İran Azərbaycanla sərhədə tanklar yerləşdirdi"İran İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank gətirib.

SEPAH-ın Quzey Azərbaycanın öz işğal altında olan Qarabağ torpağını erməni işğalçılarından təmizlədiyi bir vaxtda belə təhrikedici addım atmasının səbəbi məlum deyil.

Güney azərbaycanlılar sosial şəbəkələrdə tankların Təbriz- Mərənd istiqamətində aparıldığını əks etdirən videolar paylaşırlar.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə hələlik bu tankların son gedəcəkləri ünvan dəqiq olaraq bilinmir. Bəzi Güney azərbaycanlılar bildirirlər ki, bu tanklar "Şəbüstər Zirehli Briqadası"ndan Araz çayının kənarında yerləşən Xudafərin istiqamətinə göndərilir. Bir qrup isə qeyd edir ki, İran bu tankları Ermənistana vermək üçün aparır.
Koronavirus hələ 10 il qalacaq..."Koronavirus pandemiyası dünyada 10 il qalacaq"

Bunu dünyada COVID-19 virusuna qarşı qəbul edilmiş peyvəndin yaradıcısı, Almaniyanın "BioNTech" şirkətinin prezidenti Uğur Şahin deyib.

"Virus bizimlə 10 il qalacaq. Biz buna öyrəşməliyik", - deyə U.Şahin xəbərdarlıq edib.

Onun fikrincə, normal vəziyyət ölkələrin karantinə alınmalı olduğu anlamına gəlməyəcək.

Bundan əlavə, şirkət rəhbəri bildirib ki, qışda koronavirusa yoluxma sayına müdaxilə etmək mümkün olmayacaq. Ancaq gələn il vəziyyəti düzəltmək üçün səyləri birləşdirmək lazımdır.

"Virus daha intensiv yayılmağa başlayarsa, həyatı normallaşdırmaq üçün daha yüksək peyvənd qəbuluna ehtiyac ola bilər".
İran nüvə obyektlərinin havadan müdafiəsini gücləndirirİran özünün nüvə obyektlərinin yaxınlığına təcili olaraq hava hücumundan müdafiə qüvvələrini yerləşdirib.

Axar.az xəbər verir ki, bu məlumatı Küveytin “Əl Qabas” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, İran ABŞ-ın potensial raket zərbələri ehtimalı ucbatından bu addımı atıb.

Qəzet İranın xüsusilə Fordo və Natanze nüvə obyektlərini gücləndirdiyini bildirib. Fordo nüvə obyekti yaxınlığına Rusiya hava hücumundan müdafiə kompleksləri ilə bərabər İranın öz istehsalı olan Bavar-373 kompleksi də yerləşdirilib.
Zəngəzuru referendumla qaytara bilərik? – EkspertlərSon vaxtlar Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bəzi şəxslər Azərbaycanın Zəngəzuru qaytarmaq üçün beynəlxalq miqyasda məsələ qaldırmalı olduğunu düşünür. Qeyd edilir ki, 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krımın Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazı ilə qarşılanmışdı. Təklif edilir ki, Rusiya SSRİ dövründə verilən qərarı ləğv etdiyi kimi, Azərbaycan da SSRİ-nin Azərbaycan SSR-in sərhədlərini dəyişdirməsi məsələsini qaldırmalı, bunun üçün referendum keçirməli və o qərarı ləğv etməlidir. Maraqlıdır, görəsən, bu, mümkündürmü?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur mövzusu tarixin süzgəcindən keçmiş bir məsələdir:

“Konkret tarixi keçmişə malikdir. Bu məsələnin hansısa başqa bir məsələ ilə eyniləşdirilməsini düzgün hesab etmirəm. Təbii ki, siyasi demokratiya, söz azadlığı olan yerlərdə bu və bu kimi müsbət təkliflərin səslənməsi də normaldır. O ki qaldı rəsmi mövqeyə, düşünürəm, Zəngəzur kimi məsələlər dövrün siyasi şəraitindən asılı olaraq səslənməlidir. Etiraf etmək lazımdır ki, qeyd etdiyimiz məsələ daha böyük hazırlıq tələb edir. Dövlət bunu rəsmi şəkildə bəyan edəcəksə, buna ciddi şəkildə hazırlaşmaq lazımdır.

Ancaq ümumilikdə təklifi müsbət qiymətləndirirəm. Siyasi partiyaların məsələni gündəmdə saxlaması zəruridir. Sonda onu da qeyd edim ki, mən Zəngəzur məsələsinin hansısa digər bir məsələ, yaxud situasiya ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Zəngəzurun tarixi keçmişi və əsasları var. Yəni indiki halda kiməsə baxıb, hərəkət etmək məntiqli yanaşma olmazdı”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə deyib ki, Azərbaycan öz sərhədlərinin SSRİ dövründə dəyişdirilməsi məsələsini xalq referendumuna çıxara bilər:

“Zəngəzur tarixi Azərbaycan torpağıdır, lakin təəssüf ki, bu gün beynəlxaq hüquq ilə Ermənistanın ərazi bütövlüyü kimi qəbul edilib. Azərbaycan bu gün SSRİ dövründə torpaqlarının xalqın iradəsi olmadan Ermənistana verilməsi məsələsini referenduma çıxara və tanımadığını elan edə bilər. Lakin bu, beynəlxalq aləmdə nə dərəcə qəbul ediləcək - demək çətindir.

Digər tərəfdən, mən Zəngəzur məsələsinin Krım məsələsinə bənzədilməsini düzgün hesab etmirəm. Çünki bəlkə Krımın Ukraynaya verilməsi haqqında qanun Rusiyada ləğv edildi. Lakin əsas məsələ daha sonra Rusiyanın Krımı ilhaq etməsidir. Bu isə beynəlxalq hüquq ilə qanunsuz idi. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın Krımın ilhaqını heç zaman düzgün hesab etməyib. Yəni bu gün xalq referendumu keçirib Zəngəzur və digər torpaqların vaxtilə qanunsuz şəkildə Ermənistana verildiyini və bu prosesi tanımadığımızı bildirə bilərik.

Bu gün Ermənistan mediası ölkə daxilində və xaricində geniş şəkildə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq istədiyini əsas gətirərək, Birgə Bəyanatın Naxçıvanla dəhliz məsələsini ləğv etməyə çalışır. Yəni belə bir vəziyyətdə biz Zəngəzurla bağlı istənilən iddiamızı kifayət qədər ehtiyatlı və tədbirli səsləndirməliyik”.

Ermənistanın itkiləri 6500 nəfərə çatdıNoyabrın 10-da, hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda bu günə qədər 1059 erməni əsgərinin meyiti tapılıb.

Rusiya sülhməramlı qüvvələrinin qərargahının açıqladığı məlumatda isə deyilir ki, qaynar xəttə 537 itkin erməni hərbçisi barədə müraciət daxil olub, bu məlumatlar axtarış dəstələrinə təqdim edilib.

Ermənistan Səhiyyə Nazirliyinin bir neçə həftə əvvəl açıqladığı məlumata görə şəxsiyyəti təsdiqlənərək dəfn edilmiş hərbçilərin sayı 2900 nəfərə yaxın idi. Həmin vaxt Dağlıq Qarabağdakı qondarma rejim də öz “ordusunun” rəsmən təsdiqlənən itkilərini açıqlamışdı-təxminən 1900 nəfərə yaxın. Beləliklə, döyüş zonalarından tapılan meyitləri və itkin düşənlər barədə rəqəmi də bunlara əlavə edəndə düşmənin 44 günlük müharibədəki itkilərinin sayı 6500 nəfərə yaxındır. Bu, Azərbaycan ordusunun itkilərindən 2 dəfədən də çoxdur (virtualaz.org).
“Gələcək nəsillər İlham Əliyevə "Böyük Hökmdar" deyəcəklər” -  Qüdsi OsmanovAzərbaycanın Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldova mediasında yazısı dərc olunub.

Avrasiya.net həmin məqalənin tərcümə olunmuş variantını təqdim edir:

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.

Bu gün Azərbaycan İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq zəkası, ruhunun gücü sayəsində iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə güclü dövlət qurumları olan qüdrətli ölkəyə çevrilib. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, ölkəni möhkəmləndirərək və yüksəldərək inkişaf, davam etdirib. Ən vacib məsələ indi baş verdi və onun ad gününə təsadüf etdi. İlham ƏliyevAzərbaycan xalqına qürur, şərəf, ləyaqət və doğma torpaqlarını qaytardı. Ali Baş Komandan 44 gün ərzində işğalçıları qovdu və Qarabağ uğrunda Vətən müharibəsində qalib gəldi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusunu gerçəkləşdirdi. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandı və bu gün ölkəmiz öz şanlı tarixində möhtəşəm bir dövr yaşayır.

Maraqlıdır ki, postsovet ölkələri tarixində bəlkə də az sayda şəxslərdən biri olaraq İlham Əliyev üçüncü tərəf kimi ədalətli hakim rolunda, bir sərkərdə kimi hakimiyyətdən üstün olmağı bacardı. İ.Əliyev həmişə iki zəruri dəyərdən danışırdı: ədalət və ləyaqət. Belə ki, o, xalqa yaxın idi. Azərbaycanda ədalətli və xalqa yaxın prezidenti həmişə seviblər və sevirlər. Başlıcası odur ki, ona, qərarlarına etibar edirlər. Buna görə hərbi qulluqçularla yanaşı, vətəndaşlar könüllü və səfərbərliklə sonadək və tərəddüd etmədən Qarabağı qorumağa getdilər, çünki liderinə və böyük bir qələbəyə əmin idilər. Xalq bu müharibəni 44 günlük Vətən Müharibəsi ve dəmir yumruğun qələbəsi adlandırır. O səbəbdən ki, güclü iradəli əsgərlər öz Ali Baş Komandanlarının dəmir yumruğu ətrafına birləşərək, cəsarətləri və vətənpərvərlikləri ilə qalib gəldilər, işğalçıları öz torpaqlarından qovdular.

Milli maraqları qorumaq siyasəti ilə təcrübəli və uzaqgörən dövlət xadimi -Azərbaycanın lideri bütün dünyadakı soydaşlarının sevgisinə və hörmətinə haqlı olaraq layiqdir, çünki onun hər qərarının arxasında Vətənə və xalqa xidmət etmək kimi səmimi istək var. İnsanlar Azərbaycanın hərtərəfli inkişafını, öz rifahlarını və təhlükəsizliyini, övladları üçün etibarlı, parlaq gələcəyini məhz onunla bağlayırlar.

Hərbi sahədə böyük uğurlarla yanaşı, Azərbaycanın lideri ölkə iqtisadiyyatını da güclü inkişaf etdirib, sosial sahədə böyük işlər görülüb. Bu sahələrdə bir çox layihələr həyata keçirilib ki, bu da Azərbaycanı bu gün Qafqazda ən yüksək alıcılıq qabiliyyətinə malik ölkəyə çevirib. Dövlət, eyni zamanda, ən sabit pensiya sisteminə malikdir. Ümumiyyətlə, Prezident İlham Əliyev vətəndaşların ən çox ehtiyac duyduğu maliyyə sabitliyini təmin edib. İlham Əliyev neft strategiyası üzrə ölkə üçün ən etibarlı maliyyə təhlükəsizliyindən birini - Neft Fondunu yaradıb...

Son dövrlərdə dünyanın iqtisadi quruluşunu sarsıdan üç qlobal böhran (koronavirus pandemiyası daxil olmaqla) Azərbaycanda bəzi ekspertlər tərəfindən proqnozlaşdırılan “sonda hər şeyin məhv olacağı şəkildə inkişaf edəcəyi” ssenarisinə səbəb olmadı.

Əslində, İ.Əliyevin hakimiyyətinin əvvəlində artıq Azərbaycan dünyanın ən güclü karbohidrogen ölkələrindən biri oldu. Azərbaycan qardaş Türkiyədə ən böyük və etibarlı xarici sərmayədarlardan birinə çevrilib. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Türkiyənin ən böyük sənaye müəssisələrindən biri olan İzmir yaxınlığındakı “Star” neft emalı zavodu, son illərdə TANAP qaz kəməridir. Məhz TANAP sayəsində Azərbaycan Türkiyəyə ən böyük qaz ixracatçısı oldu. Bu həm bir layihə, həm bir konsepsiya, həm də ilkin sərmayədir. Əminliklə demək olar ki, TANAP Cənub Qaz Dəhlizi ideyasını xilas etdi. Avropanın qaz təminatı artıq bu layihəyə əsaslanır.

Qarabağ qələbəsindən sonra isə tam yeni bir dövr başlayır, Azərbaycan və eləcə də qonşular üçün də yeni iqtisadi perspektivlər açılacaq. Bu, sevinc və prezidentə təşəkkür üçün ayrıca bir səbəbdir.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq əminliklə deyə bilərik ki, tarix İlham Əliyevə belə qiymət verəcək, gələcək nəsillər onu belə adlandıracaq: Böyük hökmdar, böyük sərkərdə!

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Sonra daha üç dəfə seçilib və hər dəfə 83% - 86% səs toplayıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir, üç övladı var.