Ermənistanda yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ, 2 nəfərin boğazını kəsdilər -- TƏFƏRRÜATAprelin 28-də Ermənistanın Gavar şəhərində 2 nəfərin öldüyü, daha bir neçəsinin yaralandığı silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsi 19 nəfərə qarşı ittihamlar irəli sürüb.

Təqsirləndirilən şəxslər bir qrup şəxs tərəfindən əmlakın dağıdılması və zor tətbiq edilməsi ilə baş verən kütləvi iğtişaşlar faktı üzrə cinayət işinə cəlb edilib. İki nəfərin qətli ilə bağlı istintaq davam edir.

Bu istiqamətdə ibtidai istintaq tamamlanıb.

Qeyd edək ki, ölən şəxslərin qohumlarının soyuq silahlarla xəstəxanaya gələrək cinayət törədən yaralılara hücum etməsindən sonra olay böyümüşdü. Hüquq mühafizə orqanlarının əlavə qüvvələri şəhərə cəlb edilmiş, mümkün iğtişaşlar halında bütün yerli polis resursları səfərbər olunmuşdu. Gavar xəstəxanası mühasirəyə alınmışdı.

Hadisə Ermənistan cəmiyyətində böyük rezonans doğurmuşdu.
Lənkəranda Vətən müharibəsi qazisinə qarşı ŞOK HADİSƏ: müalicə aldığı müddətdə...Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi qazisinin yaşadığı mənzildən məişət avadanlıqları və qızıl zinət əşyaları oğurlayan rayon sakinləri saxlanılıb.

Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçu müalicə aldığı müddətdə Lənkəran şəhəri ərazisində kirayə yaşadığı mənzilindən ümumilikdə 1250 manatdəyərində 1 ədəd televizor, müxtəlif qızıl-zinət əşyaları, məişət avadanlıqları və 2 ədəd xalçanın oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakini Rövşən Mirzəyev və rayonun Darquba kənd sakini Elçin Məmmədov olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi onlardan aşkarlanaraq madd sübut kimi götürülüb.

R.Mirzəyev və E.Məmmədov tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində Lənkəran Rayon Məhkəməsinin qərarları ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. (report)
190 manatın verilməsinə başlanıldı – RƏSMİÖlkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə Avrasiya.net-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Rəsmi məlumata görə, birdəfəlik ödəmələr dekabrın 25-indən vətəndaşlara ödənilir.

Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər yekunlaşdırılacaq.



Əməkdar məşqçidən əhəmiyyətli tövsiyələr
Asif Abdullayev
Cüdo üzrə əməkdar məşqçi

Bugünkü gündə ölkəmizdə idmana olan maraq, qayğı çox yüksək səviyyədədir. Dövlət başçımızın əməyi və səyi nəticəsində, xalqımızın mübariz ruhu sayəsində idmançılarımız son zamanlar fantastik nəticələrə və uğurlara sahib olurlar. O cümlədən mənim işlədiyim doğma və əziz olan cüdo idman növü də populyarlığa və uğurlara görə ölkəmizdə yüksək reytinqə malikdir. Həmçinin cüdo idman növü artıq regionlarda da geniş yayılmışdır və inkişaf edir. Bu gün hər bir məşqçi işini böyük həvəslə davam etdirir. Bu məqaləni yazmaqda bir məsələni xatırladıb və qeyd etmək istərdim.
Uşaq və yeniyetmə idmanının qarşıya qoyduğu əsas vəzifə və həll etdiyi məsələ sağlamlığın möhkəmlənməsi, orqanizmin xarici faktorlara qarşı müqavimətinin artırılması və hormonik fiziki inkişafa nail olunmasıdır.

Amma məşqçi-müəllimlərin qarşısına qoyulan iş prinsipi, maraq, konkret nəticənin tələb olunması ona gətirir ki, Ümumi Fiziki Hazırlıq həcminin azalmasının sayəsində erkən yaşlardan belə sırf ixtisaslaşma, yarışa hazırlanma istiqamətində məşqlər aparılır. Bunun da nəticəsində gələcəkdə hərtərəfli fiziki inkiafın keyfiyyəti azalır.

Misal üçün belə bir cədvəli təqdim edək:

Azyaşlı uşaqlarda və yeniyetmələrdə ürəyin həcmi və frontal sahəsi
13 yaş 105,8 sm2 ------ --- 443 sm3±10
14 yaş 113 sm2 --------- 530 sm3±15
15 yaş 135 sm2 --------- 548 sm3±20
16 yaş 143,5 sm2 -------- 698 sm3±13,6

10 yaşında olan uşağın ÜRƏK HƏCMİ isə 138 sm3-dir. Fərqə baxın, dostlar. Artıq 13 yaşında ürəyin həcmi 443 sm3-ə çatır. Demək olar ki, 3 il ərzində ürəyin həcmi 3 dəfəyə yaxın artır. Ürəklə bərabər digər daxili orqanlar da böyüyür. Amma bu zaman daxili orqanları qanla təmin edən damar sistemi lazımi səviyyədə inkişaf etmir. Bunun nəticəsində isə ürəyi, əzələləri, fəaliyyətdə olan orqanları qidalandırıcı maddələr və oksigenlə tam təmin edə bilmir ki, bu da öz növbəsində gələcəkdə mənfi fəsadlar yarada bilər. İnkişaf dövrü artıq fiziki yükün verilməsi məqsədə uyğun deyil. Onu dəqiq bilirəm ki, istər paytaxt Bakıda, istərsə də regionlarda cüdo sahəsində fəaliyyət göstərən peşəkar, məndən də artıq biliklərə sahib olan məşqçi-müəllimlər çoxdur və onlar mənim nə demək istədiyimi çox gözəl bilirlər.

İnkişaf dövrü yaşayan uşaqların və yeniyetmələrin aerob istiqamətində məşq etmələri məqsədə müvafiqdir. Cüdo idman növünün gözəlliyi ondan ibarətdir ki, məşq prosesinin təşkili nəticəsində, məsələn, kəmər sisteminin öyrədilməsi, orta templi dinamik Uçi-komi adlanan hərəkətlərin üzərində işlənməsi, Ne-vadza texniki fəndlər və s. məşq prosesində geniş idmançı kütləsinin cəlb olunmasına və onların düzgün, sağlam inkişafına imkan yaradır. Yarışlarda tələb olunan enerji təmin olunma anaerob mexanizmi istiqamətində aparılan məşqlər inkişaf dövründə minimuma endirilməlidir.

Uşaqlar vaxtaşırı həkim müayinəsindən keçməli, “İdmançı” ürəyi sindromuna diqqət yetirilməlidir. Hamımız bilirik ki, məşq zamanı ürəkdə “L” və “D” gipertrofiyası baş verir. Məşqin hansı istiqamətdə təşkil olunması hansı növdə gipertrofiyaya gətirə bilər. Çalışmaq lazımdır ki, aeorob enerji təmin etmə mexanizmi nəticəsində, məşqlər hesabına ürəyin daxili həcminin böyüsün.

Bu da gələcəkdə yüksək idman nəticələrinin əldə olunmasına gətirəcək. Pubertal inkişaf dövründə (cinsi inkişaf dövrü) əzələlər sürtlə inkişaf etsə də, ürək hələ də lazım olan səviyyədə inkişaf etmir. Və bu zaman yarış intensivliyində anaerob enerji təmin etmə mexanizmi inkişafı istiqamətində verilən məşq ürəkdə hüceyrələrin, yəni kardiomiositlərin ölməsinə səbəb olur, gələcəkdə də idman nəticələrinin zəifləməsinə gətirə bilər. Astenik konstitusiyaya malik olan uşaq və yeniyetmələr də var. Onlara fiziki yükün verilməsi son dərəcə ehtiyyatla həyata keçirilməlidir.

Azyaşlı uşaqların və yeniyetməlirn yarışlarında son zamanlar elə bir səs-küy, mübahisələr yaranır ki, bu da heç məqsədə uyğun deyil. Həmin uşaqlardan nəsə nəticə tələb etmək çox tezdir. Onlar hələ inkişaf yolundadırlar.

2000-ci illərdə gənc yaşlarımda Sumqayıt şəhərində yarış zamanı maraqlı faktla üzləşdim. Korifey məşqçi-müəllim Əhməddin Rəcəblinin məktəbini keçmiş övladı, bu günkü gündə Respublikanın Əməkdar məşqçisi Zaur Rəcəbli hansısa bir gənc kolleqamıza deyirdi: “Ağacı budaqlarından yuxarı dartıb böyütmürlər.

Çox dartdıqda, kötüyü boşalar, sonra ağac quruyar, böyüməz.” İlk baxımdan sadə görünsə də bu sözlərdə dərin məna və məntiq var. Misal üçün onu deyim ki, Azərbaycanın ilk və yeganə dünya çempionu Elxan Məmmədov erkən və yeniyetmə yaşlarında böyük bir idman uğuru əldə etməsə də, dünya çempionu adına orta yaşlarında yiyələnib. Elxan Rəcəbli son illərə qədər güləşirdi və bugünkü gündə də əmisi Fərhad Rəcəbli ilə birlikdə veteran cüdoçuların yarışlarında da uğurla çıxış edir.

Bu günkü gündə region və respublika yarışlarında uğur və nəticə əldə etməyən komandalar, məşqçi-müəllimlər ona dəlalət etmir ki, onalar zəifdirlər, nəticə əldə etmək üçün morfo-funksional, fizioloji quruluşa, fiziki inkişafa, müəyyən istedada, qavrama və qabiliyyətə malik olan uşaqların ələ düşməsi və eyni zamanda maddi-texniki bazanın olması böyük rol oynayır.

Hazırda hər hansı məşqçi müəllim hansısa bir regionda ətrafına müəyyən sayda uşaqları toplayıb onları pis vərdişlərdən, mənfi əməllərdən çəkindirir, cüdo idman növünün elmini və sirlərini öyrədirsə, yarışlara uşaqları hazırlayırsa, aparıcı klubların, cəmiyyətlərin, məktəblərin qarşısına çıxara bilirsə, rəqəbat yaradırsa bu özü özlüyündə artıq böyük nəticədir.

Hər birimiz, istər gənc, istər yaşlı, istər titullu, istərsə də titulsuz belə məşqçi-müəllimlərə hörmətlə yanaşmalı, əməklərinə qiymət verməyi bacarmalıyıq. Hər bir valideynin arzusu, övladının sağlam, gümrah böyüməsidir. Bizim də başlıca vəzifəmiz dövlətimizə, cəmiyyətimizə sağlam, vətənpərvər ruhda böyümüş, xalqına, dövlətinə sadiq, sabahkı xoş gələcəyimiz olan gənclər yetişdirməkdir. Ən böyük nəticə budur!
Gürcüstanda xəstəxana direktoru qətlə yetirilibGürcüstanın Kaxeti bölgəsində ötən gecə qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Telavi Mərkəzi Xəstəxanasının direktoru Zurab Saçişvili odlu silahla ölümcül yaralanıb.

Yayılan məlumatlara əsasən, hadisə İkalto kəndində ailələrdən birinin evində başlayan və daha sonra küçədə davam edən mübahisədən sonra baş verib.

Hadisə zamanı Telavi meriyasının əməkdaşının da yaralandığı bildirilir.

Faktla bağlı istintaq tədbirləri aparılır.
Türkmənistan prezidenti koronavirusun dərmanını açıqladıTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yeni nöbv koronavirusun müalicəsi ilə bağlı dünyanın yenidən düşünməli olduğunu deyib.

Avrasiya.net xəbər verir ki, o, biyan kökününü virusun yayılmasının qarşısını alacağını bəyan edib.

Biyan kökünün müsbət xüsusiyyətləri barədə danışan türkmən lider öz ölkəsində çap edilən “Türkmənistanın dərman bitkiləri” kitabının birinci cildində bu barədəd məlumat verdiyini qeyd edib: "Az miqdarda biyan bu infeksiyanın məhvində yaxşı nəticə göstərir”.
İsrail-Türkiyə yaxınlaşması: Bakı buna nail oldu - ŞərhNövbəti illərdə İsrail-Türkiyə-Azərbaycan arasında üçlü iqtisadi formatın yaradılması mümkündür. Bu, real bir yanaşmadır, çünki Azərbaycan nefti, Türkiyə hərbi sənayesi və İsrail maliyyəsi bir araya gələrək, geniş imkanlara malik formata çevrilə bilər.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu son günlər İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması haqda müzakirələri şərh edərkən deyib.

O bildirib ki, Fələstin ətrafında baş verən proseslər səbəbilə uzun müddətdir Türkiyə-İsrail münasibətlərində soyuqluq, bəzən isə gərginliklər yaşanmaqda idi:

“Bu soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında ciddi bir iqtisadi münasibətlər qalmaqda idi. Digər tərəfdən, İsrail Azərbaycandan aldığı neft-qazı Türkiyə üzərindən daşıyırdı. Bildiyiniz kimi, İsrailin neftə olan tələbatının 40-50 faizini Azərbaycan ödəyir.

Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərinin normallaşması gözlənilən idi. Çünki real yanaşsaq, hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyə yaxşı başa düşür ki, İsrail kiçik ölkə olsa da, dünya maliyyə sistemində, diaspor sahəsində kifayət qədər nüfuza sahibdir. Bundan başqa, İsrail bu regionun bir parçasıdır və istər-istəməz bu ölkə ilə də əməkdaşlıq vacibdir”.

Politoloq qeyd edib ki, İsrail regionun müsəlman ölkələri ilə münasibətləri bərpa etməkdə maraqlıdır:

“İsrailin Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, hətta Mərakeşlə münasibətlərdə normallaşma mərhələsinə qədəm qoyub. Bu reallıqlar çərçivəsində niyə Türkiyə ilə normallaşma olmasın? Düşünürəm, hazırda iki ölkənin bir-birinə ehtiyacı var və bu yaxınlaşma gələn il də davam edəcək”.

Politoloq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın rolu haqda da danışıb:

“Türkiyə-İsrail münasibətlərinin pisləşdiyi dövrdə bu vəziyyətdən ən çox narahat olan Azərbaycan idi. Real mənzərə onu göstərir ki, Azərbaycanın səyləri bu gün bu iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır. Həm Türkiyə, həm İsrail Azərbaycanın strateji müttəfiqləridir. Hər iki ölkə ilə tarixi və çoxtərəfli münasibətlərimiz var. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq. Mən deyərdim, bu gün İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan diplomatiyasının səyləri misilsizdir”.
Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu ötübDünya üzrə koronavirusa yoluxanların ümumi sayı 80 160 183 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 756 365 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 56,4 milyon pasiyent sağalıb.

Hazırda koronavirusdan 21 971 032 nəfər müalicə alır, 105 889 pasiyentin vəziyyəti ağırdır.

AzTV-dəki hadisədə həlak olan gənc əməkdaşın FOTOSUDekabrın 25-də axşam saatlarında AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev vəfatb edib.

Avrasiya.net xəbər verir ki, telekanalın 24 yaşlı əməkdaşının dağıntılar altında qalmış meyitini FHN əməkdaşları çıxarıblar.

G.Gülverdiyevin fotosunu təqdim edirik.

Qarabağda itkin düşən 540 erməni hərbçisi axtarılırAzərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin yaratdığı “qaynar xətt”ə ümumilikdə itkin düşmüş 540 erməni hərbçi ilə bağlı müraciət daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, daxil olan məlumatlar yoxlanılıb və sülhməramlı kontingentin axtarış bölmələrinə ötürülüb.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

Daha əvvəl Ermənistanın “Politik.am“ saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb.

"Vəziyyəti Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə azı 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt yazıb.