni ekspert deyib ki, Pakistana qarşı istifadə etmək üçün bölgədə azı iki potensial müttəfiqləri var:

"Bu istiqamətdə nə etdik? Sıfır addım. Pakistan bizə açıq şəkildə düşmənçilik etməyə, düşmənimizə isə dəstək olmağa davam edir. Biz isə milli təhlükəsizlik strategiyamızda “Pakistan” adını belə qeyd etmirik. Məgər bu uğursuz istiqamət deyilmi?"
Bakıda qayınatanın gəlinini öldürərək doğramasının təfərrüatı məlum olubBaş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Qurumdan daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 5 ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilən tədbirlər nəticəsində zərərçəkmişin qayınatası 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyyəsindən çəkiclə vurub çoxsaylı bıcaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Metro fevralın 15-dən açılacaq? - AÇIQLAMABakı metrosu fəaliyyətə tam hazır vəziyyətdədir.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, xüsusi karantin dövrü olmasına baxmayaraq, metropoliten infrastrukturunu qorunmasını təmin edən əməkdaşlar iş başında olublar: "Bakı Metropoliteninin bu və digər əməkdaşları stansiya və tunellərdə müvafiq işlərin icrasını həyata keçirirlər. Bu, metropolitenin çalışmamasına baxmayaraq, bütün hallarda metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində atılan addımlardır.

Belə ki, "Bakı Metropoliten”in fəaliyyətinin bərpası üçün qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək. Metronun açılması ilə bağlı qərar fevralın birində, 15-də və ya başqa tarixdə də ola bilər. Bu səbəbdən qurum olaraq biz sadəcə Operativ Qərargahın qərarını gözləyirik”.

Xatırladaq ki, sosial şəbəkələrdə metronun fəaliyyətinin 15 fevral tarixindən bərpa ediləcəyi ilə bağlı məlumatlar paylaşılır. (oxu.az)