Ordumuz onlarla polisi bir zərbəyə necə məhv etdi? – DetallarOktyabrın 4-də Şuşanın Mədəniyyət Evində məhv edilən çoxsaylı polis birlikləri ilə bağlı erməni mediası bəzi detalları açıqlayıb.

Axar.az xəbər verir ki, erməni mediası bu zərbə və nəticədə məhv edilənlərlə bağlı hələ də rəsmi olaraq dəqiq məlumat yayılmadığını və bir çox məsələlərin gizli qaldığını açıqlayıb.

Belə ki, Şuşada yaşayan şahidlər hadisə barədə maraqlı sirri ictimailəşdiriblər.

Şahidlərdən biri deyib ki, səhər saatlarında mağazadan qayıdarkən həyəcan siqnalı işə düşüb və o, qonşuları ilə birgə binanın zirzəmisinə düşüb. Bu zaman binanın yanında bir neçə polis maşını dayanıb və polis formasında bir nəfər onlara yaxınlaşaraq, sığınacağın harada olduğunu soruşub. Sakinlər polislərə sığınacağı göstərib və hamısı ora doluşublar.

“Onlarla polis bizim sığınacaqda gizləndi, digərləri qonşu binaların zirzəmilərinə üz tutdu. Biz qonşularla onlara kofe hazırladıq”, - qadın şahidlərdən biri bildirib.

Qadının sözlərinə görə, polislərdən biri harada olduqlarını soruşub. “Şuşada” cavabını alanda isə çox təəccüblənib. “Bizi Noyamberyana sərhədi mühafizə etmək üçün gətirdiklərini deyiblər”, - polis bildirib.

Polis qrupunun rəhbəri kiminləsə rabitə əlaqəsi saxlayıb və ona deyiblər ki, olduğunuz yerdə qalın.

Qadın danışıb ki, bir müddətdən sonra öz evində olarkən həyətdə partlayış və qışqırıq səsləri eşidib:

“Yenidən zirzəmiyə düşəndə yaralı polisləri gördüm, digərləri beton-sement toz-torpağının içində idilər”.

Mədəniyyət Evi bu şahidlərin evindən 150 metrlikdə yerləşirmiş. Şahidlər danışıb ki, polislər Mədəniyyət Evinə iclasa toplaşıblar və bu vaxt zərbə endirilib:

“Tavan dağılıb polislərin üstünə tökülmüşdü. Onlarla ölən, yüzlərlə yaralı vardı. Yüngül yaralanan polislər bizim sığınacağa gəldilər və biz onlara ilkin tibbi yardım göstərdik”.

Qadın deyib ki, zirzəmilərə yerləşdirilən polislər 3 gün ordan çıxmayıblar, onlar yerlərinin bilinməsindən qorxublar və nə etmək lazım olduqlarını bilməyiblər.

Rəsmi versiyaya görə, bu zərbə nəticəsində 20 polis ölüb, 200 polis yaralanıb. Ümumilikdə isə Qarabağ savaşında 65 polisin öldüyü, 200-nün yaralandığı qeyd edilib.

Bu məlumatı erməni mediası şahid ifadələri səbəbindən sualla qarşılayıb və itkilərin bundan dəfələrlə çox olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun diqqətindən yayınmaq üçün Mədəniyyət Evinə yığışan polsilərin əməliyyat müşavirəsi keçirdiyi, bu zaman endirilən zərbə nəticəsində isə 300-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşının məhv edildiyi bildirilirdi.

Maraqlı məqam isə həmin şəxslərin aldadılaraq Şuşaya gətirilməsidir. Onların “Bura haradır” soruşmalarından hiss olunur ki, həmin şəxslər bundan əvvəl heç vaxt Şuşada olmayıblar.

Niyə onlar Şuşaya gətiriliblər və hansı əməliyyata hazırlanırmışlar?

Bu suallara aydınlıq gətirilməsə də, Azərbaycan Ordusunun bu planın qarşısını necə aldığı hər kəsə bəllidir.

Yeri gəlmişkən, ötən gün o zərbədən sonrakı vəziyyətlə bağlı daha bir video yayılmışdı. Sözügedən videoda dağıntılar altında qalan erməni polislərin necə məhv edildiyi aydın görünürdü.
Ölkədə koronaya yoluxanların sayı azalırAzərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.
Matviyenko təxribata əl atır"Sputnik Armeniya" saytına açıqlama verdiyi iddia olunan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik" kimi 10 noyabr Bəyanatının prinsiplərinə tamamilə zidd olan fikirləri həqiqətən də dilə gətiribsə, biz buna yalnız və yalnız təəssüf edirik və bunu təxribatçı fikir kimi qiymətləndiririk.

Bu ya "Sputnik Armeniya"nın təxribatıdır, ya da Rusiya Federasiya Şurasının sədrinin özünün açıq mövqeyidir. Bəlkə də bu açıqlama məqsədyönlü şəkildə verilib. Nəzərə almalıyıq ki, Matviyenko heç də sıradan bir şəxs deyil. O, Kreml rəhbərliyinin ən yaxın çevrəsinə daxildir və kifayət qədər məlumatlıdır. Yəni ki, Matviyenkonun mövqeyi əslində Kremlin mövqeyi kimi də qəbul edilə bilər. Bu mənada, ola bilsin ki, Matviyenkonun bu çıxışı status məsələsində Fransa və ABŞ-a da yer vermək və Minsk Qrupunu yenidən prosesə qoşmaq niyyətlərindən irəli gəlir.

Lakin bu niyyət Azərbaycanın maraqları ilə toqquşur. Rəsmi Bakı status məsələsini ABŞ və Fransa ilə, eləcə də digər ölkələrlə müzakirə etmək fikrində deyil. Çünki bu məsələ Azərbaycan üçün qapanıb. Prezident İlham Əliyev statusla bağlı dəfələrlə öz mövqeyini bildirib: Qarabağda status ola bilməz. Hər kəs də Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalıdır. İndi heç kim qaşınmayan yerdən, qan çıxarmağa cəhd göstərməməlidir. Əksinə, hər kəs konstruktivlik nümayiş etdirməyə çalışmalıdır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Erməni KİV: Prezident İlham Əliyevlə Paşinyan görüşəcəkAzərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni KİV-i çıxış edib.

Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşəcəklər.

“Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr keçiriləcək”, - erməni mənbələr yazır.

Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıbEpidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.

Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə ediləcək.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Əməkdar artist Almaz Mustafayeva vəfat edibAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Bu barədə APA-ya teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!
Avropadan daha 10 azərbaycanlı deportasiya olunduAlmaniya və Belçikadan 10 nəfər azərbaycanlı deport olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunlardan 6-sı Belçikadan, 4-ü isə Almaniyadandır.

Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya qanunvericiliyini pozmasıdır. Belçika və Almaniyadan çıxarılan azərbaycanlılardan 9-u Azərbaycan, biri isə Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Xatırladaq ki, bu ayın əvvəli də 10-dan çox azərbaycanlının Almaniyadan deport olunduğu açıqlanmışdı. 2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib
NK-dan ictimai nəqliyyatla bağlı - Yeni qərarAzərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, qərar dekabrın 28-dən qüvvəyə minir.
Ermənistan növbədənkənar seçkilərə gedirErmənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparır.

Publika.az xəbər verir ki, hökumət başçısı bu barədə feysbuk səhifəsində yazıb.

O bildirib ki, bütün suallara cavab tapmaq üçün yalnız bir yol var - növbədənkənar parlament seçkiləri keçirmək.

Paşinyan parlament qüvvələrini, habelə erkən seçkilərin keçirilməsində maraqlı olan parlamentdənkənar partiyaları məsləhətləşmələrə dəvət edir.

Xatırladaq ki, müxalifət qüvvələri və tərəfdarları Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın milli maraqlarına xəyanət etməkdə günahlandırılaraq istefasını tələb edirlər.

Müxalifət liderləri və fəalları vaxtaşırı hüquq-mühafizə orqanlarına çağırılır, tutulanlar var.