Elman Rüstəmovdan manatla bağlı VACİB AÇIQLAMA: Bütün ölkə ərazisində...Biz gələcəyə, növbəti dövrə ruh yükskliyi məqsəd və planlarla keçirik. Maliyyə-bank sektoru olaraq işğaldan azad edilən ərazilərdə malyyə bank strukturlarının qurulması planları haqqında düşünürük. Ümid edirik ki, manatın bütövlükdə ölkə ərazisində işlənməsi təmin ediləcək. Biz əminik ki, prezidentin rəhbərliyi ilə Azərbaycan bu qələbənin təsiri altında intibah dövrünü yaşayacaq. Azərbycan beynəlxalq nüfuz və mövqeyini daha da gücləndirəcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb.

Milli Bankın rəhbəri bildirib ki, 2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır: “Pandemiya ayrı-ayrı ölkələrin iqtisadiyyatını mühüm sınaqlara çəkəcək. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində olduqca böyük nəticələr əldə etməyə imkan yaradacaq”.

Elman Rüstəmov ölkənin strateji valyuta ehtiyatlarının il ərzində sabit qaldığını vurğulayıb. Əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb.
“İşğaldan azad olunan ərazilərin yenidən qurulması ən ümdə məsələdir” -  Samir Şərifov“Sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”.

Avrasiya.net xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb.
Pandemiyanın bitəcəyi tarix açıqlandıKrım Federal Universitetinin Taurida Akademiyasının biokimya kafedrasının dosenti Vladimir Oberemok deyir ki, dünyada koronavirus pandemiyası 2022-ci ildə bitəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alim gələn ilin qışından tədricən normal həyata qayıdacağımıza ümid edir.

“Məncə, pandemiya praktik olaraq 2022-ci ilin qış-yazında sona çatacaq. Normal həyata qayıdacağıq. İnsanların 2019-cu ildə olduğu kimi yaşayacağını düşünmürəm. Bu mənada dünya istənilən halda dəyişəcək, ölkələr arasındakı sərhədlərin açılmasına başlanılacaq”, - alim qeyd edib.

Oberemok gələn ilin yayına qədər planetin şimal yarımkürəsində kütləvi immunitetin inkişaf edəcəyinə və bunun nəticəsində koronavirus yoluxmalarının azalacağına və payızda yenidən dalğalanma olacağına, ancaq nisbətən daha az olacağına inanır. Eyni zamanda, 2022-ci ildə COVID-19 pandemiyasının sona çatması bir sıra səbəblərə görə gözləniləndir: dünyada artıq peyvəndlər və dərmanlar olacaq, bu vaxta qədər insanların çoxu bu xəstəliyə düçar olacaq və kütləvi immunitet inkişaf edəcək. Bununla yanaşı, insanlıq psixoloji olaraq koronavirusa alışmış olacaq.

“Yaxın bir neçə ildə virusun eyni alt növündən sağalanların yenidən yoluxma ehtimalı azdır. Və bu virus digər RNT ehtiva edən viruslarla müqayisədə çox tez dəyişmir”, - virusoloq əlavə edib.

Bundan əlavə, onun fikrincə, xəstəlik zəifləyəcək, yəni ölüm halları əvvəlki qədər yüksək olmayacaq.
92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunubDiasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə həmin medala layiq görülüblər.

"Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımızın müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanatı ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb.

Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib.

Diaspor təşkilatları və fəalları ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir və bunun nəticəsidir ki, bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub", - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib

ABŞ Navalnıyə görə Rusiyaya sanksiya hazırladıABŞ Aleksey Navalnı ilə bağlı insidentlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyalar artıq hazırlanıb. Onların rəsmi tətbiqi ABŞ-ın hazırkı Prezidenti Donald Trampın imzası da daxil olmaqla, bütün federal dövlət hakimiyyəti orqanları tərəfindən tam təsdiq olunmasını tələb edir.
Rusiyadan ABŞ-a 3 təhdid: Toqquşma ola bilərABŞ Rusiya və Çinlə bağlı siyasətinə yenidən baxmalıdır.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” nəşrində dərc edilən məqalədə deyilir.

Bildirilib ki, Vaşinqton sözügedən ölkələrlə siyasi kursunu dəyişməsə, ağır nəticələrlə üzləşə bilər.

Nəşr ABŞ-ın Rusiya siyasəti ilə bağlı üç əsas təhlükəni sadalayıb:

“1. Moskva və Vaşinqton arasında regionlarda, məsələn, Suriyada birbaşa toqquşma baş verə bilər.

2. Rusların böyük əksəriyyəti ABŞ-la münasibətləri inkişaf etdirməyin yolunun gərginlikdən keçdiyini söyləyir.

3. Rusiya-Çin alyansının yaranması təhlükəsi”.

Nəşrdə deyilir ki, dünyada nüvə qarşıdurması təhlükəsi artmaqdadır. Vaşinqton xarici siyasətinin nəticələrini qiymətləndirmədən öz hegemonluğunu qorumağa çalışır.
Sizinlə qürür duyuruq!Dəyərli prezidentim İlham Əliyev!

Sizin yeni yaşınızı səmimi-qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram!

Sizin Ulu Öndərimizin dövlətçilik təcrübəsini mükkəməl öyrənməyinizin, müxtəlif mürəkkəb vəziyyətlərdə necə davranmaq lazım gəldiyini bilməyinizin, zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişməyinizin nəticəsidir ki, mürəkkəb və narahat bir regionda yerləşən Azərbaycan təhlükəsizlik məkanına, müasir iqtisadiyyata malik qudrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib.

Məhz bu kefiyyətləriniz sayəsində cəmi 44 gün ərzində dünyaya şok yaşatdınız, müasir müharibənin necə aparmaq lazımdır sualına dünyanın super güclərinə döyüş meydanında dərs verdiniz, dünyada ermənilik mifini darmadağın etdiniz. Özünü super güclər hesab edən dövlətlərin 30 ildə həll edə bilmədikləri problemi cəmi 44 günə həm hərb meydanında, həm də masa arxasında həll etməklə siyasətin incəliklərini öyrənmələrinə şərait yaratdınız. Dünyada ənənəvi formalaşmış mövcud balansları pozmaqla yeni baxış bucağı yaratdınız. Bütün bunlarla yanaşı müasir dünya Sizi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Yorulmaz, hədəfə ünvanlanmış xidmədlərinizin nəticəsidir ki, Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir.

Heç də təsadüfi deyil ki, unudulmaz ümummilli liderimiz Heydər Əliyev, xalqını düşünərək, dövlətin gələcək taleyinə biganə qalmayaraq, eyni zamanda Sizin bu potensialınızı zamanında görüb və layiqincə qiymətləndirərək 2003-cu ildə Azərbaycan xalqına müraciət etmişdi. Müraciətdə deyilirdi:

"Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, dahi şəxsiyyət Sizə özü qədər inandı. Siz də bu inamı layiqincə doğruldursunuz.

Məhz Şuşamızın alınması xəbərini xalqa çatdıran zaman söylədiyiniz ifadələr xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Siz: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” söyləməklə xalqımızın qan yaddaşında formalaşmış, min illər boyu yaşatdığı bu kimi ənənələrin davamçısı olduğunuzu da bir daha subut etdiniz.

Azərbaycan dövlət kimi mövcudluğundan bəri bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb.

Biz Sizinlə fəxr edirik!
Biz Sizinlə qürür duyuruq!
Bir daha Sizi səmimi-qəlbdən təbrik edir, uzun ömür və yorulmaz fəaliyyət arzulayıram.

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gün İlham Əliyevin doğum günüdürBu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 59 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident İlham Əliyev çatdırıb.

Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir:

Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.