Azərbaycanda qadın baş həkim işçilərin pulunu zorla əlindən aldı - YENİ FAKTLARŞirvan şəhər Əlillərin Bərpa Mərkəzinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Abbasova Könül Şahmalı qızının qanunsuz hərəkətləri barədə daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Könül Abbasova Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda ümumilikdə 10 şəxsdən müxtəlif məbləğlərdə olmaqla cəmi 16 min manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq həmin şəxsləri Mərkəzdə müxtəlif vəzifələrə işə götürüb.

Həmçinin, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində müxtəlif vəzifələrdə işləmiş 26 nəfər işçidən hədə-qorxu tətbiq etməklə məcburi qaydada onlara müvafiq bayramlarla əlaqədar mükafat qismində təyin edilib ödənilən cəmi 4 min 593 manat məbləğində bayram pullarını xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə rüşvət qismində qanunsuz olaraq tələb edib alıb.

Bununla yanaşı, Könül Abbasova baş həkim işlədiyi müddət ərzində Mərkəz əməkdaşlarından 1 nəfər işçinin 4 aylıq, cəmi 602 manat pulunu da onun bülletenə çıxmasına şərait yaradılmasına görə qanunsuz olaraq rüşvət qismində tələb edib alıb.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Könül Abbasovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri ilə ittiham elan edilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Ermənilərin azərbaycanlı əsirlərə qarşı işgəncələrilə bağlı ilkin hesabat hazırlanıb“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyi tərəfindən “Ermənistan-Azərbaycan müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı ilkin hesabat” hazırlanmışdır. Hesabat Azərbaycan ictimaiyyətinə təqdim edilir.

Hesabat iki dövrü –1988-ci idən başlayaraq 27 sentyabr 2020-ci ilədək yəni birinci 1-ci Qarabağ Savaşı, ondan sonrakı dövrü və 27 sentyabr 2020-ci ildən sonrakı Vətən müharibəsi (2-ci Qarabağ Savaşı) dövrünü əhatə edir və bir neçə hissədən ibarətdir. Birinci hissədə əsir və girovlarla bağlı anlayışlar, beynəlxalq normativ sənədlər haqqında qısa məlumatlar verilmiş, onun tələbləri izah edilmişdir.

İkinci hissədə isə Ermənistan-Azərbaycan münaqişəsinin Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə qarşı pis rəftar və işgəncələrlə bağlı məlumatlar yer almışdır. Bu hissədə Birinci Qarabağ müharibəsində əsir, girov və itkin düşmüşlər barədə 01.12.2020-ci il tarixinə olan məlumatlar verilmişdir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər (kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər), onlardan 3171 nəfər hərbçilər, 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca) mülki şəxslər, itkinlərdən 872 nəfərinin (kişilər 774 nəfər, qadınlar 98 nəfər, həmçinin hərbçilər 605 nəfər, mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)) əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər kimi qeydiyyata alınmışıdır, 1480 nəfər (hərbçilər 378 nəfər, mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)) əsir və girovluqdan azad edilmişdir.

Bu bölmədə qeyd olunan azərbaycanlı əsirlərin taleyi, onlara qarşı pis rəftar hadisələri, işgəncələrə məruz qalma, şəxisiyyətin alçaldılması barədə çoxlu sayda faktlar, dəlillər, bu işgəncələrə məruz qalmış şəxslər barədə məlumatlar, ayrıca bir altbaşlıqlarla taleyi naməlum olan əsirlər və girovlar, əsirlikdə qətlə yetirilənlər, Ermənistanda əsir və girovluqda qul kimi istiafdə olunan azərbaycanlılar, 1993-cü ildən bu günə qədər Azərbaycan əsirləri onların taleyi haqda məlumatlar, fotolar dərc edilmişdir.

Növbəti, “Ermənilərin azərbaycanlı əsir və girovlara qarşı törətdikləri işgəncələrin (vəhşiliklərin) bəzi nümunələri” hissədə, ermənilərin azərbaycanlı əsir və girovlara qarşı istiafadə etdiyi işgəncələr, işgəncəyə məruz qalmış şəxslər barədə məlumatlar verilmiş, erməni vəhşiliyini sübut edən faktlar əksini tapmışdır. Materiallar bit daha təsdiq edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş, onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

Dörüdüncü hissədə isə 27 sentyabr-10 noyabr 2020-ci il Vətən Müharibəsində (İkinci Qarabağ müharibəsi) azərbaycanlı əsirlərə qarşı işgəncə faktları dərc edilmişdir. Müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün norma və prinsipləri qoruyub. Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə verdikləri işgəncələri açıq-aşkar nümayiş etdirirlər. Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür. Əsir düşmüş Azərbaycan vətəndaşları Ermənistanda həmişə olduğu kimi yenə işgəncələrə, pis rəftar və şəxsiyyətin alçaldılmsı hallarına məzruz qalıblar. Hətta erməni vəhşiliyinin nümunəsi kimi yaralı əsgərlərimizə verilən işgəncələr barədə faktlar, bizim əsirlərin hər birinə qarşı pis rəftar, işgəncə, şəxsiyyətin alçaldılması faktlarının olması foto, video və şahid ifadələri ilə tam sübut olunub. Bu mənada Erməsitan Respublikasının azərbaycanlı əsirlərə qarşı törətdiyi cinayətlərin anti-göstəricisi 100%-dir. Bununla bağlı Azərbaycan tərəfdə kifayət qədər tutarlı materiallar var. Bundan əlavə, ən iyrənc, insanlığa yaraşmayan fəaliyyət kimi erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərinin cəsədləri üzərində təhqiredici, aşağılayıcı hərəkətlərə yol verilməsidir. Bu barədə də kifayət qədər video, foto və s. materiallar da mövcuddur.

Hesabatda 6 il erməni girovluğunda saxlanılmış Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı isə ayrıca məlumat verilmişdir. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurmuşdular. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunmuşdular. Bu dövr ərzində onların hansı şəraitdə saxlandığı, nə cür işgəncələrə məruz qalmaları və s. haqda kifayət qədər əsaslar var.

Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar susqun qalıblar. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar səssiz yanaşıb. Bu azmış kimi, ayrı–ayrı siyasi, dini konyukturaya xidmət edən transmilli mərkəzlərin təşkilatçılığı ilə məqsədli şəkildə qərəzli, ədalətsiz, həyasız dezinformasiyalar yayılır, əsası olmayan, heç bir sübuta, dəlilə söykənməyən, əldəqayırma ittihamlarla Azərbaycan Respublikasına, rəşadətlı ordumuza, ölkənin siaysi və hərbi rəhbərlyinə qarşı təbliğat aparılır. Bu böhtan kampaniyasının seqmentlərinin biri də hərbi əsirlərlə, girovlarla rəftarla bağlıdır. Bu məsələyə qeyri-obyektiv, qərəzli yanaşma aşkar sezilir.

Məhz təqdim edilən hesabat da bu sahədə ölkəmizə, ordumuza qarşı aparılan bu çirkin kampaniyaya tutarlı, adekvat cavab vermək, dünya ictimaiyyətinə obyektiv, doğru məlumatlar yaymaq məqəsədinə xidmət edir. Ölkə və dünya ictimaiyyətin diqqətinə təqdim edilən bu hesabat hərbi əsirlərə və girovlara rəftarla bağlı bir neçə ay ərzində aparılmış müşahidələr, toplanmış materiallar, KİV-də dərc olunan yazılar, video yazılar, şahid ifadələri əsasında, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, İsrail və s. ölkələrin mənbələrinə istinadən, müqayisəli şəkildə təhlil aparılaraq hazırlamışdır.

Hesabatın sonunda isə müşahidə və araşdırmadan hasil olunan nəticələr qeyd olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu sənəd ilkin hesabat olaraq əldə olan materialların araşdırmasının tam yekunlaşmış bir hissəsinin nəticəsidir. Əldə hələ məlumatların dəqiqləşməsinə ehtiyac duyulan, araşdırmanın və təhlili tam yekunlaşmamış kifayət qədər material qalmaqdadır. Bu işlər də yekunlaşdıqdan sonra hesabat tam şəkildə ictimaiyyətə təqdim ediləcək. Bunun özü hesabatın ehtimallara, şaiyələrə deyil, maksimum dərəcədə, təkzibolunmaz sübut və dəlillərə söykənməsinə, obyektiv və ədalətli olmasına dəlalət edir.

Hesabat daha sonra müxtəlif dillərə tərcümə edilərək, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq, beynəlxalq təşkilatlara, xarici dövlətlərin nümayəndələrinə yayılacaq.

Hesabatla daha ətraflı aşağıdakı linklərdə tanış ola bilərsiniz:
http://dev-society.org/layihe/497-hesabat.html
http://rezonans-ypu.com/?p=648
http://qhtaz.ml//Uploads/eb25821bdcb74797ad34e4f8f8a00a852412202094955.pdfb
http://www.qhtfilm.az/wp-content/uploads/2020/12/Azerbyacanlı-esirlere-qarshi-pis-reftar-v-e-ishgencelerle-baglı-ilkin-HESABAT.pdf
Ermənistan Azərbaycandan KÖMƏK İSTƏDİErmənistan hökuməti Azərbaycandan yardım istəyib.

Modern.az xəbər verir ki, Qarabağ separatçılarının rəhbəri Araik Arutunyanın sözlərinə görə, rəsmi Yerevan erməni hərçbilərin cəsədlərinin tapılması üçün Bakıya müraciət edib. Erməni tərəfi cəsədlərin olduğu ərazilər barədə məlumat istəyib.

Onun sözlərinə görə, bu günə qədər 1073 erməni hərbçinin cəsədi tapılıb.

Ermənistan beynəlxalq məhkəməyə verilir – İlk addımAzərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsi Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlarla və Ermənistanın müharibə cinayətləri ilə bağlı dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına dəfələrlə müraciət və bəyanatlar ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

“Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.

Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.

Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurası İnsan Hüquqları Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s. beynəlxalq insan hüquqları təşkilatları yer alıb.

Müraciətdə Ermənistanın müharibə cinayətləri, Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib.

Müraciətdə, həmçinin Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.

Bu günlərdə Mənzil Qərargahı Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin Məlumat və sübutlar şöbəsinin müdiri Mark Dilon tərəfindən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.

Məktubda cənab Mark Dilon İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün BCM Prokurorluq İdarəsinin Kommunkasiya Reyestrinə daxil edildiyini bildirib. Sənədə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir. Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman yazılı olaraq qərarla bağlı İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir”, - millət vəkili qeyd edib.
Qüdrət Həsənquliyev: TƏBİB ləğv edilməlidir“Səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.

Avrasiya.net xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Q.Həsənquliyev qeyd edib ki, TƏBİB adlanan qurum yarandı və həmin qurum insanların nifrətini qaznıb: “Hesab edirəm ki, həmin qurum ləğv edilməlidir”.

Zeynəb Xanlarovanın bacısı oğlu həbs olunduTürkan qəsəbəsində 2 ahıl qadının əmlakının saxtakarlıqla ələ keçirilməsinə rəhbərlikdə suçlanan Daşqın Nəsirov polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı təsdiq edib.

E.Zahidov bildirib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Daşqın Nəsirovun gizləndiyi yer müəyyən edilib və o, tutularaq istintaq orqanına təhvil verilib. Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər düzəltməklə məşhur iş adamı “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. Məsələnin üstü açılandan sonra bəlli olub ki, Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Qadının övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə edərək Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilib və satılıb.

Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Hazırda istintaq davam edir.

Məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.

Qeyd edək ki, Daşqın Nəsirovun sabiq deputat, məşhur müğənni Zeynəb Xanlarovanın bacısı oğlu olduğu bildirilir.
Məşhur nəşr İlham Əliyevi ilin siyasətçisi seçdiRusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

“İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”, - nəşr yazıb.

İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Co Bayden də var.
Paşinyan öz metodu ilə devriləcək“7 sentyabr 2018-ci il tarixində Moskvada Nikol Paşinyanla görüşərkən ermənilər arasında “qara” və “ağ”, “köhnə” və “yeni” parçalanma xətlərinin geridönüşü olmayan nəticələri barədə dərin narahatlığımı bildirdim. Bu gün də səriştəsiz bir hökumət xalqımızı parçalamağa davam edir. Yalnız bu xain hakimiyyətlərin dərhal getməsi milli ləyaqətimizi birlikdə bərpa etməyə imkan verəcək”.

Publika.az xəbər verir ki, bunu erməni biznesmen Artak Tovmasyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti də itkin düşənlərlə bağlı heç bir praktik addım atmır, vəzifə kreslolarından isə şəxsi problemlərinin həlli üçün istifadə edirlər.

Biznesmen qeyd edib ki, Paşinyanı “taxtından” salmaq üçün onun metodundan istifadə etmək lazımdır: paytaxtın əsas küçələri bağlanmalı, nəqliyyat iflic edilməli və bundan sonra istefası tələb olunmalıdır: “Hörmətli vətəndaşlar, Nikolun artıq gücü yoxdur, bundan sonra güc hamımıza məxsusdur. Gəlin birlikdə total anarxiyaya son qoyaq. Mübarizə başladı”.
ABŞ Səudiyyəyə 478 milyonluq ağıllı bomba satırABŞ Dövlət Departamenti Səusiyyə Ərəbistanına yüksək dəqiqlikli bombaların satışına lisenziya verməsi ilə bağlı Konqresi məlumatlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, lisenziya “Raytheon” şirkətinə Səudiyyə Ərəbistanına hava-yer tipli 7500 ədəd “Paveway” ağıllı bombaların satışına imkan verəcək.

Satılacaq bombaların ümumi dəyəri isə 478 milyon dollardır.