Ordumuza hücum edən 6 erməni məhv edildiDekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Ukrayna daha 6 vilayətini itirə bilər – MoskalUkrayna nəzarətində qalan ərazilərinin bir hissəsini itirə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Luqansk və Zakarpatiya bölgələrinin keçmiş qubernatoru Gennadi Moskal deyib. Onun sözlərinə görə, “Novorosiyya layihəsi” hələ də bitməyib.

O, Ukraynanın Xarkov, Dnepropetrovsk, Odessa, Zaporojets, Nikolayevsk, Xerson vilayətlərinin itirilməsi təhdidi ilə üz-üzə qaldığını söyləyib.
Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.

Publika.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub.

“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.

Rusiyada bir gündə koronavirusdan 552 nəfər öldüÖtən sutka Rusiyada 28 284 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, son 24 saatda ölkədə 552 nəfər infeksiyadan vəfat edib.

Bununla da, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 3 050 248-ə, ölənlərin sayı isə 54 778-ə yüksəlib. Hazırda ölkədə 544 641 aktiv COVİD-19 xəstəsi var.
ABŞ-da 340 min insan koronadan öldüABŞ-da son sutka ərzində daha 1031 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bununla da ABŞ-da COVİD-19 virusundan ölənlərin ümumi sayı 340 min 952 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 19 milyon 542 mindən çox insan koronavirusa yoluxub.

Bir əsgərimiz şəhid oldu, 6 erməni məhv edildi – Son dəqiqəBu gün Xocavəndin Tuğ kəndində erməni silahlıların təxribat törətdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Axar.az xəbər verir ki, ermənilərin təxribatı nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərovun şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir.

Buna cavab olaraq Ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var.

Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.