Ermənistan beynəlxalq məhkəməyə verilir – İlk addımAzərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsi Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlarla və Ermənistanın müharibə cinayətləri ilə bağlı dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

“Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.

Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.

Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurası İnsan Hüquqları Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s. beynəlxalq insan hüquqları təşkilatları yer alıb.

Müraciətdə Ermənistanın müharibə cinayətləri, Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.

Müraciətdə, həmçinin Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.

Bu günlərdə Mənzil Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin Məlumat və sübutlar şöbəsinin müdiri Mark Dilon tərəfindən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.

Məktubda cənab Mark Dilon İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün BCM Prokurorluq İdarəsinin Kommunkasiya Reyestrinə daxil edildiyini bildirib. Sənədə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir. Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman yazılı olaraq qərarla bağlı İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir”, - millət vəkili qeyd edib.
Qüdrət Həsənquliyev: TƏBİB ləğv edilməlidir“Səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.

Avrasiya.net xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Q.Həsənquliyev qeyd edib ki, TƏBİB adlanan qurum yarandı və həmin qurum insanların nifrətini qaznıb: “Hesab edirəm ki, həmin qurum ləğv edilməlidir”.

Zeynəb Xanlarovanın bacısı oğlu həbs olunduTürkan qəsəbəsində 2 ahıl qadının əmlakının saxtakarlıqla ələ keçirilməsinə rəhbərlikdə suçlanan Daşqın Nəsirov polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı təsdiq edib.

E.Zahidov bildirib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Daşqın Nəsirovun gizləndiyi yer müəyyən edilib və o, tutularaq istintaq orqanına təhvil verilib. Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər düzəltməklə məşhur iş adamı “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. Məsələnin üstü açılandan sonra bəlli olub ki, Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Qadının övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə edərək Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilib və satılıb.

Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Hazırda istintaq davam edir.

Məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.

Qeyd edək ki, Daşqın Nəsirovun sabiq deputat, məşhur müğənni Zeynəb Xanlarovanın bacısı oğlu olduğu bildirilir.
Məşhur nəşr İlham Əliyevi ilin siyasətçisi seçdiRusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

“İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”, - nəşr yazıb.

İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Co Bayden də var.
Paşinyan öz metodu ilə devriləcək“7 sentyabr 2018-ci il tarixində Moskvada Nikol Paşinyanla görüşərkən ermənilər arasında “qara” və “ağ”, “köhnə” və “yeni” parçalanma xətlərinin geridönüşü olmayan nəticələri barədə dərin narahatlığımı bildirdim. Bu gün də səriştəsiz bir hökumət xalqımızı parçalamağa davam edir. Yalnız bu xain hakimiyyətlərin dərhal getməsi milli ləyaqətimizi birlikdə bərpa etməyə imkan verəcək”.

Publika.az xəbər verir ki, bunu erməni biznesmen Artak Tovmasyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti də itkin düşənlərlə bağlı heç bir praktik addım atmır, vəzifə kreslolarından isə şəxsi problemlərinin həlli üçün istifadə edirlər.

Biznesmen qeyd edib ki, Paşinyanı “taxtından” salmaq üçün onun metodundan istifadə etmək lazımdır: paytaxtın əsas küçələri bağlanmalı, nəqliyyat iflic edilməli və bundan sonra istefası tələb olunmalıdır: “Hörmətli vətəndaşlar, Nikolun artıq gücü yoxdur, bundan sonra güc hamımıza məxsusdur. Gəlin birlikdə total anarxiyaya son qoyaq. Mübarizə başladı”.
ABŞ Səudiyyəyə 478 milyonluq ağıllı bomba satırABŞ Dövlət Departamenti Səusiyyə Ərəbistanına yüksək dəqiqlikli bombaların satışına lisenziya verməsi ilə bağlı Konqresi məlumatlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, lisenziya “Raytheon” şirkətinə Səudiyyə Ərəbistanına hava-yer tipli 7500 ədəd “Paveway” ağıllı bombaların satışına imkan verəcək.

Satılacaq bombaların ümumi dəyəri isə 478 milyon dollardır.
İran Azərbaycanla sərhədə tanklar yerləşdirdi"İran İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank gətirib.

SEPAH-ın Quzey Azərbaycanın öz işğal altında olan Qarabağ torpağını erməni işğalçılarından təmizlədiyi bir vaxtda belə təhrikedici addım atmasının səbəbi məlum deyil.

Güney azərbaycanlılar sosial şəbəkələrdə tankların Təbriz- Mərənd istiqamətində aparıldığını əks etdirən videolar paylaşırlar.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə hələlik bu tankların son gedəcəkləri ünvan dəqiq olaraq bilinmir. Bəzi Güney azərbaycanlılar bildirirlər ki, bu tanklar "Şəbüstər Zirehli Briqadası"ndan Araz çayının kənarında yerləşən Xudafərin istiqamətinə göndərilir. Bir qrup isə qeyd edir ki, İran bu tankları Ermənistana vermək üçün aparır.
Koronavirus hələ 10 il qalacaq..."Koronavirus pandemiyası dünyada 10 il qalacaq"

Bunu dünyada COVID-19 virusuna qarşı qəbul edilmiş peyvəndin yaradıcısı, Almaniyanın "BioNTech" şirkətinin prezidenti Uğur Şahin deyib.

"Virus bizimlə 10 il qalacaq. Biz buna öyrəşməliyik", - deyə U.Şahin xəbərdarlıq edib.

Onun fikrincə, normal vəziyyət ölkələrin karantinə alınmalı olduğu anlamına gəlməyəcək.

Bundan əlavə, şirkət rəhbəri bildirib ki, qışda koronavirusa yoluxma sayına müdaxilə etmək mümkün olmayacaq. Ancaq gələn il vəziyyəti düzəltmək üçün səyləri birləşdirmək lazımdır.

"Virus daha intensiv yayılmağa başlayarsa, həyatı normallaşdırmaq üçün daha yüksək peyvənd qəbuluna ehtiyac ola bilər".
İran nüvə obyektlərinin havadan müdafiəsini gücləndirirİran özünün nüvə obyektlərinin yaxınlığına təcili olaraq hava hücumundan müdafiə qüvvələrini yerləşdirib.

Axar.az xəbər verir ki, bu məlumatı Küveytin “Əl Qabas” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, İran ABŞ-ın potensial raket zərbələri ehtimalı ucbatından bu addımı atıb.

Qəzet İranın xüsusilə Fordo və Natanze nüvə obyektlərini gücləndirdiyini bildirib. Fordo nüvə obyekti yaxınlığına Rusiya hava hücumundan müdafiə kompleksləri ilə bərabər İranın öz istehsalı olan Bavar-373 kompleksi də yerləşdirilib.