Zəngəzuru referendumla qaytara bilərik? – EkspertlərSon vaxtlar Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bəzi şəxslər Azərbaycanın Zəngəzuru qaytarmaq üçün beynəlxalq miqyasda məsələ qaldırmalı olduğunu düşünür. Qeyd edilir ki, 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krımın Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazı ilə qarşılanmışdı. Təklif edilir ki, Rusiya SSRİ dövründə verilən qərarı ləğv etdiyi kimi, Azərbaycan da SSRİ-nin Azərbaycan SSR-in sərhədlərini dəyişdirməsi məsələsini qaldırmalı, bunun üçün referendum keçirməli və o qərarı ləğv etməlidir. Maraqlıdır, görəsən, bu, mümkündürmü?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur mövzusu tarixin süzgəcindən keçmiş bir məsələdir:

“Konkret tarixi keçmişə malikdir. Bu məsələnin hansısa başqa bir məsələ ilə eyniləşdirilməsini düzgün hesab etmirəm. Təbii ki, siyasi demokratiya, söz azadlığı olan yerlərdə bu və bu kimi müsbət təkliflərin səslənməsi də normaldır. O ki qaldı rəsmi mövqeyə, düşünürəm, Zəngəzur kimi məsələlər dövrün siyasi şəraitindən asılı olaraq səslənməlidir. Etiraf etmək lazımdır ki, qeyd etdiyimiz məsələ daha böyük hazırlıq tələb edir. Dövlət bunu rəsmi şəkildə bəyan edəcəksə, buna ciddi şəkildə hazırlaşmaq lazımdır.

Ancaq ümumilikdə təklifi müsbət qiymətləndirirəm. Siyasi partiyaların məsələni gündəmdə saxlaması zəruridir. Sonda onu da qeyd edim ki, mən Zəngəzur məsələsinin hansısa digər bir məsələ, yaxud situasiya ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Zəngəzurun tarixi keçmişi və əsasları var. Yəni indiki halda kiməsə baxıb, hərəkət etmək məntiqli yanaşma olmazdı”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə deyib ki, Azərbaycan öz sərhədlərinin SSRİ dövründə dəyişdirilməsi məsələsini xalq referendumuna çıxara bilər:

“Zəngəzur tarixi Azərbaycan torpağıdır, lakin təəssüf ki, bu gün beynəlxaq hüquq ilə Ermənistanın ərazi bütövlüyü kimi qəbul edilib. Azərbaycan bu gün SSRİ dövründə torpaqlarının xalqın iradəsi olmadan Ermənistana verilməsi məsələsini referenduma çıxara və tanımadığını elan edə bilər. Lakin bu, beynəlxalq aləmdə nə dərəcə qəbul ediləcək - demək çətindir.

Digər tərəfdən, mən Zəngəzur məsələsinin Krım məsələsinə bənzədilməsini düzgün hesab etmirəm. Çünki bəlkə Krımın Ukraynaya verilməsi haqqında qanun Rusiyada ləğv edildi. Lakin əsas məsələ daha sonra Rusiyanın Krımı ilhaq etməsidir. Bu isə beynəlxalq hüquq ilə qanunsuz idi. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın Krımın ilhaqını heç zaman düzgün hesab etməyib. Yəni bu gün xalq referendumu keçirib Zəngəzur və digər torpaqların vaxtilə qanunsuz şəkildə Ermənistana verildiyini və bu prosesi tanımadığımızı bildirə bilərik.

Bu gün Ermənistan mediası ölkə daxilində və xaricində geniş şəkildə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq istədiyini əsas gətirərək, Birgə Bəyanatın Naxçıvanla dəhliz məsələsini ləğv etməyə çalışır. Yəni belə bir vəziyyətdə biz Zəngəzurla bağlı istənilən iddiamızı kifayət qədər ehtiyatlı və tədbirli səsləndirməliyik”.

Ermənistanın itkiləri 6500 nəfərə çatdıNoyabrın 10-da, hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda bu günə qədər 1059 erməni əsgərinin meyiti tapılıb.

Rusiya sülhməramlı qüvvələrinin qərargahının açıqladığı məlumatda isə deyilir ki, qaynar xəttə 537 itkin erməni hərbçisi barədə müraciət daxil olub, bu məlumatlar axtarış dəstələrinə təqdim edilib.

Ermənistan Səhiyyə Nazirliyinin bir neçə həftə əvvəl açıqladığı məlumata görə şəxsiyyəti təsdiqlənərək dəfn edilmiş hərbçilərin sayı 2900 nəfərə yaxın idi. Həmin vaxt Dağlıq Qarabağdakı qondarma rejim də öz “ordusunun” rəsmən təsdiqlənən itkilərini açıqlamışdı-təxminən 1900 nəfərə yaxın. Beləliklə, döyüş zonalarından tapılan meyitləri və itkin düşənlər barədə rəqəmi də bunlara əlavə edəndə düşmənin 44 günlük müharibədəki itkilərinin sayı 6500 nəfərə yaxındır. Bu, Azərbaycan ordusunun itkilərindən 2 dəfədən də çoxdur (virtualaz.org).
“Gələcək nəsillər İlham Əliyevə "Böyük Hökmdar" deyəcəklər” -  Qüdsi OsmanovAzərbaycanın Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldova mediasında yazısı dərc olunub.

Avrasiya.net həmin məqalənin tərcümə olunmuş variantını təqdim edir:

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.

Bu gün Azərbaycan İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, ruhunun gücü sayəsində iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə güclü dövlət qurumları olan qüdrətli ölkəyə çevrilib. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, ölkəni möhkəmləndirərək və yüksəldərək inkişaf, davam etdirib. Ən vacib məsələ indi baş verdi və onun ad gününə təsadüf etdi. İlham ƏliyevAzərbaycan xalqına qürur, şərəf, ləyaqət və doğma torpaqlarını qaytardı. Ali Baş Komandan 44 gün ərzində işğalçıları qovdu və Qarabağ uğrunda Vətən müharibəsində qalib gəldi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusunu gerçəkləşdirdi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandı və bu gün ölkəmiz öz şanlı tarixində möhtəşəm bir dövr yaşayır.

Maraqlıdır ki, postsovet ölkələri tarixində bəlkə də az sayda şəxslərdən biri olaraq İlham Əliyev üçüncü tərəf kimi ədalətli hakim rolunda, bir sərkərdə kimi hakimiyyətdən üstün olmağı bacardı. İ.Əliyev həmişə iki zəruri dəyərdən danışırdı: ədalət və ləyaqət. Belə ki, o, xalqa yaxın idi. Azərbaycanda ədalətli və xalqa yaxın prezidenti həmişə seviblər və sevirlər. Başlıcası odur ki, ona, qərarlarına etibar edirlər. Buna görə hərbi qulluqçularla yanaşı, vətəndaşlar könüllü və səfərbərliklə sonadək və tərəddüd etmədən Qarabağı qorumağa getdilər, çünki liderinə və böyük bir qələbəyə əmin idilər. Xalq bu müharibəni 44 günlük Vətən Müharibəsi ve dəmir yumruğun qələbəsi adlandırır. O səbəbdən ki, güclü iradəli əsgərlər öz Ali Baş Komandanlarının dəmir yumruğu ətrafına birləşərək, cəsarətləri və vətənpərvərlikləri ilə qalib gəldilər, işğalçıları öz torpaqlarından qovdular.

Milli maraqları qorumaq siyasəti ilə təcrübəli və uzaqgörən dövlət xadimi -Azərbaycanın lideri bütün dünyadakı soydaşlarının sevgisinə və hörmətinə haqlı olaraq layiqdir, çünki onun hər qərarının arxasında Vətənə və xalqa xidmət etmək kimi səmimi istək var. İnsanlar Azərbaycanın hərtərəfli inkişafını, öz rifahlarını və təhlükəsizliyini, övladları üçün etibarlı, parlaq gələcəyini məhz onunla bağlayırlar.

Hərbi sahədə böyük uğurlarla yanaşı, Azərbaycanın lideri ölkə iqtisadiyyatını da güclü inkişaf etdirib, sosial sahədə böyük işlər görülüb. Bu sahələrdə bir çox layihələr həyata keçirilib ki, bu da Azərbaycanı bu gün Qafqazda ən yüksək alıcılıq qabiliyyətinə malik ölkəyə çevirib. Dövlət, eyni zamanda, ən sabit pensiya sisteminə malikdir. Ümumiyyətlə, Prezident İlham Əliyev vətəndaşların ən çox ehtiyac duyduğu maliyyə sabitliyini təmin edib. İlham Əliyev neft strategiyası üzrə ölkə üçün ən etibarlı maliyyə təhlükəsizliyindən birini - Neft Fondunu yaradıb...

Son dövrlərdə dünyanın iqtisadi quruluşunu sarsıdan üç qlobal böhran (koronavirus pandemiyası daxil olmaqla) Azərbaycanda bəzi ekspertlər tərəfindən proqnozlaşdırılan “sonda hər şeyin məhv olacağı şəkildə inkişaf edəcəyi” ssenarisinə səbəb olmadı.

Əslində, İ.Əliyevin hakimiyyətinin əvvəlində artıq Azərbaycan dünyanın ən güclü karbohidrogen ölkələrindən biri oldu. Azərbaycan qardaş Türkiyədə ən böyük və etibarlı xarici sərmayədarlardan birinə çevrilib. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Türkiyənin ən böyük sənaye müəssisələrindən biri olan İzmir yaxınlığındakı “Star” neft emalı zavodu, son illərdə TANAP qaz kəməridir. Məhz TANAP sayəsində Azərbaycan Türkiyəyə ən böyük qaz ixracatçısı oldu. Bu həm bir layihə, həm bir konsepsiya, həm də ilkin sərmayədir. Əminliklə demək olar ki, TANAP Cənub Qaz Dəhlizi ideyasını xilas etdi. Avropanın qaz təminatı artıq bu layihəyə əsaslanır.

Qarabağ qələbəsindən sonra isə tam yeni bir dövr başlayır, Azərbaycan və eləcə də qonşular üçün də yeni iqtisadi perspektivlər açılacaq. Bu, sevinc və prezidentə təşəkkür üçün ayrıca bir səbəbdir.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq əminliklə deyə bilərik ki, tarix İlham Əliyevə belə qiymət verəcək, gələcək nəsillər onu belə adlandıracaq: Böyük hökmdar, böyük sərkərdə!

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Sonra daha üç dəfə seçilib və hər dəfə 83% - 86% səs toplayıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir, üç övladı var.
Britaniyanın parçalanma prosesi başladı: Şotlandiya ayrılırBreksitin bizə vurduğu zərəri ödəyəcək heç bir razılaşma yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Şotlandiya regional administrasiyasının rəhbəri Nikola Sturgen deyib.

“Müstəqil Avropa ölkəsi olaraq öz gələcəyimizin xəritəsini cızmaq zamanı gəldi”, - deyə Sturgen bildirib.

Qeyd edək ki, Avropa Birliyi ilə B.Britaniya arasında Breksit çərçivəsində razılaşma imzalanıb.
"Cənab Prezident xalqımızın milli maraqlarının və əmin-amanlığının təminatçısıdır"Son 17 ildə ölkəmizin sürətli yüksəlişi cənab İlham Əliyevin yüksək xidmətlərinin nəticəsidir. Bu səbəbdən Azərbaycanı İlham Əliyevsiz təsəvvür etmək olmaz. Bütün uğurlarımızın, inkişafımızın, təhlükəsizliyimizin və sabitliyimizin qarantiyası və təminatı‚ məhz cənab Prezidentin qətiyyətli və parlaq siyasətidir. Bu təminatın əsas meyarları dövlətimizin başçısının müdrik daxili və xarici siyasət strategiyalarıdır.
Dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi. Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir. Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir.

Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir.

Azərbaycanın dövlət müstəqilliyi‚ suverenliyi bir dövlət olaraq yaradılması xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günkü qüdrətli dövlətimizin var olması Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mövcud oldu. Ulu Öndərdən sonra onun siyasi yolunu, dövlətçilik dəyərlərini və yüksək ideyalarını çox uğurla davam etdirən və Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev də bu yolu şərəf və ləyaqətlə davam etməkdə, eynən Ulu Öndərin bütün əmanətlərini, onun dövlətçilik missiyasını yüksək şəkildə öz çiyinlərində daşımaqdadır. Ulu Öndər Heydər Əliyevdən dövlətçilik dərsi almış, möhtərəm cənab İlham Əliyevin bütün amalı ölkə əhalisinin qayğısına qalmaq, onun ən layiqli xidmətçisi olmaq, dövlətçiliyimizin keşiyində durmaqdır. Göründüyü kimi, ölkə başçısı bütün bu amallara ən yüksək şəkildə xidmət etməkdədir. Məhz bu səbəbdən Azərbaycan sürətlə inkişaf edir, hər bir sahədə öz sözünü dünya səviyyəsində deməkdədir. Hər sahədə olduğu kimi, ordu quruculuğuna da diqqət ayıran möhtərəm cənab İlham Əliyev ordumuzun peşəkar zabitlərdən, yüksək təlim görmüş şəxslərdən təşkil olunmasında var qüvvəsi ilə çalışmışdır. Eynən bununla bərabər, ordumuzun arsenalındakı silahların mütamadi yenilənməsinə, ən güclü və müasir silahlarla təchiz olunmasına hər zaman diqqət yetirmişdir. Məhz ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqəti və qayğısıdır ki, Azərbaycan ordusu, bölgənin ən güclü və ən qüdrətli ordusu hesab olunur. İstənilən hərbi təcavüzə və hərbi hücuma qarşı Azərbaycan ordusu çox sürətli, güclü və effektiv həlledici hərbi cavab zərbəsinə malikdir. Bölgənin bütün ölkələri, Azərbaycan ordusunun bu canlı və texniki hərbi qüvvəsindən xəbərdardır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaı qoyulmuş Milli Ordumuzun, Azərbaycan Silahlı Qüvvələrinin son inkişaf mərhələsi, sürətli güclənməyə nail olması, birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətlərinin bəhrəsidir. Ordumuzun bu qədər güclənməsi, müdafiəmizin yüksək səviyyədə təmin olunması Azərbaycan Prezidentinin orduya qayğısı və diqqəti sayəsində əldə olunan misli olmayan uğurlardandır. Ordu quruculuğu məsələlərində olduğu kimi digər bütün sahələrdə də əldə olunan nailiyyətlər, bütün uğurlar dövlət başçısının apardığı parlaq siyasətinin göstəricisidir. Hər sahədə ölkə rəhbərinin qayğısını görmək olar.

Ölkəyə qarşı erməni lobbisinin və ermənipərəst mərkəzlərin və siyasi dairələrin və ermənipərəst xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bütün anti-Azərbaycan kampaniyalarının, qərəzli addımların və təxribat əməllərinin qarşısında Azərbaycanın müstəqil ölkə olaraq təkbaşına sinə gərməsi, bütün siyasi hücum əməliyyatlarını uğurla dəff etməsi, bütün iyrənc politikalara qarşı layiqli cavab verilməsi dövlət başçısının qüsursuz siyasətindən‚ mükəmməl idarəçilik və dövlətçilik təcrübələrindən qaynaqlanmaqdadır ki, həyata keçirilən siyasət, seçilmiş doğru və dəqiq hesablanmış məqsədlər, ölkəni bütün qüvvələrə qarşı qorumaqda və hifs etməkdədir. Cənab İlham Əliyev hər zaman xalqın xidmətindədir. Ölkəmizdəki təhlükəsizliyin və suverenliyimizin qorunması‚ Ulu Öndər Heydər Əliyevin mükəmməl dövlətçilik ideyalarının və dəyərlərinin yaşadılması da cənab İlham Əliyevin müstəsna xidmətləridir..

Möhtərəm cənab İlham Əliyev Azərbaycanın son 300 illik tarixini yenidən yazdı. Azərbaycan tarixində Nadir Şah Əfşardan savayı heçkim itirilmiş torpağı geri ala bilməmişdir. Sonuncu dəfə Azərbaycan torpaqlarını işğaldan və yadeillilərdən Nadir Şah Əfşar azad etmişdir. Möhtərəm cənab İlham Əliyev qəsb edilmiş torpaqları işğaldan azad edən bir şəsiyyət olaraq Azərbaycanın 300 ildən sonra növbəti sərkərdəlik səlnaməsini yazan‚ tariximizi yeniləyən‚ tarixi təkrar yazan bir lider olaraq dünya tarixinə düşdü. Son 100 ildən bu günə qədər dünyada işğaldan torpaq azad edərək ölkəsinin ərazi bütövlüyünü bərpa edən‚ ölkəsinin suvereniyini daha da möhkəmləndirən ikinci bir şəxs yoxdur. İşğal edilmiş torpaqları düşməndən azad edən və itirilmiş əraziləri geri qaytararaq ərazu bütövlüyümüzü bərpa edən‚ son 300 ilin tarixini yenidən yazan‚ 300 ilin lideri olaraq dünya tarixində yeni səhifə yaratdı. Son 300 ildə ilk dəfə‚ itirilmiş torpağı düşməndən azad edən şəxsiyyət olaraq fenomen oldu. Artıq bütün dünya tarixi cənab İlham Əliyevi qüdrətli bir lider olaraq qeyd edəcək. İşğal edilmiş torpaqları geri alan bir lider olaraq hər zaman bütün dərsliklərdə‚ digər ölkələrin məktəb dərsliyində dünya tarixindən danışılarkən Azərbaycandan bəhs ediləndə‚ mütləq ilk yada düşən‚ xatırlanan cənab İlham Əliyev olacaq. Bütün dünya tarixi bundan sonra yüz illər dövlətimizin başçısından geniş şəkildə bəhs edəcək. Ömrünü xalqın və dövlətin taleyinə bağlayanların ömrü də onların ömrü qədər uzun olur. Ömrünüz uzun olsun cənab Prezident. Ömrünüz uzun olsun ki‚ xalqımıza və Dövlətçiliyimizə daha çox xidmət etmək imkanınız olsun. ALLAH hər zaman yardımçınız olsun.

Cənab Prezidenti 59 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir‚ işlərində daha da böyük uğurlar və yüksək nailiyyətlər diləyirik.

Mirsamir Məmmədov
politoloq
Paşinyanı vurana 1 milyon dollar veriləcəkdi, amma... - ŞOK TƏFƏRRÜATErmənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsagulyana qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. bu barədə məlumat verir.

Bildirilib ki, İsagulyan əslində “Nikolu kim vursa, milli qəhrəman adına layiq görülməli və ya bir milyon dollar mükafat olaraq verilməli” ifadəsinə görə həbs edilib.

Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən kütləvi etiraz aksiyaları 9 noyabrda imzalana üçtərəfli bəyanatdan sonra başlayıb. Sənəddə erməni tərəfinin Bakının xeyrinə ərazi güzəştləri nəzərdə tutulur.

Müxalifət hökumət rəhbərini xəyanətdə günahlandırır və istefasını tələb edir.

Paşinyan özü isə xalq qarşısında təmiz olduğunu bildirdi.
Yazıçı Prezidenti təbrik etdi…Tanınmış yazıçı, hərbi həkim Qalib Şəfaət Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Ordusunun Ali Baş komandan İlham Əliyevə ünvanladığı təbriki Avrasiya.net-ə göndərib.

Yazıçının təbrikini təqdim edirik:

Cənab Prezident, Cənab Ali Baş Komandan!

Bu gün Sizi ad gününüzdü. 59 yaşınız tamam olur, bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Cənab Prezident! Mən sizin siyasətə bəyənirəm və həmişə sizə, sizin yürütdüyünüz siyasətə yazıçı olaraq dəstəyəm. Vaxtı ilə yazdığım “Sandıq” romanımıda sizin fədakarlığınız haqda bəhs etmişəm. Romanım çoxdan hazırdır.

Bir söz deyim, hansı məşhurun deyimidir: Ədəbiyyatçılar Tarixçilərdən daha çox səmimidir.
Azərbaycan tarixində son 200 ildə ən böyük sərkərdə sizsiniz. Bunu bütün dünya deyir. ”


“Sözün sehrİ” layihəsi çərçivəsində şagirdlərin iştirakı ilə təlimlər keçirilibAzərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Sözün sehri” şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində müəllimlər və şagirdlər üçün təşkil olunan “Natiqlik və təqdimat bacarıqları” mövzusunda təlimlər start götürüb.
Quba rayon ümumtəhsil məktəblərində oxuyan şagirdlərin iştirakı ilə keçirilən ilk təlimlərə Quba rayonu Hacıqayıb, Qəçrəş və Bağbanlı kənd tam orta məktəblərin 7-10-cu siniflərində təhsil alan, ümumilikdə 16 nəfər şagird cəlb edilib.

Microsoft Teams platformasi üzərindən distant qaydada keçirilən təlimlərdə şagirdlərə peşəkar təlimçi tərəfindən natiqlik sənəti, kütlə qarşısında çıxış zamanı nəzərə alınacaq xüsuslar, təqdimat bacarıqları, uğurlu və uğursuz təqdimatın xüsusiyyətləri mövzularında məlumatlar verilib.

Təlimlərin sonunda layihə çərçivəsində keçiriləcək natiqlik forumunda “Yaxşı təhsil yalnız məktəblərdə verilə bilər” mövzusunda hazırlanacaq təqdimatla bağlı qaydalar diqqətə çatdırılıb.

Layihə rəhbəri Nərgiz Mahmudova şagirdlərin özünüifadə bacarıqlarının artırılması, natiqlik və təqdimatetmə vərdişlərinin yüksəldilməsi istiqamətində təşkil olunan layihəyə dəstək verdiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirmiş və bu kimi layihələrin gələcək nəslin inkişafında müstəsna rol oynadığını qeyd etmişdir.

Layihə çərçivəsində növbəti təlimlər 16 və 17 dekabr tarixlərində distant formada təşkil olunacaq. Bildirək ki, layihənin yekun forumunda təqdimatları ilə iştirak edəcək şagirdlər arasından münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri seçilərək sertifkat, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.
Qeyd edək ki, layihə 2021-ci ilin 15 mart tarixinə qədər davam edəcək.

İlham Əliyev onu təbrik edənlərə təşəkkür etdi - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə təbrik məktubları göndərən insanlara təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı video paylaşıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.